Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1226/2024 20.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddiası ilə bağlı müki iş üzrə (Açar sözlər: alimentin məbləğinin artırılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddiası ilə bağlı müki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(051)-1209/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı Cavabdeh ilə 2011-ci ildə faktiki nikah münasibətlərinə girməklə evlənmiş, 06 avqust 2012-ci ildə nikahlarını rəsmləşdirmişdilər. Onların nikahından 06 avqust 2012ci ildə Məhəmməd adlı bir uşaqların doğulmuşdur. 9 aprel 2013-cü ildə rəsmi qaydada ayrılmışlar. Şəki Apellyasiya Məhkəməsinin 17 may 2018-ci il tarixli 2(107)-921/2016 saylı qətnaməsi ilə 06 avqust 2012-ci il təvəllüdlü Məhəmməd adlı uşağın saxlanılması üçün 120 manat sabit pul məbləğində aliment təyin olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh 06 avqust 2012-ci il təvəllüdlü Məhəmməd adlı oğlunun saxlanılması üçün ödənilən alimentin miqdarının artırılaraq hər ay 300 manat sabit pul məbləğində alimentin, ödənilmiş 60 manat mediasiya xərcinin tutulub onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh 2011-ci ildə faktiki nikah münasibətlərinə girməklə evlənmişdilər. 06 avqust 2012-ci ildə nikahlarını rəsmləşdirmişdilər. Onların nikahından 1 övladları olmuşdur: 06 avqust 2012-ci il təvəllüdlü Məhəmməd. Ancaq aralarındakı münasibətlər pozulmuş və 09 aprel 2013-cü ildə rəsmi qaydada ayrılmışlar. Şəki Apellyasiya Məhkəməsinin 17 may 2018-ci il tarixli 2(107)- 921/2016 saylı qətnaməsi ilə 06 avqust 2012-ci il təvəllüdlü Məhəmməd adlı uşağın saxlanılması üçün 120 manat sabit pul məbləğində aliment təyin olunmuşdur. Hazırda həmin məbləğ 12 yaşlı uşağın saxlanması üçün çox cüzi məbləğdir. Bununla əlaqədar o mediasiya ilə bağlı qarşı tərəfə təklif göndərmişdir. Ancaq razılığa gələ bilməmişlər. Uşağın həm tərbiyəsi, həm də yaşayışı onun üzərindədir. Uşaq istəklərinin gündəlik 3-5 manat arasında təmin etməyə vəsait tələb olunur. Geyimi, yeməyi, gəzməyini nəzərə alanda həmin vəsait 500-700 manat pul edir. Göstərirəm ki, respublikada uşaqlar üçün yaşayış minimumunun müəyyən edilməsi uşağımın ondan artıq yaşayış səviyyəsi ilə təmin edilməsini qadağan etmir. Cavabdehin gəlirləri imkan verir ki, o 235 manatdan da artıq aliment ödəsin.
4. Birinci instansiya məhkəməsi uşağın mənafeyini nəzərə alaraq, qanunvericiliyin müddəalarına əsasən hesab etmişdir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iddiaçının tələb etdiyi məbləğdə aliment ödənilməsi üçün cavabdehin kifayət qədər gəlirə malik olmasını müəyyən edən hər hansı mötəbər sübutu iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin 17 may 2018-ci il tarixli 2(107)- 921/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilərək Cavabdeh xx.xx.2012-ci ildə X2 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 165 (bir yüz altmış beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Həmçinin mediasiya xərci üçün ödənilmiş 25 manat pul tutulub iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.
5. Mingəçevir Şəhər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(051)-1209/2024 nömrəli qətnaməsi ilə (hakim Elza Cəbrayılzadə) iddia qismən təmin olunmuş, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2012-ci ildə X2 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Şəki Apellyasiya Məhkəməsinin 17 may 2018-ci il tarixli 2(107)-921/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa 165 (bir yüz altmış beş) manat sabit pul məbləği həddində müəyyən edilməsi, həmçinin mediasiya xərci üçün ödənilmiş 25 manat pulun tutulub iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78 və 112-ci maddələrinə istinad etmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: doğum haqqında şəhadətnamələr Şəki Apellyasiya Məhkəməsinin 17 may 2018-ci il tarixli 2(107)-921/2018 saylı qətnaməsi “Azemis” İnformasiya sisteminə verilmiş sorğuya əsasən və işə əlavə olunmuş arayış
8. Qətnаmədən nаrаzı qаlаn İddiaçı və Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, uşağın həm tərbiyəsi, həm də yaşayışı onun üzərindədir. Uşaq istəklərinin gündəlik 3-5 manat arasında təmin etməyə vəsait tələb olunur. Geyimi, yeməyi, gəzməyini nəzərə alanda həmin vəsait 500- 700 manat pul edir. Respublikada uşaqlar üçün yaşayış minimumunun müəyyən edilməsi uşağının ondan artıq yaşayış səviyyəsi ilə təmin edilməsini qadağan etmir. Cavabdehin gəlirləri imkan verir ki, o 235 manatdan da artıq aliment ödəsin. Cavabdehin Goranboy rayonunda böyük sahələri vardır. O, ana olaraq övladının həm mənəvi, həm də maddi qayğısına qalır. Həmçinin, uşağın yaşayış yeri, yaşayış üçün təminatlarını təmin edir. Qarşıdan yeni tədris ili gəlir. Bu uşaq üçün yetərincə böyuk 400-500 manat vəsait tələb olunur ki, onun məktəbə gedə bilməsi üçün əşyaları satın ala bilsin. 12 yaşlı oğlu 38 ölçü ayaqqabı geyinir. Yaş dövrünün ele bir vaxtıdır ki, fiziki inkişafı aybaay dəyişir və bunları o təmin etməlidir.
10. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(051)- 1209/2024 nömrəli qətnaməsinin alimentin miqdarına münasibətdə dəyişərək hər ay 300 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
11. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, təyin edilən alimenti güclə ödəyir və maddi vəziyyəti çox aşağıdır. Bundan əlavə hazırda ailəlidir və iki övladı var. Ancaq o, xəstədir və daimi olaraq müalicə olunur. Daimi olaraq müalicə üçün Bakı şəhərinə xəstəxanaya aparır ki, onun müalicəsi üçün hər dəfə bir neçə yüz manat pul tələb olunur. Aldığı əmək haqqı ilə çox çətinliklə yaşayır. Ərizədə iddiaçı tərəf 235 manat aliment ödəmək üçün yüksək gəlirləri olduğunu qeyd edir. Lakin bununla bağlı heç bir sübut təqdim etmir. Yazdığı heç bir sübuta əsaslanmayan boş sözlərdən ibarətdir. Alimentin artırılması çətin olan vəziyyətini daha da, çətinləşdirir. Bunun əksinə iddiaçı tərəfin özünün maddi vəziyyəti hazırda çox yaxşıdır və ondan aliment almağa belə ehtiyacı yoxdur. Belə ki, Mingəçevir Müəllimlər institututnda işləyir və yüksək əmək haqqı alır.
12. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(051)- 1209/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və təyin edilən alimentin azaldılması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh öz verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
15. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də 76-cı maddəyə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
17. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya:
18. Qərarlar: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3-cü maddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
21. Mingəçevir Şəhər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(051)-1209/2024 nömrəli qətnaməsindən hər iki tərəf apellyasiya şikayəti verdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən alimentin məbləğinin hər ay bir uşaq üçün 165 manat müəyyən edilməsinə aid hissədə gəldiyi nəticə ilə razılaşmır. 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
24. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu qətnamənin 9-cu bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Hazırki iş üzrə iddiaçı cavabdehin uşağın saxlanması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində 300 manat aliment ödəmək imkanına malik olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bununla belə, məhkəmə kollegiyası həm iddiaçının, həm də cavabdehin apellyasiya şikayətlərində göstərilənləri, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmalı olmasını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin dəyişdirilməsinə və alimentin məbləğinin artırılaraq hər ay 180 manat müəyyən edilməsinə əsas ola biləcək hallar mövcuddur. Cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması, onun yenidən ailə qurması onu hazırki uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi arqumentlər cavabdehi həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.
25. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən hər ay bir uşaq üçün 165 manat miqdarında aliment müəyyən etməklə düzgün nəticəyə gəlmədiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsаslаr olduğundаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(051)-1209/2024 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh xx.xx.2012-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutularaq İddiaçı verilməli olan alimentin məbləği hər ay bir uşaq üçün sabit pul məbləğində 180 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən sаxlаnılmalıdır.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(051)-1209/2024 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh xx.xx.2012-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutularaq İddiaçı verilməli olan alimentin məbləği hər ay bir uşaq üçün sabit pul məbləğində 180 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.