Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1215/2022 20.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 1266 manat məbləğində dəymiş zərər və 33 manat dövlə rüsumu tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- maddi ziyan tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 1266 manat məbləğində dəymiş zərər və 33 manat dövlət rüsumu tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 2(075)-912/2022 saylı, 02 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ona dəymiş maddi zərərin əvəzi olaraq 1266 manatın və dövlət büdcəsinə ödədiyi 33 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 onun həmkəndlisidir. Cavabdeh1 özünə məxsus traktoru vardır. Həmçinin mərhum atası X2 ilə Aqrolizinq ASC arasında 02 aprel 2012-ci il tarixdə bağlanmış lizinq müqaviləsinə əsasən həmin təşkilatdan bir ədəd rotorlu otbiçən almışdır. Belə ki, atasının fermer təsərrüfatı olduğundan həmin texnikanı mərhum atasının adına almış, aldığı vaxtdan və atasının vəfat etdiyi 2022-ci ilin fevral ayından rotorlu otbiçən onun sərəncamındadır və ona məxsusdur. 2021-ci ilin avqust ayının 30-da o, cavabdehlərdən Cavabdeh1 ona məxsus otlaq sahəsinin otunun biçilməsini xahiş etmiş və otbiçəni Məmmədin traktorunun arxasına bağlamışdır. Məmməd həmin tarixdə həm ona məxsus, həm də özünün otlaq sahəsindəki otu biçdikdən sonra Şəki rayonu Aşağı Göynük kənd yolu ilə evinə qayıtmışdır. Həmin tarixdə səhər saatlarında Şəki rayonu Aşağı Göynük kənd yolu ilə Vaz-21074 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən Cavabdeh2 Cavabdeh1 idarə etdiyi traktora qoşulmuş, ona məxsus rotorlu otbiçəni arxa hissədən vurmuş və otbiçən yararsız hala düşmüşdür. Sonra traktor YPX-nin müvəqqəti duracağına aparılmış və sığorta şirkətinin nümayəndəsi tərəfindən əzilmiş hissələrə baxış keçirilmişdir. Lakin Cavabdeh2 idarə etdiyi avtomaşını sığorta etmiş təşkilat sığorta pulunun verilməsindən imtina etmişdir. Bu səbəbdən də o, otbiçənin təmiri üçün təkcə Gəncə şəhərindən 1070 manat dəyərində ehtiyyat hissələri almışdır. Bundan əlavə də Şəki şəhərindən otbiçənin təmiri üçün müəyyən hissələr almışdır. Cavabdeh tərəf ona vurulmuş ziyanın ödənilməsini təmin etmədiyindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 2(075)-912/2022 saylı, 02 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev) iddianın qismən təmin edilməsi, Cavabdeh2 1128 manat maddi ziyan məbləği və 31,30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, Cavabdeh2 müstəqil qiymətləndirici Kristal MM MMC-nin xeyrinə 200 manat qiymətləndirmə xərcinin tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı özünə məxsus rotorlu otbiçəni vardır. Cavabdeh1 isə özünə məxsus traktoru vardır. 2021-ci ilin avqust ayının 30-da İddiaçı Cavabdeh1 ona məxsus otlaq sahəsinin otunun biçilməsini xahiş etmiş və otbiçəni Məmmədin traktorunun arxasına bağlamışdır. Məmməd həmin tarixdə İddiaçı məxsus, həm də özünün otlaq sahəsindəki otu biçdikdən sonra Şəki rayonu Aşağı Göynük kənd yolu ilə evinə qayıtmışdır. Həmin tarixdə səhər saatlarında Şəki rayonu Aşağı Göynük kənd yolu ilə Vaz-21074 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən Cavabdeh2 Cavabdeh1 idarə etdiyi traktora qoşulmuş, İddiaçı məxsus rotorlu otbiçəni arxa hissədən vurmuş və otbiçən yararsız hala düşmüşdür. Sonra traktor YPX-nin müvəqqəti duracağına aparılmış və sığorta şirkətinin nümayəndəsi tərəfindən əzilmiş hissələrə baxış keçirilmişdir. Lakin Cavabdeh2 idarə etdiyi avtomaşını sığorta etmiş təşkilat sığorta pulunun verilməsindən imtina etmişdir. Bu səbəbdən də İddiaçı otbiçəni özü təmir etdirmək məcburiyyətində qalmış və vurulmuş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Tərəflərin izahatlarını dinləyərək, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə hesab etmişdir ki, iddia qismən təmin olunmalıdır. Məlum olmuşdur ki, məhz Cavabdeh2 ehtiyyatsızlığından, sonuncunun idarə etdiyi Vaz- 21074 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşının 30 avqust 2021-ci il tarixdə Cavabdeh1 idarə etdiyi traktorun arxasına qoşulmuş otbiçənə dəyməsi nəticəsində İddiaçı məxsus otbiçən əzilmiş və sonuncuya maddi ziyan dəymişdir. Hadisənin məhz Cavabdeh2 təqsirindən baş verməsi onun inzibati məsuliyyətə cəlb edilməsinə dair 30 avqust 2021-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarla öz təsdiqini tapmışdır. Həmin hadisənin baş verməsində digər Cavabdeh1 təqsirli olması öz təsdiqini tapmamışdır. Bu səbəbdən də İddiaçı ona vurulmuş ziyanın ödənilməsini Cavabdeh2 tələb etməkdə haqlı olsa da iddia tələbinin Cavabdeh1 aid hissəsi əsaslı deyildir. Cavabdeh2 tərəfindən baş vermiş hadisədə özünün təqsirli olması inkar edilməsə də vurulmuş ziyanın onun deyil, idarə etdiyi nəqliyyat vasitəsinin sığorta edildiyi sığorta şirkəti tərəfindən ödənilməli olmasına istinad edilərək iddia tələbi qəbul edilməmişdir. Sığorta müqaviləsinin İddiaçı ilə sığorta şirkəti arasında deyil, Vaz-21074 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi ilə sığorta şirkətinin arasında bağlanması nəzərə alınaraq, İddiaçı ona vurulmuş ziyanı məhz zərərvuran Cavabdeh2 tələb etməkdədir ki, bu da qanunvericiliyin tələblərinə zidd deyildir. Həmçinin İddiaçı hadisə nəticəsində ona dəyən ziyan məbləğinin 1266 manat təşkil etdiyini, Cavabdeh2 isə sığorta şirkəti tərəfindən iddiaçıya dəyən ziyan məbləğinin 30 manat müəyyən edildiyini göstərmələrinə baxmayaraq məhkəmə qərardadı əsasında qiymətləndiricinin verdiyi rəylə iddiaçıya məxsus otbiçənin əzilməsi nəticəsində dəymiş ziyan məbləğinin 1128 manat təşkil etməsi müəyyən edilmişdir. Məhkəmə iddiaçıya dəymiş ziyanlığın müəyyən edilməsində müstəqil qiymətləndirici Kristal MM MMC-nin rəyinə istinad edilməsini doğru hesab etmiş və Cavabdeh2 ehtiyyatsızlığından baş vermiş hadisə nəticəsində İddiaçı dəymiş ziyanın 1128 manat olmasını qəbul etmişdir. Bu baxımdan da məhkəmə hesab etmişdir ki, İddiaçı ona vurulmuş 1128 manat ziyanın Cavabdeh2 alınaraq ona ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən əsaslı hesab edildiyindən Cavabdeh2 İddiaçı xeyrinə məhz tələbin əsaslı hesab edildiyi həcmdə dövlət rüsumu tutulmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilərək, Cavabdeh2 1128 manat maddi ziyan məbləği və 31,30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, əsaslı olmadığından iddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədiyi 33 manat dövlət rüsumunun 1,70 manatı İddiaçı özünə aid edilməlidir. Həmçinin iddianın qismən təmin edilməsi nəzərə alınaraq Cavabdeh2 müstəqil qiymətləndirici Kristal MM MMC-nin xeyrinə 200 manat qiymətləndirmə xərci tutulmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddələrin məzmununa nəzər yetirməmiş və yalnız iddiaçının mövqeyini üstün tutmaqla kifayətlənmişdir. Məhkəmə yalnız iddiaçının iddia ərizəsində göstərilənlərə əsas hesab edərək mülki iş üzrə araşdırma aparmışdır. Maddədə məhkəmənin üzərinə bir çox vəzifələrin qoyulduğu görsənir. Lakin bu işdə məhkəmə həmin vəzifələri yalnız iddiaçıların mövqeyinə münasibətdə icra edərək qeyri mötəbər dəlillərə əsaslanmamışdır. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Sözügedən maddənin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırkı işdə bu tələblərə də əməl olunmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallarla bağlı onu qeyd edək ki, "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən görünür ki, "xxxx" ASC-nin İdarə heyətinin sədri X3 ilə Şəki rayon Baş Göynük kənd sakini X2 arasında 02 aprel 2012-ci il tarixli, 408-L/12 nömrəli Lizinq Müqaviləsi bağlanmışdır. Həmin lizinq müqaviləsi üzrə 3 illik ödəmə müddəti olmaqla, dəyəri 2100 manat bir ədəd RM2-165-lik rotorlu otbicən lizinqə götürülür. "xxxx" ASC-nin 02 aprel 2012-ci il tarixli, 546/ü saylı əmrdən görünür ki, Şəki rayon Baş Göynük kənd sakini X1 RM2-165 lik otbiçən lizinqə verilib. Qeyd edilən sənədlərdən müəyyən edilir ki, zərər dəymiş, lizinq yolu ilə alınmış texnikanın təzəsinin qiyməti 2100 manat olmuşdur. Həmin 165lik otbiçən 10 ildən çoxdur ki işləyir. Avto qəza yerindən çəkilmiş şəkillərdən görünür ki, şəkillərə baxdıqda 165lik otbiçənə əzik, qırıq və ya avto qəza nəticəsində dəyən ziyan müəyyən edilməsə də, həmin şəkillərdən Vaz 21074 markalı avto nəqliyyat vasitəsinə dəymiş ziyanın hansı həcmdə olmasını müəyyən etmək mümkündür. Habelə qeyd edək ki, kənd təsərrüfatı texnikasının və ləvazımatlarının satışı ilə məşğul olan internet saytlardan götürülmüş qiymətlərdən görünür ki, hazırkı vaxtda 165lik otbiçənlərin bazar qiymətləri 1200 azndən 1800 azn arasında dəyişir. Göründüyü kimi dəyən ziyan məbləği əmlakın tam məhv olmasını göstərir. Halbuki hadisədən sonrada əmlak işlək vəziyyətdə olmuşdur. Məhkəmə araşdırma nəticəsində müəyyən etmişdir ki, sığorta müqaviləsinin İddiaçı ilə sığorta şirkəti arasında deyil, Vaz-21074 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi ilə sığorta şirkətinin arasında bağlanması nəzərə alınaraq, İddiaçı ona vurulmuş ziyanı məhz zərərvuran Cavabdeh2 tələb etməkdədir ki, bu da qanunvericiliyin tələblərinə zidd deyildir. Həmçinin İddiaçı hadisə nəticəsində ona dəyən ziyan məbləğinin 1266 manat təşkil etdiyini, Cavabdeh2 isə sığorta şirkəti tərəfindən iddiaçıya dəyən ziyan məbləğinin 30 manat müəyyən edildiyini göstərmələrinə baxmayaraq məhkəmə qərardadı əsasında qiymətləndiricinin verdiyi rəylə iddiaçıya məxsus otbiçənin əzilməsi nəticəsində dəymiş ziyan məbləğinin 1128 manat təşkil etməsi müəyyən edilmişdir. Məhkəmə iddiaçıya dəymiş ziyanın müəyyən edilməsində müstəqil qiymətləndirici Kristal MM MMC-nin rəyinə istinad edilməsini doğru hesab edir və Cavabdeh2 ehtiyyatsızlığından baş vermiş hadisə nəticəsində İddiaçı dəymiş ziyanın 1128 manat olmasını qəbul edir. Bu baxımdan İddiaçı ona vurulmuş 1128 manat pulun Cavabdeh2 alınaraq ona ödənilməsini tələb etməkdə haqlıdır. Hesab edirik ki, məhkəmə yuxarıda göstərilmiş nəticəyə gələrkən iş üzrə halları tam araşdırmamış və ziddiyyətli olan hallara sübut olaraq qiymət verərək iş üzrə qanunsuz qətnamə çıxarmışdır. Qeyd etmək lazımdır ki, iddiaçı məhkəmə iclasında bildirmişdir ki, otbiçənin təmiri üçün təkcə Gəncə şəhərindən 1070 manat dəyərində ehtiyyat hissələrini almışdır. Məhkəmə ekspertizasının keçirilməsinə də əsas elə iddiaçının bu ifadəsi olmuşdur. Lakin məhkəməyə hər hansısa sübut (qəbz, çek, maliyyə sənədləri və.s) təqdim etməmişdir. Göründüyü kimi iddiaçı heç bir ehtiyyat hissəsi almamamış və alada bilməzdir. Çünki 165lik otbiçənə iddiaçının qeyd etdiyi qədər zərər vurulmamışdır. Mülki iş materiallarında olan Azərbaycan Sənaye Sığorta şirkətinin Cavabdeh1 ünvanladığı 17 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, ona məxsus “Yumz 6L” markalı ** KL *** dövlət qeydiyyat nişanlı traktora qoşulmuş texnikaya dəymiş zərərlə bağlı Qafqaz Ticarət MMC tərəfindən 02 sentyabr 2021-ci il tarixli qüsur aktı tərtib edilmişdir. Həmin akta əsasən dəymiş zərər 30 manat məbləğində müəyyənləşdirilmişdir. Zərərin iddianın təmin edildiyi həcmdə (1128 manat) olmamasını və məhkəmənin gəldiyi nəticənin əsassız olduğunu aşağıdakı hallarla müəyyən edilir. Belə ki, "xxxx" MMC-nin 31 avqust 2021-ci il tarixli, 76 saylı qiymətləndirmədən görünür ki, dəymiş maddi ziyanın məbləği 1266 manat təşkil edir. Həmçinin Kristal MM MMC-nin 06 iyul 2022-ci il tarixli, 2002/22 nömrəli qiymətləndirmə rəyindən görünür ki, İddiaçı məxsus traktora qoşulan otbiçən qurğunun əzilməsi nəticəsində dəymiş zərər məbləği 1128 manat təşkil edir. Bununla bağlı qeyd etmək lazımdır ki, "xxxx" MMC-nin 06 iyul 2022-ci il tarixli, 2002/22 nömrəli qiymətləndirmə rəyindən görünür ki, "xxxx" MMC-nin ekspertləri dəymiş ziyanın müəyyən edilməsi İddiaçı ifadəsi və "xxxx" MMC- nin 31 avqust 2021-ciil tarixli, 76 saylı sənədlər əsasında aparılmışdır. Həmçinin qeyd edilən rəylərdə tədqiqatın obyektinin hansı markada olmasını ekspertlər göstərilməmişdir. Həm "xxxx" MMC-nin rəyində xərclər aşağıdakı kimi manatla göstərilmişdir: Baraban -1 ədəd -60 Diyircəkli çarxlar yuvası-1 ədəd -60 Val-2 ədəd - 55 manat Alt qazan-1 ədəd-130 Dişli çarx böyük-2 ədəd -30 Dişli çarx kiçik-2 ədəd-25 Şkivədəd-30 Ötürücü kardan-1 ədəd-120 Traktorun sürətər qutusu-1-ədəd -450 Sürətlər qutusu yağ-6-3 manatdan -18 manat Tənəkəçi -1ədəd -150 Həmçinin "xxxx" MMC-nin ekspertlərinin istinad etdiyi "xxxx" MMC-nin rəyindən xərclər aşagıdakı kimi müəyyən edilmişdir: Baraban -1 ədəd-60 manat, Yastılar yuvası-1ədəd- 62 manat, Val-2ədəd-50 manat- 100 manat, Alt 1 ədəd-130 manat Dişli çarx böyük-1 ədəd-30 manat Dişli çarx kiçik-1 ədəd -26 manat Şkiv-1 ədəd- 40 manat Rotor val-1 ədəd -150 manat Sürətər qutusu-1 ədəd -500 manat Yağ-6 litir-3 –manat-18 manat Tənəkəçi 150 göründüyu kimi "xxxx" MMC-nin rəydə və "xxxx" MMC-nin rəyində hər iki ekspert vahid mövqedən çıxış edir ki, dəymiş ziyanın aradan qaldırılması üçün xidmət tənəkəçi tərəfindən aparılmalıdır. Hər kəsə məlumdur ki, tənəkəçi dedikdə “dəmirçi” nəzərdə tutulur. "xxxx" MMC-nin rəyinin üçüncü abzasından görünür ki, ekspert rəyi daşınmaz əmlakın bazar qiyməti barədə mövcud rəyi hazırlanmışdır. Lakin ekspertin tədqiqat obyekti daşınar əmlakdır. Göründüyü kimi rəylər hazırlanarkən dəymiş zərərin nədən ibarət olduğunu qeyd edilməmiş sadəcə iddiaçının ifadəsi əsasında, tədqiq edilmiş obyektə baxış keçirilmədən ziyan müəyyənləşdirilərkən hansı kriteriyalardan detalın dəyişdirilməsinə ehtiyacın olub-olmaması, əgər dəyişdirilməsinə ehtiyac nədən olması məyyən edilməmişdir. Həmçinin birinci instansiya məhkəməsi mülki iş üzrə araşdırma apararkən "xxxx" ASC-ni üçüncü şəxs olaraq cəlb etməmişdir. Belə ki, sığorta şirkətinin tərəfindən avto qəza zamanı dəyəmiş ziyanın 30 manat müəyyən edilməsini və hadisə zamanı şirkətin mütəxəssislərinin aqreqata baxış keçirərək həmin nəticəyə gəlməsini əsaslandıra bilərlər və bu barədə izahatları iş üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, məhkəmə kollegiyasından obyektiv həqiqətin müəyyən edilməsi üçün "xxxx" ASC-nin üçüncü şəxs qismində mülki iş üzrə cəlb edilməsini xahiş edir. Göründüyü kimi məhkəmə rəylər arasında belə kəskin fərqlərin və rəy tərtib edilərkən yalnız iddiaçının ifadəsinin alınması, tədqiqat obyektinə baxış keçirilməməsi rəydə dəymiş ziyanın nədən ibarət olmasını, dəymiş ziyanın təsviri, dəyişiləsi detalların təsviri və bərpa olunmaması səbəbləri göstərilməmişdir. dəyən zərər nədən ibarət olduğu rəylərdə əsaslandırılmamışdır. Ziyan görmüş detal vizual təsvir edilməmişdir. Odur ki qeyd edilənləri nəzərə alaraq, Şəki Rayon Məhkəməsinin 2(075)-912/2022 saylı,xx.xx.2022-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin olunmuş Cavabdeh2 1128 manat maddi ziyan məbləği və 31,30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsinə dair hissəsində və Cavabdeh2 müstəqil qiymətləndirici Kristal MM MMC-nin xeyrinə 200 manat qiymətləndirmə xərci tutulması hissəsində ləğv edilməsini, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ona dəymiş maddi zərərin əvəzi olaraq 1266 manatın və dövlət büdcəsinə ödədiyi 33 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq ona ödənilməsi barədə İddiaçı iddiasının rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh2, apellyasiya şikayətinin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 2(075)-912/2022 saylı,xx.xx.2022-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin olunmuş Cavabdeh2 1128 manat maddi ziyan məbləği və 31,30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsinə dair hissəsində və Cavabdeh2 müstəqil qiymətləndirici Kristal MM MMC-nin xeyrinə 200 manat qiymətləndirmə xərcinin tutulması hissəsində ləğv edilməsini, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ona dəymiş maddi zərərin əvəzi olaraq 1266 manatın və dövlət büdcəsinə ödədiyi 33 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq ona ödənilməsi barədə İddiaçı iddiasının rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 2(075)-912/2022 saylı, 02 avqust 2022-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir. Apellyator Şəki Rayon Məhkəməsinin 2(075)-912/2022 saylı, 02 avqust 2022-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin olunmuş Cavabdeh2 1128 manat maddi ziyan məbləği və 31,30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsinə dair hissəsində və Cavabdeh2 müstəqil qiymətləndirici Kristal MM MMC-nin xeyrinə 200 manat qiymətləndirmə xərci tutulması hissəsində ləğv edilməsini, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ona dəymiş maddi zərərin əvəzi olaraq 1266 manatın və dövlət büdcəsinə ödədiyi 33 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq ona ödənilməsi barədə İddiaçı iddiasının rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsinə münasibətdə apelyasiya şikayətinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, -2(075)-1524/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı özünə məxsus rotorlu otbiçəni vardır. Cavabdeh1 isə özünə məxsus traktoru vardır. 2021-ci ilin avqust ayının 30-da İddiaçı Cavabdeh1 ona məxsus otlaq sahəsinin otunun biçilməsini xahiş etmiş və otbiçəni Məmmədin traktorunun arxasına bağlamışdır. Məmməd həmin tarixdə İddiaçı məxsus, həm də özünün otlaq sahəsindəki otu biçdikdən sonra Şəki rayonu Aşağı Göynük kənd yolu ilə evinə qayıtmışdır. Həmin tarixdə səhər saatlarında Şəki rayonu Aşağı Göynük kənd yolu ilə Vaz-21074 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən Cavabdeh2 Cavabdeh1 idarə etdiyi traktora qoşulmuş, İddiaçı məxsus rotorlu otbiçəni arxa hissədən vurmuş və otbiçən yararsız hala düşmüşdür. Sonra traktor YPX-nin müvəqqəti duracağına aparılmış və sığorta şirkətinin nümayəndəsi tərəfindən əzilmiş hissələrə baxış keçirilmişdir. Lakin Cavabdeh2 idarə etdiyi avtomaşını sığorta etmiş təşkilat sığorta pulunun verilməsindən imtina etmişdir. Bu səbəbdən də İddiaçı otbiçəni özü təmir etdirmək məcburiyyətində qalmış və vurulmuş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə maddələrin məzmununa nəzər yetirməmiş və yalnız iddiaçının mövqeyini üstün tutmaqla kifayətlənmişdir. Məhkəmə yalnız iddiaçının iddia ərizəsində göstərilənlərə əsas hesab edərək mülki iş üzrə araşdırma aparmışdır. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respubliaksı DİN V Tağım YPX-nin inspektoru tərəfindən qəbul edilmiş 30 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP seriyalı ******* nömrəli qərardan görünür ki, Cavabdeh2 30 avqust 2021-ci il tarixdə saat 08:10-da idarə etdiyi Vaz-21074 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşınla yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respubliaksı İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Göründüyü kimi məhz Cavabdeh2 ehtiyyatsızlığından, sonuncunun idarə etdiyi Vaz-21074 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşının 30 avqust 2021-ci il tarixdə Cavabdeh1 idarə etdiyi traktorun arxasına qoşulmuş otbiçənə dəyməsi nəticəsində İddiaçı məxsus otbiçən əzilmiş və sonuncuya maddi ziyan dəymişdir. Hadisənin məhz Cavabdeh2 təqsirindən baş verməsi onun inzibati məsuliyyətə cəlb edilməsinə dair 30 avqust 2021-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarla öz təsdiqni tapmışdır. Həmin hadisənin baş verməsində digər Cavabdeh1 təqsirli olması öz təsdiqini tapmamışdır. Bundan başqa apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı hadisə nəticəsində ona dəyən ziyan məbləğinin 1266 manat təşkil etdiyini, Cavabdeh2 isə sığorta şirkəti tərəfindən iddiaçıya dəyən ziyan məbləğinin 30 manat müəyyən edildiyini göstərmələrinə baxmayaraq məhkəmə qərardadı əsasında qiymətləndiricinin verdiyi rəylə iddiaçıya məxsus otbiçənin əzilməsi nəticəsində dəymiş ziyan məbləğinin 1128 manat təşkil etməsi müəyyən edilmişdir. Məhkəmə iddiaçıya dəymiş ziyanlığın müəyyən edilməsində müstəqil qiymətləndirici Kristal MM MMC-nin rəyinə istinad edilməsini doğru hesab edir və Cavabdeh2 ehtiyyatsızlığından baş vermiş hadisə nəticəsində İddiaçı dəymiş ziyanın 1128 manat olmasını qəbul edir. Bu baxımdan İddiaçı ona vurulmuş 1128 manat ziyanın Cavabdeh2 alınaraq ona ödənilməsini tələb etməkdə haqlıdır. Hesab edirik ki, məhkəmə yuxarıda göstərilmiş nəticəyə gələrkən iş üzrə halları tam araşdırmamış və ziddiyyətli olan hallara sübut olaraq qiymət verərək iş üzrə qanunsuz qətnamə çıxarmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin obyektiv, tam və hərtərəfli araşdırılması üçün iddiaçıya dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə müstəqil qiymətləndirmə təyin edilmişdir. Qiymətləndirmənin aparılması nəticəsində işdə olan Kristal MM MMC-nin 06 iyul 2022-ci il tarixli, 2002/22 nömrəli qiymətləndirmə rəyindən görünür ki, İddiaçı məxsus traktora qoşulan otbiçən qurğunun əzilməsi nəticəsində dəymiş zərər məbləği 1128 manat təşkil edir. Məhkəmə iddiaçıya dəymiş ziyanın müəyyən edilməsində müstəqil qiymətləndirici Kristal MM MMC-nin rəyinə istinad edilməsini doğru hesab edir və Cavabdeh2 ehtiyyatsızlığından baş vermiş hadisə nəticəsində İddiaçı dəymiş ziyanın 1128 manat olmasını qəbul edir. Beləliklə məhkəmə kollegoyası hesab edir ki, müstəqil qiymətləndirmənin rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən bu dəlilə münasibətdə də düzgün mövqedən çıxış etmişdir. Buna görə də apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Apellyasiya şikayətinin başqa bir dəlili olaraq apellyator qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mülki iş üzrə araşdırma apararkən "xxxx" ASC-ni üçüncü şəxs olaraq cəlb etməmişdir. Belə ki, sığorta şirkətinin tərəfindən avto qəza zamanı dəymiş ziyanın 30 manat müəyyən edilməsini və hadisə zamanı şirkətin mütəxəssislərinin aqreqata baxış keçirərək həmin nəticəyə gəlməsini əsaslandıra bilərlər və bu barədə izahatları iş üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, məhkəmə kollegiyasından obyektiv həqiqətin müəyyən edilməsi üçün "xxxx" ASC-nin üçüncü şəxs qismində mülki iş üzrə cəlb edilməsini xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab edir. Belə ki, avto qəza baş verməsi nəticəsində dəymiş ziyanın siğorta şirkəti tərəfindən ödənilməsi ilə bağlı müqavilə İddiaçı ilə sığorta şirkəti arasında deyil, Vaz-21074 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi ilə bağlandığından İddiaçı ona vurulmuş ziyanı məhz zərərvuran Cavabdeh2 tələb etməkdə haqqlıdır. Belə olan halda isə məhkəmə tərəfindən Azərbaycan Sənaye Sığorta” ASC-nin üçüncü şəxs qismində mülki iş üzrə cəlb edilməsinə heç bir əsas yoxdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 2(075)- 912/2022 saylı, 02 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 2(075)-912/2022 saylı, 02 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1215/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1215/2022
20.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver