Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1246/2021 30.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin bir otağının onun istifadəsinə verilməsi tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(051)-354/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(051)-354/2021 nömrəli qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia rədd edilmiş, İddiaçı Cavabdeh qarşı Mingəçevir şəhərinin H.Əliyev prospektində yerləşən 5 saylı evin 45 saylı, 2 otaqlı mənzilinin 1 otağının onun və azyaşlı uşaqları Ceyran Əliyeva və Səma Əliyevanın, 1 otağının isə Cavabdeh istifadəsinə verilməsi və ümumi istifadə yerlərinin birgə istifadədə saxlanması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir şəhərinin H.Əliyev prospektində yerləşən 5 saylı evin 45 saylı, 2 otaqlı mənzilinin 1 otağının onun və azyaşlı uşaqları Ceyran Əliyeva və Səma Əliyevanın, 1 otağının isə Cavabdeh istifadəsinə verilməsi və ümumi istifadə yerlərinin birgə istifadədə saxlanması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 birinci instansiya məhkəməsinin iclası zamanı iddianı müdafiə etmiş, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmsil etdiyi şəxsin adından əlavə olaraq göstərmişdir ki, təmsil etdiyi şəxs Cavabdeh ilə qeyri-rəsmi evlənmiş, onların faktiki münasibətlərindən 12 iyun 2002-ci il tarixdə Ceyran və 06 dekabr 2003-cü il tarixdə Səma adlı uşaqları doğulmuşdur. 09 iyul 2007-ci il tarixdə təmsil etdiyi şəxs Cavabdeh ilə rəsmi nikah bağlamışdır. 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Qaçqınların və Məcburi köçkünlərin yaşayış həddinin yaxşılaşdırılması ilə bağlı mənzillə təmin edilməsinə dair sərəncamına əsasən, onlara Mingəçevir şəhərinin H.Əliyev prospektində yerləşən 5 saylı evin 2 otaqdan ibarət 45 saylı mənzili verilmişdir. Həmin mənzildə təmsil etdiyi şəxs övladları X6, X9 və Cavabdeh yaşayırlar. Cavabdeh ilə bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş və aralarında olan nikah pozulmuşdur. Nikahları pozulduqdan sonra Cavabdeh iddiaçını uşaqları ilə birlikdə yaşadıqları mənzildə yaşamaqlarına maneçilik törətmiş və son nəticədə təmsil etdiyi şəxslə mübahisə etmişdir. Hazırki vaxtadək uşaqları təmsil etdiyi şəxsin yanında qalmışdır. Mübahisəli mənzil 2 otaqdan ibarət olmaqla, ümumi sahəsi 62.37 kv.metr, yaşayış sahəsi 30.27 kv.metrdir. Hazırda onların bir yerdə yaşamaqları mümkün deyildir. Cavabdeh ilə iddiaçı rəsmi qaydada ayrıldığına görə 2 otaqlı mənzilin 1 otağının iddiaçının və uşaqlarının, 1 otağı isə cavabdehin istifadəsinə verilməlidir. Odur ki, birinci instansiya məhkəməsindən iddianın təmin edilməsini xahiş etmişdir. Üçüncü şəxs Mingəçevir şəhəri 1 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi X3 birinci instansiya məhkəməsinin iclası zamanı verdiyi ifadəsində mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Cavabdeh 23.02.2021-ci il tarixli ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, sözügedən mənzilin bir otağı ilə əlaqədar olan iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işə cavabdeh Y. Əliyevin və 3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, Mingəçevir Şəhər Məhkəməsinin 05 aprel 2021- ci il tarixli, 2(051 )-354/2021 saylı qətnaməsini əsassız və qanunsuz hesab edir. Belə ki, Mingəçevir şəhərinin H.Əliyev prospektindəki 5 saylı evin 45 saylı mənzili 2 otaqdan ibarət olmaqla, ümumi sahəsi 62.37 kv.metr, yaşayış sahəsi 30.27 kv.metrdir. Həmçinin həmin mənzildəki otaqlar iç-içə deyil, ayrı-ayrı girişləri vardır. Məhz bu səbəbə görə də hesab edir ki, həmin mənzildəki otaqların yaşayış sahəsinin icarə müqaviləsinin dəyişdirilməsinə qanunvericilik yol verir. Hesab edir ki, Mingəçevir şəhərində Qaçqınlar və Məcburi köçkünlər üçün salınmış qəsəbədə Cavabdeh və onun ailə üzvlərinə 5 saylı evin 45 saylı mənzili verilmişdir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi İddiaçı, onun azyaşlı övladları - 12 iyun 2002-ci il təvəllüdlü Ceyran və 06 dekabr 2003-cü il təvəllüdlü Səmaya cavabdehin istifadə hüquqları olmaqla dövlət tərəfindən həmin mənzil onların məskunlaşması üçün verilmişdir. Mübahisəli mənzildə cavabdehlə iddiaçı arasında bağlanmış nikah 24 noyabr 2020-ci il tarixdən pozulmuş və Cavabdeh mübahisəli mənzildə yaşamır. İşə baxan məhkəmə bu halları araşdırmamış, eyni zamanda da mübahisəli mənzilə baxış keçirtməmişdir. Buna görə də hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(051)-354/2021 saylı qətnaməsi ləğv edilməli və Mingəçevir şəhərinin H.Əliyev prospektində yerləşən 5 saylı evin 45 saylı mənzilinin 1 otağı onun və övladlarının, 1 otağı isə cavabdehin istifadəsinə verilməli və ümumi istifadə yerləri birgə istifadədə saxlanılmalıdır. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(051)- 354/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilmə barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh, üçüncü şəxs Mingəçevir şəhər, 1 saylı Mənzil İstismarı İdarəsinin nümayəndəsi və üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X5 Üzrə Dövlət Komitəsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(051)-354/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mingəçevir şəhər 1 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 10.11.2020ci il tarixli 566 saylı arayışdan görünür ki, Ağdam rayonundan məcburi köçkün olan Əliyeva X1 şəhər Qaçqın və Məcburi Köçkünlər üçün salınmış 504 mənzilli yaşayış qəsəbəsində yerləşən 5 saylı evin 45 saylı mənzilində ailə üzvləri ilə birlikdə yaşayır. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstisimar Departamentinin direktoru ilə Cavabdeh arasında 15.08.2013-cü il tarixdə bağlanmış 225 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Mingəçevir şəhəri H.Əliyev küçəsi, 5 saylı evin 45 saylı dövlət mənzil fonduna aid mənzili (ümumi sahəsi 30,27 m2 , 2 otaqlı) Cavabdeh müvəqqəti kirayəyə verilmişdir. Kirayəçinin ailə üzvləri kimi müqavilədə, arvadı İddiaçı, uşaqları X6 və X9 qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 158, 158.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2, 61.1, 61.2, 68.1, 68.2, 68.4, 91.3, 96, 99.1, 99.3, 99.4, 99.5, 99.6, 107-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması barədə” 01.07.2004-cü il tarixli, 298 nömrəli Sərəncamının 2-ci bəndinə, Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən yaşayış sahəsi (yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi) - yaşayış sahəsinin sosial kirayə müqaviləsinin predmetidir. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən ayrıca olmayan yaşayış sahəsi, yardımçı sahələr, habelə çoxmənzilli binanın ümumi əmlakı yaşayış sahəsinin sosial kirayə müqaviləsinin müstəqil predmeti ola bilməz. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Həmin Məcəllənin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Həmin Məcəllənin 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Həmin Məcəllənin 99.5-ci maddəsinə əsasən kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68- ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 99.6-cı maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması barədə” 01.07.2004-cü il tarixli, 298 nömrəli Sərəncamının 2-ci bəndində Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədi ilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən «Xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh ilə faktiki, 09 iyul 2007-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmişdir.Onların faktiki münasibətlərindən 12 iyun 2002-ci il tarixdə Ceyran və 06 dekabr 2003-cü il tarixdə Səma adlı uşaqları doğulmuşdur. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəyə verilməsi barədə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstisimar Departamentinin direktoru ilə Cavabdeh arasında 15.08.2013-cü il tarixdə bağlanmış müqavilə əsasında Mingəçevir şəhəri H.Əliyev küçəsi, 5 saylı evin 45 saylı dövlət mənzil fonduna aid xüsusi təyinatlı mənzil (ümumi sahəsi 30,27 m2 , 2 otaqlı) Cavabdeh və onun ailə üzləri arvadı İddiaçı, uşaqları X4 və X7 müvəqqəti kirayəyə verilmişdir. Hazırkı vaxtadək iddiaçı və cavabdeh mübahisəli mənzildə yaşayır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun mənzil kirayə müqaviləsi ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsindən istifadə üzrə münasibətləri tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Hazırda iddiaçının mübahisəli mənzilin yaşayış sahəsindən Cavabdeh ilə bərabər qaydada istifadə etdiyindən, həmçinin Cavabdeh ailə üzvləri tərkibindən çıxmadığından, onun mübahisəli mənzilin tərkib hissəsindən bütövlükdə istifadə hüququ vardır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının subyektiv hüququ Cavabdeh tərəfindən pozulmadığından, mübahisəli mənzilin bir otağının onun və uşaqlarının istifadəsinə verilməsinə dair tələbi əsaslı deyildir. Birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, hazırda mübahisəli mənzildən iddiaçı və uşaqları tam şəkildə sərbəst istifadə edir. Cavabdeh tərəfindən onlara qarşı hər hansı bir maneənin olması ilə bağlı sübut təqdim olunmamış, həmçinin iddiaçının iddia etdiyi yaşayış otağı mübahisəli mənzilin tərkib hissəsinə aiddir. Həmin yaşayış otağının ayrıca yaşayış sahəsi kimi istifadəsi, həmçinin yaşayış otağının sosial kirayə müqaviləsinin müstəqil predmeti olması qanunda nəzərdə tutulmamışdır. Dövlət və bələdiyyə mənzil fonduna daxil olan yaşayış sahələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının əmələ gəlməsi, həyata keçirilməsi, dəyişdirilməsi və bu hüquqlara xitam verilməsi ilə bağlı münasibətləri tənzimləyən mənzil qanunvericiliyində ayrıca olmayan yaşayış sahəsinin sosial kirayə müqaviləsinin predmeti olması istisna edilmişdir. Belə ki, yaşayış sahəsi şəxsin daimi yaşaması üçün yararlı olan ayrıca sahə olmalıdır. İddiaçının iddia etdiyi yaşayış otağı isə mübahisəli mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsidir. Hansı ki, həmin yaşayış otağının mübahisəli mənzildən ayrıca istifadəsi onun təyinatına tənasübsüz zərər vurulmadan mümkün deyildir. Ona görə də yalnız mübahisəli mənzilin bir otağının iddiaçının istifadəsinə verilməsi, qanunvericiliyin digər tələblərinə, yəni müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara cavab vermir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduqları halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(051)-354/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(051)-354/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1246/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1246/2021
30.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver