Məhkəmə qərarları › İş №2(107)-1214/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1214/2020

30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1214/2020 30.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, İddiaçı «xxxxxxxxx» QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Cəlal oğluna qarşı «borcun tutulması» barədə iddiasına dair mülkiiş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(035)-65/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(035)-65/2020 nömrəli qətnaməsi ilə (hakim T.Qubadov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas kredit borcuna görə 1341.68 manat, faiz borcuna görə 262.60 manat, cəriməyə görə 30 manat və dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 1664.28 manat pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə əsas kredit borcuna görə 1341.68 manat, faiz borcuna görə 262.60 manat, cəriməyə görə 331.71 manat, cəmi 1935.99 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı öz etirazını əsaslandıran sübutları məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. MPM-in 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Birinci instansiya məhkəməsi MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 026A********** saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667 % olmaqla 2500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında zaminlik müqaviləsi bağlanmış və onlar Cavabdeh1 öhdəliyinin icrasına görə birgə məsuliyyət daşıyacaqları barədə öz üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı müqavilə üzrə öhdəliyini icra etsə də, cavabdeh bank qarşısında öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə Cavabdeh1 iddiaçıya əsas borca görə 1341.68 manat, faiz borcuna görə 262.60 manat, cəriməyə görə 331.71 manat, cəmi 1935.99 manat borcu yaranmışdır. Həmin borcun könüllü şəkildə ödənilməsi cavabdehlərdən tələb olunsa da, borcun könüllü ödənişi təmin edilməmişdir. İddiaçı həmin borcun könüllü ödənişini tələb etsə də, cavabdehlər borcun könüllü ödənişini təmin etməmişlər. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, vaxtı keçmiş kreditin müddəti 360 gündən az olduğu üçün Cavabdeh1 kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 551 saylı Fərmanının təsiri altına düşmür. Ona görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 izahatında göstərmişdir ki, onunla İddiaçı QSC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 026A********** saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən ona 12 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667 % olmaqla 2500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə onun öhdəliklərinin icrasını təmin etmək məqsədilə eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Əvvəllər kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit borcunu ödəsə də, sonradan maddi imkanı olmadığı üçün ödənişləri edə bilməmişdir. Hazırda iddiaçıya əsas borca görə 1341.68 manat, faiz borcuna görə 262.60 manat, cəriməyə görə 331.71 manat, cəmi 1935.99 manat borcu yaranmışdır. İddiaçı tərəfindən ona güzəştlər təklif edilərsə, həmin güzəştlər nəzərə alınmaqla borcu ödəməyə razıdır. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 izahatında göstərmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 026A********** saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 12 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667 % olmaqla 2500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə eyni zamanda onunla və digər Cavabdeh3 ilə bank arasında zaminlik müqaviləsi bağlanmış və onlar Cavabdeh1 öhdəliyinin icrasına görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyacaqları barədə öz üzərlərinə öhdəlik götürmüşlər. Cavabdeh1 əvvəllər kredit borcunu ödəsə də, sonradan maddi imkanı olmadığı üçün ödənişləri edə bilməmişdir. İddiaçı tərəfindən onlara güzəştlər təklif edilərsə, həmin güzəştlər nəzərə alınmaqla borcu ödəməyə razıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qalan Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cаvаbdeh Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, həmin qətnaməni əsassız və qanunsuz hesab edir. Belə ki, iş üzrə prossesual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Qətnamənin məzmunundan da göründüyü kimi birgə cavabdehlərin məhkəmə iclasına çağırılması və iştirakı tam təmin edilməmişdir. Bundan başqa qətnamədə borcun və faiz borcunun dəqiq məbləğini sübut edən mühasibatlıq sənədləri yoxdur. Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli il tarixli 2(035)-65/2020 saylı qətnaməsi maddi və prosessual normaların pozulması ilə qəbul edilmişdir. Ona görə də, Zərdab Rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli il tarixli 2(035)- 65/2020 nömrəli qətnaməsini ləğv edib iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(035)-65/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, MPM-in 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər MPM-in 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının nümayəndəsinin izahatını, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli il tarixli 2(035)-65/2020 nömrəliqətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, birinci instansiya məhkəməsi mübahisəni Cavabdeh1 münasibətdə düzgün həll etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 385.1-ci maddəsinə görə öhdəliyəəsasənbirşəxs (borclu) başqaşəxsin (kreditorun) xeyrinəmüəyyənhərəkətietməlidir,məsələn pul ödəməli, əmlakverməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyənhərəkətdənçəkinməlidir, kreditorunisəborcludanözvəzifəsininicrasınıtələbetməkhüququvardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 026A********** saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 12 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667 % olmaqla 2500 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli, 026G**********04 saylı və xx.xx.2018-ci il tarixli, 026G**********03 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 Bank qarşısındakı öhdəliyinin icrasına görə zamin durmuş və Bank qarşısında onunla birgə məsuliyyət daşıyacaqları barədə öz üzərilərinə öhdəlik götürmüşlər. Hazırda işin məhkəmə tərəfindən müəyyən edilmiş gerçək vəziyyətindən bəlli olur ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 026A********** saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667 % olmaqla 2500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında zaminlik müqaviləsi bağlanmış və onlar Cavabdeh1 öhdəliyinin icrasına görə birgə məsuliyyət daşıyacaqları barədə öz üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı müqavilə üzrə öhdəliyini icra etsə də, cavabdeh bank qarşısında öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə Cavabdeh1 iddiaçıya əsas borca görə 1341.68 manat, faiz borcuna görə 262.60 manat, cəriməyə görə 331.71 manat, cəmi 1935.99 manat borcu yaranmışdır. İddiaçı həmin borcun könüllü ödənişini tələb etsə də, cavabdehlər borcun könüllü ödənişini təmin etməmişlər. Göründüyü kimi, tərəflər arasında kredit razılaşması və zaminlik müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Bununla da, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malik olmuşdur. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh-borc alanın kredit razılaşması müqaviləsindən irəli gələn öhdəliyi tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Zaminlik müqavilələrinə əsasən digər cavabdehlər – zaminlər də borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, bu Müqavilə üzrə müəyyən edilmiş əsas borc, faiz borcları, dəbbə pulu, vurulmuş zərərin əvəzi, məhkəmə və digər xərclərin ödənilməsini öhdələrinə götürmüşlər. Cavabdehlər öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-in 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Həmçinin tədqiq edilən iş materialları ilə o da müəyyən olunur ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, Məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə qarşı eyni zamanda hazırki iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunu müştərək qaydada tutulmasını tələb etmək hüququ həm də MM-in 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Buna görə birinci instansiya məhkəməsi hesab etmişdir ki,cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı qarşısında birgə məsuliyyət daşımalı və ödənilməsi qət edilən məbləğ onlardan müştərək qaydada tutulmalıdır. MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan hüquq normalarının tələblərini, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarını nəzərə alan məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddia tələbi əsaslı olmuşdur və birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini qismən təmin etmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, vaxtı keçmiş kreditin müddəti 360 gündən az olduğu üçün Cavabdeh1 kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 551 saylı Fərmanının təsiri altına düşmür. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafıə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafıə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Bundan əlavə məhkəmə kollegiyasının xatırlatmasına görə apelyasiya şikayətinin müəllifi də birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında ona qarşı irəli sürülmüş iddianı etiraf edərək, qəbul etmişdir. Yuxarıda göstərilən qanun normalarının tələblərindən də göründüyü kimi, iddiaçı hazırki iddia ilə məhkəməyə müraicət etməkdə, birinci instansiya məhkəməsi isə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları yuxarıda şərh olunan maddi və prosessual hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmədən, iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(035)-65/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və MPM-in 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(035)-65/2020 nömrəli qətnaməsi ona münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar