Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1250/2024 27.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X5 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı X4 Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 2 sentyabr 2024-cü il tarixli, 2(025)-345/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Cavabdeh xx.xx.2012-ci il tarixli Qəbzdə ailə üzvlərinin mülkiyyətində olan JN 0024 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 0024 saylı planda yeri göstərilmiş Qəbələ rayonu Kürd kəndi ərazisində yerləşən 2,85 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini X6 2600,0 manata və xx.xx.2015-ci il tarixli Qəbzdə 0024 M saylı planda yeri göstərilmiş Qəbələ rayonu Kürd kəndi ərazisində yerləşən 1,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini X6 1100,0 manata satdığını göstərmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı X7 Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq Qəbələ rayonu Kürd kəndi ərazisində yerləşən JN 0024 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 0024 M saylı planda yeri göstərilmiş 1,36 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin və 0024 saylı planda yeri göstərilmiş 2,85 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin satınalma yolu ilə əldə edilməsinə görə ödənilən cəmi 3700,0 manat məbləğində maddi vəsaitin və ödənilmiş dövlət rüsumunun tutulub xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X7 daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək 7114,6 manat pulun və ödənilmiş dövlət rüsumunun tutulub xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı X4 nümayəndəsi Vəkil1 izahatında göstərmişdir ki, Cavabdeh Hiidayər oğlunun ailə üzvlərinin mülkiyyətində olan JN 0024 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 0024 saylı planda yeri göstərilmiş Qəbələ rayonu Kürd kəndi ərazisində yerləşən 2,85 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini xx.xx.2012-ci il tarixdə 2600,0 manat ödəməklə və 0024 M saylı planda yeri göstərilmiş Qəbələ rayonu Kürd kəndi ərazisində yerləşən 1,36 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini xx.xx.2015-ci il tarixdə 1100,0 manat ödəməklə X7 şifahi müqavilə əsasında satınalma yolu ilə əldə etmişdir. Cavabdeh Hiidayər oğlu müqaviləni torpağın pulunu almasına dair qəbzlə təsdiq etmiş və gələcəkdə alqı-satqı əməliyyatını notarial qaydada həyata keçirtməyi öhdəsinə götürmüşdür. Torpaq sahəsi həmin vaxtdan etibarən X1 olmala təyinatına uyğun şəkildə istifadə edilmiş və əlavə xərclər hesabına məhsuldarlığı artırmışdır. Ötən müddət ərzində torpaq sahəsinin qiymətində əhəmiyyətli artım olduğu üşün Cavabdeh Hiidayər oğlu torpaq sahəsinə dair X7 ilə bağladığı şifahi müqavilənin notarial qaydada təsdiq olunmasından imtina etmiş və torpaq sahəsini geri almışdır. Ona görə də, Qəbələ rayonu Kürd kəndi ərazisində yerləşən JN 0024 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 0024 M saylı planda yeri göstərilmiş 1,36 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin və 0024 saylı planda yeri göstərilmiş 2,85 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin satınalma yolu ilə əldə edilməsinə görə ödənilən cəmi 3700,0 manat məbləğində maddi vəsaitin indeksasiya nəzərə alınaraq 7114,6 manat dəyərində ekvivalenti və 94,0 manat dövlət rüsumu Cavabdeh Hiidayər oğlundan alınıb iddiaçı X4 xeyrinə ödənilməlidir.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh ailə üzvlərinin mülkiyyətində olan JN 0024 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 0024 saylı planda yeri göstərilmiş Qəbələ rayonu Kürd kəndi ərazisində yerləşən 2,85 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini xx.xx.2012-ci il tarixdə 2600,0 manata və 0024 M saylı planda yeri göstərilmiş Qəbələ rayonu Kürd kəndi ərazisində yerləşən 1,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx.xx.2015-ci il tarixdə 1100,0 manata X6 şifahi müqavilə əsasında sataraq torpaq sahəsi faktiki surətdə X2 vermiş və sonradan torpaq sahəsinin özgəninkiləşdirilməsi haqqında razılaşmadan (şifahi müqavilədən) imtina edərək torpaq sahəsini geri almışdır.
5. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Qəbələ rayonu Kürd kəndi ərazisində yerləşən JN 0024 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 0024 M saylı planda yeri göstərilmiş 1,36 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin və 0024 saylı planda yeri göstərilmiş 2,85 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair X7 ilə Cavabdeh Hiidayər oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli və xx.xx.2015-ci il tarixli razılaşma ( şifahi müqavilə) notariat qaydasında təsdiqlənmədiyindən etibarsızdır və əmlak əldə edilməsi üçün əsas olmadığından həmin müqavilə üzrə alınanlar geri qaytarılmalıdır. Manatın rəsmi devalivasiya nəticəsinə nominal dəyərini itirməsi və ötən müddətdə bazar qiymətlərində müşahidə edilən əhəmiyyətli artım nəticəsində real dəyəyərinin mütənasib qaydada azalması ilə əlaqədar X3 alınan pulun eyni ilə qaytarılması mümkün olmadığından əvəzində həmin məbləğin (2600+1100=3700,0) hazırkı bazar qiymətlərinə uyğun ekvivalenti (5046,6+2068,0=7114,60) Cavabdeh Hiidayər oğlundan tutulub iddiaçı X4 xeyrinə ödənilməlidir.
6. Qəbələ Rayon Məhkəməsinin 2 sentyabr 2024-cü il tarixli, 2(025)-345/2024 nömrəli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia qismən təmin olunmuş, Cavabdeh 7114,60 (yeddi min bir yüz on dörd manat altmış qəpik) manat pul və 92,0 (doxsan iki) manat dövlət rüsumunun alınıb İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh 50,0 manat ekspertiza xərcinin tutulub Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 215, 337 və 394-cü maddələrinə istinad etmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: JN 0024 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı xx.xx.2012-ci il tarixli Qəbz xx.xx.2015-ci il tarixli Qəbz AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/2875 saylı rəy
9. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçının cavabdehlərdən tələb etdiyi pul onlara 2012-ci ildə verilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində özü etiraf edir ki, 2600 manatı 2012-ci ildə(10ildən artıq), 1100 manatı isə 2015ci ildə vermişdir. Həmin müddətdən 2600 manata aid hissədə 12il, 1100 manata aid hissədə isə 9 ildən artıq müddət keçməsinə baxmayaraq iddiaçı məhkəməyə müraciət etməmişdir. Bununla da o, tələb irəli sürmək üçün qanunla müəyyən edilən iddia müddətini ötürmüşdür. Hətta iddiaçının verdiyi pul vəsaitindən istifadə etməklə əsassız varlanmağını güman etsək belə bununla bağlı bir daha Mülki Məcəllənin 1095-ci maddəsinin tələbi hazırkı iddia tələbinin rəddinə yönəldiyini qeyd edir. Hazırkı mübahisə üzrə də məhkəmə bu maddənin tələbini nəzərə almalı və iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququnun məlum olduğu vaxtdan 10 ildən artıq müddət keçdiyini nəzərə alaraq iddia təlbini rədd etməli idi. Sözügedən müddət isə kəsici müddət olduğundan bu halda cavabdehlərin hər hansı ərizə verməyinə zərurət yox idi.
11. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 2 sentyabr 2024-cü il tarixli, 2(025)- 345/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili X8 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin Qəbələ Rayon Məhkəməsinin 2 sentyabr 2024-cü il tarixli, 2(025)-345/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 14.2.4-cü maddəsinə əsasən qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsasını təşkil edir. 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavlə notariat qaydasında təsdiqlənməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb -sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqdlərdir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 384.0.4. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
17. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
18. Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 2 sentyabr 2024-cü il tarixli, 2(025)- 345/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
20. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Qəbələ rayonu Kürd kəndi ərazisində yerləşən JN 0024 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 0024 M saylı planda yeri göstərilmiş 1,36 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin və 0024 saylı planda yeri göstərilmiş 2,85 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair X7 ilə Cavabdeh Hiidayər oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli və xx.xx.2015-ci il tarixli razılaşma ( şifahi müqavilə) notariat qaydasında təsdiqlənmədiyindən etibarsızdır və əmlak əldə edilməsi üçün əsas olmadığından həmin müqavilə üzrə alınanlar geri qaytarılmalıdır. Hazırki halda, mübahisəli torpaq sahələri cavabdehə qaytarılmış olduğundan cavabdeh torpaq sahələrinin dəyəri olaraq ona verilmiş məbləğ həcmində əsassız varlanmışdır. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
21. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, mülki qanunvericiliyə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti tətbiq edilmir. Bu səbəbdən də cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizənin təmin edilməməsində birinci instansiya məhkəməsi haqlı olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
22. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 2 sentyabr 2024-cü il tarixli, 2(025)-345/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 2 sentyabr 2024-cü il tarixli, 2(025)-345/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.