Məhkəmə qərarları › İş №2(107)-1219/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1219/2022

10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1219/2022 10.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “2900 manat pulun və iddia qaldırmaq üçün ödədiyi 53 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc pul, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehu vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “2900 manat pulun və iddia qaldırmaq üçün ödədiyi 53 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(024)-307/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 3138 manat iddia qaldırmaq üçün ödədiyi 53 manat dövlət rüsumunun cəmi 3191 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh 2900 manat pulun və iddia qaldırmaq üçün ödədiyi 53 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çxıarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o Qax şəhəri, C.Cabbarlı küçəsi ev-3, döngə-2 yaşayır. O, Qarabaldır kənd məktəbində müəllimə işləyir. Cavabdeh onun müəllim yoldaşıdır. “Bank of Bakudan” 2015-ci il tarixdə 1600 manat kredit və 500 manatlıq “BOLKART” götürüb Cavabdeh vermişdir. Lakin aldığından daha çox 3138 manat Bank of Bakunun xeyrinə ödəmişdir. O, həmin pulları ödəyəndə cavabdeh həmin pulu vaxtında qaytaracağına söz vermişdir. Həmin borcun az bir hissəsini ödəsə də daha sonra ödəməkdən yayınmışdır. Sonuncu ödənişi xx.xx.2022-ci il tarixdə pensiyasından ödəmişdir. O, cavabdehdən banka ödədiyi pulu geri tələb etdikdə ödəyəcəyinə söz vermişdir. Lakin onun aldadırdı. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan əlavə o məhkəmədə iddia qaldırmaq üçün 53 manat dövlət rüsumu ödəmişdir. Cavabdeh ona olan borcunu ödədiyi və məhkəmə qərarı ilə icraata xitam verildiyi barədə göstərdikləri ilə bağlı bildirir ki, cavabdehin qeyd etdiyi borc onun "xxxx" ASC-dən kredit alaraq iddiaçıya borc verdiyi məbləğə aiddir. Hazırki borc məbləği isə onun "xxxx"dan alaraq iddiaçıya verdiyi pul məbləği ilə əlaqədardır. Məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra cavabdeh ona olan borcundan hissə-hissə olmaqla 700 manat ödəmiş, hazırda cavabdehin ona 2900 manat borcu qalmışdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh 2900 manat pulun və iddia qaldırmaq üçün ödədiyi 53 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Qax Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(024)-307/2022 saylı qətnaməsi ilə (M.Qarayev) iddianın təmin edilməsi, Cavabdeh 2900 manat pul və 53 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 2015-ci ildə "xxxx" ASCdən götürdüyü 1600 manat kredit məbləğini və balansında 500 manat pul olan “BOLKART”ı Cavabdeh vermişdir. Cavabdeh həmin məbləği iddiaçıya qaytaracağına söz versə də, vədinə əməl etməmiş, nəticədə bank tərəfindən iddiaçıdan 3138 manat pul tutulmuşdur. Cavabdeh həmin məbləğdən 700 manatını iddiaçıya hissə-hissə olmaqla ödəmiş və hazırda cavabdehin iddiaçıya 2900 manat borcu yaranmışdır. Məhkəmə işin faktki hallarına və şahid ifadələrinə hüquqi qiymət verərək və həmin ifadələri əsaslı və mötəbər sübut kimi qiymətləndirərək hesab etmişdir ki, iddiaçının cavabdehə 2900 manat borcu olması sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Şərh olunanlara obyektiv qiymət verərək məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh 2900 manat pul və 53 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Mülki Prosessual Məcəllənin 14.2, 53, 76.1, 77.1, 217.4, 218.1-ci maddələri, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Cavabdeh Qax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək İddiaçı iddiasının əsassız olmasını bildirmiş, həmçinin iş üçün əhəmiyyətli olan Oax Ravon Məhkəməsinin 2(024)- 1063 nömrəli qətnaməsi barədə məlumat vermiş və İddiaçı Qax Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı ərizəsini, o cümlədən icra vərəqəsini ərizəyə əlavə etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, İddiaçı 2017-ci il tarixdə ona qarşı "Cavabdeh 4222,17 manat borc pulun tutulataq İddiaçı qızma ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət etmiş və Qax Rayon Məhkəməsinin 2(024)-1063 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş və qətnamə qanuni qüvvəsini aldıqdan sonra iş icraata yönəldilmişdir. İşin həmin halı sübut edir ki, əgər Cavabdeh 2015-ci ildən İddiaçı qızma 3138 manat borcu olmuş olsa idi, həmin vaxtı qeyd olunan tələblə də bağlı İddiaçı iddia qaldırardı. Apellyasiya şikayətinə əlavə edilmiş İddiaçı qızmm Qax ravon İcra və Probasiya Şöbəsinə ünvanladığı ərizəsindən də göründüyü kimi, sonuncu Cavabdeh heç bir şikayət və tələbinin olmadığını bildirir. Qax Rayon Məhkəməsi 01 avqust 2022-ci il tarixli, 2(024)-307/2022 iş nömrəli qətnaməsində şahid ifadələrini əsas götürərək iddianı əsaslı hesab etməsini qeyd etmişdir. Qax Rayon Məhkəməsinin mövqeyindən belə başa düşülür ki, istənilən şəxs 2 nəfər şahidin köməkliyi ilə istədiyə şəxsə qarşı borc tələbi ilə bağlı məhkəməyə müraciət edə bilər və məhkəmələr də həmin iddiaları əsaslı hesab etməlidir. Hesab edirik ki, Qax Rayon Məhkəməsinin hazırki işdəki mövqeyi qanunsuz və əsassızdır. O cümlədən, yalnış məhkəmə təcrübəsinin formalaşmasına xidmət edir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Qax Rayon Məhəkəməsin 01 avqust 2022-ci il tarixli, 2(024)-307/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdehu vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhəkəməsin 01 avqust 2022-ci il tarixli, 2(024)- 307/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhəkəməsin 01 avqust 2022-ci il tarixli, 2(024)-307/2022 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Belə ki, o “Bank of Bakudan” 2015-ci il tarixdə 1600 manat kredit və 500 manatlıq “BOLKART” götürüb Cavabdeh vermişdir. Lakin aldığından daha çox 3138 manat Bank of Bakunun xeyrinə ödəmişdir. O, həmin pulları ödəyəndə cavabdeh həmin pulu vaxtında qaytaracağına söz vermişdir. Həmin borcun az bir hissəsini ödəsə də daha sonra ödəməkdən yayınmışdır. Tətbiq edilən hüquqa Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə, öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;

2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Qax Rayon Məhəkəməsin 01 avqust 2022-ci il tarixli, 2(024)-307/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə Qax Rayon Məhəkəməsin 01 avqust 2022-ci il tarixli, 2(024)-307/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında İddiaçı izahatı əsasında müəyyən edilmişdir ki, iş materiallarında olan 2(024)-1063/2017 saylı, 22 sentyabr 2017-ci il tarixli icra vərəqəsi əsasında "Cavabdeh 4222,17 manat borc pulun tutulataq İddiaçı qızma ödənilməsi tələbinə dair" iddia ərizəsi üzrə Qax Rayon Məhkəməsinin qətnaməsi 2(024)-1063/2017 saylı qətnaməsi icra edilməsi üçün Qax Rayon üzrə İcra və Probasiya Şöbəsinə verilmişdir. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı 2017-ci il tarixdə ona qarşı "Cavabdeh 4222,17 manat borc pulun tutulataq İddiaçı qızma ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət etmiş və Qax Rayon Məhkəməsinin 2(024)-1063 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş və qətnamə qanuni qüvvəsini aldıqdan sonra iş icraata yönəldilmişdir. İşin həmin halı sübut edir ki, əgər Cavabdeh 2015-ci ildən İddiaçı qızma 3138 manat borcu olmuş olsa idi, həmin vaxtı qeyd olunan tələblə də bağlı İddiaçı iddia qaldırardı. Məhkəmə kollegiyası şikayətin bu dəlilinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili əsaslıdır. Belə ki, məhkəmə iclası zamanı iş üzrə iddiaçı izahat verərək qeyd etmişdir ki, “Bank of Bakudan” 2015-ci il tarixdə 1600 manat kredit və 500 manatlıq “BOLKART” götürüb Cavabdeh vermişdir. Lakin aldığından daha çox 3138 manat Bank of Bakunun xeyrinə ödəmişdir. O, həmin pulları ödəyəndə cavabdeh həmin pulu vaxtında qaytaracağına söz vermişdir. Həmin borcun az bir hissəsini ödəsə də daha sonra ödəməkdən yayınmışdır. Lakin iddiaçının cavabdehə 1600 manat kredit və 500 manatlıq “BOLKART” verməsi iş materialları ilə təsdiq edilmir. Həmçinin kollegiya qeyd edir ki, sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Hazırkı halda isə fərziyyə xarakteri daşıyan izahatı sübut kimi qiymətləndirməkdə birinci instansiya məhkəməsi səhvə yol vermişdir. Bundan başqa birinci instansiya məhkəməsi qətnaməsində işdə olan "xxxx"ASC-nin İddiaçı götürdüyü kredit məbləğindən 3138 manat ödəniş etmisinə dair hesabdan çıxarışı sübut kimi göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin çıxarış əsasında iddiaçı tərəfindən 3138 manat məbləğində pulun Bank of Bakunun hesabına ödənildiyini müəyyənləşdirmək mümkün olsa da, göstərilən məbləğin cavabdehə verilməsi üçün alındığını sübut etmək mümkün olmamışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 2017-ci il tarixdə Cavabdeh 4222,17 manat borc pulun tutulataq ona ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət etmiş, sözügedən iddia tələbinə baxılaraq iş üzrə Qax Rayon Məhkəməsinin 2(024)-1063/2017 saylı yekun məhkəmə aktı çıxarılmış və icra edilməsi üçün Qax rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarında olan 2(024)-1063/2017 saylı, 22 sentyabr 2017-ci il tarixli icra vərəqəsindən görünür ki, "İddiaçı Cavabdeh 4222,17 manat borc pulun tutulataq ona ödənilməsi tələbinə dair" iddia ərizəsi üzrə çıxarılmış Qax Rayon Məhkəməsinin 2(024)- 1063/2017 saylı qətnaməsi icra edilməsi üçün Qax rayon İcra və Probasiya Şöbəsinə verilmişdir. Eyni zamanda iş materiallarında olan İddiaçı Əhməd qızı tərəfindən 30 mart 2021-ci il tarixdə Qax rayon İcra və Probasiya Şöbəsinə verilmiş ərizənin surətindən görünür ki, Qax Rayon Məhkəməsinin 2(024)-1063/2017 saylı, 22 sentyabr 2017-ci il tarixli icra vərəqəsi üzrə icra hərəkətləri aparılmış, icra sənədi üzrə tələb təmin edilmiş və 2(024)- 1063/2017 saylı, 23 noyabr 2017-ci il tarixli icra sənədi üzrə icraata xıtam verilməsi xahiş edilmişdir. Göründüyü kimi iddiaçının hazırda cavabdehə 1600 manat kredit və 500 manatlıq “BOLKART” verməsi tələbi ilə bağlı hər hansı bir sübutu yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı tələb üzrə istinad etdiyi halları sübut etməli olduğu halda, sözügedən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilməmişdir. Lakin, iddiaçı tərəf istinad etdiyi hallara hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Bundan başqa apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, Qax Rayon Məhkəməsi 01 avqust 2022-ci il tarixli, 2(024)-307/2022 iş nömrəli qətnaməsində şahid ifadələrini əsas götürərək iddianı əsaslı hesab etməsini qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili də əsaslıdır. Məhkəmə kollegiysı hesab edir ki, birinci insansiya məhkəməsi məhkəmə iclası zamanı dindirilən şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul etməklə yanlışlığı yol vermişdir. Belə ki, şahid ifadələri hazırkı iddianın təmin edilməsi üçün yetərli sübut deyildir. Şahid ifadələri eyni zamanda digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Ancaq iddiaçı tərəf şahid ifadələrindən başqa məhkəməyə hər hansı bir sübut növü təqdim edə bilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq tam təmin etmişdir. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Qax Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(024)- 307/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qax Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(024)-307/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar