Məhkəmə qərarları › İş №2(107)-122/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-122/2022

21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-122/2022 21.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC «Xalq» Bankının Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcu, ekpertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı ASC «Xalq» Bankının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 2(075)-1457/2021 saylı, 05.08.2021-ci il tarixli qətnaməsindən iddiaçı ASC «Xalq» Bank tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC «Xalq» Bankı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 noyabr 2012-ci il tarixli, **********12 №li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında 176.98 (bir yüz yetmiş altı manat 98 qəpik) manat məbləğində 16 noyabr 2015ci il tarixinə qədər hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, vaxtı keçmiş əsas borc məbləğinə 16 noyabr 2015-ci il tarixdən 30 iyun 2019-cu il tarixinə qədər illik 5 % (beş faiz) dərəcəsi ilə, 30 iyun 2019-cu il tarixdən 05 mart 2021-ci il tarixinə qədər isə illik 21 % (iyirmi bir) dərəcəsi ilə hesablanmış 430.42 (daörd yüz otuz manat qırx iki qəpik) manat məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, 01 aprel 2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % (on beş) dərəcəsi ilə hesablanmış 953.17 (doqquz yüz əlli üç manat on yeddi qəpik) manat məbləğində penya olmaqla, cəmi 1560.58 (bir min beş yüz altmış manat əlli səkkiz qəpik) manat pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh alınaraq ASC «Xalq» Bankının xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC “Xalq” Bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış 16 noyabr 2012-ci il tarixli, **********12 №li Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 36 (otuz altı) ay müddətinə, illik 24 % (iyirmi dörd) faiz olmaqla, 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə X3 arasında 16 noyabr 2012-ci il tarixli, 192008/0051/12/15 №li Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Zamin Borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Borc alan tərəfindən Kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklər yerinə yetirilmədiyinə görə iddiaçı ASC “Xalq” Bankı tərəfindən “Kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada Borc alandan və Zamindən tutulması haqqında” iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edilmiş, həmin məhkəmənin 14 avqust 2015-ci il tarixli, 2(075)-3331/2015 saylı qətnaməsi ilə (bundan sonra “Qətnamə” adlandırılacaq) Kredit müqaviləsi üzrə 2218.97 (iki min iki yüz on səkkiz manat 97 qəpik) manat məbləğində əsas borcun, 184.01 (bir yüz səksən dörd manat 01 qəpik) manat məbləğində adi faiz borcunun, 26 may 2015-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 43.9 manat məbləğində cərimə faizləri olmaqla, cəmi 2446.88 manat borc məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh və X1 müştərək qaydada iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra icraatı qaydasında tam şəkildə icra olunmuşdur. Lakin buna baxmayaraq, Cavabdeh Bank qarşısında kredit öhdəliklərini tam icra etmədiyi üçün Kredit müqaviləsi qüvvədə qalmışdır. Belə ki, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında kreditin qaytarılma müddətinin bitdiyi 16 noyabr 2015-ci il tarixinədək hesablanmış və ödənilməmiş 176.98 (bir yüz yetmiş altı manat 98 qəpik) manat məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə penya ödəməlidir. Lakin Bankın daxili qərarına əsasən Kredit müqaviləsi üzrə penyanın hesablanması 01 aprel 2020-ci il tarixdən etibarən Borc alanın xeyrinə dayandırılmışdır. Beləliklə, 01 aprel 2020-ci il tarixinə bu məbləğ 953.17 (doqquz yüz əlli üç manat 17 qəpik) manat təşkil edir. Yuxarıda göstərilənlərdən başqa kredit müqaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarıldığından bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır. Hazırkı iddia ərizəsinə eyninövlü və oxşar şərtlərlə verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan göründüyü kimi, AR Mərkəzi Bankının «Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları» tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair Məlumata əsasən milli valyutada verilmiş istehlak kreditlərin 30 iyun 2019-cu il tarixdən 31 mart 2021-ci il tarixdək illik faiz dərəcəsi 21 % (iyirmi bir) təşkil edir. Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni 16 noyabr 2015-ci il tarixdən 05 mart 2021-ci il tarixə qədər (vaxtı keçmiş əsas borc məbləğinin tam şəkildə qaytarıldığı tarixə) əldən çıxmış faydanın hesablanmasında AR MM-in 445.7-ci maddəsində nəzərdə tutulmuş faiz dərəcəsini (illik 5 %) və müvafiq arayışlarda göstərilmiş orta faiz dərəcəsini (illik 21 %) əldə rəhbər tutmağı (müvafiq faiz dərəcələri yuxarıda qeyd edilmiş dövrlər üzrə nəzərə alınmaqla) əsaslı hesab edir və müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (16.11.2015-ci il) vaxtı keçmiş əsas borc məbləğinin tam şəkildə qaytarıldığı tarixədək (05.03.2021-ci il) olan dövr üçün bu məbləğ 430.42 (dörd yüz otuz manat 42 qəpik) manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklər kobud şəkildə pozduğuna görə onunla bir neçə dəfə əlaqə saxlanılmasına və borcun ödənilməsinin tələb edilməsinə dair 06 may 2021-ci il tarixli, 247 №li xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, onun tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Bu səbəbdən də ASC «Xalq» Bankı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 2(075)-1457/2021 saylı, 05.08.2021-ci il tarixli qətnaməsi ilə ASC «Xalq» Bankın Cavabdeh qarşı 16 noyabr 2012-ci il tarixli, **********12 №li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı qarşısında 176.98 manat məbləğində 16 noyabr 2015-ci il tarixinə qədər hesablanmış və ödənilməmişadi faizlər üzrə borc məbləği, vaxtı keçmiş əsas borc məbləğinə 16 noyabr 2015-ci il tarixdən 30 iyun 2019-cu il tarixinə qədər illik 5% dərəcəsi ilə, 30 iyun 2019-cu il tarixdən 05 mart 2021-ci il tarixinə qədər isə illik 21% dərəcəsi ilə hesablanmış 430.42 manat məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, 01 aprel 2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 953.17 manat məbləğində penya olmaqla, cəmi 1560.58 manat pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh alınaraq ASC «Xalq» Bankının xeyrinə tutulması tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ASC «Xalq» Bankı ilə Cavabdeh arasında bağlanmış 16 noyabr 2012-ci il tarixli, **********12 saylı kredit müqaviləsinə əsasən ASC «Xalq» Bankı tərəfindən Cavabdeh illik faiz dərəcəsi 24 faiz olmaqla, 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Şəki Rayon Məhkəməsinin 14 avqust 2015-ci il tarixli, 2(075)-3331/2015 saylı qətnaməsinin ilə 16 noyabr 2012-ci il tarixli, **********12 saylı kredit müqaviləsi üzrə 2218.97 manat məbləğində əsas borc, 184.01 manat məbləğində faiz borcu və 43.9 manat cərimə olmaqla, cəmi 2446.88 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh və X1 müştərək qaydada tutularaq ASC «Xalq» Bankının xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh 31 may 2020-ci il tarixdə 16 noyabr 2012-ci il tarixli, **********12 saylı kredit müqaviləsi üzrə öhdəlikləri tam şəkildə icra etmiş və Şəki Rayon Məhkəməsinin 14 avqust 2015-ci il tarixli, 2(075)- 3331/2015 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. ASC «Xalq» Bankı 25 iyun 2021-ci il tarixdə məhkəməyə yenidən müraciət edərək 16 noyabr 2012-ci il tarixli, **********12 №li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında 176.98 manat məbləğində 16 noyabr 2015- ci il tarixinə qədər hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, vaxtı keçmiş əsas borc məbləğinə 16 noyabr 2015-ci il tarixdən 30 iyun 2019-cu il tarixinə qədər illik 5 % dərəcəsi ilə, 30 iyun 2019cu il tarixdən 05 mart 2021-ci il tarixinə qədər isə illik 21 % dərəcəsi ilə hesablanmış 430.42 manat məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, 01 aprel 2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % dərəcəsi ilə hesablanmış 953.17 manat məbləğində penya olmaqla, cəmi 1560.58 manat pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq ASC «Xalq» Bankının xeyrinə tutulmasını xahiş etmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçı ASC «Xalq» Bankı Cavabdeh 16 noyabr 2012- ci il tarixli, **********12 №li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında 176.98 (bir yüz yetmiş altı manat 98 qəpik) manat məbləğində 16 noyabr 2015-ci il tarixinə qədər hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, vaxtı keçmiş əsas borc məbləğinə 16 noyabr 2015-ci il tarixdən 30 iyun 2019-cu il tarixinə qədər illik 5 % (beş faiz) dərəcəsi ilə, 30 iyun 2019-cu il tarixdən 05 mart 2021-ci il tarixinə qədər isə illik 21 % (iyirmi bir) dərəcəsi ilə hesablanmış 430.42 (dörd yüz otuz manat qırx iki qəpik) manat məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, 01 aprel 2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % (on beş) dərəcəsi ilə hesablanmış 953.17 (doqquz yüz əlli üç manat on yeddi qəpik) manat məbləğində penya olmaqla, cəmi 1560.58 (bir min beş yüz altmış manat əlli səkkiz qəpik) manat pul vəsaitinin tutulmasını məhkəmədən xahiş etsə də, ASC «Xalq» Bankı tərəfindən verilmiş 13 aprel 2021-ci il tarixli, 195 saylı arayışla görünür ki, 16 noyabr 2012- ci il tarixli, **********12 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin tam olaraq ödənildiyi müəyyən edilmişdir. İddiaçı ASC «Xalq» Bankı tərəfindən ərizədə borc məbləğinin məhz tələb edilən miqdarda olması digər bir sübutla əsaslandırılmadığından məhkəmə iddiaçı tərəfindən cavabdehə təqdim olunmuş arayışı daha əsaslı və Cavabdeh ASC «Xalq» Bankına olan borcunun müəyyənləşdirilməsində məhz həmin arayışa istinad edilməsini doğru hesab edir. Bu səbəbdən də ASC «Xalq» Bankı 16 noyabr 2012-ci il tarixli, **********12 №li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında 176.98 (bir yüz yetmiş altı manat 98 qəpik) manat məbləğində 16 noyabr 2015- ci il tarixinə qədər hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, vaxtı keçmiş əsas borc məbləğinə 16 noyabr 2015-ci il tarixdən 30 iyun 2019cu il tarixinə qədər illik 5 % (beş faiz) dərəcəsi ilə, 30 iyun 2019-cu il tarixdən 05 mart 2021-ci il tarixinə qədər isə illik 21 % (iyirmi bir) dərəcəsi ilə hesablanmış 430.42 (dörd yüz otuz manat qırx iki qəpik) manat məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, 01 aprel 2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % (on beş) dərəcəsi ilə hesablanmış 953.17 (doqquz yüz əlli üç manat on yeddi qəpik) manat məbləğində penya olmaqla, cəmi 1560.58 (bir min beş yüz altmış manat əlli səkkiz qəpik) manat pul vəsaitini Cavabdeh tələb etməkdə haqlı deyildir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ASC «Xalq» Bankının Cavabdeh qarşı «16 noyabr 2012-ci il tarixli, **********12 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1. 442, 448.2, 465.2, 739, 445.7-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddianı rədd etmək üçün istinad etdiyi əsaslar qanunlara və digər normativ-hüquqi aktlara söykənmir və yalnız şəxsi mülahizə xarakteri daşıyaraq Bankın hüquqlarını pozur. Məhkəmə Qətnamədə hər hansı qanunvericilik normasına istinad etməyərək, iddianın təmin edilməməsini Kredit müqaviləsi üzrə borcun birgə qaydada Borc alandan və Zamindən tutulmasını nəzərdə tutan 14 avqust 2015-ci il tarixli 2(075)-3331/2015 saylı Şəki Rayon Məhkəməsinin qətnaməsi əsasında verilmiş icra sənədi üzrə borc məbləğinin tam şəkildə borclular tərəfındən ödənilməsi və iddiaçı tərəfindən iddia ərizəsində göstərilmiş borc məbləğinin məhz tələb edilən miqdarda olmasını digər bir sübutla əsaslandıra bilməməsi ilə əlaqələndirmişdir. İş materiallarından göründüyü kimi Cavabdeh ilə Bank arasında bağlanmış Kredit müqaviləsinə əsasən sonuncu tərəfindən cavabdehə 36 ay müddətində illik 24% ödənilməsi şərtilə 5000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə Cavabdehin öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə zamin X3 arasında 16.11.2012-ci il tarixli 192008/0051/12/15 №-li Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Zamin Borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Cavabdeh Kredit müqaviləsindən irəli gələn öhdəliklərini kobud şəkildə pozduğu üçün həmin müqavilə üzrə mövcud borcun birgə qaydada Borc alandan və Zamindən tutulması məqsədilə Bank tərəfindən iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edilmişdir. Həmin məhkəmənin yuxarıda qeyd edilən 14 avqust 2015-ci il tarixli 2(075)-3331/2015 saylı qətnaməsi ilə kredit müqaviləsi üzrə 2218,97 manat məbləğində əsas borcun, 26.05.2015-ci il tarixinədək əsas borc məbləğinə illik 24 % dərəcəsi ilə hesablanmış 184,01 manat məbləğində adi faiz borcunun, 26.05.2015-ci il tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 43,09 manat məbləğində cərimə faizləri olmaqla, cəmi 2446,88 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh və X1 müştərək qaydada iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması qət edilmişdir. Göstərilən qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və Şəki Rayon İcra və Probasiya Şöbəsi tərəfindən həyata keçirilmiş məcburi icra tədbirləri (borc alanın və zaminin əmək haq ama tutma yönəldilməsi, zaminə məxsus avtomobilin üzərinə həbs qoyulması və s.) nəticəsində icra olunmuşdur. Kredit müqaviləsi üzrə borcun Şəki Rayon Məhkəməsinin bəhs edilən qətnaməsində göstərilən hissədə ödənilməsi ilə əlaqədar olaraq, Bank tərəfindən Şəki Rayon İcra və Probasiya Şöbəsinə icra işinin icraatına xitam verilməsi barədə 13.04.2021-ci il tarixli 195 №-li arayış təqdim olunmuşdur. Lakin 26.05.2015-ci il tarixdən kreditin verilməsi müddətinin bitdiyi 16.11.2015-ci il tarixdək Kredit müqaviləsi üzrə hesablanmış 176,98 manat məbləğində adi faizlər, 16.11.2015-ci il tarixdən yuxarıda göstərilən əsas borc məbləğinin tam şəkildə ödənildiyi 05.03.2021-ci il tarixədək hesablanmış 430,42 manat məbləğində əldən çıxmış faydanın əvəzi və 26.05.2015-ci il tarixdən 01.04.2020-ci il tarixədək hesablanmış 953,17 manat məbləğində penya ödənilməmiş qalmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi bankın iddiasının tam rədd edilməli olduğu qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, bank tərəfindən Şəki RİPŞ-yə 13.04.2021-ci il tarixli 195 №-li arayışın verilməsi Kredit müqaviləsi üzrə borcun tam şəkildə ödənilməsi ilə bağlı olmuşdur. Halbuki, müvafiq arayışın təqdim edilməsinə Şəki Rayon Məhkəməsinin 14 avqust 2015-ci il tarixli 2(075)-3331/2015 saylı qətnaməsində göstərilən Kredit müqaviləsi üzrə 26.05.2015-ci il tarixədək hesablanmış borc məbləğlərinin ödənilməsi səbəb olmuşdur. Hazırki iddia tələbləri isə yuxarıda göstərdiyi kimi Kredit müqaviləsi üzrə 26.05.2015-ci il tarixindən 05.03.2021-ci il tarixədək hesablanmış borc məbləğləri ilə bağlıdır və həmin məbləğlərin ödənilməsinin təmin edilməsi üçün bank tərəfindən yenidən məhkəməyə müraciət etməsi tamamilə qanuni və əsaslıdır. Xüsusilə qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Hazırki halda Bank ilə cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflər öz üzərilərinə götürdükləri öhdəlikləri tam icra edənədək qüvvəsini saxlayır. Eyni zamanda qeyd edir ki, həmin Kredit müqaviləsində onların qüvvədə olma müddətlərinin qurtarmasının tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olmasına dair şərt nəzərdə tutulmamışdır. Bundan başqa, həmin Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən kreditdən istifadəyə görə faizlər Borc alanın ssuda hesabı üzrə borcunun yarandığı gündən başlamaqla hər təqvim günü üçün (əsas kimi ayda 30 gün, ildə isə 360 gün götürülür) borcun tam ödənildiyi tarixə qədər hesablanır. Beləliklə, bu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində və 449.4-cü maddəsində ifadə olunmuş normalara uyğun olaraq Kredit müqaviləsi həmin müqavilə üzrə öhdəliklər tam icra edilənə qədər qüvvədə sayılır və ona yalnız icra nəticəsində xitam verilə bilər, kredit üzrə faizlər isə borcun tam ödənildiyi tarixə qədər hesablanır. Bu səbəbdən əsas borc məbləğinin Banka qaytarıldığı tarixədək, yəni 05 mart 2021-ci il tarixinə qədər əldən çıxmış fayda formasında faizlərin və penyanın hesablanmasının davam etdirilməsi, həmin borclar üzrə məbləğlərin Cavabdeh tələb edilməsi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericlik aktlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən Qərarlarına, habelə tərəflərin bağladığı müqavilənin şərtlərinə tamamilə uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən 09 iyul 2009-cu il tarixli Qərarından da göründüyü kimi Kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada Borc alandan və Zamindən tutulması haqqında Şəki Rayon Məhkəməsinin 14 avqust 2015-ci il tarixli 2(075)-3331/2015 saylı qətnaməsinin mövcudluğu tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətlərinə xitam verilməsinə səbəb olmur və həmin qətnamədə də “kredit müqaviləsi ləsv edilsin ” deyə hər-hansı qeyd yoxdur. Lakin Şəki Rayon Məhkəməsi iş materiallarını ətraflı araşdırmamış, iddiaçı tərəfindən tələbinin əsaslılığını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsinə baxmayaraq, Bankın iddiasını təmin etməmişdir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Şəki Rayon Məhkəməsinin 2(075)-1457/2021 saylı mülki işi üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və iddianın tam təmin olunmasına, həmçinin apellyasiya şikayətinin verilməsinə görə 15 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi ASC «Xalq» Bankının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli, 2(075)-1457/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X4 apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli, 2(075)-1457/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 97.1-ci maddəsinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir. Şəki Rаyоn Məhkəməsinin 05 avqust 2021-ci il tаrixli, 2(075)-1457/2021 saylı qətnaməsinin tamamilə ləğv edilməsini xahiş edir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini tam rədd etməkdə səhvə yol vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, ASC «Xalq» Bankı ilə Cavabdeh arasında bağlanmış 16 noyabr 2012-ci il tarixli, **********12 saylı kredit müqaviləsinə əsasən ASC «Xalq» Bankı tərəfindən Cavabdeh illik faiz dərəcəsi 24 faiz olmaqla, 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Şəki Rayon Məhkəməsinin 14 avqust 2015-ci il tarixli, 2(075)-3331/2015 saylı qətnaməsinin ilə 16 noyabr 2012-ci il tarixli, **********12 saylı kredit müqaviləsi üzrə 2218.97 manat məbləğində əsas borc, 184.01 manat məbləğində faiz borcu və 43.9 manat cərimə olmaqla, cəmi 2446.88 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh və X1 müştərək qaydada tutularaq ASC «Xalq» Bankının xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh 31 may 2020-ci il tarixdə 16 noyabr 2012-ci il tarixli, **********12 saylı kredit müqaviləsi üzrə öhdəlikləri tam şəkildə icra etmiş və Şəki Rayon Məhkəməsinin 14 avqust 2015-ci il tarixli, 2(075)-3331/2015 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsasdır. Belə ki, apellyator şikayətinin dəlillərində bildirmişdir ki, 26.05.2015-ci il tarixdən kreditin verilməsi müddətinin bitdiyi 16.11.2015-ci il tarixdək Kredit müqaviləsi üzrə hesablanmış 176,98 manat məbləğində adi faizlər, 16.11.2015-ci il tarixdən yuxarıda göstərilən əsas borc məbləğinin tam şəkildə ödənildiyi 05.03.2021-ci il tarixədək hesablanmış 430,42 manat məbləğində əldən çıxmış faydanın əvəzi və 26.05.2015-ci il tarixdən 01.04.2020-ci il tarixədək hesablanmış 953,17 manat məbləğində penya ödənilməmiş qalmışdır. Kollegiya şikayətin həmin dəlili ilə qismən razılaşır. Məhkəmə kollegiyasının qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertiza təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Ekspertin 04.03.2022-ci il tarixli 9/8639 saylı rəyinə əsasən Səadət Əli qızının banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 16 noyabr 2012-ci il tarixli, **********12 saylı kredit müqaviləsi üzrə müəyyən edilmiş əsas borc üzrə 16 noyabr 2015-ci il tarixdən illik 5%-lə faiz borcu hesablanmaqla 30 iyun 2019-cu il tarixə banka olan əsas və faiz borcu 878,89 manat məbləğində müəyyən edilir, o cümlədən: Bundan başqa hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh ilə ASC “Xalq” Bank arasında bağlanmış 16 noyabr 2012-ci il tarixli, **********12 saylı kredit müqaviləsi üzrə 30 iyun 2019-cu il tarixdən (sualda göstərilən tarix) 13.04.2021-ci il tarixədək (sonuncu ödəniş tarixi) 872,10 manat məbləğində ödəniş edilmişdir. Hazırki tədqiqatla 30 iyun 2019-cu il tarixə (sualda göstərilən tarix) müəyyən edilmiş 878,89 manat borc qalığından 30 iyun 2019-cu il tarixdən (sualda göstərilən tarix) 13.04.2021-ci il tarixədək (sonuncu ödəniş tarixi) ödənilmiş 872,10 manat çıxıldıqda Cavabdeh 16 noyabr 2012-ci il tarixli, **********12 saylı kredit müqaviləsi üzrə ASC “Xalq” Banka 13.04.2021-ci il tarixə (sonuncu ödəniş tarixi) 6.79 manat məbləğində borcu müəyyən edilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, mühasibatlıq ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilərək, cavabdehin kredit üzrə ödənişləri nəzərə alınmışdır. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Beləliklə kollegiya hesab edir ki, iddiaçı ASC “Xalq” Bank tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 2(075)-1457/2021 saylı, 05.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilməli, Cavabdeh 6,79 manat məbləğində pul tutularaq iddiaçı ASC “Xalq” Banka ödənilməlidir. Ekspertiza xərci olan 200 manatın 167 manatı iddiaçıdan, 33 manatı isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzi-nin hesabına köçürülsün. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı ASC “Xalq” Bank tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 2(075)-1457/2021 saylı, 05.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilsin, Cavabdeh 6,79 (altı manat yetmiş doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı ASC “Xalq” Banka ödənilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 200 (iki yüz) manatın 167 (yüz altmış yeddi) manatı iddiaçıdan, 33 (otuz üç) manatı isə cavabdehdən tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar