Məhkəmə qərarları › İş №2(107)-1258/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1258/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1258/2023 21.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X3 və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Kərimli Tunar Mübariz oğlunun katibliyi, İddiaçı X2 və onun nümayəndəsi, həmçinin vəkili Vəkil iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(039)-1191/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı X5 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 6012.2 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, məcburi köçkündür. Müvvəqəti olaraq Yevlax şəhəri 32-ci məhəllə bina 3, mənzil 35-da yaşayır. Cavabdehi xeyli müddətdir ki, tanıyır. Cavabdeh ayrı-ayrı şəxslərə xeyli miqdarda pul borcu olduğundan ondan həmin borcları bağlamaq üçün pul istəmiş, o da 2020-ci ilin noyabr ayında "xxxx" ASC-dən 4780 manat və 3200 manat olmaqla, iki kredit götürmüşdür. Həmçinin həmin bankdan ona verilən Birkartdan 1020 manat pul çıxardaraq Cavabdeh cəmi 9000 manat məbləğində borc pul vermişdir. Aralarında olan razılaşmaya əsasən Şəlaləyə 9000 manat pul versə də, sonuncu ona daha çox pul qaytarmalı idi. Əslində həmin pulu banka qaytarmalı idi. Yəni onun bankdan götürdüyü pulu sonacan Cavabdeh ödəməli idi. Bu barədə Cavabdeh öz xətti ilə qəbz yazaraq özü də imzalamışdır. O, X4 9000 manat borcu olduğu üçün Mahirənin "xxxx"a olan kredit və 1 karta olan borcunu öz üzərinə götürüb ona olan borcunu qaytarmaq üçün Şəlalə 1 kart və bank kreditini ödəməyə axıra kimi hazır olması barədə qəbz yazmış, həmin qəbzdə 02 mart 2021-ci il tarixdə Cavabdeh bank borcu qurtarandan sonra Mahirəyə borcu qalmayacağını bildirmişdir. Göründüyü kimi Cavabdeh onun "xxxx"a olan kredit və 1 kart borclarını sonacan ödəməni öz öhdəsinə götrmüşdür. Həmin vaxtdan başlayaraq Cavabdeh bank kreditlərini ödəmişdir. Lakin artıq öz üzərində götürdüyü öhdəliyə əməl etməyərək 2023-cü ilin mart ayından sonrakı ödənişləri etməyəcəyini bildirir. 3200 manata dair GTKR3225350A180 saylı kredit üzrə xx.xx.2023-cü il və ondan sonrakı ödənişlərə dair olan cəmi 2107.18 manat, 4780 manata dair GTKR3225390A180 saylı kredit üzrə xx.xx.2023-cü il və ondan sonrakı ödənişlərə dair olan borcu, həmçinin ilk 4 aya dair ödənişlər cəmi 3905.02 manat cəmi 6012.2 manatdır. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin (hakim: K.Əliyev) 24 iyul 2023-cü il tarixli, 2(039)- 1191/2023 saylı qətnaməsi ilə iddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı cavabdehə 9000 manat məbləğində borc vermiş, cavabdehdən bunun müqabilində Kapitalbanka olan borclarının ödənilməsini istəmiş, cavabdeh isə 9000 manat borcunu iddiaçının bank borclarını ödəyərək qaytaracağı baradə ona qəbz vermişdir. Sonradan cavabdeh iddiaçıya olan 9000 manat məbləğində borcunu həmin həddə iddiaçının banka olan borcu əvəzinə ödəmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı ilə bank arasında kredit müqavilələri xx.xx.2020-ci il tarixdə, cavabdehlə olan müqavilə isə xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçı cavabdehə 9000 manat məbləğində borc vermiş, cavabdehdən bunun müqabilində Kapitalbanka olan borclarının ödənilməsini istəmiş, cavabdeh isə 9000 manat borcunu iddiaçının bank borclarını ödəyərək qaytaracağı baradə ona qəbz vermişdir. Sonradan cavabdeh iddiaçıya olan 9000 manat məbləğində borcunu həmin həddə iddiaçının banka olan borcu əvəzinə ödəmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı ilə bank arasında kredit müqavilələri xx.xx.2020-ci il tarixdə, cavabdehlə olan müqavilə isə xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı bank (kreditor) qarşısında olan öhdəliyini üçüncü şəxsə mülki qanunvericilikdə qeyd olunduğu kimi yalnız kreditorun icazəsi ilə verdiyi halda etibarlı olur. Göründüyü kimi hazırki mübahisədə belə şərtə əməl olunmamışdır. Qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, iddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin oluna bilməz. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 385.1, 442, 522, 522.2, 522.3-ci maddələri, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarı, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 88 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2(039)-1191/2023 saylı qətnaməsinə əsasən, onun Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş əsassız qətnamə ilə o, öz mülkiyyətindən (pulundan) məhrum olmuşdur. Birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, onun tərəfindən iddianı təsdiq edən hər hansısa bir sübut məhkəməyə təqdim olunmamışdır. Belə ki, cavabdehin öz xətti ilə yazıb özü də şəxsən imzaladığı qəbz sübut deyil ?. Axı həmin qəbzdə cavabdeh özü yazmışdır ki, “o, 1 kartı və bank kreditini ödəməyə axıra kimi hazırdır”, “bank borcu qurtarandan sonra onun ona borcu qalmayacaqdır”. O, məhz 9000 manat qurtarandan sonra deyil, ümumiyyətlə bank borcunun (əsas borc, faiz və s.) qurtarandan sonra borcunun bitəcəyini anlamış və bunu yazılı şəkildə təsdiq etmişdir. Əgər cavabdehə 9000 manat borc verib 9000 manatı da tələb etsəydi, bu zaman Şəlalə qəbzdə sadəcə yazardı ki, “Mahirədən 9000 manat pul aldım və filan vaxtı qaytaracam.” O, Cavabdeh xeyli vaxtdır ki, tanıyır. Cavabdeh ayrı-ayrı şəxslərə xeyli miqdarda pul borcu olduğundan Şəlalə ondan həmin borcları bağlamaq üçün pul istəmişdir. O, da 2020-ci ilin noyabr ayında "xxxx" ASCdən 4780 manat və 3200 manat olmaqla, iki kredit götürmüşdür. Həmçinin həmin bankdan ona verilən Birkartdan da 1020 manat pul çıxardaraq Cavabdeh cəmi 9000 manat məbləğində pul vermişdir. (4780+3200+1020=9000). Aralarında olan razılaşmaya əsasən, o, Şəlaləyə 9000 manat pul versə də, o, ona daha çox pul qaytarmalı idi. Əslində həmin pulu ona deyil, banka qaytarmalı idi. Yəni onun bankdan götürdüyü pulu sonacan Cavabdeh ödəməli idi (həm əsas borcu, həm də faizləri). Bu barədə Cavabdeh öz xətti ilə qəbz yazaraq özü də imzalamışdır. Həmçinin həmin qəbzin altında Yaqut Tağıyeva da imza edərək Cavabdeh ilə arasında olan müqaviləyə şahid olduğunu bildirmişdir. Lakin həmin şəxs heç məhkəmə tərəfindən dindirilməmişdir. Həmin vaxtdan başlayaraq Cavabdeh bank kreditlərini ödəmişdir. Lakin artıq öz üzərinə götürdüyü öhdəliyə əməl etməyərək 2023-cü ilin mart ayından sonrakı ödənişləri etməyəcəyini bildirir. O, isə haqlı olaraq ondan tələb edir ki, banka olan borclarını bağlasın. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2(039)-1191/2023 saylı qətnaməsi ləğv edilməsini, yeni qətnamənin qəbul edilməsini, iddia tələbi təmin edilməsini, Cavabdeh onun xeyrinə 6012,20(altı min on iki manat iyirmi qəpik) mаnаt məbləğində pulun alınaraq ödənilməsi bаrədə qətnаmənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X5 və onun nümayəndəsi, həmçinin vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2(039)-1191/2023 saylı qətnaməsi ləğv edilməsini, yeni qətnamənin qəbul edilməsini, iddia tələbi təmin edilməsini, Cavabdeh onun xeyrinə 6012,20(altı min on iki manat iyirmi qəpik) mаnаt məbləğində pulun alınaraq ödənilməsi bаrədə qətnаmənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə, öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 522.1-ci maddəsinə əsasən Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Həmin Məcəllənin 522.2-ci maddəsinə əsasən Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Həmin Məcəllənin 522.3-ci maddəsinə əsasən İcazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Yevlax Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2(039)-1191/2023 saylı qətnaməsi ləğv edilməsini, yeni qətnamənin qəbul edilməsini, iddia tələbi təmin edilməsini, Cavabdeh onun xeyrinə 6012,20 (altı min on iki manat iyirmi qəpik) mаnаt məbləğində pulun alınaraq ödənilməsi bаrədə qətnаmənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(039)-1191/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddia tələbinin GTKR3225350A180 saylı kredit müqaviləsi üzrə 1434.78 manat və GTR3225390A180 saylı kredit üzrə 2188.18 manat cəmi 3622.96 manata aid hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(039)-1191/2023 saylı qətnaməsi qismən, iddianın təmin edilməyən GTKR3225350A180 saylı kredit müqaviləsi üzrə 1434.78 manat və GTR3225390A180 saylı kredit üzrə 2188.18 manata aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia GTKR3225350A180 saylı kredit müqaviləsi üzrə 1434.78 manat və GTR3225390A180 saylı kredit üzrə 2188.18 manat cəmi 3622.96 manat Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Qətnamə mübahisələndirilən digər hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 9000 manat məbləğində borc vermiş, cavabdehdən bunun müqabilində Kapitalbanka olan borclarının ödənilməsini istəmiş, cavabdeh isə 9000 manat borcuna dair iddiaçının bank borclarını tam ödəyərək qaytaracağı baradə ona qəbz vermişdir. Sonradan cavabdeh iddiaçıya olan 9000 manat məbləğində borcunu həmin həddə iddiaçının banka olan borcu əvəzinə ödəmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının bankdan götürdüyü pulu sonacan Cavabdeh ödəməyi (həm əsas borcu, həm də faizləri) öhtəsinə götürmüş və bu barədə Cavabdeh öz xətti ilə qəbz yazaraq özü də imzalamışdır. Həmin vaxtdan başlayaraq Cavabdeh bank kreditlərini ödəmişdir. Lakin artıq öz üzərinə götürdüyü öhdəliyə əməl etməyərək 2023-cü ilin mart ayından sonrakı ödənişləri etməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyator apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, Cavabdeh ayrı-ayrı şəxslərə xeyli miqdarda pul borcu olduğundan Şəlalə ondan həmin borcları bağlamaq üçün pul istəmişdir. O, da 2020-ci ilin noyabr ayında "xxxx" ASC-dən 4780 manat və 3200 manat olmaqla, iki kredit götürmüşdür. Həmçinin həmin bankdan ona verilən Birkartdan da 1020 manat pul çıxardaraq Cavabdeh cəmi 9000 manat məbləğində pul vermişdir. (4780+3200+1020=9000). Aralarında olan razılaşmaya əsasən, o, Şəlaləyə 9000 manat pul versə də, o, ona daha çox pul qaytarmalı idi. Əslində həmin pulu ona deyil, banka qaytarmalı idi. Yəni onun bankdan götürdüyü pulu sonacan Cavabdeh ödəməli idi (həm əsas borcu, həm də faizləri). Bu barədə Cavabdeh öz xətti ilə qəbz yazaraq özü də imzalamışdır. Həmin vaxtdan başlayaraq Cavabdeh bank kreditlərini ödəmişdir. Lakin artıq öz üzərinə götürdüyü öhdəliyə əməl etməyərək 2023-cü ilin mart ayından sonrakı ödənişləri etməyəcəyini bildirir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin yuxarıda qeyd edilmiş dəlili ilə qismən razılaşır. Belə ki, iş materiallarının 58-ci səhifəsində olan "xxxx" ASC-nin məktubundan görünür ki, iddiaçı X5 ilə "xxxx" ASC-nin Yevlax rayon filalı arasında bağlanmış xx.xx.2020-cu il tarixli, GTKR3225350A180 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 1434.78 manat, GTR3225390A180 saylı kredit üzrə xx.xx.2023cü il tarixinə 2188.18 manat borcu mövcuddur. Ona görə də kollegiya hesab edir ki, iddia tələbi GTKR3225350A180 saylı kredit müqaviləsi üzrə 1434.78 manat və GTR3225390A180 saylı kredit üzrə 2188.18 manat cəmi 3622.96 manata aid hissədə iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-cu il tarixli, GTKR3225350A180 №li kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X4 illik 24.5 faiz dərəcəsi ilə 48 ay müddətinə 3200 manat məbləğində kredit vermişdir. xx.xx.2020-cu il tarixli, GTR3225390A180 №li kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X4 illik 26.5 faiz dərəcəsi ilə 48 ay müddətinə 4780 manat məbləğində kredit vermişdir. Kollegiya gəldiyi nəticəni onunla əsaslandırır ki, Cavabdeh tərəfindən yazılaraq imzalanmış 02 mart 2021-ci il tarixli qəbzdən görünür ki, Şəlalə X1 9000 manat borcu olduğu üçün Mahirənin “Kapitabank”a olan kredit və 1 karta olan borcunu öz üzərinə götürüb ona olan borcunu qaytarmaq üçün Şəlalə 1 kart və bank kreditini ödəməyə axıra kimi hazır olması barədə qəbz yazmış, bank borcu qurtarandan sonra Mahirəyə borcu qalmayacağını bildirmişdir. İş materiallarının 58-ci səhifəsində olan "xxxx" ASC-nin məktubundan görünür ki, iddiaçı X5 ilə "xxxx" ASC-nin Yevlax rayon filalı arasında bağlanmış xx.xx.2020-cu il tarixli, GTKR3225350A180 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 1434.78 manat, GTR3225390A180 saylı kredit üzrə xx.xx.2023-cü il tarixinə 2188.18 manat borcu mövcuddur. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Eyni zamanda, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, iddianın tam təmin edilməli olması barədə iddiaçının apellyasiya şikayətindəki dəlilləri məhkəmə iclasında öz təsdiqini qismən tapdığından şikayət qismən əsaslıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddia tələbinin 1434.78 manat və 2188.18 manat cəmi 3622.96 manata aid hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş və iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(039)-1191/2023 saylı qətnaməsi iddia tələbinin 1434.78 manat və 2188.18 manata aid hissədə qismən ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi 1434.78 manat və 2188.18 manat cəmi 3622.96 manat pul tələbinə aid hissədə təmin edilməlidir. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(039)-1191/2023 saylı qətnaməsi qismən, iddianın təmin edilməyən xx.xx.2020-cu il tarixli, GTKR3225350A180 saylı kredit müqaviləsi üzrə 1434.78 manat və xx.xx.2020-cu il tarixli GTR3225390A180 saylı kredit üzrə 2188.18 manata aid hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. xx.xx.2020-cu il tarixli GTKR3225350A180 saylı kredit müqaviləsi üzrə 1434.78 manat və xx.xx.2020-cu il tarixli GTR3225390A180 saylı kredit üzrə 2188.18 manat cəmi 3622.96 manat Cavabdeh alınaraq iddiaçı X4 verilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar