Məhkəmə qərarları › İş №2(107)-1215/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1215/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1215/2023 30.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı oğlunun cavabdehlər Cavabdeh2 və X1 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya baxışından çıxarma, işin istənilməsi) Hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı oğlunun cavabdehlər Cavabdeh2 və X1 qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(075)-484/2023 saylı qətnaməsindən İddiaçı Qinyaz oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyənetdi: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 35040 manat, 24000 ABŞ dolları, 267537,84 Rusiya rublu məbləğində borcun ödənilmiş 341 manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh2 və X3.qızından tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(075)-484/2023 saylı qətnaməsi ilə (hakim P.Hacıyev) İddiaçı oğlunun cavabdeh X1 qarşı 35040 manat, 24000 ABŞ dolları, 267537,84 Rusiya rublu məbləğində borcun tutulması tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 341 manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı Qinyaz oğlu аpellyаsiyа şikаyəti vermişdir. İşə apellyasiya icraatında baxılan zaman iş üzrə Cavabdeh2 da qətnamədən apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra birinci instansiya məhkəməsi Cavabdeh2 apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinə uyğunluğunun yoxlanılması məqsədilə mülki işin Şəki Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbаycаn Respublikаsı Mülki Prossesual Məcəlləsinin 254.1.4-cü mаddəsinə əsаsən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hаkim işdə iştirаk edən şəxslərin ərizəsi üzrə və yа öz təşəbbüsü ilə iş üzrə icrааtı dаyаndırа bilər. Həmin Məccələnin 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər dayandırılır. Həmin Məccələnin 254.2-ci maddəsinə əsasən məhkəmə qanunla nəzərdə tutulan digər hallarda da iş üzrə icraatı dayandırır. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-1215/2023 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli, mülki iş apellyasiya baxışından çıxarılmalı, iş üzrə Cavabdeh2 apellyasiya şikayəti MPMnin 361-ci maddəsinə uyğunluğunun yoxlanılması üçün mülki iş Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə;. İş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 364, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-1215/2023 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilsin. Şəki Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(075)-484/2023 saylı qətnaməsindən İddiaçı Qinyaz oğlu tərəfindən verilmiş şikayət üzrə mülki iş apellyasiya baxışından çıxarılsın. Şəki Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(075)-484/2023 saylı qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinə uyğunluğunun yoxlanılması üçün mülki iş Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul olunduğu аndаn qаnuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar