Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1267/2020 31.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı və onun vəkili Vəkil1 iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1 Şeyxovnaya və Cavabdeh2 Yunis oğluna qarşı cavabdehlərdən ona torpağın alınması ilə bağlı dəymiş ziyan olan 15000 (on beş min) manatın, torpağın yaxşılaşdırılması və əkdiyi fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsi üçün çəkdiyi xərc olan 5000 (beş min) manatın və 110 toma bar verən fındıq ağaclarının qiyməti olan 11000 (on bir min) manatın, cəmi 31000 (otuz bir min) manatın və dövlət rüsumu olaraq ödədiyi 30 manatın cavabdehlərdən alınaraq iddiaçıya verilməsinə dair ilk, Cavabdeh1 Şeyxovnanın İddiaçı qarşı Balakən rayonu Püştətala kəndində yerləşən, JN 00xx xxx 40111018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmiş 1.00 ha pay torpaq sahəsindən İddiaçı çıxarılması, torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpa edilməsi qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardaddan İlk iddia üzrə İddiaçı tərəfindən verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı şikayət ərizəsilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-136/2020 nömrəli qərardadını ləğv edərək, xx xxxxxx 2019-cu il tarixli 2(019)-1149/2019 saylı qərardadının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Yunis oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Balakən rayonu Püştətala kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 ilə JN-00xx xxx 40111018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən onların mülkiyyətinə verilmiş 1.09 ha pay torpaq sahəsindən 1 ha torpaq sahəsinə aralarında olan alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, yaxud cavabdehlərdən ona torpağın alınması ilə bağlı dəymiş ziyan olan 15000 (on beş min) manatın, torpağın yaxşılaşdırıdlması və əkdiyi fındıq ağaclarına aqrotexniki qulluq göstərməsi üçün çəkdiyi xərc olan 5000 (beş min) manatın və 110 topa bar verən fındıq ağaclarnın qiyməti olan 11000 (on bir min) manatın-cəmi 31000 (otuz bir min) manat və dövlət rüsumu olaraq ödədiyi 30 manatın cavabdehlərdən alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda məhkəməyə ərizə ilə müraciət edərək, iddianı təmin etmə tədbiri olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Yunis oğlunun JN-00xx xxx 40111018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən mülkiyyətlərinə verilmiş torpağın üzərinə həbs qoyulması və 3-cü şəxslərə həmin torpaq sahəsinin alqısatqısına qadağa qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-1149/2019 saylı qərardadı ilə ərizəsi təmin edilmişdir. Lakin Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-136/2020 nömrəli qərardadı ilə yuxarıda göstərilən torpağın üzərinə qoyulmuş həbs və alqı-satqısına qadağa götürülmüşdür. Qərardaddan narazıdır. Belə ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli,2(019)-136/2020 nömrəli qətnaməsi ilə onun yuxarıda qeyd etdiyi iddiası təmin edilməmiş və o, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İddia tələbi ilə bağlı mübahisə həll olunub qurtaranadək əmlakın özgəninkiləşdirilməsinin aidiyyəti qurumlara qadağan edilməsi barədə qərardad qüvvəsində saxlanılmalıdır. Məhkəmə birtərəfli qaydada cavabdehin maraqları naminə mübahisənin yekunlaşmasını gözləmədən, yəni qanuni qüvvəyə minmiş məhkəmə aktı olmadan xx xxxxxx 2019-cu il tarixli, 2(019)-1149/2019 saylı həbs qərardadını ləğv etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-136/2020 nömrəli qərardadını ləğv edərək, xx xxxxxx 2019-cu il tarixli, 2(019)-1149/2019 saylı qərardadının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2 (019)-1149/2019 saylı qərardadının ləğv edilməsi, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2 (019)- 1149/2019 saylı qərardadı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Yunis oğlunun JN-00xx xxx 40111018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən mülkiyyətlərinə verilmiş 1,09 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs və cavabdehlər Cavabdeh1, Cavabdeh2 Yunis oğluna və üçüncü şəxslərə JN-00xx xxx 40111018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı ilə cavabdehlərin mülkiyyətinə verilmiş 1,09 ha torpaq sahəsinin alqı-satqısına qoyulmuş qadağanın götürülməsi müəyyən edilmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından narazı qalan İddiaçı həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(019)-136/2020 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-136/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-136/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İlk iddia üzrə İddiaçı və onun vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq digər proses iştirakçıları məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası İlk iddia üzrə İddiaçı və onun vəkili Vəkil1 izahatlarını, şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-136/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-136/2020 nömrəli qətnaməsinə əsasən İddiaçı Cavabdeh1 Şeyxovnaya və Cavabdeh2 Yunis oğluna qarşı cavabdehlərdən ona torpağın alınması ilə bağlı dəymiş ziyan olan 15000 (on beş min) manatın, torpağın yaxşılaşdırılması və əkdiyi fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsi üçün çəkdiyi xərc olan 5000 ( beş min) manatın və 110 toma bar verən fındıq ağaclarının qiyməti olan 11000 (on bir min) manatın, cəmi 31000 (otuz bir min) manatın və dövlət rüsumu olaraq ödədiyi 30 manatın cavabdehlərdən alınaraq ona verilməsinə dair ilk iddiası əsassız olduğundan təmin edilməmiş, qarşılıqlı iddia isə təmin edilərək, İddiaçı Cavabdeh1 Şeyxovnanın və Cavabdeh2 Yunis oğlunun ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Püştətala kəndində yerləşən, JN 00xx xxx 40111018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə verilmiş 1.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, Cavabdeh1 Şeyxovnanın və Cavabdeh2 Yunis oğlunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi qət edilmişdir. Belə olan halda Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(019)-1149/2019 saylı qərardadı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Yunis oğlunun JN-00xx xxx 40111018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən mülkiyyətlərinə verilmiş 1,09 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin və cavabdehlər Cavabdeh1, Cavabdeh2 Yunis oğluna və üçüncü şəxslərə JN-00xx xxx 40111018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı ilə cavabdehlərin mülkiyyətinə verilmiş 1,09 ha torpaq sahəsinin alqı-satqısına qoyulmuş qadağanın qoyulması ilə bağlı faktoloji və hüquqi əsaslar aradan qalxmış və həmin qadağa götürülmüşdür. Bu zaman Azərbaycan Respublikası MPM-nin 162.3-cü maddəsinin hüquqi tələblərinə və Cavabdeh1 və Cavabdeh2 Yunis oğlunun JN-00xx xxx 40111018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən mülkiyyətlərinə verilmiş sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa olunması zərurətinə istinad edilmişdir. Ona görə də iddianın təmin olunmasının ləğ edilməsi barədə Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-136/2020 nömrəli qərardadı qanuni və əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Ona görə də qeyd olunan əsaslara görə iddiaçının iddianı təmin etmək üçün tədbir görülməsi barədə vəsatətinin təmin edilməsi haqda qərardad çıxarılması işin faktiki hallarına uyğun deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Həmin Məcəllənin 158.1.3-cü maddəsinə əsasən məhkəmə iddianı təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-136/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İlk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-136/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. İş üzrə sədrlik edən Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-1267/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1267/2020
31.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver