Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1240/2022 02.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 2(054)-329/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı ilə Cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2009-cu il tarixdə X2 və xx.xx.2011-ci il tarixdə X3 adlı iki uşaqları anadan olmuşdur. Tərəflər arasında bağlanmış nikah xx.xx.2012-ci il tarixdə məhkəmə qaydasında pozulmuş və uşaqların boşanmadan sonra iddiaçının yanında qalmaları müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixli məhkəmə qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən tutulan alimentin miqdarı hər ay qazancın və başqa gəlirlərin üçdə bir hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 100 (bir yüz) manat - cəmi 200 (iki yüz) manat sabit pul məbləğindən az olmamaqla müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahından xx.xx.2009-cu il tarixdə anadan olmuş X2 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən tutulаn alimentin miqdarının artırılaraq hər ay qazancın və başqa gəlirlərin üçdə bir hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat - cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğindən az olmamaqla müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2009-cu il tarixdə cavabdehlə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Cavabdehlə birgə nikahından xx.xx.2009-cu il tarixdə X2 və xx.xx.2011-ci il tarixdə X3 adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında baş vermiş narazılıqlar nəticəsində onlar faktiki olaraq ayrılmışlar. Oğuz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2 (054) - 282 / 2012 nömrəli qətnaməsinə əsasən onlar arasında bağlanmış nikah pozulmuş, uşaqların boşanmadan sonra onun yanında qalmaları müəyyən edilmiş və uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 50 (əlli) manat - cəmi 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Sonradan o, ayrı-ayrı vaxtlarda alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş və Oğuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2 (054) - 174 / 2014 nömrəli qətnaməsinə əsasən cavabdehdən tutulan alimentin miqdarı hər ay hər uşaq üçün 70 (yetmiş) manat - cəmi 140 (bir yüz qırx) manat sabit pul məbləğində, Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2 (054) - 1674 / 2016 nömrəli qətnaməsinə əsasən isə hər ay qazancın və başqa gəlirlərin üçdə bir hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 100 (bir yüz) manat - cəmi 200 (iki yüz) manat sabit pul məbləğindən az olmamaqla müəyyən edilmişdir. Hazırda da uşaqlar onun himayəsindədirlər. O, uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Ona görə də cavabdehdən tutulаn alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, hazırda o, uşaqları ilə birlikdə Oğuz şəhərində kirayə tutduğu evdə yaşamaqla daimi olaraq heç yerdə işləmir. Təmizlik işlərində və digər təsadüfi işlərdə işləyərək əldə etdiyi cüzi gəlirlə uşaqların maddi ehtiyaclarını ödəyə bilmir. Cavabdeh isə uşaqların ehtiyacları və qayğıları ilə maraqlanmır. Uşaqların böyüməsi, ərzaq, geyim və digər xərclərin artması əlaqədar maddi ehtiyacları da artmışdır. Cavabdehin ona ödədiyi aliment uşaqların zəruri xərclərini ödəməyə kifayət etmir və cavabdeh həmin məbləği də vaxtlı-vaxtında ödəmir. Cavabdeh fərdi əmək fəaliyyəti ilə məşğul olaraq kifayət qədər gəlir əldə edir və ona daha artıq miqdarda aliment ödəməyə hər cür maddi imkanı vardır. Cavabdeh alimentin miqdarının artırılması məsələsi ilə bağlı ilkin mediasiya sessiyasında iştirak etsə də, onunla razılığa gəlməmiş və barışıq sazişi bağlamamışdır. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.
5. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, hazırda o, daimi olaraq heç bir yerdə işləmir. Əvvəllər iş yeri olmuş və alimentin ödənilməsində valideynləri də ona kömək etmişlər. Bir müddət əvvəl isə anası vəfat etmişdir. O özü də səhhətinin vəziyyətinə görə işləyib gəlir əldə edə bilmir. Eyni zamanda, o, 2016-cı ildə başqa bir qadınla ailə qurmuşdur və həmin nikahdan da iki azyaşlı uşağı vardır. Hazırki vəziyyətdə iddiaçıya hər ay cəmi 386 (üç yüz səksən altı) manat miqdarında aliment ödəməyə onun maddi vəziyyəti imkan vermir. Qeyd etdiklərinə əsasən iddiaçının hazırki iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2009-cu il tarixdə X2 və xx.xx.2011-ci il tarixdə X3 adlı iki uşaqları anadan olmuşdur. Tərəflər arasında bağlanmış nikah xx.xx.2012-ci il tarixdə məhkəmə qaydasında pozulmuş və uşaqların boşanmadan sonra iddiaçının yanında qalmaları müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixli məhkəmə qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən tutulan alimentin miqdarı hər ay qazancın və başqa gəlirlərin üçdə bir hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 100 (bir yüz) manat - cəmi 200 (iki yüz) manat sabit pul məbləğindən az olmamaqla müəyyən edilmişdir. Tərəflərin birgə nikahından anadan olmuş uşaqlar hazırda da iddiaçının yanında yaşayırlar. Cavabdeh alimentin miqdarının artırılması məsələsi ilə bağlı mediasiya sessiyasında iştirak etsə də, iddiaçı ilə razılığa gəlməmiş və barışıq sazişi bağlamamışdır.
7. İddiaçı uşaqların saxlanmaları üçün cavabdehdən tutulan alimentin hazırki şəraitdə uşaqların saxlanmaları üçün kifayət etmədiyini və uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyini bildirməklə alimentin miqdarının artırılaraq hər ay qazancın və başqa gəlirlərin üçdə bir hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat - cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğindən az olmamaqla müəyyən edilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsası olaraq uşaqların böyüməsi, ərzaq, geyim və digər xərclərinin artması ilə əlaqədar xərclərinin xeyli artdığını bildirir. Cavabdeh iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazının əsasları olaraq məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmiş, daimi olaraq heç bir yerdə işləmədiyini, 2016-cı ildə başqa bir qadınla ailə qurduğunu və həmin nikahdan da iki azyaşlı uşağı olduğunu bildirmişdir. Hazırki vəziyyətdə cavabdehin gəlirlərinin miqdarı və mənbəyi məlum deyildir.
8. Alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun.
9. Uşaqların saxlanmaları üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra keçən 6 ilə yaxın müddət ərzində tərəflərdən hər hansı birinin maddi və ya ailə vəziyyətində dəyişiklik olması halları müəyyən edilməmişdir. Cavabdeh başqa bir qadınla nikahından da iki azyaşlı uşağı olduğunu bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Ancaq həmin vaxtdan sonra keçən müddət ərzində tərəflərin birgə nikahından anadan olmuş uşaqların yaşının artması ilə bağlı maddi ehtiyacları da artdığından, həmçinin, alimentin miqdarı müəyyən olunduqdan sonra keçən müddət ərzində uşaqlar üçün Respublikada müəyyən edilmiş yaşayış minimumu da hər il artdığına görə məhkəmə hesab edir ki, iddiaçının maddi vəziyyətində dəyişiklik olmuşdur. Ona görə məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu aliment hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu ilə müqayisədə az olduğundan yetkinlik yaşına çatmayan uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etməkdən ötrü cavabdehin uşaqların saxlanması üçün iddiaçıya ödədiyi alimentin miqdarı da artırılmalıdır.
10. İş materiallarından görünür ki, 2016-cı ildə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunarkən cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi olmuş və bu səbəbdən cavabdehdən tutulan aliment həm qazancın müvafiq hissəsi kimi, həm də sabit pul məbləğində müəyyən edilmişdir. Cavabdeh hazırda işləmədiyini bildirsə də, işdən azad olunması və ya hazırki vəziyyətdə işsiz olması ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim etmədiyindən məhkəmə hesab edir ki, cavabdehdən tutulan aliment yenə də həm qazancın müvafiq hissəsi kimi, həm də sabit pul məbləğində müəyyən edilməlidir. Cavabdehin daimi iş yerinin olub-olmaması, maddi vəziyyətinin səviyyəsi onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda, uşağın maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir.
11. Məhkəmə uşaqların saxlanması üçün alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini, uşaqların saxlanması üçün cavabdehin indiyədək iddiaçıya ödəməli olduğu alimentin miqdarını, 2022-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, eyni zamanda, 2016-cı ildə alimentin miqdarı müəyyən olunduqdan sonra keçən müddət ərzində alimentin miqdarının artırılması barədə müraciət olunmadığını və alimentin miqdarının artırılmadığını, habelə, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə alır. İşin digər faktiki hallarına isə məhkəmənin xx.xx.2016-cı il tarixli 2(054)-1674/2016 nömrəli qətnaməsi ilə hüquqi qiymət verilməklə həmin dövrdə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu 117 (bir yüz on yeddi) manat olduğu halda, hər ay qazancın və başqa gəlirlərin üçdə bir hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 100 (bir yüz) manat - cəmi 200 (iki yüz) manat sabit pul məbləğindən az olmamaqla aliment təyin edildiyi diqqətə alınaraq hazırda məhkəmə tərəflərin birgə nikahından anadan olmuş uşaqların saxlanmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay qazancın və başqa gəlirlərin üçdə bir hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat - cəmi 300 (üç yüz) manat sabit pul məbləğindən az olmamaqla müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir.
12. Qeyd edilən əsaslara görə məhkəmə qərara gəlir ki, uşaqların saxlanmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay qazancın və başqa gəlirlərin üçdə bir hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat - cəmi 300 (üç yüz) manat sabit pul məbləğindən az olmamaqla tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.
13. Hazırki iş üzrə alimentin artırılmış miqdarının orta hesabla 100 (bir yüz) manat olması nəzərə alınmaqla, bir il ərzində ödəmənin məcmusu 1200 (bir min iki yüz) manat müəyyən edilir. Qüvvədə olan qanunverdiciliyə əsasən həmin məbləğə görə cəmi 32 manat dövlət rüsumu ödənilməlidir.
14. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə bağlı məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunan şəxs statusunda olmasına baxmayaraq mediasiya prosesi ilə bağlı 50 manat məbləği iddiaçı özü ödəmiş, cavabdeh isə mediasiya prosesinin nəticəsinə dair onunla barışıq sazişi bağlamadığından iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Hazırki iş üzrə cavabdeh dövlət rüsumunu ödəməkdən azad olunan şəxs statusunda olmadığından məhkəmə hesab edir ki, iddiaçının mediasiya prosesində ödədiyi 50 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin məbləğ alimentin artırılmış miqdarına görə cavabdehin ödəməli olduğu 32 manat dövlət rüsumunu əhatə etdiyindən cavabdehdən əlavə olaraq hər hansı miqdarda dövlət rüsumu tutulmamalıdır.
15. Oğuz Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 2(054)-329/2022 saylı qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2009-cu il tarixdə anadan olmuş X2 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay qazancın və başqa gəlirlərin üçdə bir hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 100 (bir yüz) manat - cəmi 200 (iki yüz) manat sabit pul məbləğindən az olmamaqla tutularaq İddiaçı ödənilən alimentin miqdarının artırılaraq hər ay qazancın və başqa gəlirlərin üçdə bir hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat cəmi 300 (üç yüz) manat sabit pul məbləğindən az olmamaqla müəyyən edilməsi, xx.xx.2009-cu il tarixdə anadan olmuş X2 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün alimentin hər ay qazancın və başqa gəlirlərin üçdə bir hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat cəmi 300 (üç yüz) manat sabit pul məbləğindən az olmamaqla tutulmasının hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 50 (əlli) manat məbləğin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76, 78, 100 və 112-ci maddələrinə istinad etmişdir.
17. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli AZ-İİ 344994 nömrəli və xx.xx.2011-ci il tarixli AZ-İİ 595964 nömrəli doğum haqqında şəhadətnamələrin, xx.xx.2014-cü il tarixli AZ-İ 183470 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətlərinə, Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(054)-1674/2016 nömrəli qətnaməsinə, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışa istinad etmişdir.
18. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə iddiaçının ondan yüksək maddi imkana malik olmasına münasibət bildirməmişdir. İddiaçı hüquqdan sui-istifadə edir.
20. Məhkəmə uşaqların hüquq və mənafelərinin müdafiə edilməsinin əvəzinə iddiaçının mənafeyini müdafiə etmişdir. Göründüyü kimi məhkəmə tərəflər dedikdə yalnız iddiaçını nəzərdə tutur. Lakin onun himayəsində olan 2 (iki) yetkinlik yaşına çatmamış uşağın mənafeyini məhkəmə ümumiyyətlə nəzərə almamışdır.
21. Məhkəmə onun xəstəliyi barədə təqdim etdiyi sənədləri, digər nikahdan 2 (iki) uşağının da olmasını nəzərə almamışdır.
22. Əsas məqamlardan biri də məhkəmənin qətnamədə alimentin miqdarı müəyyən edilərkən uşağın maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin, yəni cavabdehlə yanaşı, həm də iddiaçının vəzifəsi olması da nəzərə alınmamışdır.
23. Məhkəmə iddiaçının maddi imkanlarını, işləməsini və əmək haqqı almasını, onun isə heç bir yerdə işləmədiyini, xəstə olmağını nəzərə almamışdır.
24. Ona görə də, Oğuz Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 2(054)- 329/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
27. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 2(054)-329/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar 76.1.2-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına şatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
29. «Uşaq hüquqları haqqında» Konvensiya: «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
30. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanun: 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır.
31. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
32. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
34. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, iddianın rədd olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir.
35. Cavabdeh Oğuz Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 2(054)- 329/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, əslində iddianın təmin olunmuş hissəsini mübahisələndirdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin olunmuş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
37. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 19-23cü bəndlərində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi bu qətnamənin 9-11-ci bəndlərində göstərilmiş əsaslarla iddianı qismən - hər ay qazancın və başqa gəlirlərin üçdə bir hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat - cəmi 300 (üç yüz) manat sabit pul məbləğindən az olmamaqla təmin etməkdə haqlı olmuşdur.
38. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 22-ci bəndində göstərilmiş arqumentinə ayrılıqda münasibət bildirərək qeyd edir ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi isə hazırki işdə aliment məbləğini hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manatdan az olmamaqla müəyyən etməklə, uşağın hər iki valideyn tərəfindən saxlanmalı olmasını nəzərə almışdır.
39. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 2(054)-329/2022 saylı qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 2(054)-329/2022 saylı qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Ayaz Mahmudov