Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1256/2025 26.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Astan oğluna qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi tələbi, qüvvə) X1 (sədrlik edən və məruzəçi), X2 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Astan oğluna qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli e-2(025)-1064/2025 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Astan oğluna qarşı maddi zərərin ödənilməsi tələbi barədə iddia qaldırıb Cavabdeh1 məxsus olan Qəbələ şəhəri, E.Kərimov küçəsində fəaliyyət göstərən avtomobil təmiri sexinə təmir məqsədilə təhvil verilmiş mülkiyyətində olan «VAZ 21074 Minik» markalı ** RH *** dövlət nömrə nişanlı avtomobilin yanması səbəbindən yararsız vəziyyətə düşməsi nəticəsinə ona 4500,0 manat məbləğində maddi zərər dəydiyini göstərərək həmin məbləğin və 65,0 manat dövlət rüsumunun cavabdeh tərəfdən tutularaq xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü ilin mart ayında özünə məxsus olan yol nəqliyyat hadisəsi nəticəsində yararsız hala düşmüş «VAZ 21074 Minik » markalı ** RH *** dövlət nömrə nişanlı avtomobili təmir məqsədilə Cavabdeh1 məxsus olan Qəbələ şəhəri, E.Kərimov küçəsində fəaliyyət göstərən avtomobil təmiri sexinə aparmış və ilk növbədə dəmirqayırma işlərini görməkdən ötrü Cavabdeh3 təhvil vermişdir. Cavabdeh3 deformasiya olunmuş dəmir hissələrin bərpa işlərini gördükdən sonra avtomobil Cavabdeh4 Astan oğlu tərəfindən rənglənmiş və son quraşdırma işləri görülməsindən ötrü xx.xx.2024-cü il tarixdə Cavabdeh2 təhvil verilmişdir. xx.xx.2024-cü il tarixdə həmin avtomobil təmiri sexində baş vermiş yanğın nəticəsində ona məxsus olan «VAZ 21074 Minik» markalı ** RH *** dövlət nömrə nişanlı avtomobil tamamilə yanaraq yararsız hala düşmüş və ona 4500,0 manat məbləğində maddi zərər dəymişdir. Cavabdeh1 yanğın hadisəsinin ildırım boşalması nəticəsində baş verdiyini bildirərək ona dəymiş maddi zərəri ödəməkdən imtina etmişdir. AR FHN tərəfindən aparılmış araşdırma nəticəsində yanğın hadisəsinin bilavasitə texniki səbəbi taplmasa da ildırım boşalması nəticəsində baş vermədiyi müyəyyən edilmişdir. Cavabdeh1 məxsus olan Qəbələ şəhəri, E.Kərimov küçəsində fəaliyyət göstərən avtomobil təmiri sexində mühafizə olmamış və yanğın təhlükəsizliyi sistemi qurulmamışdır. Ona görə də, Qəbələ şəhəri, E.Kərimov küçəsində fəaliyyət göstərən avtomobil təmiri sexinə təmir məqsədilə təhvil verilmiş mülkiyyətində olan «VAZ 21074 Minik» markalı ** RH *** dövlət nömrə nişanlı avtomobilin yanması səbəbindən yararsız vəziyyətə düşməsi nəticəsinə ona dəymiş 4500,0 manat məbləğində maddi zərərin cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Astan oğlunun hesabına müştərək qaydada ödənilməsi haqqında iddia qaldırmışdır.
3. Qəbələ Rayon Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli e-2(025)-1064/2025 nömrəli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2.6, 21.1, 1096.1, 1097.1 və 1097.3-cü maddələrinə istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan AR İN DVX tərəfindən verilmiş Fiziki şəxsin uçotu haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh1 xx.xx.2012-ci il tarixdə 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən uçota (VÖEN: **********) alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli 01 nömrəli İcarə müqaviləsinin surətinə əsasən Cavabdeh1 məxsus olan Qəbələ şəhəri, E.Kərimov küçəsində fəaliyyət göstərən avtomobil təmiri sexinin 20 kv/m sahəsi ayda 50 manat icarə haqqı ödənilməsi şərti ilə 5 il müddətinə Cavabdeh4 Astan oğlunun ( VÖEN: **********) istifadəsinə verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 06 nömrəli İcarə müqaviləsinin surətinə əsasən Cavabdeh1 məxsus olan Qəbələ şəhəri, E.Kərimov küçəsində fəaliyyət göstərən avtomobil təmiri sexinin 20 kv/m sahəsi ayda 50 manat icarə haqqı ödənilməsi şərti ilə 5 il müddətinə Cavabdeh2 ( VÖEN: **********) istifadəsinə verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 03 nömrəli İcarə müqaviləsinin surətinə əsasən Cavabdeh1 məxsus olan Qəbələ şəhəri, E.Kərimov küçəsində fəaliyyət göstərən avtomobil təmiri sexinin 20 kv/m sahəsi ayda 50 manat icarə haqqı ödənilməsi şərti ilə 5 il müddətinə Cavabdeh3 (VÖEN: **********) istifadəsinə verilmişdir. İşdə olan AC ******* nömrəli Qeydiyyat şəhadətnaməsinin surətinə əsasən 2008-ci ildə buraxılmış VAZ 21074 Minik» markalı ** RH *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2017-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarın surətinə əsasən xx.xx.2024-cü il tarixdə, saat 03:00 radələrində Cavabdeh1 məxsus olan Qəbələ şəhəri, E.Kərimov küçəsində fəaliyyət göstərən avtomobil təmiri sexində baş vermiş yanğın hadisəsi ilə əlaqədar AR FNN Əməliyyat-İstintaq İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilmişdir: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Milli hidrometeorologiya Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-14-2012 H 97-3/2024 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2024-cü il tarixli Qəbələ rayonu ərazisində müşahidə olunmuş hava şəraiti haqqında arayışa əsasən hava tutqun, buludlu (8/8), meteoroloji görünüş məsafəsi 4-10 km, havanın orta temperaturu 22,0 C, minimal temperaturu 16,6 C maksimal temperaturu 28,8 C cənub istiqamətli küləyin maksimal sürəti 8 m/san (5 bal) olmuşdur. 12.06..2024-cü il tarixində gecə saatlarında ildırımla müşayiət olunan yağış və leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 72,9 mm qeydə alınmışdır; *Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-istintaq İdarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/5765/2024 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertinin rəyinə əsasən yanaraq sıradan çıxmış 2006-cı il buraxılışlı, “VAZ 21074” markalı, **-RH-*** dövlət nömrə nişanlı minik avtomobilinin təyinatı üzrə istifadəyə tam yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 4500,00 (dörd min beş yüz) manat müəyyən olunmuşdur; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/5580 nömrəli məhkəmə yanğıntexniki ekspertinin rəyinə əsasən Qəbələ şəhəri, E.Kərimov küçəsində yerləşən avtomobil təmiri sexində baş vermiş yanğının mənbəyi, sexin tavan-dam hissəsində olmuşdur. Baxış zamanı mənbə zonasında yanğını şərtləndirə bilən hər hansı istilik ixrac edə bilən texniki qurğuların, yaxud ildırım boşalması üçün xarakterik olan iz və əlamətlərin aşkar edilmədiyini nəzərə aldıqda yanğın hadisəsinin bilavasitə texniki səbəbini müəyyən etmık mümkün olmamışdır; Hadisə yerinə keçirilmiş baxış protokolu, alınmış izahatlarla, ekspert rəyi və araşdırma zamanı toplanmış digər sənədlərə əsasən xx.xx.2024-cü il tarixdə, saat 03:00 radələrində Qəbələ şəhəri, E.Kərimov küçəsində yerləşən, Cavabdeh1 məxsus avtomobillərin təmiri sexinin tavan-dam hissəsinə təbiət hadisəsi olan ildırım boşalmasının düşməsindən yanğın hadisəsi baş vermişdir.
6. Qətnаmədən nаrаzı qаlаn İddiaçı nümayəndəsi və vəkili Vəkil аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, mübahisələndirilən qətnamə üzrə məhkəmə iddianı rədd edərək belə nəticəyə gəlmişdir ki, cavabdehlərin əməlində təqsirli hərəkət yoxdur, hadisə onların iradəsindən kənar baş vermişdir, bu səbəblə həmin şəxslər qaldırılan iddia üzrə cavabdehlik daşıya bilməzlər. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə işin hallarına, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığından ləğv edilməli, apellyasiya qaydasında yeni qətnamə çıxarılmaqla iddia təmin edilməlidir. İşin faktiki halına dair mübahisə yanğının baş vermə səbəbindən qaynaqlanır. Bu xüsusata qiymət vermək üçün nəzərə almaq lazımdır ki, baş vermiş hadisə ilə bağlı cinayət mühakimə icraatı qaydasında istintaq orqanı tərəfindən ekspertiza təyin edilmiş və həmin ekspertizanın nəticəsində hadisənin ildırım boşalnmasından baş verməsinə dair nəticə yoxdur. Yəni işin materiallarına əlavə edilmiş qərardan hadisənin məhz ildırım boşalması nəticəsində baş verdiyi öz təsdiqini tapmamışdır. Bu məsələ üzrə mütəxəsis olan ekspert məsələyə birmənalı qiymət vermədiyi halda digər yanakı hallara istinad etməklə yanğın hadisəsinin məhz yanğından baş verməsinə dair məhkəmədin gəldiyi nəticə qanuni hesab edilə bilməz. Həmçinin məhkəmə araşdırması zamanımüəyyən olunmuşdur ki, hadisənin baş verdiyi təmir sexində yanğından mühafizəyə dair qaydalara əməl olunmamış, ən əsası isə sexin mühafizəsi təmin edilməmiş, yanğın hadisəsi barəsində sexin sahibinə və digər işçilərə sexin yaxınlığında yaşayan qonşu məlumat vermişdir. Bu baxımdan yanğının hansısəbəbdən qaynaqlanmasından asılı olmayaraq onun vaxtında söndürülməsi və sexdə olan əşyaların çıxarılması üçün ilkin zəruri tədbirlər həyata keçirilməmişdir. Cavabdehlərin verdiyi izahatlardan məlum olur ki, sex daş divardan və digər konstruksiyadan ibarət olmuşdur. Bu da belə bir nəticə çıxarmağa əsas verir ki, yanğın baş verəndən xeyli müddət sonra onun qarşısını almaq üçün addımlar atılmışdır. Bu isə iddiaçının əmlakını məhv olmaqdan qurtarmamışdır. Göründüyü kimi hadisənin ildırım boşalmasından baş verməsinə dair açıq və aydın sübutlar olmadığı halda məhkəmə əsassız olaraq bu nəticəyə gəlmişdir. İddia tələbinə maddi hüquq normalarınıntətbiq edilməsində də məhkəmə məhz yuxarıda qeyd edilən aspektdən düzgün nəticəyə gəlməmişdir. Hazırki iddia podrart müqaviləsinin normalarına uyğun əsaslandırılmışdır. Bu işin hallarına uyğundur. İşdən görünür ki, sifarişçi öz vəsaiti hesabına (ehtiyat hissələri təmin etməklə) işlərin görülməsini tələb etmiş, icraçılar da bunu qismən icra etmişlər. Bu vəziyyətdə iddianın Mülki Məcəllənin 1096-cı maddəsinə əssaslanmaqla rədd edilməsi ağılabatan olmamaqla hüquqa uyğun deyil. Hazırki mübahisəyə podrat müqaviləsinin normalarına uyğun qiymət verilməli olduğundan iddia tələbinə məhz Mülki Məcəllənin 762 və 772-ci maddələrinin müddəaları tətbiq edilməli idi. Həmin normaların tələblərinə görə cavabdehlər sifarişi qəbul etdikdən sonra sifariş üçün qəbul edilmiş işin və sifarişə təqdim edilmiş əmlakın (əşyanın) salamatlığına cavabdehlik daşıyırlar. Lakin məhkəmə bunları nəzərə almayaraq cavabdehlərin yekdil olmayan və işin həllində əhəmiyyət kəsb etməyən mülahizələrinə uyğun qərar qəbul etməklə iddiaçının qanunla qorunan mənafeyinə zərər vurmuşdur. İddia tələbinə maddi hüquq normasınındüzgün tətbiq edilməməsi işin düzgün olmayan həllinə gətirib çıxarmışdır.
8. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli e-2(025)- 1064/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Astan oğlu məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh2 məhkəməyə ərizə göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli e- 2(025)-1064/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli e-2(025)-1064/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqlar və vəzifələr yaradır. 21.1 maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzininin tam ödənilməsini tələb edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd ( mülki qanunvericiliyin normalarını pozan) əməldir ( hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəsinin ödənilməsi nəzərdə tutula bilər.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
19. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
20. İddiaçı nümayəndəsi və vəkili Vəkil Qəbələ Rayon Məhkəməsinin 16 oktyabr 2025ci il tarixli e-2(025)-1064/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 03:00 radələrində Cavabdeh1 məxsus olan Qəbələ şəhəri, E.Kərimov küçəsində fəaliyyət göstərən avtomobil təmiri sexi təbiət hadisəsi olan ildırım boşalması ilə əlaqədar tavan-dam hissəsində baş vermiş yanğın nəticəsində yanmışdır. Yangın nəticəsində İddiaçı məxsus olan «VAZ 21074 Minik » markalı ** RH *** dövlət nömrə nişanlı avtomobilin tamamilə yanması ilə əlaqədar 4500,0 manat məbləğində maddi zərər dəymişdir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab etmişdir ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 məxsus olan Qəbələ şəhəri, E.Kərimov küçəsində fəaliyyət göstərən avtomobil təmiri sexində baş vermiş yanğın konkret bir şəxsin təqsirindən baş verməmişdir və təbiət hadisəsi olan ildırım boşalması ilə əlaqədar olduğundan obyektiv surətdə hüquqa zidd əməl hesab edilmir. Ona görə də, həmin vaxt sexdə saxlanmış «VAZ 21074 Minik» markalı ** RH *** dövlət nömrə nişanlı avtomobilin yanaraq yararsız vəziyyətə düşməsi nəticəsinə İddiaçı dəymiş maddi zərər cavabdeh tərəfdən tələb oluna bilməz.
23. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
24. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli e-2(025)-1064/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli e-2(025)-1064/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.