Məhkəmə qərarları › İş №2(107)-1232/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1232/2024

04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1232/2024 04.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Nimət oğluna qarşı borc pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: borc pul) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Nimət oğluna qarşı borc pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(054)-185/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. 2019-cu ildən İddiaçı ilə Cavabdeh1 arasında qarşılıqlı razılığa əsasən iddiaçıdan pul alınaraq tikinti materiallarının alqı-satqısı həyata keçirilmiş və əldə edilmiş qazancın müəyyən hissəsi iddiaçıya verilmişdir. Həmin vaxtdan Cavabdeh1 iddiaçıya borcu yaranmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı (iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Nimət oğluna (cavabdehlər) qarşı Cavabdeh1 28780 manat pul və 177 manat dövlət rüsumu, Cavabdeh2 12000 manat pul və 126 manat dövlət rüsumu və Cavabdeh3 Nimət oğlundan 3000 manat pul və 50 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər sakini olmaqla mülki iş üzrə cavabdehlərdən Cavabdeh2 2017-ci il tarixdən tanıyır. Onunla tanışlığı atasına məxsus olan, Mingəçevir şəhərində yerləşən mənzildə kirayədə qaldıği müddətdən başlamışdır. Cavabdeh2 kirayədə qaldığı müddət ərzində səyyar tikinti materiallarının satışı ilə məşğul olurdu. Xaləddini tanıdığı müddət ərzində Xaləddin ondan dəfələrlə borc pul götürmüş və pulu vaxtinda geri qaytarmışdır. (Hal-hazırda 29500 manat borcu var) Pul götürdüyü müddət ərzində həmin məbləğdən əldə olunan xeyirin bir hissəsini ona vermişdir. Daha sonra Xaləddinin xalası oğlu Cavabdeh1 tanımışdır. Xaləddin xalası oğlu Rəşidin tikinti materiallarının satışı ilə məşğul olduğunu və hərdən pul lazim olduğunu bildirərək ondan borc istəyəcəklərini bildirmişdir. Xaləddini tanıdığı üçün heç bir problem olmadığını bildirərək borc verə biləcəyini demişdir. Həmin günün axşamı Xaləddin mobil telefonuna zəng vuraraq xalasi oğlu Rəşidə 500 manat pul lazım olduğunu bildirmiş, o da onun dediyi hesaba Unibaka məxsus hesab nömrəsi 20351460 olan kart hesabina 500 manat. pulu milli-ön vasitəsi ilə göndərmişdir. Təxminən 1 həftəyə pul geri qaytarılmışdır. Qeyd etdiyi hərəkətlər bir-iki dəfə təkrarlanmışdır. Bundan sonra Xaləddin ona demişdir ki, sənin nömrəni Rəşidə verirəm, daha bundan sonra aranızda olan danışıqları özünüz həll edərsiniz, Rəşid etibarlı oğlandır, işləməyinə dəyər. Amma buna baxmayaraq hər dəfə Rəşid ondan pul istəyəndə o, Xaləddinlə əlaqə saxlamışdır. O da hər dəfə narahat olmamağını, Rəşidin etibarlı adam olduğunu, hər hansı bir problem olduğu təqdirdə özünün zamin durduğunu bildirirdi. Bir gün Rəşid ona zəng vuraraq topdan satış üçün mal götürəcəyini və təcili pul lazım olduğunu bildirmişdir. Xaləddinlə əlaqə saxladıqdan sonra ona hissə-hissə 3600 manat pul göndərmişdir. Rəşid pulu qaytarmağa söz verdiyi gün ona zəng vuraraq Mingəçevir şəhərinə gələrək onunla görüşəcəyini və yaxından tanış olacağını bildirmiş, pulu da görüşən zaman verəcəyinə söz vermişdir. Amma Mingəçevirə gələcəyi və onunla görüşəcəyi barədə Xaləddinin xəbəri olmamasını xahiş etmişdir. Mingəçevirdə görüşmüşlər. Görüş zamanı "İNCO" firması ilə müqavilə bağlayaraq onun dilerini açacağını və oradan müəyyən məbləğdə qazanc əldə edəcəyini bildirərək ona çoxlu pul lazım olduğunu bildirmişdir. Ona hələlik gözləməyini bildirərək Xaləddin ilə danışdıqdan sonra özünə xəbər edəcəyini demişdir. O, danışıqları tezləşdirməyini xahiş etdiyindən elə həmin gün axşam Rəşidlə birlikdə Xaləddinin yanına gəlmişlər. Söhbət zamanı Xaləddinə özü ilə şəxsi söhbəti olduğunu və kənara keçərək söhbət etməyi xahiş etmişdir. Xaləddinə Rəşidin iş qurmaq üçün ondan bir miqdar pul istədiyini bildirdikdə Xaləddin Rəşidin böyuk iş gurduğundan xəbəri olduğunu, imkan daxilində kömək göstərməyini və bir daha narahat olmamağını, Rəşidə özündən daha çox inandığını bildirmişdir. Rəşid əvvəl verilmiş 3600 manat pulu bir həftəyə kimi qaytaracağını bildirəndə ona etiraz etməmişdir. Ona hazırda pulunun olmadığını bildirərək, Rəşidin iş təklifini yaxşı fikirləşəçəyini söyləmişdir. 5 gün sonra Rəşid ona zəng etdikdə Unibankda olan kart hesabına 11600 manat pul qoymuşdur. Rəşidin ümumilikdə ona 15200 manat borcu yaranmışdır. Həmin məbləğdən başqa ona müxtəlif tarixlərdə hissələrlə 15000 manat pul göndərmişdir. Həmin məbləğdən cüzi bir hissəsini qaytardıqdan sonra xx.xx.2021-ci il tarixdə Rəşid yenidən zəng vuraraq 3000 manat pula ehtiyacı olduğunu bildirmişdir. xx.xx.2021- ci il tarixdə Mingəçevirdə görüşərək Rəşidin özunə 3000 manatı vermişdir. Bundan sonra Rəşidin ona cəmi 33000 manat borcu olmişdur. Həmin borcdan müəyyən məbləq qaytardıqdan sonra Rəşidin ona 28780 manat borcu qalmışdır. Həmin borc qalsa da Rəşid xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhərinə gələrək ondan yenidən 20000 manata yaxın borc pul istədikdə bundan imtina etmişdir. Aradakı danışıqda onlarla birlikdə Cavabdeh3 Nimət oğlu da olmuşdur. Səhəri gün Xaləddin zəng vuraraq Rəşidlə söhbətdən məlumatı olduğunu, istədiyi məbləğdə pul verdiyi təqdirdə işə normal başlayacaqlarını bildirmişdir. Xaləddinə onu tanıdığını və pulu da özünə verəcəyini bildirərək 12000 manat pul vermişdir. 12000 manat pulu verdikdən bir-iki gün sonra Xəyal ona zəng vuraraq 3000 manat pul lazım olduğunu, 1-2 günə qaytaracağını bildirmişdir. Pulu qaytaracağı müddət çatan vaxt Rəşid yenidən zəng vuraraq 3000 manat lazım olduğunu, Xəyalın ona verəcəyi pulu Xəyaldan özü üçün götürməyini xahiş etmişdir. Ona etiraz etmişdir, daha sonra Xəyal ona zəng vuraraq təcili Rəşidə pul lazım olduğunu, özü 3000 manatı Rəşiddən alaraq ona qaytaracağına söz vermişdir. Daha sonra Rəşidlə əlaqə saxlasa da zənglərinə cavab verməmişdir. Həmin şəxslərin onu aldatdıqlarını dərk etdikdən sonra məcburən Mingəçevir şəhər Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixində Rəşid onunla 28780 manata və xalası oğlu Xaləddinlə bilğə aldığı 12000 manat üçün borc müqaviləsi bağlamış, Xəyalın Rəşidin adıyla aldığı 3000 manatın ona verilmədiyini bildirmişdir. Şikayəti əsasında araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd olunması haqqında 18 dekabr 2021-ci il və 16 aprel 2022-ci il tarixli qərarlar qəbul edilmişdir. Araşdırma zamanı Rəşid, Xaləddin və Xəyal ondan aldıqları pulun məbləğini etiraf etmişlər. Cavabdehlər Cavabdeh2 12000 manat, Cavabdeh3 Nimət oğlunun 3000 manat, Cavabdeh1 28780 manat borcu olmasının Mingəçevir şəhər Polis şöbəsində verilmiş izahatlarında təsdiq olunduğunu nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında 2017-ci ildən yaranmış tanışlığa uyğun olaraq tərəflər arasında borc münasibətləri yaranmış, iddiaçının təsdiq etdiyi kimi alınmış borclar vaxtında qaytarılmışdır. Cavabdeh2 vasitəçiliyi ilə təqribən 2019-cu ildən onun xalası oğlu Cavabdeh1 iddiaçı ilə münasibətləri yaranmış və qarşılıqlı razılığa əsasən iddiaçının pulu ilə tikinti materialları alınaraq satılmış və əldə edilmiş qazancın yarısı iddiaçıya verilmişdir. Həmin vaxtdan Rəşid Məhərrəmovun iddiaçıya müəyyən borcu yaranmışdır. 2021-ci ilin mart ayında Rəşid Məhərrəmov yenidən iddiaçıdan 12000 manatdan yuxarı məbbləğdə pul istəmiş, iddiaçı Cavabdeh2 fikrini öyrəndikdən sonra həmin pulu Cavabdeh3 yanında Cavabdeh1 vermişdir. Cavabdeh1 pulu qaytarmadığından iddiaçı polis şöbəsinə müraciət edərək onun məsuliyyətə cəlb edilməsini xahiş etmiş, iş üzrə xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli qərarlarla cinayət işinin başlanması rədd edilmiş, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. xx.xx.2022-ci ildə iddiaçı ilə Cavabdeh1 arasında borc müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə görə «Borc verən» İddiaçı 28780 manat və 12000 manat (xalam oğlu Oğuz rayon Qışlaq kənd sakini Cavabdeh2 Neymət oğlu ilə aldığım) məbləğində pul vəsaitinə mülkiyyət hüququnu «Borc alan»a verməyi, «Borc alan» Rəşid Məhərrəmov isə borcu müqavilənin şərtlərinə uyğun olaraq «Borc verənə» geri qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.1-ci bəndinə əsasən borc alan 28780+12000 manat məbləği hissə-hissə qaytarmağı öz öhdəsinə götürmüşdür.

5. İddia tələbinə əsasən iddiaçı Cavabdeh1 28780 manat, Cavabdeh2 12000 manat borc pulun alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında verdiyi izahatında Cavabdeh2 12000 manat pulun Rəşid Məhərrəmova verildiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclaslarında iştirak etməmişdir. Sözügedən borc müqaviləsindən də göründüyü kimi Cavabdeh1 iddiaçıya 28780 manat və 12000 manat (xalası oğlu Cavabdeh2la aldığı) borcunun hissə-hissə qaytarılmasını öz öhdəsinə götürmüşdür. İddiaçı 12000 manat pulun Cavabdeh2 tutulmasını tələb etsə də, həmin məbləğin qaytarılmasına dair Cavabdeh2 hər hansı öhdəliyinin olduğu müəyyən edilməmişdir.

6. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 12000 manat borc pulun tutulmasına dair hissədə təmin edilməməlidir.

7. İddia tələbinin Cavabdeh1 28780 manat borc pulun tutulmasına dair hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar nəzərə alınmaqla iddia tələbi həmin hissədə təmin edilməlidir.

8. Bundan əlavə iddia tələbinə əsasən iddiaçı Cavabdeh3 3000 manat pulun tutularaq ona verilməsini tələb etsə də, borcla bağlı hüquq münasibətləri yarandığı vaxt qüvvədə olmuş qanunvericiliyə istinad edilməklə mötəbər sübutlar təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir.

9. Oğuz Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(054)-185/2024 nömrəli qətnaməsi ilə (hakim Səadət Zeynalova) iddia qismən təmin olunmuş, Cavabdeh1 28780 (iyirmi səkkiz min yeddi yüz səksən) manat pul və 176,34 (bir yüz yetmiş altı manat otuz dörd qəpik) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddia tələbinin Cavabdeh2 və Cavabdeh3 Nimət oğluna aid hissələrdə təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 385, 739 və 740cı maddələrinə istinad etmişdir.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: AZE 0******* saylı şəxsiyyət vəsiqəsi AA ******* saylı şəxsiyyət vəsiqəsi AA ******* saylı şəxsiyyət vəsiqəsi cinayət işinin başlanmasının rədd edilməsi haqqında HK-1/2066 saylı material üzrə xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli qərarlar Cavabdeh1 HK-1/2066 saylı materialda olan xx.xx.2021-ci il tarixli izahatı xx.xx.2022-ci il tarixli qərar xx.xx.2022-ci il tarixli borc müqaviləsi

12. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, cavabdehlər X1 və Cavabdeh3 Neymət oğlu ondan borc pul aldıqdan sonra pul ödəməli, lakin onlar aldıqları pulu ödəmək yerinə qacaraq gizlənmiş və pulu ödəməkdən qacmışlar. Verdiyi vədin üstündə durmamışlar. Kreditorun (Borc verən) isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Oğuz rayon məhkəməsində məhkəmə zamanı Cavabdeh2 Neymət oğlu 12000 manat pulu iddiaçıdan almadığını bildirsə də, məhkəmə iclasında verdiyi izahatında Cavabdeh2 12000 manat pulun Cavabdeh1 verdiyini bildirmişdir. Buradan aydın olur ki, cavabdeh iddiaçıdan 12000 manat pul aldığını etiraf edir. Oğuz rayon məhkəməsi işi tam araşdırmamışdır. Mingəçevir şəhər Polis şöbəsindən İddiaçı şikayəti əsasında baxılmış iş materalarını tələb etsə də, orada olan izahatlara istinad etməmişdir. Cavabdeh X2 qardaşı Cavabdeh2 Neymət oğlu məhkəmədə qardaşı Xəyalın 3000 manat pulu iddiaçıdan almadığını bildirsə də, Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində verdiyi izahatında bildirir ki, 2021-ci il Novruz Bayramı ərəfəsində qardaşım Xəyal İddiaçı borc 3000 manat pul almış, daha sonra həmin pulu qardaşı Xəyal Cavabdeh1 vermiş və həmin 3000 manat pulu Cavabdeh1 qaytarmasa özü qaytaracağı barəsində İddiaçı söz vermişdir. Burdan aydın olur ki, Cavabdeh3 İddiaçı pul almış və bu barəsində qardaşı Xaləddinə ətraflı məlumat vermişdir. Bundan başqa Oğuz rayon məhkəməsi qərarında iddiaçı tərəfindən mötəbər subutların təqdim olunmadığı qeyd etsə də iddiacı tərəfindən Xəyalla telefon danışıqları disk şəklində təqdim olunmuşdur. Lakin məhkəmə telefon danışıqlarını məhkəmə iclasında tədqiq etmədən qərar vermişdir. Telefon danışıqlarında Xəyalın 3000 manat pulu ondan alması səs yazıları ilə təsdiqini tapır.

14. Ona görə də, Oğuz Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(054)- 185/2024 nömrəli qətnaməsinin iddianın təmin olunmayan hissəsində yəni Cavabdeh2 və Cavabdeh3 Nimət oğluna aidhissədə ləğv olunması, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək, iddianın təmin olunmayan hissəsində tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

17. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Nimət oğlu işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh2 və Cavabdeh3 Nimət oğlu iddiaçının apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. İddiaçı Oğuz Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(054)-185/2024 nömrəli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilməmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

23. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, iddiaçının apellyasiya şikayətində istinad etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında HK-1/2066 saylı materialda yer alan izahatlardan da aydın olur ki, 2019-cu ildən İddiaçı ilə Cavabdeh1 arasında qarşılıqlı razılığa əsasən iddiaçıdan pul alınaraq tikinti materiallarının alqı-satqısı həyata keçirilmiş və əldə edilmiş qazancın bir hissəsi iddiaçıya verilmişdir. Hər üç cavabdehin həmin materialda yer alan izahatları təsdiq edir ki, İddiaçı ilə şəriklik və pul münasibətləri Cavabdeh1 arasında olmuşdur. Cavabdehlərdən Cavabdeh2 Neymət oğlu iddiaçının mənzilində kirayədə qaldığı üçün, Cavabdeh3 Nimət oğlu isə Cavabdeh1 Mingəçevir şəhərinə gəlib getməsində sürücü kimi iştirak etdiyi üçün iddiaçı ilə Cavabdeh1 arasındakı münasibətlərdə iştirak etmişlər. Həm Cavabdeh2, həm də Cavabdeh3 Cavabdeh1 iddiaçıdan pul almasında vasitəçi qismində çıxış etmişlər. Tərəflərin birinci instansiya məhkəməsində verdiyi izahatlar da həmin halları təsdiq etmişdir. Beləliklə, işin hallarından görünür ki, təsdiq olunan iki halda pulları iddiaçıdan fiziki olaraq alan Cavabdeh2 və Cavabdeh3 olsa da, bütün hallarda pullar Cavabdeh1 verilmək məqsədilə alınmış və sonuncuya da verilmişdir. İddiaçı apelylasiya şikayətində borc verən olaraq borcludan öhdəliyin icrasını tələb etmə hüququna istinad edir ki, hazırki halda borc alan qismində təsdiq olunan bütün hallarda Cavabdeh1 çıxış etmişdir. xx.xx.2022-ci ildə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış borc müqaviləsindən də görünür ki, «Borc verən» İddiaçı 28780 manat və 12000 manat (xalam oğlu Oğuz rayon Qışlaq kənd sakini Cavabdeh2 Neymət oğlu ilə aldığım) məbləğində pul vəsaitinə mülkiyyət hüququnu «Borc alan»a verməyi, «Borc alan» Rəşid Məhərrəmov isə borcu müqavilənin şərtlərinə uyğun olaraq «Borc verənə» geri qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.1-ci bəndinə əsasən borc alan 28780+12000 manat məbləği hissə-hissə qaytarmağı öz öhdəsinə götürmüşdür. Hazırki halda isə iddiaçı Cavabdeh1 28.780 manat pul tələb etmişdir ki, həmin hissədə də tələb təmin olunmuşdur. Təmin olunmayan 12000 manat və 3000 manat pulların isə borc alan olaraq Cavabdeh1 çatması təsdiq olunduğu halda, iddiaçı həmin pulları müvafiq olaraq Cavabdeh2 və Cavabdeh3 tələb etmişdir. İddiaçının apellyasiya şikayətində istinad etdiyi səs yazılarına gəldikdə kollegiya qeyd edir ki, həmin səs yazıları kollegiyanın məhkəmə iclasında iddiaçının iştirakı ilə dinlənilmiş və müəyyən edilmişdir ki, səs yazıları əsasən iddiaçının səsindən ibarət olmuşdur. Cavabdeh3 Nimət oğlunun iddiaçıdan hər hansı bir məbləğdə, o cümlədən 3000 manat manat borc alması ilə bağlı səs aşkar edilməmişdir. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

24. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.

25. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən iddianın təmin edilməmiş hissəsində qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

26. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilməmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin 21 iyun 2024cü il tarixli, 2(054)-185/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının Cavabdeh2 qarşı iddiası 12000 manat dəyərində olduğundan qətnamənin həmin hissəsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə iddiaçının Cavabdeh3 Nimət oğluna qarşı iddiası 3000 manat dəyərində olduğundan qətnamənin həmin hissəsindən kassasiya şikayəti verilə bilməz.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(054)-185/2024 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar