Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1224/2024 05.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(046)-1135/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2350 manat pulun və 43.50 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin qızı hazırda faktiki olaraq qeydiyyatda olduğu və yaşadığı Zərdab Rayon Sarıqaya kəndinə gəlin köçmüşdür. Cavabdehin qızı ilə qızı arasında dost münasibətləri əmələ gəlmişdir. Bundan istifadə edən cavabdehin qızı edərək ailəsinin maddi çətinlikləri olması səbəbi ilə onlara borc pul verməsini xahiş etmişdir. Buna əsasən qızı ondan 4000 manat alaraq cavabdehin qızına vermiş o isə pulu anasına göndərmişdir. Sonradan cavabdeh ona olan borcunu hissə- hissə geri qaytarmışdır. Lakin cavabdeh ona olan borcunu tam şəkildə qaytarmamış və hazırda həmin pula görə ona 2350 manat borcu qalmışdır. Bununla bağlı dəfələrlə cavabdehə müraciət edərək ona olan borcunu tam qaytarmasını tələb etmiş, cavabdeh borcunun olmasını etiraf etsə də lakin borcunu nə zaman qaytaracağını dəqiq bildirməmişdir. Buna əsasən hazır iddia ilə məhkəməyə müraciət etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, başqa şəxsdən kredit alaraq cavabdehə 4000 manat pul vermişdir. Cavabdeh həmin pulu qismən qaytarmış, cavabdehin ona 2350 manat borcu qalmışdır.
4. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, 2019-2020-ci illərdə iddiaçıdan 3000 manat faizə pul almışdır. Həmin pulu qaynanasının pensiya kartı ilə ödəmişdir. İddiaçıya borcu yoxdur. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir.
5. Göyçay Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(046)-1135/2024 nömrəli qətnaməsi ilə (hakim İ.Fəttahov) İddiaçı Cavabdeh 2350 manat pulun və 43.5 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı Cavabdeh 4000 manat borc pul verdiyini, cavabdehin ona olan borcundan 1650 manat qaytardığını, 2350 manat borclu qaldığını bildirir və həmin pulun cavabdehdən alınaraq ona verilməsini xahiş edir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh 4000 manat borc pul verdiyinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
8. Sadalananlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh 2350 manat pulun və 43.5 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbi barədə iddiası təmin edilməməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 442, 739.1, 739.2, 740-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarına, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli, “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli, “Avşar Türkiyəyə qarşı” iş üzrə Qərarlarına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81 və 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan eyni zamanda maddi və prosessual hüquq normaları kobud şəkildə pozaraq qəbul olunduğundan ləğv olunmalıdır. Qeyd edir ki, məhkəmə iclasında işin halları araşdırılmamış və hakim tərəfindən cavabdeh əsassız olaraq müdafiə olunmuşdur. Hansı ki, qətnamə ilə tanış olan zaman qətnamənin formal xarakter daşıdığı məlum olur.
11. Qeyd edir ki, məhkəmə prosesində izahat verən cavabdeh iddiasına təhrif olunmuş formada izahat verərək 2019-2020-ci illərdə ondan 3000 manat pul aldığını etiraf etmişdir. Eyni zamanda həmin pulun qaynanasının pensiya kartı ilə ödəməsini bildirmişdir. Məhkəmə xüsusən işin bu hissəsini araşdırmamışdlr. Belə ki, cavabdeh pul aldığını etiraf etsədə pulu hansı şəkildə və nə zaman ona geri qaytarmasına dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Birmənalı olaraq qeyd edir ki, cavabdeh iddiasına oxşar iddia verməklə iddiasının həqiqiliyi bildirmişdir. Buna əsasən məhkəmənin pulun verilib verilməməsi hissəsi ilə bağlı hər hansısa fikir yürütməsi sadəcə qanun pozuntusudur. Məhkəmə yalnız işin pulun nə zaman qaytarılması hissəsini araşdırmalı və cavabdehdən buna dair sübutlar təqdim etməli idi. Lakin məhkəmə ciddi prosessual pozuntulara yol vermiş cavabdehin izahatı əsasında qətnamə qəbul etmişdir. Qeyd edir ki, işə baxan hakim hansısa səbəbdən qərəzli olmuş və işin hallarını araşdırmağa maraqlı olmamışdır.
12. Məhkəmənin mövqeyinə münasibətdə isə bildirir ki, cavabdehin izahatı ona pul verməyinin mötəbər sübutudur. Yəni cavabdeh izahatı ilə onun dediklərini təsdiq etmişdir. Buna əsasən də iddiası təmin olunmalı idi.
13. Məhkəmə qətnamə qəbul edən zaman onun hüquqlarının müdafiəsində maraqlı olmamışdır. Əsassız olaraq cavabdehi müdafiə etmiş və onun yalan ifadələri əsasında qətnamə tərtib etmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında keçirilməli olsa da məhkəmə qətnamə qəbul edilən zaman qanunvericiliyin tələblərini pozmuşdur.
14. Birinci instansiya məhkəməsi işə baxan zaman cavabdehin izahatı əsasında iddiasının sübuta yetirildiyini müəyyən etsə də lakin ədalətli qərar qəbu etməmişdir. Eyni zamanda məhkəmə cavabdehin borcu nə zaman və hansı sübutlarla geri qaytarması hissəsinidə araşdırmamışdır. Hesab edir ki, yuxarıda qeyd etdiyi hallara əsasən maddi hüquq normaları işə tam tədbiq olunmamışdır.
15. Yuxarıda qeyd olunanlara əsasən və qanunvericiliyin müvafiq maddələrini rəhbər tutaraq, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasından Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-1135/2024 saylı Qətnaməsinin ləğv olunaraq Cavabdeh ona olan borcuna görə 2350 (iki min üç yüz əlli) manat pulun və ödənilmiş dövlət rüsumuna görə 43,5 (qırx üç manat əlli qəpik) manat pulun tutularaq ona verilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(046)-1135/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, onun Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Göyçay Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(046)-1135/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında iddiaçıdan aldığı 3000 manat pul vəsaitini geri qaytarmasına dair məhkəməyə təqdim edəcək hər hansı bir sübutunun olmadığını göstərmişdir.
Tətbiq edilən hüquq
19.Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
21. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Göyçay Rayon Məhkəməsinin 11 iyul 2024cü il tarixli, 2(046)-1135/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. İddiaçının apellyasiya şikayəti qətnamənin tam ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə nəzərə almamışdır.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
28. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, tərəflərin övladlarının yaxın münasibətlərdə olmaları nəzərə alınaraq İddiaçı Cavabdeh borc pul vermişdir. İddiaçı cavabdehə borc olaraq 4000 manat verdiyini göstərsə də cavabdeh iddiaçının ona verdiyi borcun məbləğinin 3000 manat təşkil etdiyini göstərmişdir. İddiaçı cavabdehə verdiyi borcdan cavabdeh tərəfindən 1650 manatının qaytarıldığını, cavabdehin ona 2350 manat borcunun qaldığını göstərsə də cavabdeh iddiaçıdan aldığı 3000 manat borcu tam qaytardığını göstərmişdir. İddiaçı tərəfindən cavabdehə 3000 manatdan daha yüksək məbləğin borc verilməsinə dair və cavabdeh tərəfindən iddiaçıdan alıdığı borcu tam şəkildə qaytarmasına dair sübutlar təqdim edilməmişdir.
29. Birinci instansiya məhkəməsi isə iddanı rədd edərkən gəldiyi nəticəni məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh 4000 manat borc pul verdiyinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməməsi ilə əsaslandırmışdır.
30. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən nəticələr işin hallarına uyğun olmamış, mübahisəni yuxarıda qeyd edilən qaydada həll etməklə doğru nəticəyə gəlməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
31. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
32. Kollegiya apellyasiya şikayətinin cavabdehin pul aldığını etiraf etsədə pulu hansı şəkildə və nə zaman ona geri qaytarmasına dair sübutları məhkəməyə təqdim edə bilməməsi, cavabdehin iddiasına oxşar iddia verməklə iddiasının həqiqiliyini bildirməsi, cavabdehin izahatının ona pul verməyinin mötəbər sübutu olmasına dair dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə borc verməsini təsdiq edə biləcək hər hansı bir sübut təqdim edilməsə də, cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan 3000 manat pulu borc olaraq almasını etiraf etmişdir. Cavabdeh aldığı 3000 manat borcu tam şəkildə iddiaçıya qaytardığını göstərsə də bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, lakin iddiaçı verdiyi borcdan 1650 manatının cavabdeh tərəfindən ona qaytarıldığını etiraf etmişdir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
35. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 3000 manatdan daha yüksək məbləğdə borcun verilməsini təsdiq edəcək hər hansı bir sübut təqdim edilmədiyindən, cavabdehin almasını etiraf etdiyi 3000 manat borcdan isə 1650 manatının ona qaytarılmasını təsdiq etdiyindən, iddiaçı cavabdehdən qaytarılmamış 1350 manat borcun və həmin məbləğə mütənasib olan 33,50 manat dövlət rüsumunun alınmasını tələb etməkdə haqlıdır.
37. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsində qanunvericiliyin tələblərinin pozumasına dair şikayətin dəlili ilə qismən razılaşsa da, hesab edir ki, apellaysiya şikayətinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinin posulmasına dair dəlilləri əsaslı deyildirlər. Belə ki, iş materiallarından birinci instansiya məhkəməsində mübahisəyə baxılarkən çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinin posulması hallarına yol verilməsi müəyyən edilməmişdir.
38. Şərh edilənlərə əsasən məhkəmə kollegiyаsı hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(046)-1135/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 1350 manat borc və 33,50 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, əsaslı olmadığından iddia tələbinin qalan hissəsi təmin edilməməlidir.
39. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
İddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(046)-1135/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin təmin edilsin. Cаvаbdеh Cavabdeh 1350 manat borc və 33,50 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.