Məhkəmə qərarları › İş №2(107)-1213/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1213/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1213/2021 20.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçı Kreditor QSC BOKT-un nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Kreditor QSC BOKT-un cavabdehlər Borclu1, Borclu2 və Borclu3 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 14 iyul 2015-ci il tarixli 2(075)-1517/2015 nömrəli qətnaməsindən cavabdeh Borclu3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 14 iyul 2015-ci il tarixli 2(075)-1517/2015 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanov) iddia təmin edilmiş, 4000 manat əsas borc və 575 manat faiz borcu olmaqla, cəmi 4575 (dörd min beş yüz yetmiş beş) manat pulun və ödənilmiş 20 manat dövlət rüsumunun Borclu1, Borclu2 və Borclu3 tutularaq iddiaçı Kreditor QSC Bank Olmayan Kredit Təşkilatının hesabına ödənilməsi, Borclu1, Borclu2 və Borclu3 10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. İşin halları Kreditor QSC Bank Olmayan Kredit Təşkilatı ərizə ilə məhkəməyə müraciət edərək, Borclu1, Borclu2 və Borclu3 4000 manat əsas borc və 575 manat faiz borcu olmaqla, cəmi 4575 (dörd min beş yüz yetmiş beş) manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutularaq Kreditor QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor QSC Bank Olmayan Kredit Təşkilatının ərizəsinə 02 aprel 2015-ci il tarixdə əmr icraatı qaydasında baxılaraq Borclu1, Borclu2 və Borclu3 4000 manat əsas borc və 575 manat faiz borcu olmaqla, cəmi 4575 (dörd min beş yüz yetmiş beş) manat borcun və 20 manat dövlət rüsumunun tutularaq Kreditor QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə verilməsinə dair 2(075)-1517/2015 saylı məhkəmə əmri çıxarılmışdır. Borclu2 məhkəmə əmrinə etiraz verdiyindən Şəki rayon Məhkəməsinin 2(075)- 1517/2015 saylı, 02 aprel 2015-ci il tarixli əmri ləğv edilərək işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X1 ərizənin məzmununa uyğun izahat verərək tələbi belə əsasandırmışdır ki, iddiaçı Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatının Şəki filialı ilə cavabdeh Borclu1 arasında bağlanmış 03 iyul 2014-cü il tarixli, 650M saylı kredit müqaviləsinə əsasən Borclu1 24 ay müddətinə, illik 27 faizlə mebel istehsalı üçün 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Kreditor QSC Bank Olmayan Kredit Təşkilatının Şəki filialı ilə fiziki şəxslər Borclu2 arasında 03 iyul 2014cü il tarixli, 683Z saylı, Borclu3 arasında 03 iyul 2014-cü il tarixli, 684Z saylı zaminlik müqavilələri bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə zaminlər Borclu1 təşkilat qarşısında öhdəliklərini yerinə yetirənədək borcalanla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşlər. Cavabdeh Borclu1 ilə bağlanmış kredit müqaviləsinin 6.5ci bəndinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin atrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə görə cavabdeh Borclu1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Cavabdeh əsas və faiz borcundan heç bir ödəniş etməmişdir. Bununla da cavabdeh Borclu1 kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişlər. Cavabdeh Borclu1 14 yanvar 2015-ci il tarixə iddiaçı Kreditor QSC Bank Olmayan Kredit Təşkilatına olan əsas borcu 4000 manat, faiz borcu 575 manat, cəmi borcu 4575 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdeh Borclu1 və onun zaminləri Borclu2 və Borclu3 dəfələrlə müraciət olunmasına, tərəflərindən yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, lazımi nəticə əldə olunmamışdır. Borclulara göndərilmiş pretenziya və xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. İddiaçı Kreditor QSC Bank Olmayan Kredit Təşkilatı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Borclu1 vermişdir. Amma cavabdeh Borclu1 kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və bu günə kimi borcunu ödəməmişdir. Cavabdeh Borclu1 öz öhdəliyini icra etməməsi nəticəsində iddiaçı Kreditor QSC Bank Olmayan Kredit Təşkilatına zərər vurmuşdur. Bu isə həm Borclu1, həm də zaminlərin kredit təşkilatı qarşısında müvafiq məsuliyyətinin yaranmasına əsas verir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Borclu1, Borclu2 və Borclu3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Borclu1, Borclu2 və Borclu3 iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Borclu3 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Borclu3 apellyasiya şikayəti vermiş və apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin hakimi qətnamə çıxararkən iş üzrə tələb edilən məbləğlə bağlı ətraflı araşdırma aparmamışdır və eyni zamanda onun məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Qeyd etmişdir ki, digər cavabdehləri ümumiyyətlə tanımır. Belə bir borcun olduğunu yeni öyrənmişdir. Çünki Kreditor QSC Bank Olmayan Kredit Təşkilatı ilə onun heç bir kredit və ya zaminlik münasibəti yaranmayıb. Bu işlə də bağlı heç kimə zamin durmamış və heç bir sənədə imza atmamışdır. Ən əsası əsas borclu olan şəxs Borclu1 tanımır. Buna görə də. ədalətli qərar qəbul olunması üçün ətraflı araşdırma aparılmalıdır. Bu zaman onun qeyd olunan borcla bağlı heç bir əlaqəsinin olmadığı ortaya çıxacaqdır. Hesab edir ki. Şəki Apellyasiya Məhkəməsinin hakimləri tərəfindən işə yenidən baxılaraq iş üzrə xətşünaslıq ekspertizası keçirilə bilər. Bu zaman imzaların ona məxsus olmadığı görünər. Şəki Rayon Məhkəməsinin 14 iyul 2015-ci il tarixli, 2(075)-1517/2015 nömrəli qətnaməsindən narazıdır. Ona görə də, Şəki Rayon Məhkəməsinin 14 iyul 2015-ci il tarixli 2(075)-1517/2015 nömrəli qətnaməsini ləğv edərək onun cavabdehlik siyahısından çıxarılmağı barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı Kreditor QSC BOKT-un nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 14 iyul 2015-ci il tarixli 2(075)-1517/2015 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehlər Borclu1, Borclu2 və Borclu3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında Borclu3 izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh Borclu3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 14 iyul 2015-ci il tarixli 2(075)-1517/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan iddiaçı Kreditor QSC Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə cavabdeh Borclu1 arasında bağlanmış 03 iyul 2014-cü il tarixli 650M saylı kredit müqaviləsinə əsasən Borclu1 24 ay müddətinə, illik 27 faizlə mebel istehsalı üçün 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. İşdə olan 04 iyul 2014-cü il tarixli kassa məxaric orderinin təsdiq olunmuş sürətindən görünür ki, Borclu1 4000 (dörd min) manat nəqd pulu 04 iyul 2014-cü il tarixdə Kreditor QSC Bank olmayan Kredit Təşkilatından imza edərək götürmüşdür. İşdə olan ödəniş cədvəlindən görünür ki, Borclu1 götürdüyü 4000 (dörd min) manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə qaytarmalı olmuşdur. İş materiallarında olan Borclu1 Kreditor QSC Bank olmayan Kredit Təşkilatına 14 yanvar 2015-ci il tarixə olan kredit və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, Borclu1 4000 manat əsas borc və 575 manat faiz borcu olmaqla, cəmi 4575 (dörd min beş yüz yetmiş beş) manat borcu vardır. İş materiallarında olan 26 noyabr 2014-cü il tarixli, 1073 nömrəli, 26 noyabr 2014-cü il tarixli, 1074 nömrəli və 26 noyabr 2014-cü il tarixli, 1073 nömrəli xəbərdarlıqlardan görünür ki, Borclu1, Borclu2 və Borclu3 15 gün müddətində borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar edilmişdir. İşdə olan 03 iyul 2014-cü il tarixli 683 Z saylı zaminlik müqaviləsindən görünür ki, Borclu2 ilə Kreditor QSC Bank olmayan Kredit Təşkilatının Şəki filialı arasında zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan 03 iyul 2014-cü il tarixli 684 Z saylı zaminlik müqaviləsindən görünür ki, Borclu3 ilə Kreditor QSC Bank olmayan Kredit Təşkilatının Şəki filialı arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 390.1, 427, 442, 445.2.1, 448.1, 449.1, 449.4, 465.2, 472.1, 472.2 və 739-cu maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 472.1.-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya Zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.2.-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Odur ki, bank hazırkı mübahisə üzrə borcun, müştərək qaydada, cavabdehdən və zaminlik müqaviləsi bağlamış şəxs tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatının Şəki filialı ilə cavabdeh Borclu1 arasında bağlanmış 03 iyul 2014-cü il tarixli, 650M saylı kredit müqaviləsinə əsasən Borclu1 24 ay müddətinə, illik 27 faizlə mebel istehsalı üçün 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Kreditor QSC Bank Olmayan Kredit Təşkilatının Şəki filialı ilə fiziki şəxslər Borclu2 arasında 03 iyul 2014cü il tarixli, 683Z saylı, Borclu3 arasında 03 iyul 2014-cü il tarixli, 684Z saylı zaminlik müqavilələri bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə zaminlər Borclu1 təşkilat qarşısında öhdəliklərini yerinə yetirənədək borcalanla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşlər. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. İşin qeyd edilən faktiki halları iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatı ilə yanaşı işdə olan sənədlərlə də tam təsdiq edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilərək 4000 manat əsas borc və 575 manat faiz borcu olmaqla, cəmi 4575 (dörd min beş yüz yetmiş beş) manat pul cavabdehlər Borclu1, Borclu2 və Borclu3 tutularaq iddiaçı Kreditor QSC Bank Olmayan Kredit Təşkilatının hesabına ödənilməli, iddia təmin edildiyindən iddiaçı Kreditor QSC Bank Olmayan Kredit Təşkilatının dövlət büdcəsinə ödədiyi 20 manat dövlət rüsumu cavabdehlər Borclu1, Borclu2 və Borclu3 tutularaq iddiaçı Kreditor QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Göründüyü kimi hazırki iddianın qiyməti 500 manatdan çoxdur. Lakin iş üzrə iddiaçı məhkəməyə əmr icraatı qaydasında baxılması üçün ərizə ilə müraciət etmiş və ərizəsinə 20 manat dövlət rüsumu qəbzini əlavə etmişdir. Onun ərizəsi təmin edilsə də, sonra iş üzrə cavabdehin etiraz ərizəsi əsasında işə yenidən iddia icraatı qaydasında baxılmışdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Bu əsasla məhkəmə hesab edir ki, cavabdehlərdən 10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının 16 iyun 2021-ci il tarixli qərardadına əsasən Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli 4/893 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, müki işin 18-19-cu vərəqlərində Kreditor Səhmdar Kredit Təşkilatının Şəki filialı və Borclu3 adlarından olan 03.07.2014-cü il tarixli 684 Z saylı Zaminlik müqaviləsinin 2-ci vərəqindəki “7.3” bəndinin sonunda “Borclu3” yazılarının qarşısındakı imza və “Zamin” hissəsindəki “İmza” qrafasındakı imza - SADİQOVA ŞƏLALƏ İLQAR qızı tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş, müki işin 18-19-cu vərəqlərində Kreditor Səhmdar Kredit Təşkilatının Şəki filialı və Borclu3 adlarından olan 03.07.2014-cü il tarixli 684 Z saylı Zaminlik müqaviləsinin 2-ci vərəqindəki “7.3” bəndinin sonunda “Borclu3” yazılarının qarşısındakı imzada və “Zamin” hissəsindəki “İmza” qrafasındakı imzada imzaların qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müəyyən olunmadı. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh Borclu3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 14 iyul 2015-ci il tarixli 2(075)-1517/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Borclu3 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 14 iyul 2015-ci il tarixli 2(075)-1517/2015 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar