Məhkəmə qərarları › İş №2(107)-1261/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1261/2021

02.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1261/2021 02.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, iddiaçı “X5” MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı “X5” MMC-nin Cavabdeh qarşı “X5” MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(039)-50/2021 nömrəli qətnaməsindən iddiaçı “X5” MMC-nin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(039)-50/2021 nömrəli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddiaçı «X5» MMC-nin Cavabdeh qarşı ««X5» MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir. İşin halları İddiaçı «X5» MMC Cavabdeh qarşı «X5» MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «X5» MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3635 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin Cavabdeh tutularaq cəmiyyətin bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 2(039)-1453/2020 saylı qiyabi qətnaməsi ilə Cavabdeh 3635 manat maddi ziyan və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı «X5» MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabheh Cavabdeh məhkəmənin qiyabi qətnaməsinin ləğv olunması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, qiyabi qətnamənin ləğv olunmasını və işə yenidən baxılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 2(039)- 1453/2020 saylı qərardadı ilə məhkəmənin 08 sentyabr 2020-ci il tarixli 2(039)-1453/2020 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. Cavabheh Cavabdeh iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, «X5» MMC-nin tələb etdiyi 3635 manat maddi ziyanın ödənilməsi ilə bağlı iddia ərizəsinin rədd olunması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı «X5» MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izah etmişdir ki, «X5» MMC ilə Cavabdeh arasında bağlanmış 30 avqust 2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və onunla tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. 25 oktyabr 2018-ci il tarilxli 479-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, 27 sentyabr 2019-cu il tarixli 424-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 20 may 2019-cu il tarixdə Oba – Yeni Biləcəri mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmiş, 20 may 2019- cu il tarixli inventarizasiya nəticələrinə dair akta əsasən yekun 3946 manat məbləğində zərər vurması məlum olmuşdur. Məhkəmə sorğunun cavabı sənəd daxili sənəd olduğundan və hazırda saxlanılmadığından cavablandırması mümkün olmamışdır. İnventarlaşma işlərinin nəticəsi ilə tanış olmaq üçün cavabdeh dəvət olunsa da, gələmiş və aktı imzalamamışdır. Bu barədə də müvafiq akt tərtib olunmuşdur. İnventarlaşma işləri 20 may 2019-cu ilk tarixdə aparılsa da, cavabdeh sərəncamda olduğundan onunla bağlanmış müqaviləyə 27 sentyabr 2019-cu il tarixdə xitam verilmişdir. İddiaçı «X5» MMC-nin nümayəndəsi X2 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddia tələbini qəbul etməyərək izah etmişdir ki, o 30 avqust 2017-ci il tarixdə «X5» MMC-nə işə başlamışdı. Təxminən 14 ay sonra o mağazada adminstrator kimi işləmişdir. O işdən çıxmaq istəyərək müdiriyyətinə məlumat vermişdir. İşdən çıxmağının səbəbi də digər yerdə iş tapması olmuşdur. Bununla bağlı 20 may 2019-cu il tarixdə işlədiyi mağaza saat 17.00-da bağlanmış və 21.00-dək sayım olmuşdur. Bundan sonra ona bildirmişlər ki, 10 gün müddətində nəticələr yoxlanaraq onunla əlaqə saxlanacaq. Lakin ona şirkət tərəfindən heç bir məlumat verilmədiyindən iki həftə sonra özü şirkətə müraciət edərək məlumat əldə etmək istəmişdir. Lakin ona araşdırma aparıldığını bildirmişlər. Sentyabr ayında özü baş ofisdə olmuşdur. Ona son hesablaşma blankı təqdim olunaraq, məsul şəxslərə borcunun olmaması ilə bağlı imza etdirilməsi bilirilmişdir. Həmin şəxslərin yanında olmuş və onlara heç bir borcunun olmaması barədə son hesablaşma blankını imza etmişlər. Borcu olsaydı həmin şəxslər imza etməzdilər. Bundan sonra ona əmək kitabçası verilmiş və sonuncu əmək haqqını ödəmişlər. Borcu olsaydı həmin pulu ona ödəməzdir. Onu heç vaxt şirkətə dəvət etməmişlər və heç bir izahat verilməsi təklif olunmayıb. İddia ərizəsində onu izahat verilməsi və yoxlama sənədləri ilə tanış edilməsi ilə bağlı şirkətə dəvət olunması və onun izahat verməkdən imtina etməsi qeyd edilsə də, onun nə yaşadığı ünvanına, nə emeil ünvanına bildiriş gəlməmiş, nə də telefon vasitəsi ilə çağırılmamışdır. Cavabdeh məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçı “X5” MMC-nin nümayəndəsi X2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı “X5” MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-50/2021 saylı 15 mart 2021-ci il tarixli qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, işə baxan məhkəmə işin əhəmiyyətli olan həqiqi hallarını müəyyən etməmiş, iş materialları tam və ətraflı əsaslandırılmamış və məhkəmə tərəfindən qeyri-obyektiv qətnamə qəbul edilmişdir. İş materiallarında olan və cavabdeh tərəfindən yazılmış izahat mötəbər sübut kimi təqdim edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi hüquqi qiymət verməmiş və Azərbaycan Əmək Məcəlləsinin 203.1-ci və 203.2-ci maddələrini əsas götürərək iddia tələbini rədd etmişdir. Cavabdeh 20.05.2019-cu il tarixdə keçirilmiş “İnventarizasiya Nəticələrinə” dair sayımda şəxsən iştirak etsədə yoxlamanın nəticələrinə dair aktı heç bir səbəb bildirmədən imzalamaqdan imtina etmişdir. Bu səbəbdəndə, komissiya üzvləri tərəfindən imtina aktı tərtib edilmişdir. Maliyyə arayışından məlum olur ki, zərər vurulmuş 3946(üç min doqquz yüz qırx altı) manat çatışmamazlıqdan 311 (üç yüz on bir) manat ödəniş edilmiş qalıq borc 3635 (üç min altı yüz otuz beş) manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Belə ki, administrator ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalıdır. İş materiallarında olan və cavabdeh tərəfindən imzalanmış “Vəzifə təlimatı”nın məsuliyyət bəndinin sonuncu abzasında göstərilmişdir ki, administrator tabeçiliyində olan satış məhsullarının sayımı zamanı əksik gəldikdə məsuliyyət daşıyır. Bundan başqa həmin təlimatın vəzifə bəndində göstərilmişdir ki, market personallarının işə davamiyyətinə nəzarət, kassa əməliyyatları prosesinə nəzarət birbaşa admininstratorun vəzifə borcudur. Qeyd edilən hallarla bağlı bütün məsuliyyəti administrator daşıyır. Cavabdehin vəzifə borcunu yerinə yetirməməsi iş materiallarına əlavə edilmiş mötəbər sübutlarla tam təsdiq edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi qərəzli olaraq iddia tələbini rədd etmişdir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(039)-50/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı “X5” MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(039)-50/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı “X5” MMC-nin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(039)-50/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən mədaxil qəbzindən məlum olur ki, «X5» MMC 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən 02 avqust 2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh xx xxxx 1988-ci il tarixdə Yevlax şəhərində anadan olmaqla Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 2A, mənzil 33-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «X5» MMC-nin 30 avqust 2017-ci il tarixli 382-K saylı əmrindən çıxarışdan məlum olur ki, Cavabdeh Oba Marketlər şəbəkəsinə 30 avqust 2017-ci il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə satıcıkassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən əmək müqaviləsinin surətindən məlum olur ki, Cavabdeh Oba Marketlər şəbəkəsinə işə qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 30 avqust 2017-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən məlum olur ki, Cavabdeh işə qəbul edilərkən tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 30 avqust 2017-ci il tarixli ərizənin surətindən məlum olur ki, Cavabdeh «X5» MMC-nə satıcı-kassir vəzifəsinə işə qəbul edilməsi ilə bağlı müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «X5» MMC-nin vəzifə təlimatının surətindən məlum olur ki, Cavabdeh vəzifə təlimatını imzalamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «X5» MMC-nin 25 oktyabr 2018-ci il tarixli 479-K saylı əmrindən çıxarışdan məlum olur ki, Cavabdeh 25 oktyabr 2018-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 25 oktyabr 2018-ci il tarixli ərizənin surətindən məlum olur ki, Cavabdeh administrator vəzifəsinə keçirilməsinə etiraz etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 25 oktybar 2018-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən məlum olur ki, Cavabdeh işə qəbul edilərkən tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən əmək müqaviləsinə əlavənin surətindən məlum olur ki, Cavabdeh Oba Marketlər şəbəkəsinə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinə əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən tam maddi məsuliyyət haqqında müqavilənin surətindən məlum olur ki, Cavabdeh işə qəbul edilərkən tam maddi məsuliyyət haqqında müqavilə imzalamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «X5» MMC-nin 27 sentyabr 2019-cu il tarixli 424-K saylı əmrindən çıxarışdan məlum olur ki, Cavabdeh ilə «X5» MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 27 sentyabr 2019-cu il tarixli ərizənin surətindən məlum olur ki, Cavabdeh əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 13 may 2020-ci il tarixli DN-1912 saylı xəbərdarlıq məktubunun surətindən məlum olur ki, «X5» MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh ziyanın ödənməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «X5» MMC-nin 12 may 2020-ci il tarixli arayışından məlum olur ki, Cavabdeh 3946 manat çatışmamazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 311 manat cəmiyyətin xəzinəsinə mədaxil etməklə 3635 manat borcu qalmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «X5» MMC-nin 11 fevral 2021-ci il tarixli İR-213/19 arayışından məlum olur ki, Cavabdeh həqiqətən 30 avqust 2017-ci il tarixindən 27 sentyabr 2019-cu il tarixinədək «X5» MMC-də çalışıb. İyun, iyul və avqust aylarına əmək haqqı ödənilməmişdir. Sentyabr ayında 264.15 manat əmək haqqı ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1 və 1115-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1, 191.2, 194.1, 194.2, 203.1 və 203.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinin tələbinə görə, Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci maddəsinin tələbinə görə, Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə görə, Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194.1-ci maddəsinin tələbinə görə, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194.2-ci maddəsinin tələbinə görə, Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 202.1-ci maddəsinin tələbinə görə, İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 203.1-ci maddəsinin tələbinə görə, İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 203.2-ci maddəsinin tələbinə görə, Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh «X5» MMC-nə 30 avqust 2017-ci il tarixdə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. 25 oktyabr 2018-ci il tarixdə administrator vəzifəsinə keçirilmişdir. 29 sentyabr 2019-cu il tairxdə Cavabdeh ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. İşə qəbul olunan zaman Cavabdeh vəzifə təlimatları və tam maddi məsuliyyət haqqında müqavilələr imzalamışdır. Cavabdeh əmək müqaviləsinə xitam verilən zaman işlədiyi mağazada inventarlaşdırma aparılmış və nəticədə işə götürən Cavabdeh 3946 manat çatışmamazlığı müəyyən etmişdir. İddiaçı «X5» MMC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3635 manat ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək, onun iddiaçıya heç bir borcu olmadığından iddianın rədd edilməsini xahiş etmişdir. İşə götürən işçini qanunvericiliyin (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 203 maddə) tələblərinə uyğun olaraq, işçinin yazılı izahatını almamış və yoxlama sənədləri ilə tanış etməmişdir. İddiaçının nümayəndəsi bununla bağlı cavabdehə bildiriş göndərməsini və dəvət olunması bildirərək, cavabdehin gələrək yoxlama sənədləri ilə tanış olmaqdan və izahat verməkdən imtina etdiyini bildirsə də, cavabdehə bildirişin göndərilməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı «X5» MMC-nin Cavabdeh qarşı ««X5» MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçının nümayəndəsi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Cavabdeh məhkəməyə təqdim etdiyi “borclarla bağlı məlumatlar” adlanan iddiaçının vəzifəli şəxslər və cavabdeh tərəfindən imzalarla təsdiqlənmiş "xxxx" Oba MMC-nin sənədində cavabdehin hər-hansı borcunun olmadığı göstərilmişdir. Həmin sənəd kserosurət olsa da, onun mövcudluğu iddiaçının nümayəndəsi tərəfindən təsdiq edilmiş və mülki işin 154-cü vərəqində olan vəsatətlə həmin sənədin daxili sənəd olması əsasından və saxlanılmadığından əslinin təqdim edilə bilinmədiyindən həmin halın nəzərə alınması xahiş edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı “X5” MMC-nin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(039)-50/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “X5” MMC-nin nümayəndəsi X2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(039)-50/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar