Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1216/2021 10.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, şikayətçi Maraqlı şəxs2 iştirakı ilə, Balakən Rayon Məhkəməsinin 2(019)-207/2020 nömrəli, 28 aprel 2021-ci il tarixli qərardadından Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 2(019)-207/2020 nömrəli, 04 may 2020-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, İddiaçı və uşaqları; 29.01.2005-ci il təvəllüdlü X2, 13.03.2006-cı il təvəllüdlü X5 və 15.09.2009-cu il təvəllüdlü X1 ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus olan fərdi yaşayış evindən istifadə hüquqlarının müəyyən olunması və İddiaçı uşaqları; X2, X5 və X3 ilə birlikdə Cavabdeh məxsus həmin fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Maraqlı şəxs2 Balakən Rayon Məhkəməsinin 2(019)-207/2020 nömrəli, 04 may 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Balakən Rayon Məhkəməsinin 2(019)-207/2020 nömrəli, 04 may 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 25 dekabr 2020-ci il tarixli, 2 (019)-207/2020 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı evdən istifadə hüquqlarının müəyyən edilməsi və evə köçürmə tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli, 2 (019)- 207/2020 nömrəli qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Maraqlı şəxs2 həmin qərardaddan məhkəməyə şikayət vermişdir. Balakən Rayon Məhkəməsinin 14 yanvar 2021-ci il tarixli, 2 (019)-207/2020 nömrəli qərardadı ilə Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 2 (019)-207/2020 nömrəli, 25 dekabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 29.03.2021-ci il tarixli, 2 (107)-812/2021 nömrəli qərardadı ilə Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 25 dekabr 2020-ci il tarixli, 2 (019)-207/2020 saylı qərardadı tam, Balakən Rayon Məhkəməsinin 14 yanvar 2021-ci il tarixli, 2 (019)- 207/2020 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilmiş, Balakən Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli, 2(019)-207/2020 saylı qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti mülki işin materialları ilə birlikdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Balakən Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2 (019)-207/2020 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı evdən istifadə hüquqlarının müəyyən edilməsi və evə köçürmə tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli, 2 (019)- 207/2020 nömrəli qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Balakən Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2 (019)-207/2020 nömrəli qərardadı ilə Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2 (019)-207/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış və Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən şikayətçi Maraqlı şəxs2 şikayəti müdafiə edərək, sonda şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(019)- 207/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Məhkəmə Maraqlı şəxs2 qətnamədən apellyasiya şikayətinin verilməsi üçün hazırkı mülki işin onun maraqlarına toxunması, onun işə cavabdeh qismində cəlb edilməli olması, onun mülkiyyət hüquqlarının pozulması barədə qeyd etdiklərini qəbul etmir. Belə ki, iş materiallarından görünür ki, Maraqlı şəxs2 həmin mülki iş üzrə tərəf deyildir. Maraqlı şəxs2 şikayətin verilməsi üçün istinad etdiyi hallar tamamilə əsassızdır, iş materialları ilə təsdiq olunmur və qəbul olunmur. Həmçinin Maraqlı şəxs2 sözügedən məhkəmə qətnaməsinin onun hansı maraqlarına və hüquq və vəzifələrinə toxunmasını və onun iş üzrə cavabdeh qismində cəlb olunmalı olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarından görünür ki, evin mülkiyyətçisi Cavabdehdır və iddia da həmin evdən istifadə hüquqlarının müəyyən olunması və evə köçürmə ilə bağlı olmuşdur. Sözügedən qətnamədə iddiaçı tərəfin evin yerləşdiyi torpaq sahəsindən istifadə hüquqları və istifadə qaydaları müəyyən edilməmiş, evin yerləşdiyi torpaq sahəsinin hüquqi rejiminə toxunan hər hansı məsələ qeyd edilən mülki iş üzrə məhkəmə araşdırmasının və hüquqi qiymətləndirməsinin predmeti olmamışdır. Belə olan halda Balakən Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli, 2 (019)-207/2020 nömrəli qətnaməsinin Maraqlı şəxs2 hansı maraqlarına və hüquq və vəzifələrinə toxunması aydın deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Maraqlı şəxs2 Balakən Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli, 2 (019)-207/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək hüququ olmayan şəxsdir və bu apellyasiya şikayəti ona hüquqi olmayan şəxs tərəfindən imzalanmışdır. Həmçinin sözügedən qətnamədən apellyasiya şikayətinin verilmə müddəti ötürülmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, öyrənilən işdən bəlli olur ki, Balakən Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli, 2(019)-207/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddiası təmin edilmiş, İddiaçı və uşaqları; 29.01.2005-ci il təvəllüdlü X2, 13.03.2006-cı il təvəllüdlü X5 və 15.09.2009-cu il təvəllüdlü X1 ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus olan fərdi yaşayış evindən istifadə hüquqlarının müəyyən olunması və İddiaçı uşaqları; X2, X5 və X3 ilə birlikdə Cavabdeh məxsus həmin fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Maraqlı şəxs2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Balakən Rayon Məhkəməsinin 2(019)-207/2020 nömrəli, 04 may 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-nin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-nin 363.1-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa;…363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının «Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxlmasının hədləri ilə bağlı Mülki-Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair» 14 oktyabr 2020-ci il tarixli, 04/2020 №-li qərardadında göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır; məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrar apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir; məhkəmə aktlarının apellyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apellyasiya şikayəti (və ya şikayətləri) apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir; məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 411-ci maddəsinə əsasən imtina edilməlidir. Göründüyü kimi Balakən Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli, 2 (019)- 207/2020 nömrəli qətnaməsinin Maraqlı şəxs2 hansı maraqlarına və hüquq və vəzifələrinə toxunması aydın deyildir. İş üzrə bütün xüsusatlar ətraflı araşdırıldığından məhkəmə kollegiyası əlavə araşdırma aparılmasına zərurət görmür. MPM-in 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. MPM-in 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və MPM-in 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Balakən Rayon Məhkəməsinin 2(019)-207/2020 nömrəli, 28 aprel 2021-ci il tarixli qərardadından Maraqlı şəxs2 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(019)-207/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1216/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1216/2021
10.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver