Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1218/2022 30.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc pul tələbi ) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli 2(024)-340/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Cavabdeh İddiaçı ilə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 8 saylı Notariat ofisində kredit müqaviləsi bağlayaraq xx.xx.2019-cu il tarixədək qaytarmaq şərti ilə İddiaçı 30000 manat məbləğində borc pul almışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ümumilikdə 16000 manat borc pulun və 139 manat ödədiyi dövlət rüsumunun tutularaq özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh ümumilikdə 16000 manat borc pulun və 139 manat ödədiyi dövlət rüsumunun tutularaq özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ilə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 8 saylı Notariat ofisində kredit müqaviləsi bağlayaraq xx.xx.2019-cu il tarixədək qaytarmaq şərti ilə İddiaçı 30000 manat məbləğində borc pul almışdır. Cavabdeh aldığı puldan 14000 manatını iddiaçıya qaytarmış, lakin yerdə qalan borcunu ödəməkdən yayınmışdır. Bu səbəbdən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin iddiaçıya 16000 manat borcunun olması işin halları və kredit müqaviləsi ilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 16000 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir.
6. Qax Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(024)-340/2022 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia təmin olunmuş, Cavabdeh 16000 manat məbləğində pul və ödənilmiş 139 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1 və 425-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
8. İş materiallarında olan MAPS arayışından görünür ki, Cavabdeh Qax şəhəri, İ.Mustafayev küçəsi, döngə 7, ev 5-də qeydiyyatdadır.
9. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixədək qaytarmaq şərti ilə İddiaçı 30000 manat məbləğində borc pul almışdır.
10. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 138 manat dövlət rüsumu ödəmişdir.
11. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh, apellyasiya şikayətini əsaslandıraraq bildirir ki, İddiaçı Bakı şəhərində xx.xx.2019-cu il tarixdə 8 saylı notariat ofisində müqavilə bağlayaraq 30000 manat borc pul almışdır, həmin puldan 14000 manat bir və 4500 manat isə bir olmaqla qaytarmışdır. Hazırda həmin borcdan 11500 manat borcum qalmışdır.
13. İddiaçı tərəf həmin puldan 4500 manatını qəbul etmir.
14. Qax rayon Məhkəməsi yuxarıda onun qeyd ediyi xüsusatı araşdırmamış, onun iştirakı olmnadan məhkəmə prosesi keçirilmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipi pozulmuşdur. O müdafiə olunmaq hüququndan məhrum edilmişdir.
15. Cavabdeh qeyd edir ki, onun məhkəmə prosesində iştirakı təmin edilməmiş, müdafiə olunmaq üçün ona şərait yaradılmamışdır.
16. Tərəflərin çəkişmə prinsipinin pozulması ilə birtərəfli qaydada qəbul edilmiş məhkəmə qətnaməsi qanuni və əsaslı ola bilməz. Cavabdehə müdafiə olunmaq üçün şərait yaradılmamaış və o öz sübutlarını təqdim edə bilməmiş. Məhkəmə iclasında heç bir sübut araşdırılmamışdır. Onun ümumi borcdan ödədiyi 4500 manat pula dair hissə araşdrılımamışdır. Onun iddiaçıya borcu 11500 manat təşkil edir. Bu faktın araşdırılmaması məhkəmənin gəldiyi nəticəyə mühüm təsir göstərir. Borcun məbləği düzgün müəyyən edilməmiş, ödədiyi pulun bir hissəsi, yəni 4500 manat nəzərə alınmamışdır.
17. Ona görə də, cavabdeh Qax Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(024)-340/2022 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etirazı verən İddiaçı bildirir ki, 18 aprel 2019–cu il tarixində 8 saylı notariat kontorunda təsdiq edilmiş kredit müqaviləsinə əsasən cavabdeh ondan 30000 manat borc almışdır və bu günə qədər cəmi 14000 manat qaytarıb və o məcbur olub məhkəmə qaydasında qalan 16000 manat pulunun alınmasını tələb edib.
19. İddiaçı bildirir ki, cavabdeh lazımi öhdəliyi yerinə yetirmədiyindən, o Qax rayon məhkəməsinə müraciət etmişdir və Qax Rayon Məhkəməsi 01 avqust 2022-ci il tarixli, 2(024)-340/2022 nömrəli qətnaməsini qəbul etmişdir. İdiaçı yuxarıda qeyd edilənləri nəzərə alaraq Cavabdeh apellyasiya şikayetinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kolelgiyasının əvvəlki iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır. 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
24. Cavabdeh Qax Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(024)-340/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
26. Cavabdeh apellyasiya şikayətində bildirir ki, İddiaçı Bakı şəhərində xx.xx.2019-cu il tarixdə 8 saylı notariat ofisində müqavilə bağlayaraq 30000 manat borc pul almışdır, həmin puldan 14000 manat bir və 4500 manat isə bir olmaqla qaytarmışdır. Hazırda həmin borcdan 11500 manat borcu qalmışdır. İddiaçı tərəf həmin puldan 4500 manatını qəbul etmir.
27. Bu qətnamənin 21-ci bəndində göstərilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinin tələbinə əsasən icranı təsdiq etmək üçün verilmiş sənəd və ya borc sənədinin üzərində aparılmış qeyd mövcud olmalıdır ki, apellyator məhkəməyə bu barədə heç bir sənəd təqdim edə bilməmişdir.
28. Eyni ilə apellyator qeyd edir ki, Qax rayon Məhkəməsi yuxarıda onun qeyd ediyi xüsusatı araşdırmamış, onun iştirakı olmnadan məhkəmə prosesi keçirilmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipi pozulmuşdur. O müdafiə olunmaq hüququndan məhrum edilmişdir.
29. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 14-16cı bəndlərində göstərilmiş həmin arqumentlərinə münasibət bildirərək qeyd edir ki, mülki işin 13, 22 və 27-ci vərəqlərində olan xəbərnamə və qəbzlərdən görünür ki, apellyatorun birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclaslarından məlumatı olmuşdur. Mülki işin 14 və 30-cu vərəqlərində yer alan teleqramlardan görünür ki, apellyator məhkəməyə teleqramlar ünvanlayaraq müvafiq olaraq 27 may 2022-ci il tarixli və 1 avqust 2022-ci il tarixli məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmişdir.
30. Məhkəmə kollegiyаsı qeyd edir ki, apellyasiya şikayəti verən Cavabdeh, birinci instansiya məhkəməsində olduğu kimi, apellyasiya baxışında da lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmiş, verdiyi apellyasiya şikayətini müdafiə etmək hüququndan istifadə etməmiş və ən əsası verdiyi şikayətlə bağlı hər hansı bir toplаnmış sübutlаrı məhkəməyə təqdim etməmişdir.
31. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.
32. Məhkəmə kollegiyаsı toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdehlər Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(024)-340/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə kolelgiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə qətnamənin əsaslandırıcı hissəsində iddianın təmin olunmalı olduğunu göstərmiş və əsaslandırmanı həmin qaydada aparmışdır. Buna baxmayaraq, qətnamənin nəticə hissəsində iddianı tam təmin edildiyi göstərilsə də, orada lüzumsuz olaraq “qismən” sözü yazılmışdır. Ona görə də, həmin söz nəzərə alınmamalıdır.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(024)-340/2022 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Ayaz Mahmudov