Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1243/2021 30.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “meşə fonduna dəymiş 439,80 manat ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(014)-206/2021 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Elnur Cəlilov tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(014)-206/2021 nömrəli qətnaməsi ilə (hakim Famil Nəsibov) İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı Meşə fonduna dəymiş 439,80 manat ziyanın ödənilməsi haqqında iddiası rədd edilməsi qət edilmişdir. İşin halları İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı meşə fonduna dəymiş 439,80 manat ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 439,80 manat pulun alınaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iddiasını onunla əsaslandırmışdır ki, Ağdaş rayonu Qaradeyin kəndi sakini Cavabdeh X5 Təsərrüfatı Mərkəzinin balansında olan Zülfalı meşəbəyliyinin 2-ci dolayının 5-7-ci kvartalında 23 (iyirmi üç) baş iri buynuzlu malqara (inək) otarmış və 8 hektar torpaq sahəsində yonca əkməsi faktı aşkar edilmişdir. Faktla bağlı Cavabdeh barəsində 15 may 2020-ci il tarixli 61939 nömrəli akt tərtib olunmuş və 23 baş iri buynuzlu mal-qara (inək) otarması və 8 hektar torpaq sahəsində yonca əkməsi nəticəsində meşə fonduna 439,80 manat dəymiş ziyan hesablanmışdır. Meşə fonduna dəymiş ziyanın hesabatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31.01.2019-cı il tarixli 30 saylı Qərarının 3 saylı əlavəsinə əsasən hesablanmışdır. Dəymiş ziyanın könüllü ödənilməsi barədə Cavabdeh məktub ünvanlanmasına baxmayaraq bu günə kimi ödənilməsi təmin edilməmişdir. İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Ə.Şahbazov birinci instansiya məhkəməsinin iclasında iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh X5 Təsərrüfatı Mərkəzinin balansında olan Zülfalı meşəbəyliyinin meşə gözətçisidir. Əslində cavabdehin şəxsən həmin ərazidə yonca əkməsi və ya mal-qara otarması müəyyən edilə bilməmişdir, sadəcə olaraq cavabdeh həmin ərazinin gözətçisi olduğu üçün və cavabdehin vəzifəsi gözətçisi olduğu ərazini qorumaq olduğu üçün meşə ərazisinə dəymiş ziyanın ödənilməsi cavabdehdən tələb edilir. Cavabdeh inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Hesab etmişdir ki, iddiaları əsaslıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, o, X5 Təsərrüfatı Mərkəzinin balansında olan Zülfalı meşəbəyliyinin meşə gözətçisidir. Zülfalı meşəsi tam kəndin ortasında yerləşir. Həmin ərazini mal-qaradan qorumaq mümkün deyildir. O, ərazidə nə yonca əkmiş, nə də ki, mal-qara otarmışdır. Sadəcə meşə gözətçisi olduğu üçün dəymiş ziyanlığı ona ödətdirməyə çalışırlar. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Elnur Cəlilov apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(014)-206/2021 nömrəli qətnaməsini əsassız, qanuna zidd və qeyri obyektiv hesab edir. İdarənin əməkdaşları tərəfindən aparılmiş reydlər zamanı X5 Təsərrüfat Mərkəzinin balansında olan Züifalı meşəbəyliyinin gözətçisi Ağdaş, rayonu Qaradeyin kənd sakini Cavabdeh oğıu gözətçisi olduğu X5 Təsərrüfatı Mərkəzinin balansında olan Züifalı meşəbəyliyinin 2-ci dolayının 5-7-ci kvartalında 23 (iyirmi üç) baş iri buynuzlu mal-qara (inək) otarılması və 8 hektar torpaq sahəsində yonca əkilməsi faktı aşkar edilmiş, Cavabdeh tərəfindən bu barədə X5 Təsərrüfatı Mərkəzinə məlumat verilmədiyi məlum olmuşdur. Faktla bağlı Cavabdeh barəsində 15 may 2020-ci iı tarixli 61939 nömrəli akt tərtib olunmuş və 23 (iyirmi üç) baş iri buynuzlu mal-qara (inək) otarması və 8 hektar torpaq sahəsində yonca əxməsi nəticəsində meşə fonduna 439.80 (dörd yüz otuz doqquz 80 qəpik) manat dəymiş ziyan hesablanmışdır Meşə fonduna dəymiş ziyanın hesabatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31.01,2019-cı il tarixli 30 saylı Qərarının 3 saylı əlavəsinə əsasən hesablanmışdır. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(014)-206/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, Cavabdeh meşə fonduna vurduğu ziyana görə 439.80 manatın alınaraq saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Elnur Cəlilov tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməməli, İş üzrə Ağdaş Rayon Məhkəməsinin 04 mart 2021ci il tarixli, 2(014)-206/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmalıdır. İşdə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 may 2020-ci il tarixli Aktından məlum olur ki, Ağdaş rayonu Qaradeyin kəndi sakini Cavabdeh X5 Təsərrüfatı Mərkəzinin balansında olan Zülfalı meşəbəyliyinin 2-ci dolayının 5-7-ci kvartalında 23 (iyirmi üç) baş iri buynuzlu mal-qara (inək) otarmış və 8 hektar torpaq sahəsində yonca əkməsi faktı aşkar edilmişdir, lakin Cavabdeh bu aktı imza etməkdən imtina etmişdir. İşdə olan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh mal-qara heyvanlarını meşə sahəsinə gətirərək meşə əkinlərinin və təbii bərpasını otarmaqla meşəbəyliyinin 3 saylı meşə dolayısında otararaq İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində 400 manat inzibati cərimə cəzası verilmişdir. İşdə olan X5 Təsərrüfatı Mərkəzinin balansında olan Zülfalı meşəbəyliyinin 2-ci dolayının 5-7-ci kvartalında 23 (iyirmi üç) baş iri buynuzlu mal-qara (inək) otarılması və 8 hektar torpaq sahəsində yonca əkilməsi ilə bağlı dəymiş ziyana dair hesabatdan görünür ki, meşəbəyliyinə cəmi 439,80 manat ziyan dəymişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1 və 1110-cu maddələrinə, “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il tarixli 636 saylı Qərarının 1-ci maddəsinin “ə” bəndinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquqü pozuntusu( delikt) nəticəsində fiiziki şəxsin səviyyəsinə və ya əmlakına vururlmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vururlmuş zərəin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il tarixli 636 saylı Qərarının 1-ci maddəsinin “ə” bəndinə əsasən meşə qanunvericiliyinin pozulmasında təqsirkar olan müəssisələr, idarələr, təşkilatlar, kolxozlar, digər hüquqi şəxslər və vətəndaşlar lazımi icazə alınmadan meşələrdə və dövlət meşə fondunun meşəsiz torpaqlarında özbaşına ot çalınması, mal-qara otarılması, habelə biçənək və otlaq yerlərinin korlanmasına görə maddi məsuliyyət daşıyırlar. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, meşəyə dəymiş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Lakin məhkəmə iclasında tərəflərin izahatları nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh X5 Təsərrüfatı Mərkəzinin balansında olan Zülfalı meşəbəyliyinin gözətçisi olduğu üçün hər hansı şəxslərin meşədə mal-qara otarması və yoncə əkməsi nəticəsində vurulan zərərin əvəzi cavabdehdən tələb edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassızdır. Odur ki, iddia rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərar qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apellyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Elnur Cəlilov tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməməli, İş üzrə Ağdaş Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(014)-206/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Elnur Cəlilov tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(014)-206/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1243/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1243/2021
30.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver