Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1259/2023 12.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehdən tutulması, tutulmanın ipoteka predimetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Kredit borcu, ipoteka predmetinə yönəlmə) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehdən tutulması, tutulmanın ipoteka predimetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tаrixli, 2(039)-47/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə "xxxx" ASC) cavabdehlər Cavabdeh qarşı kredit üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehdən tutulması, tutulmanın ipoteka predimetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmiş, daha sonra iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə əlavə iddia ərizəsi verərək Cavabdeh İP 511 saylı kredit müqaviləsinə əsasən 118,365.96 manat əsas borc, 30,183.33 manat faiz borcu, 5,580.69 manat cərimə borcu olmaqla, cəmi 154,129.98 manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinə yönəldilməsi, Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 170,000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, Daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 445 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, sonradan ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini dəqiqləşdirərək borcun cavabdehdən tutularaq iddiaçı xeyrinə ödənilməsi xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Borcalan”) arasında Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin götürülməsi ilə bağlı 16 sentyabr 2019-cu il tarixli İP 511 nömrəli kredit müqaviləsi imzalanmış və Bank tərəfindən borcalana illik faiz dərəcəsi 8% olmaqla 300 ay müddətinə 119,000 manat məbləğində ipoteka krediti verilmişdir. Eyni zamanda tərəflər arasında xx.xx.2019-cu il tarixli İP 511 saylı ipoteka krediti ilə bağlı razılaşma imzalanmışdır. Razılaşmanın şərtlərinə əsasən ipoteka krediti ilə bağlı müqavilə əsasında borcalanın öhdəliyi Fond tərəfindən maliyyləşmədiyi və ya tələb hüququnun geri alınması tələb edildiyi halda razılaşma qüvvəyə minir, əsas kredit müqaviləsinin predmeti üzrə müəyyən olunan şərtlərin bu razılaşmada göstərilən şərtlərə dəyişdirilməsi barədə münasibətləri tənzimləyir. Bununla yanaşı, qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bank ilə Borcalan arasında 18 sentyabr 2019-cu il tarixli İP 511 nömrəli alqı-satqı və ipoteka müqaviləsi imzalanmış və Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İP 511 saylı alqı-satqı və ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********71-10301 qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi, xx.xx.2019) dövlət reyestrindən çıxarış və PŞB-İP seriyalı, 00529 nömrəli ipoteka kağızı verilmişdir. Lakin Kredit alan həmin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. İpoteka saxlayan İddiaçı ASC İpoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanın Banka məlum olan qeydiyyat ünvanına bildiriş göndərmişdir və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə təqdim olunmuş və qeydiyyata alınmışdır. İddiaçı ASC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 445 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, Cavabdeh 08 avqust 2022-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir. İP 511 saylı kredit müqaviləsinə əsasən 118,365.96 manat əsas borc, 30,183.33 manat faiz borcu, 5,580.69 manat cərimə borcu olmaqla, cəmi 154,129.98 manat təşkil edir, gecikmə günü sayı-914 gündür.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçının nümayəndəsi X9 ərizə ilə məhkəməyə müraciət edərək, nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, iddiaçının nümayəndəsi isə ərizə ilə məhkəməyə müraciət edib mülki işə onların iştirakı olmadan baxılıb qətnamə qət edilməsini xahiş etdiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.
5. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tаrixli, 2(039)-47/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2019-cu il tarixli, İP 511 saylı kredit müqaviləsinə əsasən 118,365.96 (yüz on səkkiz min üç yüz altmış beş manat 96 qəpik) manat əsas, 30,035.89 (otuz min otuz beş manat 89 qəpik) manat faiz, 1580.69 (min beş yüz səksən manat 69 qəpik) manat cərimə borcu olmaqla, cəmi 149.982,54 (yüz qırx doqquz min doqquz yüz səksən iki manat 54 qəpik) manat məbləğində borcun iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinə yönəldilməsi, Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 170000 (yüz yetmiş min) manat müəyyən edilməsi, evin açıq hərracdan satılması və evin satışından əldə edilən pul vəsaiti hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 149.982,54 (yüz qırx doqquz min doqquz yüz səksən iki manat 54 qəpik) manat iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh qaytarılması, Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinin satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədikləri təqdirdə Cavabdeh həmin fərdi yaşayış evindən çıxarılması və evin onlar tərəfindən boşaldılması, iddianın qalan hissədə rədd olunması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 439 (dörd yüz otuz doqquz) manat məbləğində pul və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat, dövlət rüsumunun və 30 (otuz) manat məbləğində xidmət haqqının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bank kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun müqavilə müddətinin sonuna, yəni xx.xx.2022-ci il tarixə Banka 118,365.96 manat əsas, 30,183.33 manat faiz borcu, 5,580.69 manat cərimə borcu olmaqla, cəmi 154,129.98 manat borcu yaranmışdır.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının irəli sürdüyü tələb cavabdehdən əsas kredit borcunun, faiz borcunun və müqavilə müddəti bitdikdən sonra hesablanmış borcun tutulması hissəsində qismən əsaslıdır, lakin dəbbə pulu yüksəkdir.
8. Məhkəmə hesab etmişdir ki, borcun tutulması barədə iddia tələbi qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli İP 511 saylı kredit müqaviləsinə Cavabdeh "xxxx" ASC-nin xeyrinə 118,365.96 manat əsas, 30,035.89 manat faiz, 1580.69 manat cərimə borcu olmaqla, cəmi 149.982,54 manat məbləğində borc tutulmalıdır, iddia qalan hissədə təmin edilməməlidir.
9. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə əlaqədar borcun ipoteka ilə yüklü edilmiş əmlak hesabına ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xx.xx.2019-cu il tarixli **********71-10301 saylı bildiriş göndərilmiş və qeyd olunan bildiriş xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında mübahisə olmadığı üçün qiymətləndiricinin rəyi alınmamışdır.
11. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli İP 511 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASCnin xeyrinə 118,365.96 (yüz on səkkiz min üç yüz altmış beş manat 96 qəpik) manat əsas, 30,035.89 (otuz min otuz beş manat 89 qəpik) manat faiz, 1580.69 (min beş yüz səksən manat 69 qəpik)manat cərimə borcu olmaqla, cəmi 149.982,54 (yüz qırx doqquz min doqquz yüz səksən iki manat 54 qəpik) manat məbləğində borc tutulmalı, tutma Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinə yönəldilməli, Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evi açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsatinin İddiaçı ASC-yə olan kredit borcunun ödənilməsinə yöndəldilməli; Daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməli, iddia tələbi qalan hissədə rədd olunmalıdır.
12. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh tutulması ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, bu hissədə olan tələb məhkəmə qətnaməsinin icrası qaydasında müvafiq qanunvericiliyin tələblərinə uyğun həll edilməli məsələ olduğundan bunun qətnamədə qeyd edilməsinə zərurət yoxdur.
13. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab etmişdir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqının və ödənilmiş 439 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul isə Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 279, 317.1, 319.1, 467, 739-cu maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 39.3.3, 59.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnаmədən nаrаzı qаlаn iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh аpellyаsiyа şikаyətləri vermişlər.
16. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti özünün apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edirlər ki, Yevlax Rayon Məhkəməsinin e-2(039)- 47/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi faiz və cərimə borcunun tutulmasının təmin edilməyən və ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsinin təmin edilməməsi hissəsində əsassızdır, buna görə də apelyasiya qaydasında baxılmalı və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv olunaraq, iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. Cavabdeh İP 511 saylı maliyyələşdirilmə üçün ərizə üzrə krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini 914 gün gecikdirmişdir.
17. Odur ki, cavabdehdən müvafiq olaraq 5,580.69 (beş min beş yüz səksən manat altmış doqquz qəpik) manat məbləğində cərimə borcunun tutulması məhkəmədən tələb edilmişdir. Həmçinin tərəflərindən sonuncu iddia ərizəsinə əlavədə faiz borcu 30,183.33 (otuz min yüz səksən üç manat, otuz üç qəpik) manat tələb edilmişdir. Bundan əlavə iddia ərizəsində ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi tələb edilsə də, birinci instansiya məhkəməsi tərəfindən həmin hissəyə münasibət bildirilməyərək, düzgün olmayan nəticəyə gəlinmişdir.
18. X7 qeyd edilir ki, kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir.
19. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır.
20. Məhkəmənin qeyd etdiyi əsaslandırıcı məqam üzrə bildirmək istəyir ki, burada məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamışdır və bununla da qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır.
21. Həmçinin Borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qeyd etmək istəyir ki, qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarından biri kimi Dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərərlərin qarşısını almaq, məqsədi güdmüşdür.
22. Məhkəmə, öz qətnaməsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə istinad etməmiş, ümumiyyətlə cavabdehin risk dairəsinə aid olan öhdəlikləri düzgün müəyyən etməmişdir.Qətnamədən də göründüyü kimi məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1, 220.1 və 220.4-cü maddələrinin normalarının qanunvericiliyin bu normalarını nəzərə almamışdır və qanunun müəyyən etdiyi imperativ tələblərə riayət edilmədən tərtib edilmiş məhkəmə qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz.
23. Tərəflərindən iddia ərizəsində ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi tələb edilsə də, birinci instansiya məhkəməsi tərəfindən həmin hissəyə münasibət bildirilməyərək, düzgün olmayan nəticəyə gəlmişdir. Çünki ipoteka predmetinin dəyəri borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalan borcun tutulması ilə bağlı mübahisə doğuracaqdır. Bu səbəbdən də həmin hissəyə məhkəmə tərəfindən qiymət verilməli, əgər rədd edilirsə hansı əsaslara görə edildiyi qətnamədə qeyd edilməli idi. Bundan başqa, tərəflərindən sonuncu iddia ərizəsinə əlavədə faiz borcu 30,183.33 (otuz min yüz səksən üç manat, otuz üç qəpik) manat tələb edilmişdir. Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8524 saylı rəyindən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli İP 511 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2022-ci il tarixədək banka 118.755,52 manat əsas və 30.035,89 faiz borcu olmaqla, cəmi 148.791,41 manat borcu vardır. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd edilənlərə əsasən bildirir ki, məhkəmə faiz borcunu ekspert rəyində qeyd edilən 30.035,89 manat məbləğində təmin edildiyi zaman, həmin məbləğin hansı səbəbdən əsaslı və düzgün olmasını qətnamədə əsaslandırmamışdır.
24. Yuxarıda qeyd edildiyi kimi, hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış faiz və cərimə borcu məbləğinin müəyyən edilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi tələb edilsə də, birinci instansiya məhkəməsi tərəfindən həmin hissəyə münasibət bildirilməməsi mühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan cərimə məbləği əsassız surətdə azaldılmışdır.
25. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki,cavabdeh tərəfindən İP 511 saylı kredit müqaviləsi üzrə krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayımüvafiq olaraq 914 gün olduğundan cərimə məbləğinin məhkəmə tərəfindən 1580.69 (min beş yüzsəksən manat altmış doqquz qəpik) manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz. Bundan başqa, faiz borcunun ekspert rəyində qeyd edilən 30.035,89 manat məbləğində təmin edildiyi zaman, həmin məbləğin hansı səbəbdən əsaslı və düzgün olması qətnamədə əsaslandırılmamışdır.
26. Şikayətdə sadalanan pozuntular, yəni işin hallarının prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmaması və qiymətləndirilməməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsinə qiymət verilməməsi qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə də dəlalət edir. Bu barədə yuxarıda kifayət qədər dəlil göstərilmişdir.
27. Ona görə də, Yevlax Rayon Məhkəməsinin e-2(039)-47/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin faiz və cərimə borcunun tutulmasının təmin edilməyən və ipoteka predmetinin satışından əldə olunan pul vəsaitinin cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsinin təmin edilməməsi hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edirlər.
28. Cavabdeh özünün apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ədalətli qərar qəbul etməmişdir. Onun ödədiyi 30 min manat əsas borcdan silinmədiyi halda əsassız qərar qəbul edilmişdir. Əsas borc düzgün hesablanmadığı halda digər borclar da düzgün hesablana bilməzdi.
29. Məhkəmə maddi hüquq normalarını pozmuşdur. Belə ki, işdən göründüyü kimi o iddiaçıya 30000 min manat pulu ödəmişdir. Onlar həqiqətən xx.xx.2019-cuil tarixində kredit müqaviləsini bağlamışlar. Ancaq 2019-cu il tarixindən 30000 manat ödəmişdir. Ancaq əsas borcu yenə dəyişilməz qalıb. Məhkəmə mühasibatlıq ekspertizası keçirsədə ekspertiza məhkəmə qərarını tam və hərtərəfli qaydada araşdırmamışdır. Nəticədə heç nə dəyişməmişdir. Əsas borcun dəyişməsi həm də faiz borcuna ciddi təsir edə bilərdi. Buda öz-özlüyündə ümumi məbləğə təsir edə bilərdi. Aparılan ekspertiza qaldırılan mübahisəni araşdırmadan qərarlaşdırıb. Halbuki o, tamamilə bildirir ki, 30000 manat pulu yəni borcunu ödəmişdir. Belə vəziyyətdə demək olar ki, əsas borc dəyişilməz olaraq qalmışdır. Ona görə də məhkəmə-mühasibatlıq ekspertizasının təkrar yenidən keçirilməsi, əsas borcun yenidən hesablanması, həmçinin əsas borca görə faizin düzgün müəyyənləşdirilməsi vacibdir. Bütün bunlar tam və hərtərəfli qaydada müəyyənləşdirilməmişdir.
30. Məhkəmə prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə işə obyektiv baxmamışdır. Məhkəmə mühasibatlıq ekspertizası qeyri-obyektiv qərar qəbul etmişdir. Onun ödənişi əsas borcdan silinmədiyi halda yenidən hesablanmışdır. Bu həddə məbləğ üzərinə yazılmış, ancaq ödənişi silinməmişdir. Onun mövqeyi və etdiyi ödənişlərin ekspert tərəfindən qeydə alınmaması onun hüququmu pozur. İşin tam araşdırılmadığını, onun ödənişlərinin əsassız qeydə alınmaması işinə qərəzli baxılmasını müəyyən edir.
31. Onun üzərində qalan məbləği ekspertiza təyin etsədə əsas borcun dəyişilməz olduğunu görsə də yeni əsas borc yerində qalmışdır. Bu da faizə təsir edən amildir. Ümumilikdə işin nəticəsinə bilavasitə təsir edir.
32. Məhkəmənin çıxarmış olduğu qətnaməsi işin faktiki halına uyğun deyil. Çünki onun ödədiyi məbləğ nəzərə alınmadığı üçün məhkəmə nəzəri cəhətdən tələbə baxsa da işi obyektiv araşdırmağı üçün əsas borc tam olaraq qalmışdır. Əsas borcun düzgün hesablanmaması faizə də ciddi təsir edən amildir. Bu səbəbdən də hazırki qərarı qəbul etmir
33. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. 1-ci onun ödədiyi 30000 manat əsas borcdan silinməmiş, 2-ci Ekspertiza işin həlli ilə bağlı araşdırmasını düzgün aparmamışdır. Necə ola bilər ki, ödədiyi məbləğ əsas borca heç bir halda təsir etməsin. Bu ekspert nəyi aydınlaşdırır. 3-cü Əsas borc düzgün hesablansaydı, bütün bunlar faizə də təsir edərdi. 4-cü Bu kimi ziddiyyətlərin qarşısının alınması üçün təkrar məhkəmə ekspertizası keçirilməli idi.
34. Ona görə də, Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il, İş № e-2(039)- 47/2023 saylı qətnaməsinin ləğv edilməsi, müəyyən edilmiş yeni hallar əsasında (ekspertizası rəyindən asılı olaraq) iş üzrə yeni məhkəmə qətnaməsinin çıxarılmasını xahiş edir.
b)Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
35. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
36. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh apellyasiya şikayətinə etirazında Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il, İş № e-2(039)-47/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğu üçün apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
37. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.
38. Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyünə dair heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin və onun vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.4-cü maddəsində müəyyən edilmişdir ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 442-ci maddəsinin tələbinə görə də öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmənin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2, 445.2.1-civə 445.2.2-ci maddələrində göstərilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə görə əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsi ilə də müəyyən edilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin müqavilə üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
40. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun; 1.0 və 1.0.6-cı maddələrinə görə ipoteka hüququ dedikdə, bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun olması nəzərdə tutulur. 10.2-ci maddəsinə əsasən, ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 10.4-cü maddəsinə görə ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1 -ci maddəsinə görə daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə görə ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. 34.1, 34.1.1-ci maddələrinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsaslarındandır. 39.3-cü və 39.3.3-cü maddələrində müəyyən edilmişdir ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini də göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 59.3 və 59.3.2-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
42. “X2rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
Apellyasiya baxışının hədləri
43. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
46. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
47. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
48. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətində Yevlax Rayon Məhkəməsinin e-2(039)-47/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin faiz və cərimə borcunun tutulmasının təmin edilməyən və ipoteka predmetinin satışından əldə olunan pul vəsaitinin cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsinin təmin edilməməsi hissəsində mübahisələndirmişdir.
49. Cavabdeh isə apellyasiya şikayətinin məzmununda ödədiyi 30000 manat məbləğin nəzərə alınmamasını mübahisələndirsə də, apellyasiya şikayətinin yekununda birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etmişdir. Lakin o, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmamışdır.
50. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin e-2(039)-47/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin iddiaçının mübahisələndirdiyi iddianın təmin olunmamış, cavabdehin isə mübahisələndirdiyi iddia tələbin təmin edilən hissəsində yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Şəki Apellyasiya Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(107)- 1259/2023 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən, yəni iddia tələbinin təmin edilmiş Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evi satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədikləri təqdirdə Cavabdeh həmin fərdi yaşayış evindən çıxarılması və evin onlar tərəfindən boşaldılması hissəsində təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tаrixli, 2(039)-47/2023 saylı qətnaməsi qismən, yəni Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evi satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədikləri təqdirdə Cavabdeh həmin fərdi yaşayış evindən çıxarılması və evin onlar tərəfindən boşaldılması hissəsində ləğv edilmiş, iddia tələbinin daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi hissəsində mülki iş üzrə icraata xitam verilmişdir.
52. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmayaraq, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınsa da, iddia tələbinin digər hissələrində gəldiyi nəticə ilə razılaşır.
53. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
54. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 16 sentyabr 2019-cu il tarixli İP 511 nömrəli kredit müqaviləsi imzalanmış və Bank tərəfindən borcalana illik faiz dərəcəsi 8% olmaqla 300 ay müddətinə 119,000 manat məbləğində ipoteka krediti verilmiş, həmçinin tərəflər arasında xx.xx.2019-cu il tarixli İP 511 saylı ipoteka krediti ilə bağlı razılaşma imzalanmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə 18 sentyabr 2019-cu il tarixli İP 511 nömrəli alqı-satqı və ipoteka müqaviləsi imzalanmış və Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evi İddiaçı ASCnin xeyrinə yüklü edilmişdir. Kredit alanın müqavilə öhdəliklərinə əməl etmədiyinə istinad edən İddiaçı ASC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
55. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının apellyasiya şikayətinin dəlillərini ayrılıqda qiymətləndirir və iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən cərimə (dəbbə) pulunun kəskin surətdə azaldılmasına, cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərinin nəzərə alınmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, şikayətin həmin dəlilləri əsaslı deyildir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). İddiaçı tərəfindən tələb olunan 5,580.69 manat cərimə məbləğinin tənasübsüz yüksək hesab edilərək, azaldılıb 1580.69 manat müəyyən edilməsində birinci instansiya məhkəməsi doğru nəticəyə gəlımişdir. Həmçinin qanunvericilikdə cərimə məbləğinin azaldılmasında öhdəliyin icrаsının gecikdirilməsi müddətlərinin deyil, məhz onun tənasübsüzlüyünün diqqətə alınmalı olması nəzərdə tutulmuşdur.
56. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin məhkəmə faiz borcunu ekspert rəyində qeyd edilən 30.035,89 manat məbləğində təmin etdiyi zaman, həmin məbləğin hansı səbəbdən əsaslı və düzgün olmasını qətnamədə əsaslandırmamasına dair dəlili ilə də razılaşmayaraq, qeyd edir ki, ekspertiza məhkəmənin işə baxarkən qarşıya çıxan və aydınlaşdırılması xüsusi bilik tələb edən suallara izah verilməsindən ibarət bir tədqiqatdır. Məhkəmə iddiaçının tələb etdiyi məbləğin nə dərəcədə həqiqəti əks etdirməsini aydınlaşdırmaq məqsədi ilə qəbul etdiyi qərardadla bu sahədə xüsusi biliyə malik olan şəxsə-ekspertə müraciət etmiş və tərəflərə münasibətdə neytrallıq təşkil edən bir sübuta, yəni ekspertiza rəyinə istinad etmişdir. Ekspertiza rəyinin əsassızlığına, mötəbər olmamasına dair iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir.
57. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin ipoteka predmetinin satışından əldə olunan pul vəsaitinin cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsinə birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirilməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının iddia tələbindən göründüyü kimi iddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək digər tələblərlə yanaşı, kredit üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin tutulmasını xahiş etmiş, həmin tələbə hüquqi qiymət verilmişdir.
58. Bu isə onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilmiş Cavabdeh xx.xx.2019-cu il tarixli, İP 511 saylı kredit müqaviləsinə əsasən 118,365.96 (yüz on səkkiz min üç yüz altmış beş manat 96 qəpik) manat əsas, 30,035.89 (otuz min otuz beş manat 89 qəpik) manat faiz, 1580.69 (min beş yüz səksən manat 69 qəpik) manat cərimə borcu olmaqla, cəmi 149.982,54 (yüz qırx doqquz min doqquz yüz səksən iki manat 54 qəpik) manat məbləğində borcun iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair hissəsi, özü-özlüyündə ipoteka predmeti olan əmlakın satışından əldə edilmiş pul vəsaiti cavabdehin iddiaçı "xxxx" ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda qalıq borcun cavabdehdən alınaraq "xxxx" ASC -nin hesabına ödənilməsini ehtiva edir.
59. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır.
60. Cavabdehin apellyasiya şikayətinə gəldikdə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin onun 30000 manat pulu yəni borcunu ödəməsi, əsas borcunun dəyişilməz olaraq qalması, məhkəmə-mühasibatlıq ekspertizasının təkrar yenidən keçirilməsi, əsas borcun yenidən hesablanması, həmçinin əsas borca görə faizin düzgün müəyyənləşdirilməsinin vacib olması, bütün bunların tam və hərtərəfli qaydada müəyyənləşdirilməməsi, ziddiyyətlərin qarşısının alınması üçün təkrar məhkəmə ekspertizası keçirilməli olmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, mülki işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və rəy alınmışdır.
61. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8524 saylı rəyindən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli İP 511 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2022-ci il tarixədək banka 118.755,52 manat əsas və 30.035,89 faiz borcu olmaqla, cəmi 148.791,41 manat borcu vardır.
62. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8524 saylı ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdeh tərəfindən ekspertiza rəyində qeyd edilənləri təkzib edə biləcək digər bir dəlil təqdim edilməmişdir. Həmin rəyin məzmununda cavabdehin iddiaçı banka ödədiyi cəmi məbləğin 5465,52 manat olması müəyyən edilmiş, cavabdeh isə apellyasiya şikayətində iddiaçı banka 30000 manat pulu ödədiyini göstərməsinə baxmayaraq, buna dair hər hansı bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir.
63. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
64. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ekspert rəyinə istinad etməkdə iddia tələbini əsas borca münasibətdə 118,365.96 manat, faiz borca münasibətdə isə 30,035.89 manat məbləğində təmin etməklə düzgün nəticəyə gəlmişdir.
65. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
66. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.
67. Məhkəmə kollegiyası izah edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır. Lakin cavabdeh ekspert rəyi ilə razı olmasa da, işə mahiyyəti üzrə baxan məhkəmələrə ekspert rəyi ilə razı olmamasını əsaslandırmamışdır.
68. Beləliklə məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(039)- 47/2023 saylı qətnaməsi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti iddia tələbinin təmin edilmiş Cavabdeh xx.xx.2019-cu il tarixli, İP 511 saylı kredit müqaviləsinə əsasən 118,365.96 (yüz on səkkiz min üç yüz altmış beş manat 96 qəpik) manat əsas, 30,035.89 (otuz min otuz beş manat 89 qəpik) manat faiz, 1580.69 (min beş yüz səksən manat 69 qəpik) manat cərimə borcu olmaqla, cəmi 149.982,54 (yüz qırx doqquz min doqquz yüz səksən iki manat 54 qəpik) manat məbləğində borcun iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın xüsusi mülkiyyət hüquqi ilə Cavabdeh məxsus Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinə yönəldilməsi, Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 170000 (yüz yetmiş min) manat müəyyən edilməsi, evin açıq hərracdan satılması və evin satışından əldə edilən pul vəsaiti hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 149.982,54 (yüz qırx doqquz min doqquz yüz səksən iki manat 54 qəpik) manatın iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 439 (dörd yüz otuz doqquz) manat məbləğində pul və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 30 (otuz) manat məbləğində xidmət haqqının Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissələrində təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(039)-47/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən həmin hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
69. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(039)-47/2023 saylı qətnaməsi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti iddia tələbinin təmin edilmiş Cavabdeh xx.xx.2019-cu il tarixli, İP 511 saylı kredit müqaviləsinə əsasən 118,365.96 (yüz on səkkiz min üç yüz altmış beş manat 96 qəpik) manat əsas, 30,035.89 (otuz min otuz beş manat 89 qəpik) manat faiz, 1580.69 (min beş yüz səksən manat 69 qəpik) manat cərimə borcu olmaqla, cəmi 149.982,54 (yüz qırx doqquz min doqquz yüz səksən iki manat 54 qəpik) manat məbləğində borcun iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın xüsusi mülkiyyət hüquqi ilə Cavabdeh məxsus Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinə yönəldilməsi, Abşeron rayonu, Novxanı kəndi M.S.Ordubadi küçəsində yerləşən 0.0728 ha torpaq sahəsi və üzərindəki 7 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 170000 (yüz yetmiş min) manat müəyyən edilməsi, evin açıq hərracdan satılması və evin satışından əldə edilən pul vəsaiti hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 149.982,54 (yüz qırx doqquz min doqquz yüz səksən iki manat 54 qəpik) manatın iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 439 (dörd yüz otuz doqquz) manat məbləğində pul və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 30 (otuz) manat məbləğində xidmət haqqının Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissələrində təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(039)-47/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən həmin hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.