Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1266/2024 14.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı xxxxnın Cavabdeh qаrşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X10 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - xxxxnın nümayəndəsi Nümayəndə, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı xxxxnın Cavabdeh qarşı “borcun qaytarılması tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 05 iyun 2024-cü il tаrixli, e-2(051)-770/2024 saylı qətnаməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan ASC “Xalq” Bankı ilə İsmayılov İsmayıl Həmzə oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DKM/003N05A01975423 №-li kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən İsmayılov İsmayıl Həmzə oğluna illik 14 faiz olmaqla 24 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir.
2. xx.xx.2023-cü il tarixli DKM/003N05A01975423 №-li ödəniş cədvəlindən görünür ki, ASC “Xalq” Bankı ilə İsmayılov İsmayıl Həmzə oğlu kredit məbləğinin xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixi ərzində ödənilməsinə razı olmuşlar. İsmayılov İsmayıl Həmzə oğlu həmin məbləğdə pulu hər ay ödəməyi öhdəsinə götürmüşdür.
3. İş materiallarında olan Mingəçevir Regional “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İsmayılov İsmayıl Həmzə oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 289 nömrə ilə qeyd edilmişdir.
4. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cavabdehə ünvanlanmış bildirişdən görünür ki, banka olan borcu cavabdehə xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur.
5. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-i DXDƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin məlumatına əsasən İsmayılov İsmayıl Həmzə oğlunun adına Migəçevir şəhəri, A.S.Puşkin küçəsi ev 10, mənzil 19 ünvan qeydiyyatdan keçirilmişdir və hazırda mülkiyyətindədir.
6. İş materiallarında olan Mərkəzi Aran RETSİ Mingəçevir ES tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 01474 nömrəli xidməti məlumata əsasən Migəçevir şəhəri, A.S.Puşkin küçəsi ev 10, mənzil 19 ünvanına 2008-ci ilin iyul ayında İsmayılov İsmayıl Həmzə oğlunun adına qabaqcadan ödənişli sayğac qurlaşdırılmışdır. Sonra evin yeni sahibi ad dəyişmə ilə əlaqədar Mingəçevir ES-nə müraciət etdiyinə görə elektrik enerjisinin ödənişləri İ.İsmayılovun adına qalmışdır. Hal-hazırda mənzildə yaşayış qeyd olunur.
II. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı ASC “Xalq” Bankı Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, mərhum İsmayılov İsmayıl Həmzə oğlunun mirası Cavabdeh tərəfindən faktiki qəbul edildiyi üçün xx.xx.2023cü il tarixli DKM/003N05A01975423 №-li Kredit müqaviləsi üzrə borc alan İsmayılov İsmayıl Həmzə oğlunun iddiaçı ASC "Xalq” Bankı qarşısında 4883,86 (dörd min səkkiz yüz səksən üç manat 86 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, 53,31 (əlli üç manat 31 qəpik) manat məbləğində kreditdən istifadəyə görə illik 14% (on dörd faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 7,38 (yeddi manat 38 qəpik) manat məbləğində penya, cəmi 4944,55 (dörd min doqquz yüz qırx dörd manat 55 qəpik) manat məbləğində pul vəsaiti, xx.xx.2024-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 14% (on dörd faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya və ödənilmiş dövlət rüsumu kimi 70 (yetmiş) manat pulun Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, ASC “Xalq” Bankı ilə İsmayılov İsmayıl Həmzə oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli DKM/003N05A01975423 №-li kredit müqaviləsinə (bundan sonra «Kredit müqaviləsi») müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 24 (iyirmi dörd) ay müddətinə, illik 14 % (on dörd faiz) ödənilinəsi şərtilə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4-ci maddəsinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən cavabdeh İ.H.İsmayılov hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, Borc alan İsmayılov İsmayıl Həmzə oğlu xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Borc alanın vəfatından sonra onun Bank qarşısında Kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirilməmiş qalmış, kredit üzrə əsas borc məbləğinin mühüm hissəsi Banka qaytarılmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödənilməmişdir. Belə ki, iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixinə İ.H.İsmayılovun Kreditor qarşısında gecikdirilıniş borcu 4937,17 (dörd min doqquz yüz otuz yeddi manat 17 qəpik) manat təşkil edir ki, bunun da 4883,86 (dörd min səkkiz yüz səksən üç manat 86 qəpik) manat vaxtı keçmiş əsas borcdan, 53,31 (əlli üç manat 31 qəpik) manat isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə Borc alan kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % (on beş faiz) dərəcəsi ilə penya da ödəməlidir. Lakin Bankın daxili qərarına əsasən Kredit müqaviləsi üzrə adi faizlərin və penyanın hesablanması güzəşt edilərək xx.xx.2023-cü il tarixdən etibarən 6 (altı) ay müddətinə Borc alanın xeyrinə dayandırılmış, xx.xx.2024-cü il tarixdən isə adi faizlərinin və penyanın hesablanması bərpa edilmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixinə bu məbləğ 7,38 (yeddi manat 38 qəpik) manat təşkil edir. İ.H.İsmayılovun vəfatından sonra Kredit müqaviləsi üzrə Borc alan tərəfindən üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməmiş qaldığına görə İddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Beləliklə, Bankın vaxtından əvvəl geri qaytarılmasını tələb etdiyi vaxtı keçmiş əsas borcun məbləği 4883,86 (dörd min səkkiz yüz səksən üç manat 86 qəpik) manat, yuxarıda göstərilən adi faizlər üzrə Borc alanın borclarını nəzərə alaraq Bankın xx.xx.2024-cü il tarixinə tələblərinin ümumi məbləği isə 4937,17 (dörd min doqquz yüz otuz yeddi manat 17 qəpik) manat təşkil edir. Yuxarıda qeyd edildiyi kimi, Borc alan İsmayılov İsmayıl Həmzə oğlu oğlu xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Bu hal Mingəçevir regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ № 367261 nömrəli Ölüm haqqında Şəhadətnamə ilə təsdiq edilir. H.İ.İsmayılov vəfat etməsi rəsmi şəkildə təsdiqləndikdən sonra onun adına hər-hansı əmlakın olub-olmaması müəyyən etmək üçün Bank tərəfindən vəkil vasitəsilə aidiyyəti dövlət idarələrinə sorğular göndərilmiş və müvafiq sorğulara cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən xx.xx.2023-cü il tarixli məktub vasitəsilə (məktubun surəti əlavə olunur) İsmayılov İsmayıl Həmzə oğlunun adına Mingəçevir şəhəri, Aleksandr Puşkin küçəsi, ev 10, 19 saylı mənzil (ümumi sahəsi 47.5 k.m, yaşayış sahəsi 32.8 k.m) qeydiyyatdan keçməsi və mülkiyyətində olması barədə məlumat daxil olmuşdur. Bundan sonra mərhum H.İ.İsmayılovdan qalmış mirasın kim tərəfindən qəbul edildiyini müəyyən etmək məqsədilə Bank tərəfindən mərhum H.İ.İsmayılovun mirasına daxil olan Mingəçevir şəhəri, A.S.Puşkin küçəsində yerləşən ev 10, 19 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan şəxslər, eləcə də həmin mənzilə kommunal xidmətlərin göstərilməsi (telefon xidməti) və kommunal xidmətlər üçün haqların (telefondan istifadə haqqının), mənzilə görə əmlak vergisinin, mənzildə sudan və elektrik enerjisindən istifadə haqqı kim tərəfindən ödənilməsi, habelə mənzil ilə bağlı vərəsəlik işinin açılıb-açılmaması barədə məlumat almaq üçün müvafiq olaraq Mingəçevir Şəhər Polis Şöbəsinə, Mingəçevir Şəhər Bələdiyyəsinə, Azərsu ASC-in “Mingəçevir Sukanal İdarəsinə”, “Azəriqaz” X2 Şəhər Qaz İstismar Sahəsinə, “Azərişıq” ASC-niıı Mərkəzi-Aran RETSİ-nə, “Aztelekom” X5 Şəhər Telekommunikasiya Qovşağına sorğu ilə müraciət edilmiş, habelə. Mingəçevir Regional “Asan xidmət” mərkəzinin notariat ofisinə vəkil sorğusu göndərilmişdir. “Azərişıq” ASC-nin Mərkəzi-Aran RETSİ-dən Banka daxil olmuş cavab məktublarında müvafiq olaraq hazırda mərhum İsmayılov İsmayıl Həmzə oğlunun evinin yeni sahibi ad dəyişmə ilə əlaqədar X3 müraciət etmədiyinə görə istehlak olunmuş elektrik enerjisinə görə ödənişlər H.İ.İsmayılovun adına qaldığı və hal-hazırda həmin evdə yaşayış olduğu bildirilmişdir. Mingəçevir Şəhər Polis Şöbəsindən Banka daxil olmuş xx.xx.2023-cü il tarixli cavab məktubunda ünvan 1 ünvanında hal-hazırda mərhum H.İ.İsmayılovun həyat yoldaşı Cavabdeh yaşadığı bildirilmişdir. Bundan başqa Mingəçevir Regional “Asan xidmət" mərkəzinin notariat ofisinə ünvanlanmış vəkil sorğusuna cavab olaraq isə bildirilmişdir ki, H.İ.İsmayılovun adına vərəsəlik işi açılmamış, vərəsələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Sənədlə təsdiq olunan mövcud faktlar sübut edir ki, borc alan H.İ.İsmayılovun arvadı Cavabdeh borc alanın vəfatından sonra miras qalmış və yuxarıda qeyd edilən daşınmaz əmlaka sahiblik və onu idarə etməyə faktiki olaraq başlamışdır. Belə ki, Mingəçevir Şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 98/234444 №-li məktubunda Cavabdeh yuxarıda qeyd edilən evdə yaşadığı göstərilir. Həmçinin Cavabdeh həmin mənzildə qeydiyyatda olması faktı DİN BPQMİ-in MAPS şöbəsinin arayışı (iddia ərizəsinə qoşma şəklində əlavə edilibdir) ilə təsdiq edilir. Qeyd edilən hallar Cavabdeh tərəfindən miras əmlakın öz mülkiyyətində saxlanılması üzrə iradə ifadəsi və mirasın qəbul olunmasının şəksiz nümayiş etdirilməsi kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd olunanlar birmənalı şəkildə təsdiq edir ki. ünvan 1 ünvanında yerləşən ev hal-hazırda Cavabdeh mülkiyyətindədir. Odur ki, mərhum İsmayılov İsmayıl Həmzə oğlunun mirası Cavabdeh tərəfindən faktiki qəbul edildiyi üçün xx.xx.2023-cü il tarixli DKM/003N05A01975423 №-li Kredit müqaviləsi üzrə borc alan İsmayılov İsmayıl Həmzə oğlunun iddiaçı ASC “Xalq” Bankı qarşısında 4883,86 (dörd min səkkiz yüz səksən üç manat 86 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu. 53,31 (əlli üç manat 31 qəpik) manat məbləğində kreditdən istifadəyə görə illik 14 % (on dörd faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 7,38 (yeddi manat 38 qəpik) manat məbləğində penya, cəmi 4944,55 (dörd min doqquz yüz qırx dörd manat 55 qəpik) manat məbləğində pul vəsaiti, xx.xx.2024-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 14% (on dörd faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya və ödənilmiş dövlət rüsumu kimi 70 (yetmiş) manat pulun Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
10. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Güləndam Quliyeva) 05 iyun 2024-cü il tаrixli, e-2(051)-770/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək ASC “Xalq” Bankı ilə mərhum İsmayılov İsmayıl Həmzə oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DKM/003N05A01975423 nömrəli kredit müqaviləsi üzrə 4883,86 (dörd min səkkiz yüz səksən üç manat 86 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borc, 53,31 (əlli üç manat 31 qəpik) manat məbləğində kreditdən istifadəyə görə illik 14 % (on dörd faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 7,38 (yeddi manat 38 qəpik) manat məbləğində penya, cəmi 4944,55 (dörd min doqquz yüz qırx dörd manat 55 qəpik) manat məbləğində pul vəsaiti, xx.xx.2024-cü il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 14% (on dörd faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın Cavabdeh alınıb ASC “Xalq” Bankına verilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 70 (yetmiş) manat pul alınıb iddiaçı ASC “Xalq” Bankına ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi öz qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 427.3, 442, 448.2, 739.1, 739.2, 740.5, 743.1, 1151.1, 1255, 1306.1 və 1306.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4 və 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, ...qətnamə çıxarılarkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, o, Mülki Məcəllənin tələblərinə uyğun olarağ mərhum ərindən qalan mirası qəbul etməmişdir. Bu səbəbdən bank onu cavabdeh kimi işə cəlb edə bilməzdi. Əlavə olaraq ondan başqa mərhumun 3 qız övladı vərəsəsi olmasını, yəni vərəsələrin dairəsini hakim müəyyənləşdirməmişdir. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. O və 3 övladı 1982-ci il təvəllüdlü X6, 1983-ci il təvəllüdlü X4 və 1989-cü il təvəllüdlü X1r. Beləliklə mərhumun vərəsəsi tək o deyil 3 nəfərdir. Mübahisəli mənzil onunla mərhum arasında birgə nikah dövründə əldə edilməmişdir. Həmin ev mərhuma bağışlanılmışdır. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Beləliklədə mərhumdan qalan Mingəçevir şəhər Puşkin 10 m.19 ünvanında yerləşən mənzildir. O və 3 qızı həmin əmlakın qəbul edilməsi ilə bağlı müraciət etməmişlər. Göstərilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 05 iyun 2024-cü il tаrixli, e- 2(051)-770/2024 saylı qətnaməsinin ləğv olunaraq iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı xxxxnın nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 05 iyun 2024-cü il tаrixli, e-2(051)-770/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
20. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini ümumilikdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
21. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 427.3. Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
26. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
27. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
28. Maddə 740.5. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
29. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür.
30. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
31. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
32. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
33. Maddə 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
40. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
41. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
44. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin 05 iyun 2024-cü il tаrixli, e- 2(051)-770/2024 saylı qətnaməsi – kreditdən istifadəyə görə illik 14 % (on dörd faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc məbləği hissəsində dəyişdirilməlidir.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
47. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
48. Müəyyən edilmişdir ki, iddiaçı bankla İsmayılov İsmayıl Həmzə oğlu arasında xx.xx.2023-cü il tarixli, DKM/003N05A01975423 №-li kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank mərhum İsmayılov İsmayıl Həmzə oğluna illik 14% olmaqla 24 ay müddətinə 6000 manat məbləğində pul (kredit) vermişdir. İsmayılov İsmayıl Həmzə oğlu isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. X11 Həmzə oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmiş və hazırkı Cavabdeh onun faktiki vərəsəsi olmuşdur. Ona görə də iddiaçı bankın Cavabdeh qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. İddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan Mingəçevir Şəhər Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.
49. İddianı tam təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, xx.xx.2023-cü il tarixli DKM/003N05A01975423 nömrəli kredit müqaviləsi üzrə mərhum İsmayılov İsmayıl Həmzə oğlunun mirası Cavabdeh tərəfindən faktiki qəbul edildiyi üçün xx.xx.2023-cü il tarixli DKM/003N05A01975423 №-li Kredit müqaviləsi üzrə borc alan İsmayılov İsmayıl Həmzə oğlunun iddiaçı ASC "Xalq Bankı” qarşısında 4883,86 (dörd min səkkiz yüz səksən üç manat 86 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu. 53,31 (əlli üç manat 31 qəpik) manat məbləğində kreditdən istifadəyə görə illik 14 % (on dörd faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 7,38 (yeddi manat 38 qəpik) manat məbləğində penya, cəmi 4944,55 (dörd min doqquz yüz qırx dörd manat 55 qəpik) manat məbləğində pul vəsaiti, xx.xx.2024-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 14% (on dörd faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya və ödənilmiş dövlət rüsumu kimi 70 manat pul Cavabdeh alınıb iddiaçı ASC “Xalq” Bankının xeyrinə ödənilməlidir.
50. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır.
51. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenimunun 4 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsvirici-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər.
52. Lakin, borc məbləğinin hesablanmasına dair bank arayışından (hesabdan çıxarış) görünür ki, mərhum İsmayılov İsmayıl Həmzə oğlunun xx.xx.2023-cü il tarixli DKM/003N05A01975423 saylı kredit müqaviləsi üzrə 4883,86 manat vaxtı keçmiş, 53,31 manat adi faiz və 7,38 manat cərimə olmaqla, cəmi 4944,55 manat məbləğində kredit borcu vardır.
53. Göründüyü kimi, iddiaçı tərəf cavabdehdən 53,31 (əlli üç manat 31 qəpik) manat məbləğində kreditdən istifadəyə görə illik 14 % (on dörd faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 7,38 manat cərimə borcu və illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penyanı tələb etmiş, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi həmin hissədə təmin edilərək 73 manat cərimə borcunun tutulması qət edilmişdir.
54. Bank arayışından (hesabdan çıxarış) həmçinin, müəyyən edilir ki, mərhum İsmayılov İsmayıl Həmzə oğlunun xx.xx.2023-cü il tarixə adi faiz borcu 34,32 manat təşkil etmişdir.
55. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi faiz və cərimə borcunun tutulması ilə bağlı hissədə qanunvericiliyin normalarını düzgün tətbiq etməmişdir.
56. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
57. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, təqsiri olduğu təqdirdə tələb edə bilər.
58. Yəni, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində borclunun təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər.
59. İşdə olan xx.xx.2023-cü il tarixli DKM/003N05A01975423 saylı kredit müqaviləsi üzrə “Ödəniş cədvəli”ndən görünür ki, İsmayılov İsmayıl Həmzə oğlu kredit vəsaitini hər ay 288,08 manat, sonuncu ay isə 288,02 manat manat məbləğində ödənişlər etməklə 24 ay ərzində annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür.
60. “Ölüm haqqında Şəhadətnamənin” surətindən görünür ki, İsmayılov İsmayıl Həmzə oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.
61. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan isə görünür ki, mərhum İsmayılov İsmayıl Həmzə oğlu 2023-cü ilin yanvar ayından öldüyü vaxtadək, yəni xx.xx.2023-cü il tarixdədək hər ay mütəmadi ödəniş etmişdir. və həmin tarixədək .
62. X12 Həmzə oğlu öldüyü ayda daxil olmaqla banka olan ödənişlərini etmişdir və onun cərimə borcu yaranmamışdır.
63. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenimunun 4 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, öhdəliyin icrasının təmini üsulu, eləcə də öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə məsuliyyət növü olaraq dəbbə pulunun borclunun ölümündən sonra müqavilənin icrasını davam etdirəcək zamin və vərəsələrə münasibətdə də tətbiqi mümkündür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, borclu öldüyü halda isə vərəsə və ya zaminin təqsiri olduğu təqdirdə tələb edə bilər.
64. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz.
65. Hazırkı işdən isə müəyyən edilir ki, İsmayılov İsmayıl Həmzə oğlu öldüyü tarixədək öhdəliyi lazımınca icra etmişdir.
66. Belə olan halda isə, öhdəliyin icra edilməməsindən və ya lazımınca icra edilməməsindən söz gedə bilməz.
67. Ona görə də yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi kreditdən istifadəyə görə illik 14 % dərəcəsi ilə hesablanmış adi faizlər üzrə5 3,31 manat məbləğində borc məbləğinin, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 7,38 manat məbləğində cərimənin və illik 15% dərəcəsi ilə hesablanan penyanın tutulması hissəsində səhvə yol vermişdir. Belə ki, adi faizlər üzrə tutulmalı borc məbləği 34,32 manat müəyyən edilməli, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 7,38 manat məbləğində penya və illik 15% dərəcəsi ilə hesablanan penya isə tutulmamalıdır.
68. Bu baxımdan kollegiya qeyd edir ki, apellyasiya şikayəti qismən əsaslıdır.
53. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
54. Həmin qərarda qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
55. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
56. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
57. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 05 iyun 2024-cü il tаrixli, e-2(051)-770/2024 saylı qətnaməsi 53,31 manat məbləğində kreditdən istifadəyə görə illik 14% (on dörd faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 7,38 manat məbləğində penya, illik 15% dərəcəsi ilə hesablanan penyanın tutulması hissələrində dəyişdirilərək adi faizlər üzrə tuttulmalı borc məbləği 34,32 manat müəyyən edilməli, qətnamə baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
58. Qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 05 iyun 2024-cü il tаrixli, e-2(051)-770/2024 saylı qətnaməsi – 53,31 manat məbləğində kreditdən istifadəyə görə illik 14% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 7,38 manat məbləğində penya, illik 15% dərəcəsi ilə hesablanan penyanın tutulması hissələrində dəyişdirilərək kreditdən istifadəyə görə illik 14% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə tutulmalı borc məbləği 34,32 manat müəyyən edilsin. Qətnamə baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov