Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(107)-1253/2025 03.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh Maarf oğluna qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, əsassız varlanma) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndə və vəkili Vəkil İsgəndər qızının iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Rüstəmov Tural Maarif oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o inanaraq və etibar edərək cavabdehə, yəni Cavabdeh 2024-cü ildə 6000 (altı min) manat borc pul vermişdir. Həmin məbləği verərkən cavabdeh həmin borca dair qəbz vermişdir. Ancaq bu günə qədər dəfələrlə müraciət etsə də, telefon danışıqları heç bir nəticə verməmiş və borc qalmaqdadır. Ona görə də, cavabdehlə münasibətləri qarşılıqlı qaydada həll olunmamaqdadır. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı iələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə istinad edərək, cavabdeh Cavabdeh 6000 (altı min) manat borc pulun və 80 (səksən) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı məhkəməyə teleqram göndərərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh Cavabdeh məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə blməməsi barədə sübutlarını məhkəməyə təqdim etməmişdir.
5. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Yevlax Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Qalib Paşayev) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh 6000 (altı min) manat borc pul və 80 (səksən) manat dövlət rüsumunun alınıb iddiaçı İddiaçı verilməsi qət etmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh Cavabdeh oğlu İddiaçı 6000 (altı min) manat borc almış, beş ay müddətinə qaytaracağına dair öhdəlik götürmüş, lakin aldığı pulu müəyyən edilmiş müddətdə qaytarmamışdır. Buna görə də, iddaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Məhkəmə iclasında müəyyən edildiyi kimi cavabdeh iddiaçıya olan borcunu beş ay müddətində qaytarmalı olduğu halda, götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və nəticədə cavabdehin iddiaçıya 6000 (altı min) manat borcu qalmışdır. Buna görə də yaranmış borc cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
9. Məhkəmə ilk növbədə nəzərə almışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir.
10. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməsinə dair qətnamə çıxarılmalıdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 329.2, 385.1, 390.1, 425.1, 445.2.1, 739.1, 739.2, 740.1, 740.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 119.1ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh Cavabdeh arasında heç bir yazılı borc müqavilə olmamışdır. Əl ilə yazılmış qəbz isə cavabdeh tərəfindən yazılmamışdır. Həmi qəbzin necə və hansı şəraitdə hazırlanması ona məlum deyil. Bununla bağlı Yevlax rayon Polis şöbəsinə müraciət edilmiş və araşdırma aparılmışdır. Hətta araşdırma nəticəsində cavabdehin ölümlə hədələndiyi də məlum olmuşdur.Qeyd edir ki, borc olaraq hallandırılan pul vəsaiti əslində borca deyil sələmə verilən puldur ki, bunun üçün iddiaçı qanuni şəkildə faiz almaq hüququna malik olmalıdır. Lakin iddiaçı belə bir fəaliyyətlə qanunsuz olaraq məşğul olur və yüksək gəlir əldə edir. Bu hal məhkəməyə məlum olmasına baxmayaraq barəsində xüsusi qərardad çıxarılaraq hüquq mühafizə orqanlarına göndərilməmişdir. Halbu ki, bu halda iddiaçı barəsində lazimi tədbir görülməli idi. Bundan əlavə uzun müddət ərzində əmək haqqı kartı iddiaçıda olduğundan verdiyi həm əsas borcunu və faizlərini götürmüşdür.
14. Məhkəmə işə baxarkən tam və hərtərəfli araşdırma aparmamışdır. Belə ki, o, hərbi qulluqçu olduğuna görə çətin hərbi şəraitdə qulluq edir. Bu səbəbdən teleqrama ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınaraq başqa vaxta keçirilməsini xahiş etməyinə baxayaraq məhkəmə onun iştirakı olmadan işə baxılaraq qətnamə çıxarılmışdır.Məhkəmə iştirak edə bilmədiyindən sübutları təqdim edə bilməmişdir. Məhkəmə çəkişmə prinsipini pozmuşdur. Bundan əlavə məhkəmə qətnamə çıxararkən əsaslandığı qəbz onun tərəfindən yazılaraq imza edilməmişdir. O, məhkəmə iclasında iştirak edərək bu halın araşdrılması üçün işin xəttşünaslıq ekspertizasına göndərilməsi barədə vəsatət verməli olduğu halda bu hüququ da həyata keçirə bilməmişdir.
15. Qeyd edir ki, bu məsələ ilə bağlı Yevlax rayon polis şöbəsində də, araşdırma aparılmış və mülki xarakterli iş olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarı o, apellyasiya şikayətinə əlavə edir. Həmin qərarda iddiaçı İddiaçı əmək haqqı kartının uzun müddət onda olmasını bilavasitə etiraf etmişdir.
16. Odur ki, Yevlax Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, Yevlax Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil İsgəndər qızı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunması, Yevlax Rayon Məhkəməsinin ## ######## 2025ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı X4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22.Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2. və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-ci maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Apellyator Yevlax Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları tam düzgün müəyyən edilməmiş, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun olmamış, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
29. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə aralarında olan razılaşmaya əsasən ona 6000 manat məbləğində pul verdiyini, bununla bağlı cavabdeh tərəfindən öz xətti ilə yazılmış qəbz təqdim olunduğunu, həmin qəbzdə 5 ay ərzində pulu ödəyəcəyinə dair öhdəlik götürməsinə baxmayaraq cavabdeh tərəfindən pulun qaytarılmadığını əsas gətirərək həmin məbləğin cavabdehdən alınaraq ona ödənilməsini tələb etmişdir. Cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmiş, o, iddiaçıdan 2700 manat məbləğində faizə pul götürdüyünü, əmək haqqı kartının iddiaçıda olduğunu, onun tərəfindən iddiaçıdan götürdüyü borc məbləğinin kartdan ödənildiyini bildirmişdir. İddiaçı Yevlax Rayon Polis Şöbəsində aparılmış araşdırma zamanı vermiş olduğu izahatında 2024-cü ilin yanvar ayından ##.##.2024-cü il tarixədək Cavabdeh ondan müxtəlif məbləğlərdə ümumilikdə 6000 manata yaxın pul aldığını, Turalın ona olan borcunu kartdan çıxarıb götürdüyünü, sonra kartını özünə geri qaytardığını, ##.##.2024cü il tarixdən ##.##.2024-cü il tarixədək olan olan müddət ərzində iki dəfəyə 3000 manat olmaqla ümumilikdə 6000 manat pulu Cavabdeh verdiyini bildirmişdir.
30. Birinci instansiya məhkəməsi iddanı təmin edərkən gəldiyi nəticəni cavabdeh iddiaçıya olan borcunu beş ay müddətində qaytarmalı olduğu halda, götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməməsi və nəticədə cavabdehin iddiaçıya 6000 (altı min) manat borcunun qalması ilə əsaslandırmışdır.
31. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən nəticələr işin hallarına uyğun olmamış, mübahisəni yuxarıda qeyd edilən qaydada həll etməklə doğru nəticəyə gəlməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
32. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı ilə cavabdeh arasında heç bir yazılı borc müqavilə olmaması, əl ilə yazılmış qəbzin isə cavabdeh tərəfindən yazılmaması, həmin qəbzin necə və hansı şəraitdə hazırlanmasının ona məlum olmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, bununla bağlı məhkəmə kollegiyası tərəfindən məhkəmə-xətşunaslıq ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2026-cı il tarixli 8/233 nörməli ekspert rəyindən görünür ki, sözügüdən qəbzdəki yazılar və imza Cavabdeh tərəfindən icra olunmuşdur.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi işə baxarkən tam və hərtərəfli araşdırma aparmaması, məsələ ilə bağlı Yevlax rayon polis şöbəsində araşdırma aparılması, həmin araşdırma zamanı iddiaçı İddiaçı əmək haqqı kartının uzun müddət onda olmasını bilavasitə etiraf etməsinə dair dəlili ilə razılaşır və qeyd edir ki, işdə olan Cavabdeh DİN-in “102” xidmətinə müraciəti əsasında Yevlax Rayon Polis Şöbəsində aparılmış araşdırma zamanı iddiaçı İddiaçı tərəfindən verilmiş izahatdan görünür ki, sonuncu izahatında Cavabdeh 2024-cü ilin yanvar ayından ##.##.2024-cü il ilin noyabr ayına kimi ondan müxtəlif məbləğlərdə ümumilikdə 6000 manata yaxın pul aldığını, Turalın ona olan borcunu əmək haqqı kartından çıxarmasını, sonra kartını özünə qaytarmasını, yenidən ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan müddət ərzində iki dəfəyə 3000 manat olmaqla, ümumilikdə Tural Rəhimova 6000 məbləğində pul verdiyini göstərmişdir.
35. Kollegiya qeyd edir ki, işdə olan Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, Cavabdeh Yevlax rayon Malbinəsi kənd sakini İddiaçı beş aylıq qaytarmaq şərti ilə 6000 (altı min) manat pul almasını qeyd etmiş, lakin həmin qəbzə nəzər yetirdikdə qəbzin hansı tarixdə yazılması və imzalanması, həmin pulun iddiaçı tərəfindən cavabdehə hansı tarixdə verilməsi qeyd olunmamışdır.
36. Cavabdeh isə məhkəmə kollegiyasının iclasında vermiş olduğu izahatında özünün əmək haqqı kartının iddiaçıda olduğunu, iddiaçıya olan borcu əmək haqqından artıqlaması ilə ödənildiyini qeyd etmiş, iddiaçıda Yevlax Rayon Polis Şöbəsində aparılmış araşdırma zamanı Cavabdeh əmək haqqı katının onda olmasını Turalın ona olan borcunu kartından çıxarıb götürməsini etiraf etmişdir.
37. Kolllegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan sübutlar nəzərdən keçirilərkən iddiaçının cavabdehə bir dəfə 6000 manat məbləğində pul verməsi müəyyən olunur. Belə ki, Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, Cavabdeh Yevlax rayon Malbinəsi kənd sakini İddiaçı beş aylıq qaytarmaq şərti ilə 6000 (altı min) manat pul almışdır. İddiaçı isə Yevlax Rayon Polis Şöbəsində aparılmış araşdırma zamanı Cavabdeh əmək haqqı katının onda olmasını və Turalın ona olan borcunu kartından çıxarıb götürməsini etiraf etmiş, bundan sonra ikinci dəfə ##.##.2024cü il tarixdən ##.##.2024-cü il tarixədək olan müddət ərzində 6000 manat məbləğində pulu Tural Rəhimova verdiyini göstərsədə, bununla bağlı nə birinci instansiya məhkəməsinə, nədəki apellyasiya instansiya məhkəməsinə hər hansı mötəbər sübut təqdim olunmamışdır.
38. Belə ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
39. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
41. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
42. Kollegiya qeyd edir ki, cavabdehin 6000 manat borcu ödənildikdən sonra iddiaçı ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan müddət ərzində cavabdehə yenidən 6000 manat məbləğində pul verdiyini göstərsədə, bununla bağlı iş materiallarında hər hansı mötəbər sübuta rast gəlinməmişdir.
43. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli, obyektiv araşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, iş üzrə tam qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.
44. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X3 apellyasiya şikayəti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 manat ekspertiza xərci iddiaçı İddiaçı tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN 1700326621, X11, Kod 210005 VÖEN 1401555071 Müxbir hesab AZ41NABZ013601000000000039 44 SWIFT BİK CTREAZ22 hesaba) ödənilməlidir.
46. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 250 manat ekspertiza xərci iddiaçı İddiaçı tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN 1700326621, X11, Kod 210005 VÖEN 1401555071 Müxbir hesab AZ41NABZ013601000000000039 44 SWIFT BİK CTREAZ22 hesaba) ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.