Məhkəmə qərarları › İş №2(107)-1255/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1255/2023

23.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1255/2023 23.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi, sübutların qiymətləndirilməsi, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Kərimli Tunar Mübariz oğlunun katibliyi, İddiaçı4 və iddiaçıların nümayəndəsi, həmçinin vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi, həmçinin vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(019)-270/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Qazma kənd sakini Cavabdeh iddiaçılar İddiaçı4 Mollateyyub oğlu, X2, İddiaçı2, İddiaçı6, İddiaçı3 Mollateyyub qızı və İddiaçı5 məxsus Balakən rayonu Qazma kəndində yerləşən 1,748 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə, sahiblik, sərəncam vermə hüququndan məhrum etməklə, onlara məxsus torpaq sahəsində 2019-cu ildən başlayaraq 2021-ci il tarixədək olan müddət ərzində onlara vurduğu 15.642,90 manat maddi ziyan əldən çıxmış faydanın cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıların nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 19 fevral 2019-cu il tarixdən 2022-ci ilin iyul ayının 6-na qədər olan müddət ərzində Cavabdeh tərəfindən iddiaçılar İddiaçı4 Mollateyyub oğlu, X2, İddiaçı2, İddiaçı6, İddiaçı3 Mollateyyub qızı, İddiaçı5 məxsus Balakən rayonu Qazma kəndində yerləşən 1.748 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə, sahiblik, sərəncam vermə hüququndan məhrum etməklə onlara məxsus torpaq sahəsindən qanusnuz istifadə etməklə onlara vurduğu 15642 manat maddi ziyanın əldən çıxmış fayda olaraq Cavabdeh alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıların nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi və iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Qazma kənd sakini Cavabdeh iddiaçılar İddiaçı4 Mollateyyub oğlu, X2, İddiaçı2, İddiaçı6, İddiaçı3 Mollateyyub qızı, İddiaçı5 məxsus Balakən rayonu Qazma kəndində yerləşən 1,748 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə, sahiblik, sərəncam verə bilməmələri nəticəsində iddiaçılara məxsus torpaq sahəsində 19 fevral 2019-cu ildən başlayaraq 17 iyun 2022-ci il tarixdə olan 28 ay müddət ərzində 1,748 ha torpaq sahəsində qarğıdalı məhsulu əkərək ildə əldə etmiş 10.700 kq qarğıdalı məhsulu- 3x10700 =32.100 qarğıdalı məhsulu, həmin məhsulun 1 kq 0.45 manat olmaqla 32.100 x 0.45 = 14.445 manat əldən çıxmış faydanın (dəymiş ziyanın əvəzi olaraq) 14.445 (on dörd min dörd yüz qırx beş) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 146 manat dövlət rüsumunun cavabdehdən alınaraq, iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıların nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Qazma kənd sakini Cavabdeh iddiaçılar İddiaçı4 Mollateyyub oğlu, X2, İddiaçı2, İddiaçı6, İddiaçı3 Mollateyyub qızı, İddiaçı5 məxsus Balakən rayonu Qazma kəndində yerləşən 1.748 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə, sahiblik, sərəncam vermə hüququndan məhrum etməklə, iddiaçılara məxsus torpaq sahəsində 2019-cu ildən başlayaraq 2021-ci il tarixədək olan müddət ərzində iddiaçılara vurduğu 14889.6 manat əldən çıxmış faydanın və iddianın qaldırılması üçün iddiaçılar tərəfindən ödənilmiş 138.00 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Balakən rayonu Qazma kəndində aparılan torpaq islahatı nəticəsində iddiaçılara ailə üzvlərinə Balakən Rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 saylı qərarı ilə 2.06 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsinə JN 134 KOD 40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. Həmin torpaq sahəsinin 1,75 ha hissəsi çöl sahəsində, 0,31 ha hissəsi isə onlara məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin arxasında yerləşir. Çöl sahəsində yerləşən 1,75 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini özləri istifadə edə bilmədiyi üçün 2012-ci ilin mart ayında Cavabdeh onlardan müvəqqəti istifadə etmək üçün xahiş etmiş, imkanı olanda alacağını bildirmişdir. 2012-ci ilin mart ayından cavabdeh onlara məxsus olan torpaq sahəsini istifadə edir. Hazırda həmin torpaq sahəsinə ehtiyacları olduğuna görə Balakən Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. Balakən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(019)- 205/2019 nömrəli qətnaməsi ilə iddiaları təmin edilmiş, Cavabdeh onlara məxsus 1,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmiş və həmin torpaq sahəsinə mülkiyyət hüquqları bərpa edilmişdir. İddialarını onunla əsaslandırırlar ki, Cavabdeh onları onlara məxsus Balakən rayonu Qazma kəndində yerləşən 1,748 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə, sahiblik, sərəncam vermə hüququndan məhrum etməklə, onlara məxsus torpaq sahəsində 2019-cu ildən başlayaraq 2021-ci il tarixədək olan müddət ərzində 1,748 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etməyə qoymamaqla maddi ziyan əldən çıxmış faydanı onlara məhrum etmişdir. Cavabdeh iddiaçıları onlara məxsus torpaq sahəsinə sahiblik, sərəncam, istifadə hüququndan məhrum etməklə onlara 14889.6 manat əldən çıxmış fayda formasında maddi ziyan vurmuşdur. Odur ki, Cavabdeh maddi ziyan əldən çıxmış fayda olaraq cavabdehdən alınaraq onlara ödənilməsi tələbi ilə müraciət etmək məcburiyyətində qalmışlar. X7 Mərkəzi Bitkiçilik sektorunun müdiri Şahin Rəhimli tərəfindən verilmiş 18 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, Balakən rayonu Qazma kənd sakini İddiaçı4 Mollateyyub oğlunun şəxsi mülkiyyətində olan reyestr nömrəsi **********97 olan (çıxarış sənədi üzrə) 1,748 ha pay torpaq sahəsindən 2019- 2021-ci illər ərzində nə qədər qarğıdalı məhsulu əldə edilməsinin mümkünlüyü barədə rəydə, Qazma kəndi üzrə 2015-2021-ci illərin statistik göstəriciləri nəzərə alınmaqla 2019- cu ildə 61,3 sent x 1,748 ha = 10.767 ton 2020- ci ildə 61,6 sentx 1,748 ha= 10.767 ton 2021 -ci ildə 66,4 sent x 1,748 ha = 11.606 ton Cəmi 3 ildə 33.140 ton qarğıdalı məhsulu əldə etmək mümkündür. İddia ərizəsinə əlavə edilmiş vəsatətdən görünür ki, qarğıdalı məhsulunun 2019-2021-ci illər ərzində olan qiymətlərinin müəyyən edilməsi və rəy verilməsi üçün tərəflərindən Balakən Rayon Aqrar İnkişaf Mərkəzinə müraciət olmuşdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Balakən Rayon Aqrar İnkişaf Mərkəzinin 11 noyabr 2022-ci il tarixli MİHO/ 1.2. 24-2- 202280 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin 2018-ci il 16 avqusttarixli 04Q nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X8 mərkəzlərinin Əsasnaməsi’ndə fiziki şəxslərin əkin sahələrinə dəymiş maddi ziyanın hesablanması ilə bağlı hər hansı vəzifə öz əksini tapmamışdır. Bu səbəblə vətəndaşların istifadəsində olan əkin sahəsinə dəymiş maddi ziyanın müəyyənləşdirilməsi DAİM-lərin səlahiyyətləri xaricində hesab olunur. Əlavə olaraq nəzərə çatdırılır ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələblərinə uyğun olaraq, qiymətləndirmə fəaliyyəti müvafiq fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslərlə (qiymətləndirici) onların xidmətlərinin istehlakçıları (sifarişçi) arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun, eləcə də Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin tələblərinə əsasən, dəymiş maddi ziyanın qiymətləndirilməsinin məhkəmənin ekspertiza haqqında və ya təkrar ekspertiza haqqında qərardad əsasında həyata keçirildiyi hallarda qiymətləndirmə fəaliyyəti kim həyata keçirilməsi məhkəmə tərəfindən tam müstəqil olaraq müəyyən olunur. İddia ərizəsinə əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(019)-205/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı4 Mollateyyub oğlunun Cavabdeh qarşı cavabdehin mülkiyyətində olan torpaq sahəsindən çıxarılması, mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddiası təmin edilmiş və İddiaçı4 Mollateyyub oğlunun mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 1,75 ha torpaq sahəsindən sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsinə İddiaçı4 Mollateyyub oğlunun mülkiyyət hüququnun tanınması qət edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)- 108/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı4 Mollateyyub oğlu, X2, İddiaçı2, İddiaçı6, İddiaçı3 Mollateyyub qızı, İddiaçı5 10.100 (on min yüz) manat pulun, 4400 (dörd min dörd yüz) ABŞ dollarının, 3 ton sementin və məhkəməyə müraciət edərkən ödədiyi 143 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə iddiası əsassız olduğundan təmin edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş Balakən İcra və Probasiya Şöbəsinin aktından görünür ki, Balakən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qərarı icra edilmiş, 1,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi borclu Cavabdeh alınaraq, İddiaçı4 Mollateyyub oğluna qaytarılmışdır. Balakən rayonu Qazma Bələdiyyəsinin 08 avqust 2022-ci il tarixli 25 saylı arayışından görünür ki, 134 saylı Dövlət aktı ilə verilmiş 2,06 ha pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 0,31 hissəsi kənd daxili bağ hissəsi, 1,75 ha isə çöl ərazi sahəsidir. Torpaq sahəsinə aid vergiləri bələdiyyə yarandığı gündən bu günə qədər 2000- 2022-ci illər üzrə onun tərəfindən ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş Balakən rayonu Qazma Bələdiyyəsinin 29 mart 2022-ci il tarixli 13 nömrəli arayışından görünür ki, verilir həmin arayış Balakən rayonu Qazma kənd sakini İddiaçı4 Mollateyyub oğluna ondan ötrü ki, onun həqiqətən 134 saylı Dövlət aktı ilə verilmiş 1,75 ha çöl əkin sahəsi vardır. Həmin torpaq sahəsi 2015-ci ildən bu günə kimi Qazma kənd sakini Cavabdeh istifadə edir. Torpaq sahəsini istifadə etməsinə baxmayaraq Cavabdeh tərəfindən bələdiyyəyə heç bir vergi ödənilməmişdir. Həmin torpağa aid vergiləri torpağın sahibi İddiaçı4 Mollateyyub oğlu tərəfindən bir ilə 8 manat 70 qəpik olmaqla illər üzrə ödənilmişdir. 2015-2016-cı illər üçün - 16,50 manat xx.xx.2016 2017-ci illər üçün - 17,50 manat, xx.xx.2018 2019-2020-2021 -ci illər üçün - 20,00 manat, xx.xx.2022 2019-2021-ci illər ərizində Balakən rayonunda 1 kq qarğıdalı məhsulunun qiymətinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasında aparılması, həmin illərdə əldə edilmiş məhsulun nisbətdə hesablanması üçün Balakən Rayon Məhkəməsi qarşısında vəsatət qaldırılmışdır. 2019-2021 -ci illər ərzində Balakən rayonunda 1 kq qarğıdalının qiymətini müəyyən etməklə Qazma kəndi üzrə qarğıdalı məhsulunun statistik göstəricilərini və həmin ildə qarğıdalı məhsulunun dəyərini nəzərə almaqla aşağıdakı nəticəyə gələrlər. 2019- cu ildə 10.715 ton x 0,35 = 3750,25 manat 2020- ci ildə 10.767 ton x 0,35 = 3768,45 manat 2021- ci ildə 11.606 ton x 0,70 = 8124,20 manat cəmi 15.642,90 (on beş min altı yüz qırx iki manat doxsan qəpik) manat maddi ziyan əldən çıxmış faydanın Cavabdeh alınaraq onlaraiddiaçılara ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddianın təmin edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin (hakim Z.Tahirov) 16 avqust 2023-cü il tarixli, 2(019)-270/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 14889.6 manat məbləğində əldən çıxmış fayda formasında maddi ziyan və ödənilmiş 134,67 manat dövlət rüsumunun alınaraq iddiaçılar İddiaçı4 Mollateyyub oğluna, X1, İddiaçı2, İddiaçı6, İddiaçı3 Mollateyyub qızına, İddiaçı5 ödənilməsi, iş üzrə 100 manat ekspertiza xərci Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X6 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçılar İddiaçı4 Mollateyyub oğlu, X2, İddiaçı2, İddiaçı6, İddiaçı3 Mollateyyub qızı, İddiaçı5 iddia tələbinin əsaslandırıldığı hallar kimi Balakən rayonu Qazma kəndində aparılan torpaq islahatı nəticəsində onlara Balakən Rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 saylı qərarı ilə 2.06 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin verildiyini, qeyd edilən torpaq sahəsinə JN 134 KOD 40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının hazırlandığını, həmin torpaq sahəsinin 1,75 ha hissəsinin çöl sahəsində, 0,31 ha hissəsinin isə onlara məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin arxasında yerləşdiyini, çöl sahəsində yerləşən 1,75 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini özləri istifadə edə bilmədiyi üçün 2012-ci ilin mart ayında Cavabdeh onlardan müvəqqəti istifadə etmək üçün xahiş etdiyini, imkanı olanda alacağını bildirdiyini, 2012-ci ilin mart ayından cavabdehin onlara məxsus olan torpaq sahəsindən istifadə etdiyini, Balakən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(019)-205/2019 nömrəli qətnaməsi ilə Cavabdeh onlara məxsus 1,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmasının qət edildiyini, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edildiyini, Cavabdeh onları onlara məxsus Balakən rayonu Qazma kəndində yerləşən 1,748 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə, sahiblik, sərəncam vermə hüququndan məhrum etməklə, onlara məxsus torpaq sahəsində 2019-cu ildən başlayaraq 2021-ci il tarixədək olan müddət ərzində 1,748 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etməyə qoymamaqla onlara maddi ziyan vurduğunu göstərmişlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Balakən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(019)-205/2019 saylı icra sənədi uzun mddət icra edilməmiş və həqiqətən də həmin icra sənədinin icrası ilə əlaqədar sözügedən 1,748 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə iddiaçılara təhvil verilmiş, torpaq sahəsi 2012-ci ilin mar ayından xx.xx.2021-ci il tarixədək cavabdehin qanunsuz sahibliyində olmuş və həmin müddət ərzində cavabdeh iddiaçıları mülkiyyətlərində olan torpaq sahəsinə sahiblik etmək, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarından məhrum etmişdir. Azərbaycan Respublikasinin Kənd Təsərrüfati Nazirliyi Balakən X8 Mərkəzinin 12 oktyabr 2022-ci il tarixli Qazma kənd sakini İddiaçı4 şəxsi mülkiyyətində olan (reyestr nömrəsi **********97 olan çıxarış sənədi üzrə) 1.748 ha pay torpaq sahəsindən 2015-2021-ci iilər ərzində nə qədər qarğıdalı məhsulu əldə edilməsinin mümkünlüyü barədə mütəxəssis rəyində göstərilir ki, Qazma kənd sakini İddiaçı4 mülkiyyətində olan 1.748 ha torpaq sahəsində 2015-ci ildən 2022-ci ilə qədər olan müddətdə qarğıdalı bitkisi əkilərsə nə qədər qarğıdalı məhsulunu əldə etmək mümkün olmasının araşdırılması ilə bağlı xx.xx.2022-ci il tarixdə həmin əraziyə baxış keçirilmişdir. İddiaçı4 Mollateyyub oğlunun Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin reyestr nömrəsi **********97 olan Çıxarış sənədinə əsasən Qazma kəndinin “Tala çöl” adlı ərazidə yerləşən 1.748 ha torpaq sahəsinə baxış keçirilərkən torpaq sahəsinin münbit olduğu müşahidə edildi. Həmin sahəyə hibrid növ quraqlığa davamlı məhsuldar toxum növü əkilərsə, düzgün aqrotexniki qulluq göstərilərsə və hava şəraiti əlverişli olarsa hər hektardan orta hesabla 55-70 sentinerdən qarğıdalı məhsulu götürmək olar. Qazma kəndi üzrə 2015-2021 -ci illərin statistik göstəriciləri də nəzərə almaqla 2015ci ildə 56,3 sent x 1.748 ha = 9,841 ton 2016- cı ildə 60,3 sent x 1.748 ha = 10,540 2017ci ildə 62,1 sent x 1.748 ha = 10,855 2018- ci ildə 60,7 sent x 1.748 ha = 10,610 2019cu ildə 61,3 sent x 1.748 ha = 10,715 2020- ci ildə 61,6 sent x 1.748 ha = 10,767 2021 ci ildə 66,4 sent x 1.748 ha = 11,606 Cəmi: 7 ildə 74,934 ton. Beləliklə, İddiaçı4 mülkiyyətində olan 1.748 ha torpaq sahəsindən 7 ildə təxminən 74,934 ton dən qarğıdalı məhsulunun götürülməsinin mümkün olduğunu göstərmək olar. İş üzrə təyin edilmiş kompleks məhkəmə-bioloji torpaqşünaslıq və məhkəməəmtəəşünaslıq ekspertizasının 01 may 2023-cü il tarixli №7/446-9/2018 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Balakən X8 Mərkəzinin Bitkiçilik sektorunun müdiri Ş.Rəhimli tərəfindən tərtib edilmiş rəyə (e-2(019)-270/2023 mülki iş materialı səhifə 25-26) əsasən: - Balakən rayonu Qazma kənd sakini İddiaçı4 mülkiyyətində olan 1,748 ha torpaq sahəsində 2015-ci ildən 2022-ci ilə qədər olan müddətdə qarğıdalı bitkisi əkilərsə nə qədər qarğıdalı məhsulunu əldə etmək mümkün olmasının araşdırılması ilə bağlı xx.xx.2022-ci il tarixdə həmin əraziyə baxış keçirilmişdir. İddiaçı4 Çıxarış sənədinə əsasən Qazma kəndinin "Tarla çöl” adlı ərazidə yerləşən 1,748 ha torpaq sahəsinə baxış keçirilər ən torpaq sahəsinin münbit olduğu, sahəyə hibrid növ quraqlığa davamlı məhsuldar toxum növü əkilsə, düzgün aqrotexniki qulluq göstərilərsə və hava şəraiti əlverişli olarsa hər hektardan orta hesabla 55-70sentner qarğıdalı məhsulu götürmək olar. Qazma kəndi üzrə 2015-2021-ci illərin statistik göstəriciləri də nəzərə alınmaqla 2015- ci ildə 56,3 sentx 1,748 ha = 9,841 ton 2016- cı ildə 60,3 sent x 1,748 ha = 10,540 ton 2017- ci ildə 62,1 sent x 1,748 ha = 10,855 2018- ci ildə 60,7 sent x 1,748 ha = 10,610, 2019- cu ildə 61,3 sent x 1,748 ha = 10,715, 2020- ci ildə 61,6 sentx 1,748 = 10,767, 2021 -ci ildə 66,4 sent x 1,748 ha = 11,606 olmaqla 7 ildə cəmi 74,934 ton qarğıdalı məhsulunun mümkün olması müəyyən edilmişdir. Respublikada mövcud olan qiymətlərdən (o cümlədən Balakən rayonunda), yerli internet saytlarında və eləcə də Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, rəyin biloji tədqiqat hissəsində göstərilənlərə, iş materiallarında olan məlumatlara əsasən 74,934 ton qarğıdalı məhsulunun 2019-2021- ci il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 33720,30 (74934 x 0,45 man) manat müəyyən olunur. Həmin ekspertiza rəyinə əsasən iddiaçılar 2019-cu ildə həmin torpaq sahəsində 10.715 ton və 2020-ci ildə 10767 ton qarğıdalı məhsulu götürməklə, həmin illərlə qarğıdalı məhsulunun 1 kiloqramı 0,35 manat olmaqla 2019-cu ildə 3750,25 manat, 2020-ci ildə isə 3768,45 manat gəlir götürə bilərdilər. Həmçinin iddiaçılar 2021-ci ildə 11606 ton qarğıdalı məhsulu götürməklə və həmin ildə qarğıdalı məhsulunun 1 kiloqramı 0,70 manat olmaqla 8124,20 manat gəlir götürə bilərdlilər. İşdəki sübutlara əsasən 2019-2021-c illərdə, yəni torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olan bu üç il müddət ərzində götürələ bilən qarğıdalı məhsulu üçün götürülə biləcək gəlirin məbləği 15642,90 manat göstərilir. İddiaçılar isə 14889.6 manat əldən çıxmış faydanın cavabdehdən alınıb onlara verilməsini tələb edirlər ki, məhkəmə də verilən tələblər daxilində işə baxmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçı4 Mollateyyub oğlu tərəfindən hazırki iddianın qaldırılması üçün 138 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı İş üzrə ekspertiza xərci 100 manat təşkil edir. Birinci instansiya məhkəməsi bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 14889.6 manat məbləğində əldən çıxmış fayda formasında maddi ziyan və ödənilmiş 134,67 manat dövlət rüsumu alınaraq iddiaçılar İddiaçı4 Mollateyyub oğluna, X1, İddiaçı2, İddiaçı6, İddiaçı3 Mollateyyub qızına, İddiaçı5 ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələri, Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X4 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsi, “İnsan hüquqları Bəyannaməsi” nin 18ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.1, 157.2, 157.4, 157.5, 157.6, 157.7, 157.8, 385.1, 386.1, 439.4, 1091.1, 1091.2, 1096.1, 1096.2, 1097.1, 427.1,427.2,427.3, 439.3, 442, 443.1, 443.2, 445.1, 445.2.1, 448.1, 449.1, 465.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1, 118.1, 119.1, 124.1, 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyаsiyа şikаyətini onunla əsaslandırılmışdır ki, iddiaçılar özlərinə məxsus torpaq sahəsindən əldən çıxmış faydaya dair ona qarşı iddia qaldırmışlar. İddiaçıların mövqeyi ondan ibarətdir ki, onda həmin torpaq sahəsində qarğıdalı əksəydi, 14889.6 manat gəlir əldə edərdi. Halbuki, iddiaçılar heç vaxt həmin torpaq sahəsində əkin biçin işləri aparmamışdır. Torpaq sahəsi 10 ildən artıq onun istifadəsində olmuşdur və o, torpaq sahəsindən çıxdıqdan sonra alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini özgəninkiləşdirmişlər. İddiaçılar özləridə qarğıdalı əkəcəkləri təqdirdə və həmin qarğıdalıdan əldə edəcəyi gəliri hesablamaqla əldən çıxmış faydanı tələb edirlər. Əgər iddiaçılar bu qədər gəlir əldə edirdilərsə niyə torpaq sahəsini satırdılar? Torpaq sahəsini satmazdılar, əkərdəlir. Görünür ki, iddiaçıların tələbi yalnız əsassız varlanma olmaqla onun hesabına varlanmaq məqsədidir. O, məhkəmə iclasında vermiş olduğu ifadədə həmin torpaq sahəsini iddiaçılardan 2012-ci il tarixdə aldığını, iddiaçılara 10000 manatdan artıq ödəniş etdiyi bildirilmiş, lakin məhkəmə tərəfindən nəzərə alınmamışdır. Onuda qeyd edir ki, iddiaçılar xx.xx.2015-ci il tarixdə iddiaçının qardaşı X5 mübahisələndirilən torpaq sahəsi ilə bağlı bütün əməliyyatların həyata keçirilməsi ilə (alqı-satqı və digər) etibarnamə vermişlər. Etibarnamə 22 noyabr 2022-ci il tarixdə ləğv olunmuşdur. İddiaçılar məhkəmə iclasında torpaq sahəsini istifadəyə verdiklərini qeyd etmişdir. Məhkəmə iddiaçıların vermiş olduğu ifadələri inandırıcı hesab edərək, iddia tələbini təmin etmişdir. İddiaçılar tərəfindən verilmiş etibarnamə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qeyd edir ki, məhkəmə iddiaçıların izahatlarını, işdə olan sübutları və ekspert rəyini işin hallarına uyğun sayaraq iddiaçıların iddiasını təmin etmişdir. Məhkəmə işin hallarını tam araşdırmamış, əsassız qərar qəbul etmişdir. Odur ki, Balakən Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(019)-270/2023 saylı qətnaməsi ləğv edilməsini və yeni qətnamə qəbul edilərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi, həmçinin vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(019)-270/2023 saylı qətnaməsini ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı4 və iddiaçıların nümayəndəsi, həmçinin vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və Balakən Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(019)-270/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdeh məhkəmə kollegiyasına teleqram göndərərək anasının xəstə olması ilə bağlı məhkəmə iclasının başqa tarixə təxir olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh vəkil və nümayəndə ilə təmsil olunmuş, eyni zamanda anasının xəstə olması ilə bağlı məhkəmə kollegiyasına heç bir sübüt növü təqdim etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən ki, məhkəmə kollegiyası işə cavab deh Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Kostitusiyası: Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarındlan ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirirlər, Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(019)-270/2023 saylı qətnaməsi ləğv edilməsini və yeni qətnamə qəbul edilərək iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(019)-270/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmişdir. İş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(019)-270/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı4 Mollateyyub oğlu, X2, İddiaçı2, İddiaçı6, İddiaçı3 Mollateyyub qızı, İddiaçı5 Balakən rayonu Qazma kəndində aparılan torpaq islahatı nəticəsində onlara Balakən Rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 saylı qərarı ilə 2.06 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. 2012-ci ilin mart ayından cavabdeh iddiaçılara məxsus olan torpaq sahəsindən istifadə etmiş və sonradan iddiaçılar özlərinə məxssus torpaq sahəsinin boşaldılmasını tələb etdikdə cavabdeh bundan imtina etmişdir. Bundan sonra iddiaçılar məhkəməyə müraciət edərək cavabdehin özlərinə məxsus torpaq sahəsindən çıxarılmasını xahiş etmişlər. Balakən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(019)-205/2019 nömrəli qətnaməsi ilə Cavabdeh iddiaçılara məxsus 1,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları bərpa edilmişdir. Bundan sonra 2019-cu ildən 2021-ci il tarixədək olan müddət ərzində Cavabdeh tərəfindən iddiaçılara məxsus Balakən rayonu Qazma kəndində yerləşən 1,748 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini istifadə, sahiblik və sərəncam vermə hüququndan məhrum etməklə iddiaçılara maddi ziyan vurmuşdur. Cavabdeh şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçılar heç vaxt həmin torpaq sahəsində əkin biçin işləri aparmamış, torpaq sahəsi 10 ildən artıq onun istifadəsində olmuşdur. O, torpaq sahəsindən çıxdıqdan sonra alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini özgəninkiləşdirmişlər. İddiaçılar özləridə qarğıdalı əkəcəkləri təqdirdə və həmin qarğıdalıdan əldə edəcəyi gəliri hesablamaqla əldən çıxmış faydanı tələb edirlər. Əgər iddiaçılar bu qədər gəlir əldə edirdilərsə niyə torpaq sahəsini satırdılar? Torpaq sahəsini satmazdılar, əkərdəlir. Görünür ki, iddiaçıların tələbi yalnız əsassız varlanma olmaqla onun hesabına varlanmaq məqsədidir. O, məhkəmə iclasında vermiş olduğu ifadədə həmin torpaq sahəsini iddiaçılardan 2012-ci il tarixdə aldığını, iddiaçılara 10000 manatdan artıq ödəniş etdiyi bildirilmiş, lakin məhkəmə tərəfindən nəzərə alınmamışdır. Kollegiya hesab edir ki, şikayətin dəliləri əsassızıdır. Balakən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(019)- 205/2019 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh iddiaçılara məxsus 1,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. İşdəki sübutlarla müəyyən olunur ki, Balakən Rayon Məhkəməsinin 19 fevral 2019cu il tarixli 2(019)-205/2019 saylı icra sənədi uzun müddət icra edilməmiş və həqiqətən də həmin icra sənədinin icrası ilə əlaqədar sözügedən 1,748 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə iddiaçılara təhvil verilmiş, torpaq sahəsi 2012-ci ilin mart ayından xx.xx.2021-ci il tarixədək cavabdehin qanunsuz sahibliyində olmuş və həmin müddət ərzində cavabdeh iddiaçıları mülkiyyətlərində olan torpaq sahəsinə sahiblik etmək, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarından məhrum etmişdir. Bundan başqa Cavabdehlər İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı6, Hacıyeva (Məsimli) Sənəm Mollateyub qızına və İddiaçı5 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər İddiaçı4, İddiaçı2, İddiaçı1,İddiaçı6, Hacıyeva (Məsimli) Sənəm Mollateyub qızından və İddiaçı5 10100 (on min bir yüz) manat pulun, 4400 (dörd min dörd yüz) ABŞ dollarının, 3 ton sementin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 143 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-108/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı1 Ərəbiddirı oğluna, İddiaçı2, Hacıyeva (Məsimli) Sənəm Mollateyub qızına, İddiaçı4, İddiaçı5 Mollateyub oğluna və İddiaçı6 qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)- 590/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(019)- 108/2022 saylı qətnaməsi qismən, iddianın təmin edilməyən 100 (yüz) manata aid hissədə ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, cavabdehlər İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı6, Hacıyeva (Məsimli) Sənəm Mollateyub qızı və İddiaçı5 müştərək qaydada 100 (yüz) manat məbləğində pulun tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmiş, qətnamə mübahisələndirilən digər hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən 2012-ci il tarixdə iddiaçılardan alması və iddiaçılara 10000 manatdan artıq pul ödəməsi barədə şikayətin dəlilləri əsassızdır. Şikayətin iddiaçılar tərəfindən torpaq sahəsini satmasına dair dəlilinə qiymət verən kollegiya qeyd edir ki, şikayətin dəlili bu hissədə də əsassızıdır. Belə ki iş materiallarının 27-ci səhifəsində olan 6 may 2021-ci il tarixli çıxarışdan görünür ki, 1.748 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə iddiaçıların adına qeydə alınmışdır. Yəni torpaq sahəsi iddiaçılar tərəfindən satılmamışdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, iddiaçılar xx.xx.2015-ci il tarixdə X5 mübahisələndirilən torpaq sahəsi ilə bağlı bütün əməliyyatların həyata keçirilməsi ilə (alqısatqı və digər) etibarnamə vermişlər. Etibarnamə 22 noyabr 2022-ci il tarixdə ləğv olunmuşdur. Bu da onu deməyə əsas verir ki, topaq sahəsi satılmışdır. Kollegiya şikayətin bu hissəsi ilə də razılaşmır. Belə ki, iddiaçılar tərfindən X5 mübahisələndirilən torpaq sahəsi ilə bağlı bütün əməliyyatların həyata keçirilməsi ilə (alqısatqı və digər) etibarnamə verməsi, torpaq sahəsinin satılması anlamına gəlmir. İşin bu halı isə apelyatora iddiaçılara məxsus torpaq sahəsinin qanunsuz olaraq zəbt etməsinə və iddiaçılara ziyan vurmasına əsas vermir. Şikayətin digər dəlili ondan ibarətdir ki, iddiaçıların tələbi yalnız əsassız varlanma olmaqla onun hesabına varlanmaq məqsədidir. Kollegiya şikayətin bu hissəsi ilə də razılaşmır. Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hazırkı halda isə iddiaçılar 3 ilə yaxın müddətdə qanuni əsaslarla mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə bilməmiş, cavabdeh tərəf həmin torpaq sahəsini əkibbecərməklə iddiaçılara ziyan vurmuşdur. Bundan başqa kollegiya qeyd etməyi lazım bilir ki, birinci instansiya məhkəməsi işdə olan mütəxəssis və ekspert rəylərinə istianad etməklə mübahisəni yuxarıdakı qaydada həll etmişdir. Azərbaycan Respublikasinin Kənd Təsərrüfati Nazirliyi Balakən X8 Mərkəzinin 12 oktyabr 2022-ci il tarixli Qazma kənd sakini İddiaçı4 şəxsi mülkiyyətində olan (reyestr nömrəsi **********97 olan çıxarış sənədi üzrə) 1.748 ha pay torpaq sahəsindən 2015-2021ci iilər ərzində nə qədər qarğıdalı məhsulu əldə edilməsinin mümkünlüyü barədə mütəxəssis rəyində göstərilir ki, Qazma kənd sakini İddiaçı4 mülkiyyətində olan 1.748 ha torpaq sahəsində 2015-ci ildən 2022-ci ilə qədər olan müddətdə qarğıdalı bitkisi əkilərsə nə qədər qarğıdalı məhsulunu əldə etmək mümkün olmasının araşdırılması ilə bağlı xx.xx.2022-ci il tarixdə həmin əraziyə baxış keçirilmişdir. İddiaçı4 Mollateyyub oğlunun Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin reyestr nömrəsi **********97 olan Çıxarış sənədinə əsasən Qazma kəndinin “Tala çöl” adlı ərazidə yerləşən 1.748 ha torpaq sahəsinə baxış keçirilərkən torpaq sahəsinin münbit olduğu müşahidə edilmişdir. Həmin sahəyə hibrid növ quraqlığa davamlı məhsuldar toxum növü əkilərsə, düzgün aqrotexniki qulluq göstərilərsə və hava şəraiti əlverişli olarsa hər hektardan orta hesabla 55-70 sentinerdən qarğıdalı məhsulu götürmək olar. Qazma kəndi üzrə 2015-2021 -ci illərin statistik göstəriciləri də nəzərə almaqla 2015ci ildə 56,3 sent x 1.748 ha = 9,841 ton 2016- cı ildə 60,3 sent x 1.748 ha = 10,540 2017ci ildə 62,1 sent x 1.748 ha = 10,855 2018-ci ildə 60,7 sent x 1.748 ha = 10,610 2019- cu ildə 61,3 sent x 1.748 ha = 10,715 2020- ci ildə 61,6 sent x 1.748 ha = 10,767 2021 - ci ildə 66,4 sent x 1.748 ha = 11,606 Cəmi: 7 ildə 74,934 ton. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2023-cü il tarixli №7/446-9/2018 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Balakən X8 Mərkəzinin Bitkiçilik sektorunun müdiri Ş.Rəhimli tərəfindən tərtib edilmiş rəyə (e-2(019)-270/2023 mülki iş materialı səhifə 25-26) əsasən: Balakən rayonu Qazma kənd sakini İddiaçı4 mülkiyyətində olan 1,748 ha torpaq sahəsində 2015-ci ildən 2022-ci ilə qədər olan müddətdə qarğıdalı bitkisi əkilərsə nə qədər qarğıdalı məhsulu əldə etməyin mümkün olmasının araşdırılması ilə bağlı xx.xx.2022-ci il tarixdə həmin əraziyə baxış keçirilmişdir. İddiaçı4 çıxarış sənədinə əsasən Qazma kəndinin "Tarla çöl” adlı ərazidə yerləşən 1,748 ha torpaq sahəsinə baxış keçirilərkən torpaq sahəsinin münbit olduğunu, sahəyə hibrid növ quraqlığa davamlı məhsuldar toxum növü əkilərsə, düzgün aqrotexniki qulluq göstərilərsə və hava şəraiti əlverişli olarsa hər hektardan orta hesabla 55-70 sentner qarğıdalı məhsulu götürmək olar. Qazma kəndi üzrə 2015-2021-ci illərin statistik göstəriciləri də nəzərə alınmaqla 2015- ci ildə 56,3 sent. x 1,748 ha = 9,841 ton, 2016- cı ildə 60,3 sent. x 1,748 ha = 10,540 ton, 2017- ci ildə 62,1 sent. x 1,748 ha = 10,855 2018ci ildə 60,7 sent. x 1,748 ha = 10,610, 2019- cu ildə 61,3 sent x 1,748 ha = 10,715 2020ci ildə 61,6 sentx 1,748 = 10,767, 2021 -ci ildə 66,4 sent x 1,748 ha = 11,606 olmaqla 7 ildə cəmi 74,934 ton qarğıdalı məhsulunun mümkün olması müəyyən edilmişdir. Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Balakən X8 Mərkəzinin Bitkiçilik sektorunun müdiri Ş.Rəhimlinin tərəfindən tərtib edilmiş rəydə (e2(019)-270/2023 mülki iş materialı səhifə 25-26) 1,748 ha torpaq sahəsində 2015ci ildən 2022-ci ilə qədər olan müddətdə qarğıdalı bitkisi əkilərsə nə qədər qarğıdalı məhsulunu əldə etməyin mümkün olması və yalnız 2022-ci il üçün nə qədər məhsul əldə edilə bilməsi barədə heç bir məlumat olmadığından qərardadda qoyulmuş “İddiaçılar İddiaçı1 Ərəbiddirı oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Mollateyub oğlu və İddiaçı6 məxsus Balakən rayonu Qazma kəndində yerləşən 1.748 ha torpaq sahəsindən 19 fevral 2019-cu il tarixdən 6 iyul 2022-ci il tarixədək həmin vaxt üzrə hər illik və ümumilikdə həmin vaxt ərzində orta hesabla yığılmalı olan qarğıdalı məhsulunun məhsuldarlığı nə qədər təşkil edir?” sualı üzrə tədqiqat işləri aparılmadır. Respublikada mövcud olan qiymətlərdən (o cümlədən Balakən rayonunda), yerli internet saytlarında və eləcə də Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, rəyin biloji tədqiqat hissəsində göstərilənlərə, iş materiallarında olan məlumatlara əsasən 74,934 ton qarğıdalı məhsulunun 2019-2021ci il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 33720,30 (74934 x 0,45 man) manat müəyyən olunur. Həmin ekspertiza rəyinə əsasən iddiaçılar 2019-cu ildə həmin torpaq sahəsində 10.715 ton və 2020-ci ildə 10767 ton qarğıdalı məhsulu götürməklə, həmin illərlə qarğıdalı məhsulunun 1 kiloqramı 0,35 manat olmaqla 2019-cu ildə 3750,25 manat, 2020-ci ildə isə 3768,45 manat gəlir götürə bilərdilər. Həmçinin iddiaçılar 2021-ci ildə 11606 ton qarğıdalı məhsulu götürməklə və həmin ildə qarğıdalı məhsulunun 1 kiloqramı 0,70 manat olmaqla 8124,20 manat gəlir götürə bilərdlilər. İşdəki sübutlara əsasən 2019-2021-c illərdə, yəni torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olan bu üç il müddət ərzində götürələ bilən qarğıdalı məhsulu üçün götürülə biləcək gəlirin məbləği 15642,90 manat göstərilir. Rəylər nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin rəydən görünür ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmışdır. Cavabdeh şikayətinin digər dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Nəticədə əsassız qətnamə qəbul edilərək mübahisə mahiyyəti üzrə düzgün həll edilməmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, apellyasiya şikayəti bu hissədə əsassız olduğundan təmin edilə bilməz. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmişdir. İş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli və Balakən Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(019)-270/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(019)-270/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar