Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1221/2023 26.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı «borcun məcburi qaydada alınması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi, əhəmiyyətsiz əqd) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı “borcun məcburi qaydada alınması” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(014)-1353/2022 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı «borcun məcburi qaydada alınması» tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, xx xxxxxx 1976-cı ildə ünvan 1 ünvanında yaşayan Cavabdeh 96000 (doxsan altı min) manat borcun və dövlət hesabına ödənilmiş 378 manat pulun məcburi qaydada alınıb ona qaytarılması barədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir.
2. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında yaxın dostluq ünsiyyətləri olduğundan cavabdeh öz şəxsi biznesini açmaq üçün ondan borc pul istəmişdir. Lakin borc pul çox olduğundan o öz aralarında borc müqaviləsi bağlayaraq cavabdehə 96000 (doxsan altı min) manat xx.xx.2021-ci il tarixdə borc pul vermiş və 1 il müddətində yəni xx.xx.2022-ci il tarixə kimi müqavilə bağlamışlar. Lakin dəfələrlə cavabadehdən aldığı borc pulu istəsə də, ona iyun ayında pulunu qaytaracağını bildirmişdir. İyun ayında cavabdehə yaxınlaşaraq pulunu istədiyində ona borcunu qaytarmağa gücünün çatmadığını bildirmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cаvаbdеh Cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclasında izahatında və təqdim etdiyi ərizədə bildirmişdir ki, İddiaçı ona qarşı 96000 manat pul tələbinə dair iddia qaldırmışdır. Qeyd edir ki, əslində o Vüqardan 2018-ci ildə qeyd edilən 96000 manat pulu almışdır. Belə ki, həmin dövrdə onun maddi vəziyyəti pisləşdiyindən və Vüqarla tanışlığı olduğu üçün Vüqara müraciət etmiş, Vüqar da öz növbəsində ona həmin pulu vermişdir. O Vüqara borcunu 2021-ci ilin ilk yarımilliyinə kimi borcunu qaytaracağını bildirmişdir. Lakin 2021-ci ildə borcunu qaytara bilməmiş, Vüqar da ondan borcunu tələb etdiyi üçün müqavilə bağlamaq məcburiyyətində qalmışlar. Hazırda borcunu ödəməyə maddi imkanı yoxdur. Lakin borcunu ödəməyə söz verir.
5. Ağdaş Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(014)-1353/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixdə borc müqaviləsi əsasında 96000 manat pul vermiş, iddiaçının xəbərdarlıqlarına baxmayaraq cavabdeh borcunu qaytarmaqdan imtina etmişdir. Cavabdeh 96000 manat pulu qaytarmaqdan imtina etdiyindən iddiaçı məhkəməyə müraciət etmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh 96000 (doxsan altı min) manat pul alınaraq İddiaçı xeyrinə ödənilməli, iş üzrə ödənilmiş 378 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 427.1, 427.2, 427.4, 739.1, 740.1, 740.2, 743, 529, 882.1, 882.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 52.2, 77.1, 88, 106.3, 119.1, 119.2, 191.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən narazı qalan maraqlarına toxunan şəxs X4 apellyasiya şikayəti vermişdir.
10. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon məhkəməsinin icraatında ona qarşı olan 2(014)-179/2023) saylı iş üzrə iddia ərizəsini aldıqdan sonra orada məhkəmənin çıxardığı xx.xx.2022-ci il tarixli 2(014)-1353/2022 saylı məhkəmə qətnaməsinin mövcud olduğunu bilmiş və həmin qətnamənin rəsmi şəkildə ona təqdim olunmasına dair xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət etmişdir və bundan sonra məhkəmənin çıxardığı xx.xx.2022-ci il tarixli 2(014)- 1353/2022 saylı qətnamə poçt vasitəsilə göndərilməklə 01 iyun 2023-cü ildərəsmi qaydada ona təqdim edilmişdir.
11. İddiaçı Cavabdeh qarşı “Borcun məcburi qaydada alınması tələbinə dair” iddia ilə məhkəməyə müraciət etməsindən, iddia tələbindən, məhkəmə iclaslarından və məhkəmənin qətnaməsindən heç bir formada məlumatlı olmamış, iş üzrə tərəf kimi cəlb edilməmişdir.
12. Ağdaş rayon məhkəməsinin çıxardığı xx.xx.2022-ci il tarixli, 2(014)- 1353/2022 saylı qətnamənin onun maraqlarıma toxunduğu və hüquqlarının kobud şəkildə pozulduğu “həmin iş üzrə cavabdeh M.Arifin” dərhal ona qarşı 96.000 (doxsan altı) manat borcun yarı hissəsi olan 48000 (qırx səkkiz min) pulun və 234 manat dövlət rüsumunun ondan alınaraq ona verilməsinə dair iddia ilə məhkəməyə müraciət etməsi və orada qeyd olunanlarla tam təsdiq edilir.
13. 2022-ci il tarixli qanunsuz qətnamə, həmçinin də bunun ardınca ona qarşı sonuncu iddiası 2005-ci ildən nikahda olduğu M.Arifin və onun yaxın ətrafının ona qarşı “xüsusi olaraq planlanmış” “yetənəklərdir”. Yəni bu iddialar aşağıda qeyd edəcəklərinin gələcəkdə onlar üçün mənfi nəticələrinin qarşısının alınması üçün qaqbaqcadan düzəldilmiş“ saxtakarlıq oyunları”dır.
14. Bildirir ki, Cavabdeh ilə 22 mart 2005-ci ildən rəsmi nikahdadırlar, birgə nikahlarından 3 uşaqları vardır. Reyestr çıxarışına və 17 saylı reyestr xidmətinin təqdim etdiyi sənədlərə əsasən birgə nikahları dövründə, Cavabdeh adına Ağdaş şəhəri H.Əliyev prospekti 82-də, qeydiyyat tarixi xx.xx.2018-ci il olan, ümumi sahəsi 55,90 kv.m. olan qeyri-yaşayış sahəsi - “Eleqant” mağazası əldə etmişlər. Əks tərəf bir il əvvəl ayrıldıqları vaxtdan həmin əmlakın aralarında razılaşma əsasında bərabər bölünməsinə razı olmadığı səbəbindən iddia ilə məhkəməyə müraciət edəcəyini bildirdiyindən həmin şəxslər bu “əhəmiyyətsiz oyunları”na baş vurmalı olmuşlar.
15. Hazırda M.Arifə qarşı Ağdaş şəhəri H.Əliyev prospekti 82-də M.Arifin adına, qeydiyyat tarixi xx.xx.2018-ci il olan, ümumi sahəsi 55,90 kv.m. olan qeyri-yaşayış sahəsinin birgə nikahları dövründə əldə olunmuş əmlak kimi paylarının ½ hissəsədə olmaqla aralarında bölünməsi və ½ hissənin natura şəklində ayrılıb ona verilməsi, ayırma ilə əlaqədar xərclərin bərabər bölünməsinə dair iddia tələbi məhkəmənin icraatındadır (iş 2(014)-758/2023)
16. “Borc verməkdə adı hallanan” İddiaçı adında şəxs M.Arifin Məlik adında qardaşının qaynıdır. Bu adam yalnız 1980-ci illərin yararsız, çırıx jiqulisinə malikdir, yaşadığı evdə həmin illərdən qalmış öz adına layiq köhnə atadan qalma “evdir”, heç bir təhsili, işi, məşğuliyyəti, olmayıb və yoxdur, əvvəllər uzaq Hapıtlı kəndində günəmuzd işləmiş bir şəxsdir, fərdi əməklə pul qazanmağa başladığı gündən bu yana yeməyib, xərcləməyib bu günə kimi yığmış olsaydı belə həmin şəxs topa şəklində 48.000 manata malik ola bilməzdi, halbuki onun puluna möhtac ailəsi, arvadı və uşaqları da var, özünə şəxsən məxsus olan bir bir taxta dükanı və ya dəmir budkası belə olmayıb və yoxdur !
17. Bildiririr ki, onlar 2005-ci ildən 2019-cu ilədək ailəlikcə RF-nin Tümen vilayətində yaşamışlar, M.Arif orada daimi və fasiləsiz olaraq sahibkarlıq, biznes fəaliyyəti və geniş ticarətlə məşğul olmuş, 15 ilə yaxın müddətdə kifayət qədər pullar qazanmış, 2018-ci ilin dekabr ayında hazırkı mağazanı 120.000(bir yüz iyirmi min) manata almışlar, həmin mağaza Ağdaş şəhərinin düz mərkəzində yerləşir, mağaza tam təmirlidir, həmin obyektin hazırkı bazar dəyəri 240.000 (iki yüz qırx min) manatdan artıq təşkil edir.
18. 2023-cü ilin yanvar ayına kimi həmin mağazada özlərinə məxsus bahalı, brend malları (geyim, pal-paltar) M.Arif və bir nəfər satıcısı satırdı, həmin mağazada özlərinə məxsus 100.000 manata yaxın dəyəri olan əmlakları-malları olmuşdur. 2022-ci ilin sonunda M.Arif həmin əmlakları onun xəbəri olmadan öz qardaşlarının müvafiq mağazalarına paylaşdırmaqla aradan çıxarmışdır. M.Arif 2023-cü ilin yanvar ayından həmin mağazanı aylığı 800 (səkkiz yüz) manatdan olmaqla başqa şəxsə icarəyə vermişdir.
19. RF-da işləyib qazanaraq Bakı şəhəri Sabunçu rayonu Razin qəsəbəsində qaynanası M.Gülnaz İsmayıl qızının adına aldıqları 2 otaqlı mənzillərini M.Arif 2018-ci ilin əvvəllərində 70.000 (yetmiş min) manata satmış və üzərinə evlərindəki ehtiyat puldan qoyaraq Eleqant mağazasını almışdır.
20. 2019-cu ildən yalnız 5 nəfərdən ibarət ailələrinin birlikdə yaşadıqları və qeydiyyatda olduqları Ağdaş şəhəri S.Səlimoğlu küçəsi 10-da yerləşən ümumi sahəsi 135.10 kv.m. olan 4 otaqlı yaşayış evini 2019-cu ildə 65.000 min manata almışlar.
21. Yəni, onalrın ailələri ilə, yaxud elə əri M.Ariflə müqayisədə maddi cəhətdən “tam imkansız, kasıb və aşağı səviyyədə olan”(!) İddiaçı adlı şəxsdən onların borc almaqları heç bir məntiqə, heç bir real həqiqətə uygun gəlmir. İddiaçı adlı şəxs həmin məbləğdə pulu yalnız televiziyada bank xəbərlərində görmüş ola bilir, ömründə isə həmin şəxsin topa 9600 manat belə pulu olmayıb! Olubsa, pulun hardan, nədən və necə, nə vaxt “qazanıldığı” mənbəyini və sübutunu gətirsin, göstərsin! Onun faktiki yaşadığı evə, gündəlik məişətinə və maddi durumuna adi gözlə baxmaq kifayətedir ki, Vüqarın heç bir vaxt 96.000 manatının olmadığına yüz faiz əmin olsunlar.
22. Hesab edir ki, Vüqarla Arif arasındakı xx.xx.2021-ci il tarixli “borc kağızı” məişətdə istifadədən başqa heç nəyə yaramayan bir kağız parçasıdır, yalançılıq, uydurma bir “dələduzluq zehniyyəti nümunəsidir”. 96.000 ortada yox, borc verməkdə maraq yox, faiz yox, bank hesabı yox, kart hesabı yox, hardansa çıxartma qəbzi yox, Arifə köçürmə qəbzi yox, adamın özünün heç bir piştaxtası yox, başqasına biznes qurmaq üçün elə-belə 96.000 manat borc verdiyini iddia edir.
23. Borc verənin arvadının, borc alanın arvadı kimi onun heçnədən xəbəri yoxdur ! 2021-ci ildə və hazırda Vüqar necə ola bilir ki, M.Arif kimi ondan 1000 qat imkanlı olan bir şəxsə “biznes qurmaq üçün” 96.000 peşkəş edib və şəxs“borcunu istəyəndə” də Arif ona deyib ki, yoxumdu, vermirəm, get ...işinin dalınca, “tamaşa burda dayanmış kimi qalıb”! Hələ bu yalanlar azmış kimi M.Arifiddia edir ki, əslində həmin borcu Ə.Vüqardan 2018-ci ildə alıb. Onda sual yaranır ki, son 4-5 ilərzində İddiaçı“96.000 manat borcunu gerialmaq üçün” harasa bir pioner məktubu belə yazıbmı!? Əlbəttə ki, yazmayıb, yazıbsa, buyursun göstərsin ! İddiaçı kimi adamlar hazırkı cəmiyyətdə ən təhlükəli adamlar sırasında hesab edilməlidir. Ona görə ki, M.Arifin və ətrafının bu oyunun da iştirakına görə Vüqara ola bilsin ki,“300 manat çörək pulu” verilib, vəssalam.
24. İddiaçı ilə aralarında qeyd edilmiş nikah pozulduqdan sonra onunla birgə nikahda əldə olunmuş əmlakın bölünməsinə dair ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət edəcəyini biləndən sonra qardaşı Məlik Məhərrəmovun qaynı olan İddiaçıla uydurma borc müqaviləsi bağlamaqla iddiaçı ilə birgə nikah dövründə əldə etdikləri əmlakdan ona çatası payını kompensasiya etmək istəmişdir.
25. İddiaçı qohumları İddiaçıla həmin formal və yalançı borc müqaviləsini bağlamaqda məqsədi ikisinin arasında yaranmış əmlak bölgüsünü pərdələmək olmuşdur.
26. İddiaçının İddiaçıla borc müqaviləsi bağlamasından onun xəbəri olmamışdır. O həmin müqaviləni onun xəbəri və razılığı olmadan bağladığından həmin müqavilə qanuni hesab edilə bilməz. Belə ki, borc müqaviləsi yalnız görünüş və yuxarıda göstərdiyi başqa əqdi pərdələmək üçün bağlandığından ailə nikah münasibətlərindən irəli gələn şərtləri pozduğuna görə əhəmiyyətsiz əqddir.
27. İddiaçının onunla birgə nikah dövründə bağladığı borc müqaviləsi onun xəbəri və razılığı olmadan, eləcə də onunla ailə münasibətləri pisləşdiyindən və boşanacaqları bildiyindən İddiaçıla bağladığı müqavilə əhəmiyyətsiz əqd olduğundan etibarlı hesab edilə bilməz. Yuxarıda göstərdiyi faktiki hallarla etibarsız əqd olması tam sübut olunur.
28. İş materiallarından göründüyü kimi iddiaçı tərəf həmin müqavilə bağlanan zaman onun birgə nikahda olduğuna görə həmin müqavilənin bağlanılmasından xəbərinin olmasını və buna razılığıı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir.
29. İşə baxan məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi yuxarıda qeyd edilən sübutlara qərəzsiz, hərtərəfli və tam baxmamış, iş üzrə cavabdeh iddiaçı ilə müqavilə bağlanan zaman onunla rəsmi nikahda olduğundan həmin müqavilənin bağlanılmasından onun xəbərinin və razılığının olmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etmədiyi halda, yalnız iddiaçı tərəfin uydurma və yalançı borc müqaviləsini və hər iki tərəfin heç bir hüquqi əsasları olmayan fərziyyələrini sübut növü kimi qəbul edərək baxmaqla və iddianı təmin etməklə tətbiq edilməli hüquq normalarını düzgün tətbiq etməmiş və tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün qiymət verməmişdir.
30. İşə baxan məhkəmə qətnaməsini iş üzrə cavabdehin onunla nikah, iddiaçı ilə isə qohumluq münasibətlərində olması, həmin faktlar iddiaçı və cavabdeh tərəfindən məhkəmədən gizlədilməsi kimi hallara əsaslandırmamışdır.
31. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci 19 avqust 2021ciiltarixli qətnaməsi iş üzrə cavabdehlə müqavilə bağlanan zaman onunla rəsmi nikahda olduğundan və müqavilənin bağlanmasından onun da xəbəri və razılığı tələb olduğu, eləcə də həmin müqaviləyə əsasən onun da cavabdehlə bərabər həmin müqavilə üzrə müəyyən öhdəliyinin yarandığından, müqavilə tərəf kimi onun hüquq və vəzifələrinə toxunduğuna görə hazırda sözü gedən qətnamədən apellyasiya şikayəti verməkdə haqlıdır və buna yuxarıda göstərdiyi işin həqiqi hallarına görə subyektiv hüququ var.
32. Göründüyü kimi işə baxan məhkəmə təqdim olunmuş sübutlara hərtərəfli və tam baxmamış, iş üzrə çox səthi araşdırma aparmış, qətnamə qəbul edərkən həmin sübutlara tətbiq etməli hüquq normalarına müvafiq olaraq düzgün qiymət verməmiş, yuxarıda qeyd etdiyi maddi və prosessual hüquq normalarının pozmaqla və düzgün tətbiq etməməklə düzgün olmayan nəticəyə gəldiyindən, müqavilənin cavabdehlə müqavilə bağlanan zaman rəsmi nikahda olduğuna və bütün bunlar hər iki tərəfdən qəsdən gizlədildilməklə, gələcəkdə cavabdehlə aralarında birgə nikah dövründə əldə etdikləri əmlakdan onun payına düşən əmlakı kompensasiya etmək məqsədi güdüldüyü üçün formal olaraq bağlanması, cavabdehin onun əri, iddiaçının isə onun qadaşının qaynı olması kimi faktiki hallar aydınlaşdırılmamış, iddianın təmin ediləsi barədə qətnaməsi işin qeyd edilən faktiki hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
33. Tərəflər arasında bağlanmış müqavilənin real olaraq icrasını təsdiq edən sübutlar olmadığına görə həmin hallar sübut olunmur. Borc müqaviləsi mövcud olsa da, borc məbləğinin mövcudluğuna və borcun verildiyi və alındığına (kart hesabına köçürüldüyünə) dair heç bir mötəbər sübut yoxdur.
34. Odur ki, İddiaçı Cavabdeh qarşı “Borcun məcburi qaydada alınması tələbi”nə dair 2(014)-1353/2022 saylı iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və iddia tələbi əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
35. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etirazında apellyasiya şikayətinin təmin edilməməsi, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1353/2022 nömrəli, 21 sentyabr 2022ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
36. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən maraqlarına toxunan şəxs X4 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını, Ağdaş Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(014)-1353/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
37. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən maraqlarına toxunan şəxs X1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını, Ağdaş Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(014)-1353/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
38. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər, maraqlı şəxs, maraqlı şəxsin nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cаvаbdеh Cavabdeh məhkəmə kollegiyasına göndərdiyi məlumatda uşaqlarının xəstəliyi, Aysel Məhərrəmova ilə aralarında olan bütün mübahisələrin barışıq sazişi ilə yoluna qoyulması üçün danışıqların davat etdiyini göstərərək, işin qısa müddətə təxirə salınmasını xahiş etdsə də digər proses iştirakçıları məhkəmə kollegiyasının iclasına gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
39. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
40. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı; Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, əqdlərlə bağlı mübahisələrəbaxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır (bu qərarın 27-ci bəndi).
42.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
43. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər.
Apellyasiya baxışının hədləri
44. Apellyasiya şikayətindən görünür ki, apellyator Ağdaş Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(014)-1353/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbi əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
46. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
49. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddianın rədd edilməsi üçün əsasdır.
50. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh ondan borc pul istəmişdir. Lakin borc pul çox olduğundan o öz aralarında borc müqaviləsi bağlayaraq xx.xx.2021-ci il tarixdə cavabdehə 96000 (doxsan altı min) manat borc pul vermiş və 1 il müddətində yəni xx.xx.2022-ci il tarixə kimi müqavilə bağlamışlar. Lakin dəfələrlə cavabadehdən aldığı borc pulu istəsə də, ona iyun ayında pulunu qaytaracağını bildirmişdir. İyun ayında cavabdehə yaxınlaşaraq pulunu istədiyində ona borcunu qaytarmağa gücünün çatmadığını bildirmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
51. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixdə borc müqaviləsi əsasında 96000 manat pul vermiş, iddiaçının xəbərdarlıqlarına baxmayaraq cavabdeh borcunu qaytarmaqdan imtina etmişdir.
52. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
53. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Kollegiya qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Kollegiya həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəf qeyd edilən məbləğdə pulun cavabdehə verildiyini bildirsə də müqavilədə razılaşdırılmış şəkildə ödənişə dair hər hansı bir sübut növü təqdim etməmişdir.
54. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, mübahisələndirilən iddia tələbi üzrə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.
55. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, tərəflərin borc müqaviləsi bağlaması müqavilədə qeyd edilən məbləğin cavabdehə verilməsi anlamına gəlmir.
56. Belə ki, iş materiallarında olan 05 may 2021-ci il tarixli borc müqaviləsinin 1.2-ci bəndinə əsasən borc məbləğinin verilməsi “Borc verən” tərəfindən “Borc alanın” kart hesabına köçürülmə yolu ilə həyata keçirilir və borc məbləğinin verildiyi an həmin məbləğin “Borc alanın” kart hesabına köçürüldüyü an hesab olunur.
57. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən Bu Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği müqavilə qüvvəyə mindiyi tarixdən 1 (bir) ildən gec olmayaraq tam həcmdə “Borc alanın” kart hesabına köçürmək “Borc verənin” öhdəliyidir.
58. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında məhz 05 may 2021-ci il tarixdə cаvаbdеh Cavabdeh 96000 manatı borc olaraq verdiyini göstərsə də həmin məbləğin bağladıqları müqavilədə razılaşdırılmış şərtlərə uyğun cavabdehin kart hesabına köçürülməsinə dair heç bir fikir ifadə etməmiş və buna dair hər hansı bir əlavə sənəd də təqdim etməmişdir. Bunun əksinə olaraq birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında cavabdeh iddiaçıdan 96000 manat pulu 2018-ci il tarixdə aldığını, borcunu qaytara bilmədiyini, Vüqara borcunu qaytara bilmədiyindən, borc tələb edildiyindən, müqavilə bağlamaq məcburiyyətində qaldığını göstərmişdir.
59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin borc müqaviləsi mövcud olsa da, borcun verildiyi və alındığına (kart hesabına köçürüldüyünə) dair heç bir mötəbər sübutun olmamasına dair dəlili ilə razılaşaraq qeyd edir ki, kreditorun borcludan tələb hüququnun yaranması üçün o, əvvəlcə müqavilədə şərtləşdirilmiş məbləğin məhz müqavilə şərtlərinə uyğun olaraq borcluya verilməsini sübuta yetirməlidir. Lakin 05 may 2021-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq və müqavilədə göstərilən məbləğin cavabdehə verilməsini təsdiq edəcək hər hansı bir sübut mövcud deyildir. Cavabdehin etirafı isə birinci instansiya məhkəməsinin iddianın təmin edilməsində istinad etdiyi 05 may 2021-ci il tarixli müqavilə üzrə borcun verilməsi və yaxud alınması ilə bağlı deyildir.
60. 05 may 2021-ci il tarixli müqavilə üzrə müqavilədə şərtləşdirilmiş məbləğin məhz müqavilə şərtlərinə uyğun olaraq borcluya verilməsi sübuta yetirilmədiyindən məhkəmə kollegiyası apellyasiya şikayətinin uydurma borc müqaviləsinin bağlanılmasına dair dəlili ilə də razılaşır.
61. Belə ki, müqavilədə şərtləşdirilmiş kifayət qədər yüksək bir məbləğ olan 96000 manatın məhz müqavilə şərtlərinə uyğun olaraq borcluya verilməsinin sübuta yetirilməməsi, 05 may 2021-ci il tarixli müqavilə münasibətinə istinad edilməklə qəbul edilən, icraya yönəldilən birinci instansiya məhkəməsinin qətnaməsi əsasında Cavabdeh adına X4 ilə birgə nikahları dövründə qeydiyyata alınmış əmlaka tutmanın yönəldilməsi, həmin əmlakın hərracdan İddiaçı tərəfindən əldə edilməsi məhkəmə kollegiyasında İddiaçı ilə Cavabdeh arasında 96000 manat pul tələbinə dair “mübahisənin” təşkil olunması, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 may 2021ci il tarixli müqavilənin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanan əqd olması qənaətini formalaşdırır.
62. Hansı ki, tərəflər məhkəmə kollegiyasının iclasına gəlməsələr belə Cavabdeh 11 dekabr 2023-cü il tarixdə məhkəmə kollegiyasına göndərdiyi ərizəsində iş üzrə maraqlarına toxunan şəxs Məhərrəmova (Muradova) Aysel Fuad qızı ilə aralarında yaranmış əmlak və digər mübahisələri qarşılıqlı razılaşma yolu ilə həll etmək mərhələsində olduqlarını, belə ki, onun tərəfindən X2 pul verilməklə onun bütün iddialarından, həmçinin hazırda baxılan apellyasiya şikayətindən imtinası ilə əlaqədar razılığa gəldiklərini göstərmişdir. Hazırkı vəziyyətdə birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilməsi həmin qətnamə əsasında əmlak əldə etmiş İddiaçı daha çox təsir göstərməli olmasına baxmayaraq, Məhərrəmova (Muradova) Aysel Fuad qızına mübahisədən əl çəkməsi müqabilində borcla bağlı əmlakı özgəninkiləşdirilmiş Cavabdeh əlavə olaraq pul vəsaitini təklif etməsi 05 may 2021-ci il tarixli müqavilənin uydurma əqd olmasının göstəricilərindən biridir.
63. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
64. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarına əsasən əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir.
65. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
66. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir.
67. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
68. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
69. Birinci instansiya məhkəməsi iddianın təmin edilmə əsasları kimi həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2, 191.3-cü maddələrinə istinad etsə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdehin iddianı etiraf etməsi mütləq mənada iddianın təmin edilməsinin əsasını təşkil etmir. Bunun üçün əvvəlcə məhkəmə cavabdehin iddianı etiraf etməsini qəbul edilən olub-olmamasını, bunun digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmamasını, hüquq və vəzifələrinə təsir edibetməməsini, qanunvericiliyin tələblərinə zidd olub-olmamasını dəqiqləşdirməli, bundan sonra onun təsdiq edilməli olub-olmamasına qiymət verməlidir.
70. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
71. Hansı ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsinin iddianı təmin edilməsinə dair qərar qəbul etməsindən bir müddət sonra cаvаbdеh Cavabdeh X2 qarşı birgə nikah dövründə olan 96000 manat borcun yarısını təşkil edən 48000 manat pulun ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(014)-179/2023 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh X2 qarşı birgə nikah dövründə olan borcun yarısının ödənilməsi tələbinə dair iddiasının baxılmamış saxlanılması isə həmin iddia tələbinin yenidən irəli sürülməsini istisna etmir.
72. İstənilən bir tələblə bağlı iddia icraatının ən əsas və vacib vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının məhkəmə tərəfindən müəyyən olunması vəzifəsidir (MPM.m.2.1, 5.1). Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Çünki məhkəmələrin ən əsas və ümdə vəzifəsi pozulmuş hüquqların bərpasını təmin etməkdir. Hüququn pozulub-pozulmadığı isə, qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Bu səbəblə də müqaviləyə istinad olunaraq hər hansı bir tələb irəli sürüldüyü təqdirdə, məhkəmə icraatının ilk vəzifəsi və aydınlıq gətirməsi lazım gələn xüsusat həmin müqavilənin etibarlı olub-olmadığının müəyyənləşdirilməsidir. Çünki iddia tələbinin əsaslandığı müqavilənin etibarsız olması, birbaşa həmin müqavilə üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə haqq (hüquq) və öhdəliyin yaranmadığını göstərir. Alacaq haqqı (tələb hüququ) yaranmadığı təqdirdə isə, aydın məsələdir ki, onun pozulmasından da söhbət gedə bilməz. Buna görə də müqaviləyə istinad edilərək irəli sürülən tələbin hüquqi əsasının olub-olmaması ilk növbədə istinad olunan müqavilənin etibarlı olub-olmamağından asılıdır.
73. Göründüyü kimi tərəflərin bağlamış olduğu müqavilə görünüş üçün bağlanmışdır. Yuxarıda qeyd edilən şərtə cavab vermir (yəni bağlanmış əqd qanuni olmamış, qanunvericiliyin tələblərinə uyğun gəlməmişdir) və əhəmiyyətsiz əqd olmaqla əhəmiyyətini itirmişdir.
74. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-1353/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı Cavabdeh 96000 manat borcun və dövlət rüsumu hesabına ödəmiş olduğu 378 manat pulun məcburi qaydada alınaraq ona verilməsi tələbinə dair iddiası rədd edilməlidir.
75. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassız olduğundan iddiaçının dövlət büdcəsinə ödədiyi dövlət rüsumu məbləği də onun özünə aid edilməlidir.
76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Maraqlarına toxunan şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-1353/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı Cavabdeh 96000 manat borcun və dövlət rüsumu hesabına ödəmiş olduğu 378 manat pulun məcburi qaydada alınaraq ona verilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.