Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1245/2024 30.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutulmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: qətnaməyə izah verilməsi, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutulmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 8 iyun 2023-cü il tarixli 2(051)-80/2023 saylı qətnaməsinin izah edilməsinə dair İddiaçı ASC-nin ərizəsinin qismən təmin edilməsi barədə Mingəçevir Şəhər Məhkəməsinın 29 iyul 2024-cü il tarixli, 2(051)-80/2023 nömrəli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutulmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, 66,297.40 (altmış altı min iki yüz doxsan yeddi manat, qırx qəpik) manat əsas borcu, 2,561.04 (iki min beş yüz altmış bir manat, dörd qəpik) manat faiz borcu, 174.85 (bir yüz yetmiş dörd manat, səksən beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 69,033.29 (altmış doqquz min otuz üç manat, iyirmi doqquz qəpik) manat məbləğində borcun tutulması, tutmanın Sumqayıt şəhəri, 21-ci mikrorayon 241, Sumqayıt şəhəri, Qobustan küçəsi, 11 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Sumqayıt şəhəri, 21-ci mikrorayon 241, AZ5009, Sumqayıt şəhəri, Qobustan küçəsi, 11 nömrəli fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 30 (otuz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 298 (iki yüz doxsan səkkiz) manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir.. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-80/2023 saylı qətnaməsi ilə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 iyul 2017-ci il tarixli İP172 nömrəli kredit müqaviləsi üzrə 66,297.40 (altmış altı min iki yüz doxsan yeddi manat, qırx qəpik) manat əsas borcu, 2,561.04 (iki min beş yüz altmış bir manat, dörd qəpik) manat faiz borcu, 174.85 (bir yüz yetmiş dörd manat, səksən beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 69,033.29 (altmış doqquz min otuz üç manat, iyirmi doqquz qəpik) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı ASC–yə verilməsi, Tələb, Azərbaycan Respublikası ƏMDX-nin yanında DƏDKR publik hüquqi şəxs tərəfindən RX seriyalı ******* nömrəli, **********67-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında ipoteka ilə yüklü edilmiş, Cavabdeh tam mülkiyyətində olan, Sumqayıt şəhəri, 21-ci mikrorayon 241, yeni qaydalarla Sumqayıt şəhəri, Qobustan küçəsi, 11 nömrəli fərdi yaşayış evinə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti 120000 (bir yüz iyirmi min) manat məbləğində müəyyən edilsin, həmin ipoteka predmeti açıq hərracdan satılsın, satışdan əldə olunan pul vəsaiti hesabına cəmi 69,033,29 (altmış doqquz min otuz üç manat iyirmi doqquz qəpik) manat məbləğində pul alınıb İddiaçı ASC–yə verilsin. İpoteka predmeti satıldıqdan 1 bir ay sonra mənzil boşaldılsın və İddiaçı ASC–yə təhvil verilməsi, satışdan əldə olunan vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqının əvəzi olan 15 (on beş) manat və 30 manat xidmət haqqı alınıb İddiaçı ASC–yə verilməsi, İş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 298 (iki yüz doxsan səkkiz) manat pul alınıb İddiaçı ASC–yə verilməsi, İddiaçı ASC-dən məhkəmə-əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 150 (bir yüz əlli) manat və Cavabdeh 150 (bir yüz əlli) manat məbləğində məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, Cavabdeh məhkəmə–mühasibatlıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-80/2023 saylı qətnaməsi çıxarıldıqdan sonra müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ASC xeyrinə kredit müqaviləsi üzrə 66,297.40 (altmış altı min iki yüz doxsan yeddi manat, qırx qəpik) manat əsas borcu, 2,561.04 (iki min beş yüz altmış bir manat, dörd qəpik) manat faiz borcu, 174.85 (bir yüz yetmiş dörd manat, səksən beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 69,033.29 (altmış doqquz min otuz üç manat, iyirmi doqquz qəpik) manat məbləğində pul tutulsa da, məhkəmənin hazırlıq iclası zamanı iddiaçı tərəfindən verilmiş maliyyə arayışına əsasən cavabdehin banka olan borcu 66,297.40 (altmış altı min iki yüz doxsan yeddi manat, 40 qəpik) manat əsas borcu, 3904,06 (üç min doqquz yüz dörd manat, 06 qəpik) manat faiz borcu, 177,35 (bir yüz yetmiş yeddi manat, 35 qəpik) manat cərimə borcu, cəmi 70,378.81 manat təşkil etdiyindən Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli əlavə qətnaməsi çıxarılmışdır. İcra sənədi icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir.. Hazırda İddiaçı ASC-nin nümayəndəsi Anar Məmmədov ərizə ilə məhkəməyə müraciət edərək, həmin qətnamənin izah edilməsini məhkəmədən xahiş etmişdir. Ərizədə göstərmişdir ki, İddiaçı ASC tərəfindən Cavabdeh qarşı “kredit üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehdən tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iş üzrə Mingəçevir Məhkəməsinə müraciət olunmuşdur. Mingəçevir Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-80/2023 saylı qətnaməsi və xx.xx.2023-cü il tarixli 2(051)- 80/2023 saylı qəlavə qətnamə ilə iddia tələbi təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış 06 iyul 2017-ci il tarixli, İP72 nömrəli kredit müqaviləsi üzrə 66.297,40 (altmış altı min iki yüz doxsan yeddi manat, qırx qəpik) manat əsas borc, 3904,06 (üç min doqquz yüz dörd manat altı qəpik) manat faiz borcu, 177,35 (bir yüz yetmiş yeddi manat otuz beş qəpik) manat cərimə borcu, cəmi 70.378,81 (yetmiş min üç yüz yetmiş səkkiz manat səksən bir qəpik) məbləğində pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqının əvəzi olan 15 (on beş) manat və 30 manat xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olan 298 (iki yüz doxsan səkkiz) manat, eləcə də məhkəməəmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 150 (bir yüz əlli) manat Cavabdeh alınaraq İddiaçı ASC-yə verilməsi, tələbin Azərbaycan Respublikası ƏMDX-nin yanında DƏDKR publik hüquqi şəxs tərəfindən RX seriyalı ******* nömrəli, **********67-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında ipoteka ilə yüklü edilmiş, Cavabdeh tam mülkiyyətində olan, Sumqayıt şəhəri, 21-ci mikrorayon 241, yeni qaydalarla Sumqayıt şəhəri, Qobustan küçəsi, 11 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 120000 (bir yüz iyirmi min) manat məbləğində müəyyən edilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına cəmi 69,033,29 (altmış doqquz min otuz üç manat iyirmi doqquz qəpik) manat məbləğində pul alınıb İddiaçı ASC–yə verilməsi, satışdan əldə olunan vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İcra mərhələsi çərçivəsində "xxxx" MMC tərəfindən hərrac təşkil edilmiş, lakin hərrac iştirakçı olmaması səbəbindən ipoteka predmeti İddiaçı ASC-yə təklif olunmuşdur. Sumqayıt şəhəri, 21-ci mikrorayon 241, yeni qaydalarla Sumqayıt şəhəri, Qobustan küçəsi, 11 nömrəli fərdi yaşayış evi hərracın nəticələri haqqında protokola əsasən İddiaçı ASCnin mülkiyyətinə keçmişdir. Bundan başqa İcra Şöbəsi tərəfindən bildirilmişdir ki, icra vərəqəsində torpaq sahəsi qeyd edilmədiyi üçün hərrac sifarişi ünvanlanan zaman qətnaməyə və icra vərəqəsinə uyğun olaraq Sumqayıt şəhəri, 21-ci mikrorayon 241, yeni qaydalarla Sumqayıt şəhəri, Qobustan küçəsi, 11 nömrəli fərdi yaşayış evinə dair hərrac proseslərinin təşkil edilməsi üçün müraciət edilmişdir. Bildiririk ki, sözügedən mənzilə dair Cavabdeh adına verilmiş çıxarışdan da göründüyü kimi, Sumqayıt şəhəri, 21-ci mikrorayon 241, yeni qaydalarla Sumqayıt şəhəri, Qobustan küçəsi, 11 nömrəli fərdi yaşayış evi (RX №: 1057724) 0,0432 ha həyətyanı torpaq sahəsi və əmlakın ümumi sahəsi 207.8 kv.m ibarətdir. Həmin çıxarışa uyğun olaraq əmlak bankın adına yüklü edilmişdir, istər yüklülük haqqında çıxarışda istərsə də ipoteka müqaviləsində əmlaka dair məlumatlar Sumqayıt şəhəri, 21-ci mikrorayon 241, yeni qaydalarla Sumqayıt şəhəri, Qobustan küçəsi, 11 nömrəli fərdi yaşayış evi (RX №: 1057724) 0.0432 ha həyətyanı torpaq sahəsi və əmlakın ümumi sahəsi 207.8 kv.m qeyd edilmişdir. Hazırda Mingəçevir Şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-80/2023 saylı məhkəmə qətnaməsində ipoteka predmetinin Sumqayıt şəhəri, 21-ci mikrorayon 241, yeni qaydalarla Sumqayıt şəhəri, Qobustan küçəsi, 11 nömrəli fərdi yaşayış evi kimi qeyd olunması, fərdi yaşayış evinin yerləşdiyi 0.0432 ha, torpaq sahəsinin də qətnamədə nəzərdə tutulmuş əmlaka aid olması eyni zamanda fərdi yaşayış evinə dair müəyyən edilmiş ilkin satış qiyməti fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini əhatə etməsi ilə bağlı anlaşılmazlığa səbəb olmuşdur. Nəticədə mövcud problemlə əlaqədar, hazırda adıçəkilən Qətnaməyə izah verilməsi zərurəti yaranmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixli 2(051)-80/2023 saylı qəlavə qətnaməsində cavabdehdən müqavilə üzrə tutuımalı borc 70.378,81 (yetmiş min üç yüz yetmiş səkkiz manat səksən bir qəpik) manat müəyyən edilməsinə baxmayaraq, Mingəçevir Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)- 80/2023 saylı qətnaməsinin qət etdi hissəsində 3-cü abzasda ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına cəmi 69,033,29 (altmış doqquz min otuz üç manat iyirmi doqquz qəpik) manat məbləğində pul alınıb İddiaçı ASC–yə verilməsi, qeyd edilmişdir. bu hal da icra zamanı müəyyən anlaşılmazlıqlara səbəb olmuşdur. Bu səbəbdən də bu hissəyə də hakim tərəfindən aydınlıq gətirilməsi zərurəti yaranmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini, Mingəçevir Şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-80/2023 saylı qətnaməsi ilə tutmanın yönəldilməsi qət edilmiş və ilkin satış qiymətinin 120000 (bir yüz iyirmi min) manat müəyyən edilmiş RX 1057724, qeydiyyat nömrəsi ********** olan Sumqayıt şəhəri, 21- ci mikrorayon 241, yeni qaydalarla Sumqayıt şəhəri, Qobustan küçəsi, 11 nömrəli fərdi yaşayış evi dedikdə həmin fərdi yaşayış evinin yerləşdiyi 0.0432 ha, torpaq sahəsinin də nəzərdə tutulduğu və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)- 80/2023 saylı qəlavə qətnaməsində cavabdehdən müqavilə üzrə tutuımalı borc 70.378,81 (yetmiş min üç yüz yetmiş səkkiz manat səksən bir qəpik) manat müəyyən edildiyindən, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-80/2023 saylı qətnaməsinin qət etdi hissəsində 3-cü abzasında ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına 70.378,81 (yetmiş min üç yüz yetmiş səkkiz manat səksən bir qəpik) manat məbləğində pul alınıb İddiaçı ASC–yə verilməsi barədə izah verilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinın 29 iyul 2024-cü il tarixli, 2(051)-80/2023 nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 2(051)-80/2023 saylı qətnaməsinin qət etdi hissəsinə aşağıdakı qaydada izah verilmiş, “Mingəçevir şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 2(051)-80/2023 saylı qətnaməsinin nəticə hissəsinin üçüncü abzasında göstərilən “Tələb, Azərbaycan Respublikası ƏMDX-nin yanında DƏDKR publik hüquqi şəxs tərəfindən RX seriyalı ******* nömrəli, **********67-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında ipoteka ilə yüklü edilmiş, Cavabdeh tam mülkiyyətində olan, Sumqayıt şəhəri, 21-ci mikrorayon 241, yeni qaydalarla Sumqayıt şəhəri, Qobustan küçəsi, 11 nömrəli fərdi yaşayış evinə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti 120000 (bir yüz iyirmi min) manat məbləğində müəyyən edilsin, həmin ipoteka predmeti açıq hərracdan satılsın, satışdan əldə olunan pul vəsaiti hesabına cəmi 69,033,29 (altmış doqquz min otuz üç manat iyirmi doqquz qəpik) manat məbləğində pul alınıb İddiaçı ASC–yə verilsin. İpoteka predmeti satıldıqdan 1 bir ay sonra mənzil boşaldılsın və İddiaçı ASC–yə təhvil verilsin” ifadəsi, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-80/2023 saylı əlavə qətnaməsinin nəticə hissəsində göstərilən, müqavilə üzrə tutulmalı borc 70.378.81 manat müəyyən edildiyindən, Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 2(051)- 80/2023 saylı qətnamənin nəticə hissəsinin üçüncü abzasında göstərilən ipoteka predmetinin açıq hərrac satışından əldə olunan pul vəsaiti hesabına cəmi 70,378.81 (yetmiş min üç yüz yetmiş səkkiz manat 81 qəpik) manat məbləğində pulun alınıb İddiaçı ASC–yə verilməsini ehtiva edir”, ərizə qalan hissədə təmin edilməmişdir. İddiaçı ASC həmin qərardaddan şikayət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinın 26 sentyabr 2024-cü il tarixli, 2(051)-80/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Şikayətdə göstərilmişdir ki, İcra mərhələsi çərçivəsində "xxxx" MMC tərəfindən hərrac təşkil edilmiş, lakin hərrac iştirakçı olmaması səbəbindən ipoteka predmeti İddiaçı ASC-yə təklif olunmuşdur. Sumqayıt şəhəri, 21-ci mikrorayon 241, yeni qaydalarla Sumqayıt şəhəri, Qobustan küçəsi, 11 nömrəli fərdi yaşayış evi hərracın nəticələri haqqında protokola əsasən İddiaçı ASC-nin mülkiyyətinə keçmişdir. Tərəfimizdən müvafiq müraciətlə DƏDRX-nin Ərazi İdarəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün müraciət olunmuşdur. Lakin, sözügedən yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi qeyd edilmədiyi üçün mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bundan başqa İcra Şöbəsi tərəfindən bildirilmişdir ki, icra vərəqəsində torpaq sahəsi qeyd edilmədiyi üçün hərrac sifarişi ünvanlanan zaman qətnaməyə və icra vərəqəsinə uyğun olaraq Sumqayıt şəhəri, 21-ci mikrorayon 241, yeni qaydalarla Sumqayıt şəhəri, Qobustan küçəsi, 11 nömrəli fərdi yaşayış evinə dair hərrac proseslərinin təşkiledilməsi üçün müraciət edilmişdir. Bildirir ki, sözügedən mənzilə dair Cavabdeh adına verilmiş çıxarışdan da göründüyü kimi, Sumqayıt şəhəri, 21-ci mikrorayon 241, yeni qaydalarla Sumqayıt şəhəri, Qobustan küçəsi, 11 nömrəli fərdi yaşayış evi (RX №: 1057724) 0,0432 ha həyətyanı torpaq sahəsi və əmlakın ümumi sahəsi 207.8 kv.m ibarətdir. Həmin çıxarışa uyğun olaraq əmlak bankın adına yüklü edilmişdir, istər yüklülük haqqında çıxarışda istərsə də ipoteka müqaviləsində əmlaka dair məlumatlar Sumqayıt şəhəri, 21-ci mikrorayon 241, yeni qaydalarla Sumqayıt şəhəri, Qobustan küçəsi, 11 nömrəli fərdi yaşayış evi (RX №: 1057724) 0.0432 ha həyətyanı torpaq sahəsi və əmlakın ümumisahəsi 207.8 kv.m qeyd edilmişdir. Hazırda Mingəçevir Şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-80/2023 saylı məhkəmə qətnaməsində ipoteka predmetinin Sumqayıt şəhəri, 21-ci mikrorayon 241, yeni qaydalarla Sumqayıt şəhəri, Qobustan küçəsi, 11 nömrəli fərdi yaşayış evi kimi qeyd olunması, fərdi yaşayış evinin yerləşdiyi 0.0432 ha, torpaq sahəsinin də qətnamədə nəzərdə tutulmuş əmlaka aid olmasıeynizamanda fərdi yaşayış evinə dair müəyyən edilmiş ilkin satış qiyməti fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini əhatə etməsi ilə bağlı anlaşılmazlığa səbəb olmuşdur. Mübahizəli qərardadla iddiaçının qətnaməyə izah verilməsi barədə ərizəsi qismən təmin edilməklə ipoteka qoyulan əmlakın yerləşdiyi torpaq sahəsi ilə bağlı hissədə ərizə təmin edilmədiyindən və iddiaçı qərardadın həmin hissəsini mübahisələndirdiyindən kollegiya mübahisəli qərardadı ərizənin təmin edilməmiş ipoteka qoyulan əmlakın yerləşdiyi torpaq sahəsi ilə bağlı hissədə yoxlamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinın 29 iyul 2024-cü il tarixli, 2(051)-80/2023 nömrəli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci insansiya məhkəməsi həmin hissədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-80/2023 saylı qətnaməsində, həm də Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)- 80/2023 saylı əlavə qətnaməsinin nəticə hissəsində qətnamənin izah edilməsi ilə bağlı ərizəsində göstərilən Sumqayıt şəhəri, Qobustan küçəsi, 11 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0.0432 ha, torpaq sahəsi ilə bağlı hissəsinə toxunulmamışdır. Eyni zamanda iddiaçı tərəfindən verilmiş iddia ərizəsində qeyd edilən torpaq sahəsi ilə bağlı hər hansı tələb qoyulmamışdır. Belə ki, məhkəmə verilən tələblər üzrə qətnamə qəbul edir. Əks halda iddia tələbindən kənara çıxma kimi qiymətləndirilir. (AR MPM-nin 218.3) Məhkəmə həmin hissədə qətnaməyə izah verilməsini məqsədə müvafiq hesab etmir. Ona görə də, həmin hissədə ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya qeyd edir ki, iddiaçı şikayətində ipoteka qoyulan əmlakla bağlı Çıxarışa istinad edir. Halbuki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (AR MPM-nin 218.3). Hazırki iş üzrə 12 sentyabr 2022-ci ildə məhkəməyə daxil olmuş iddia ərizəsinə əlavədən görünür ki, iddia ərizəsinə əlavənin nəticə hissəsi 6 bənddən ibarət olmaqla 2-ci bənddə tutmanın Sumqayıt şəhəri, 21-ci mikrorayon 241, yeni qaydalarla: AZ5009, Sumqayıt şəhəri, Qobustan küçəsi, 0,0432 ha, 207.8 kv.m yaşayış məntəqələrinin torpağında yerləşən 11 nömrəli fərdi yaşayış evinə yönəldilməsi; 3-cü bəndində Sumqayıt şəhəri, 21-ci mikrorayon 241, yeni qaydalarla: AZ5009, Sumqayıt şəhəri, Qobustan küçəsi, 0,0432 ha, 207.8 kv.m yaşayış məntəqələrinin torpağında yerləşən 11 nömrəli fərdi yaşayış evinin açıq hərracdan ilkin satış qiyməti 115,000 (bir yüz on beş min) manat məbləğində müəyyən edilərək satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi tələb edilmişdir. İş materiallarına əlavə edilmiş 7 iyul 2017-ci il tarixli Alqı-satqı və ipoteka müqaviləsinin 1-ci bəndində müqavilənin predmeti olaraq müvafiq Çıxarışda göstərilən daşınmaz əmlak qeyd olunmuşdur. Müqavilənin 1.2-ci bəndində daşınmaz əmlak haqqında məlumatlar olaraq torpağın sahəsi hektarla göstərilsə də, daşınmaz əmlakın növü olaraq fərdi yaşayış evi qeyd olunmuşdur. Göründüyü kimi, tələb edilən müvafiq torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hərracda satılması olmuşdur. İş materiallarına əlavə edilmiş AB Consulting MMC-nin 27 dekabr 2022-ci il tarixli qiymətləndirmə rəyinin nəticə hissəsində “qiymətyləndirilən fərdi yaşayış evinin 27 dekabr 2022-ci il tarixə olan bazar və likvid qiymətləri (140.000 və 120.000 manat) müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1–ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3–cü maddəsinə əsasən qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Belə olan halda, qəbul edilmiş qətnamədə qət edilmiş əmlaka tutmanın yönəldilməsi və hərracda satılmasının müvafiq torpaq sahəsini də ehtiva etməsi ilə bağlı izah verilməsi iş üzrə baxılan tələbdən və araşdırılmış hallardan kənara çıxmaqla qətnamənin məzmununun dəyişməsinə gətirib çıxarardı. Göründüyü kimi, iddiaçının şikayətinin dəlilləri əsassızdır və qanuni və əsaslı qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinın 29 iyul 2024-cü il tarixli, 2(051)-80/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinın 29 iyul 2024-cü il tarixli, 2(051)-80/2023 nömrəli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinın 29 iyul 2024-cü il tarixli, 2(051)-80/2023 nömrəli qərаrdаdı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1245/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1245/2024
30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver