Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1254/2022 13.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” dair iddiası üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(075)-1657/2022 saylı qərаrdаdındаn Cavabdeh4 şikаyətinə açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsələr Cavabdeh2, Cavabdeh3, zaminlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1965,39 manat məbləğində əsas bоrc, 424,8 manat məbləğində faiz bоrcu və 926,59 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3316,78 manat məbləğində bоrcun və ödənilmiş 53,17 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(075)-1657/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1965,39 manat məbləğində əsas kredit borcu, 424,8 manat məbləğində faiz borcu, 100 manat cərimə borcu və 53,17 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh4 narazı qalmış, Cavabdeh4 apellyasiya şikayəti 20 sentyabr 2022-ci il tarixdə Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(075)-1657/2022 saylı qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” dair iddiası üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(075)-1657/2022 saylı qətnaməsindən Cavabdeh4 verdiyi apellyasiya şikayəti MPM-nin 361.1-ci maddəsinin tələblərinə uyğun olmadığı üçün geri qaytarılmışdır. Cavabdeh4 Şəki Rayon Məhkəməsinin 06 sentyabr 2022- ci il tarixli, 2(075)- 1657/2022 saylı qətnaməsindən apellyasiya şikayətini 26 sentyabr 2022- ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 31/1086 saylı məktubu ilə Cavabdeh4 Şəki Rayon Məhkəməsinin 06 sentyabr 2022- ci il tarixli, 2(075)-1657/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti aidiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, qeyd edir ki, o apellyasiya şikayətini "elektron məhkəmə informasiya sistemi" vasitəsilə təqdim etmişdir, apellyasiya şikayətinin məzmunu həmin sistem vasitəsilə müəyyən olunmuşdur. Əgər, o Apellyasiya şikayətini kağız üzərində vermiş olsaydı, belə olan halda mütləq Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsində göstərilən formada Apellyasiya şikayətini tərtib edib məhkəməyə təqdim etməli idi. Lakin o apellyasiya şikayətini "elektron məhkəmə informasiya sistemində mövcud olan məzmunda" tərtib edib məhkəməyə təqdim etmiş, o özü həmin elektron məhkəmə informasiya sistemində mövcud olan Apellyasiya şikayətinin məzmununa müdaxilə edə bilməz. Elektron informasiya sistemində mövcud olan məzmunda müəyyən edilmiş bütün qrafalar doldurulmadan Apellyasiya şikayətinin sistem tərəfindən qəbul edilməsi mümkün deyil, real olaraq bu mümkün deyil, əgər o apellyasiya şikayətini səhv doldursaydı sistem şikayəti ondan qəbul etməzdi. Bu real faktdır. Buna görə də hesab edir ki, apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad ləğv edilməlidir, apellyasiya şikayəti icraata qəbul edilməklə aidiyyəti üzrə müvafiq prosessual tədbirlər görülməlidir. Şəki rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-1657/2022 saylı qərardadının ləğv edilməsini, Apellyasiya şikayətinin icraata qəbul edilməsini, apellyasiya şikayətinin baxılması üçün aidiyyəti üzrə göndərilməsini xahiş edir. Şəki Rayon Məhkəməsinin 2(075)-1657/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayətin təmin olunmaması və şikayətin işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)- 1657/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin məcəllənin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı əlavədə müəyyən olunmuşdur). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı mаddəsinə əsаsən, аpellyаsiyа şikаyəti məhkəmə qətnаməsi təqdim olunаn (аlınаn) gündən 1 аy müddətinə verilə bilər. Həmin məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi Cavabdeh4 Şəki Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(075)-1657/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətini Mülki Prosessual Məcəllədə müəyyən olunan formada göndərməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-1657/2022 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)- 1657/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 360, 363. 364 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-1657/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1254/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1254/2022
13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver