Məhkəmə qərarları › İş №2(107)-127/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-127/2022

10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-127/2022 10.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(046)-1168/2021 nömrəli qiyabi qətnaməsindən Cavabdeh1 və Göyçay Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(046)-1169/2021 nömrəli qiyabi qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(046)-1168/2021 nömrəli qiyabi qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia təmin olunmuş, Cavabdeh1 6340 manat pul və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(046)-1169/2021 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia təmin olunmuş, Cavabdeh2 6330 manat pul və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 6340 manat məbləğində pulun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı qismində izahat vermiş İddiaçı iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, 2020-ci ilin oktyabr ayında X3, Cavabdeh2 və Cavabdeh1 Göyçay rayonu Çərəkə kəndi ərazisindən xurma meyvəsi alaraq onlara verməyi ilə bağlı razılaşmış, ümumilikdə 31 nəfər kənd sakinindən 19500 manat dəyərində meyvə alaraq cavabdehə vemişdir. Meyvənin pulunu nəğd şəkildə verəcəyini bildirsə də meyvə yük maşınına yığılandan sonra Asif malın pulunu 3-4 günə verəcəklərini bildirmişdir. Əvvəl razılaşmamış sonradan cavabdehin çoxsaylı xahişindən sonra xurmaları nisyə olaraq Asifə vermişdir. 2- 3 ay keçməsinə baxmayaraq Asif borclu olduğu 6340 manat pulu qaytarmamışdır. Kənd sakinlərindən xurmanı yığdığı üçün sakinlər pulunu ondan tələb edirlər. Kənd sakini şəhid atası X4 19500 manat borc alaraq xurma aldığı şəxslərin pulunu qaytarmışdır. Həmin vaxtdan dəfələrlə Asifdən ona borclu olduğu pulu tələb etsə də müxtəlif bəhanələrlə pulu qaytarmamışdır. 24.02.2021-ci il tarixdə Göyçay rayon PŞ-nə ərizə ilə müraciət etmiş, cavabdeh polis şöbəsində izahat vermişdir. Göyçay rayon PŞ-nin TB-nin Asif barəsində 06.03.2021-ci il tarixdə Cinayət işinin başlanlmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Polis şöbəsində izahat verən cavabdeh ona borclu olduğu 6340 manatı etiraf etmişdir.Buna görə də cavabdehdən 6340 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitsəi ilə məlumat verilmiş, cavabdeh məhkəmə bildirişinə imza etməklə almış, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə işə qiyabi icraat qaydasında baxılması barədə qərardad qəbul etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 6330 manat məbləğində pulun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı qismində izahat vermiş İddiaçı iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, 2020-ci ilin oktyabr ayında X3, Cavabdeh2 və Cavabdeh1 Göyçay rayonu Çərəkə kəndi ərazisindən xurma meyvəsi alaraq onlara verməyi ilə bağlı razılaşmış, ümumilikdə 31 nəfər kənd sakinindən 19500 manat dəyərində meyvə alaraq cavabdehə vermişdir. Meyvənin pulunu nəğd şəkildə verəcəyini bildirsə də meyvə yük maşınına yığılandan sonra Cavabdeh2 malın pulunu 3-4 günə verəcəklərini bildirmişdir. Əvvəl razılaşmamış sonradan cavabdehin çoxsaylı xahişindən sonra xurmaları nisyə olaraq Cavabdeh2 vermişdir. 2-3 ay keçməsinə baxmayaraq Cavabdeh2 borclu olduğu 6330 manat pulu qaytarmamışdır. Kənd sakinlərindən xurmanı yığdığı üçün sakinlər pulunu ondan tələb edirlər. Kənd sakini şəhid atası X4 19500 manat borc alaraq xurma aldığı şəxslərin pulunu qaytarmışdır. Həmin vaxtdan dəfələrlə Cavabdeh2 ona borclu olduğu pulu tələb etsə də müxtəlif bəhanələrlə pulu qaytarmamışdır. 24.02.2021-ci il tarixdə Göyçay rayon PŞ-nə ərizə ilə müraciət etmiş, cavabdeh polis şöbəsində izahat vermişdir. Göyçay rayon PŞ-nin TB-nin Cavabdeh2 barəsində 06.03.2021-ci il tarixdə Cinayət işinin başlanlmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Polis şöbəsində izahat verən cavabdeh ona borclu olduğu 6330 manatı etiraf etmişdir.Buna görə də cavabdehdən 6330 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitsəi ilə məlumat verilmiş, cavabdeh məhkəmə bildirişinə imza etməklə almış, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə işə qiyabi icraat qaydasında baxılması barədə qərardad qəbul etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir. Hər iki işə apellyasiya qaydasında baxılarkən hər iki iş, eyni iddiaçının - İddiaçı fərqli cavabdehlərə - müvafiq olaraq Cavabdeh2 və Cavabdeh1 qarşı yuxarıda göstərilən qaydada əlaqəli tələblərə – müvafiq olaraq 6330 manat və 6340 manat pul tələbinə dair işlər olduğundan Şəki Apellyasiya Məhkəməsinin 1 dekabr 2021-ci il tarixli 2(107)- 2077/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(046)-1169/2021 nömrəli qiyabi qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə 2(107)-2077/2021 nömrəli iş birlikdə baxılması üçün İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(046)-1168/2021 nömrəli qiyabi qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə olan 2(107)- 1998/2021 nömrəli işə birləşdirilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Göyçay rayon məhkəməsi İddiaçı mənə qarşı borcun ödənilməsi tələbinə dair iddiasını təmin edərkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, maddi və prosessual normaların tələblərini pozmuşdur. Belə ki, məhkəmə iclasında iştirak edib sübutlarını təqdim etmək üçün 28 iyul 2021 ci il tarixdə məhkəməyə rəsmi olaraq müraciət edib işin təxirə salınmasını xahiş etsə də, məhkəmə tərəfindən prosessual hüquqları pozulmuş, bunula da məhkəmədə iştirak edib sübutlarının təqdim edilməsindən məhrum olunmuşdur. Bununla da məhkəmədə iş üçün əhəmiyyətli olan hallar araşdırılmamışdır. Hakim qeyd etdiyim faktı araşdırmadan sübutlara birtərəfli qiymət vermiş və iddianı tam təmin etməklə əsassız qətnamə çıxarmışdır. Hakim qətnamə çıxararkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığından, maddi və prosessual hüquq normalarını pozduğundan Göyçay rayon məhkəməsinin 29 iyul 2021-ci il tarixli qiyabi qətnaməsi dəyişdirilməlidir. Ona görə də, İddiaçı ona qarşı borcun ödənilməsi tələbinə dair 2(046)-1168/2021 saylı mülki iş üzrə Göyçay rayon məhkəməsinin 29 iyul 2021-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə qəbul etdiyi qiyabi qətnaməni onunla əsaslandırıb ki, “məhkəməyə təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06.03.2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh2 izahat verərək göstərmişdir ki, 2020-ci ilin noyabr ayında şərikləri Cavabdeh1 Cənnatalı oğlu və X5 ilə birlikdə İddiaçı ilə əlaqə saxıayaraq Göyçay rayonu Çərəcə kəndində xurma meyvəsini yığmasını və onların gəlib ondan götürməyini bildirmişdir. Şərikləri ilə birlikdə Göyçay rayonu Çərəkə kəndinə getdiklərini və meyvələri maşına yükləyərək apardığını bildirmişdir. 19500 manat dəyərində meyvəni yüklədikdən sonra maşınları Rusiya Federasiyasına göndərdiklərini, lakin orada meyvənin qiymətinin aşağı düşməsi səbəbindən onların həmin meyvənin pulunu qaytara bilmədiklərini bildirmişdir. Bundan sonra onlar birlikdə Ariflə görüşmüş, ona məsələni izah etdiklərini, ona çatacaq pulu ödəyəcəklərini bildirmişlər. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı 2020- ci ilin oktyabr ayında Cavabdeh2 6330 manat manat dəyərində nisyə xurma meyvəsi satmış cavabdeh isə həmin pulu qaytarmamışdır. Hazırda iddiaçı 6330 manat pulu cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının iddiası əsaslıdır”. O və digər şərikləri olan Cavabdeh1 Cənnatalı oğlu və X5 ilə birlikdə ayrı-ayrı vətəndaşlardan xurma mevyəsi alış-verişi etmişlər. Lakin iddiaçıya Göyçay rayonu, Çərəcə kəndindən xurma mevyəsi yığmasını sifariş versələr də, iddiaçının iddia etdiyi 19500 manat dəyərində olan xurma meyvəsinin ondan alınmasında o iştirak etməmişdir. Onun heç iddiaçıdan 19500 manat xurma meyvəsini nisyə alınması barədə xəbəri belə yoxdur. Bu hansı məntiqə sığa bilər ki, iddiaçı iddia edir ki, o cavabdehə 19500 manat dəyərində nisyə xurma meyvəsi vermişdir, amma onun 6330 manat borcu qalıb?! Digər tərəfdən Göyçay Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı onun vermədiyi izahatı özündən yazıb və həmin izahatda yazılanlar onun etirafı deyil. O, polis şöbəsində izahat verəndə də bildirmişdi ki, şikayətçinin iddia elədiyi 19500 manatlıq xurma meyvəsini kiməsə nisyə verməsindən onun xəbəri yoxdur və əgər belə alış-veriş olubsa da o, həmin alış-verişdə iştirak etməmişdir. Təhqiqatçı onun yazılan izahatı oxuya bilməməyindən sui istifadə edərək, özü izahat tərtib edərək ona yalnız bir-iki vərəqə imza atmağı tələb etmişdir. O da yazılan izahatı oxumadan, mahiyyətini anlamadan həmin izahata imza atmışdır. Bir daha qeyd edir ki, onun iddiaçıya heç bir borcu yoxdur və ondan nisyə meyvə almamışdır. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(046)- 1169/2021 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 özünün verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, şərikləri Cavabdeh2 və X5 ilə birlikdə xurma satışı ilə məşğul olmuşdur və ayrı-ayrı vaxtlarda iddiaçıya 50000 manat xeyir vermişdir. Bu iş üzrə isə sonuncu xurma satışı ilə bağlı şəriki X2 günahından o, Göyçay Rayon Polis Şöbəsində izahat verərək İddiaçı alınmış xurmanın pulunu ödəyə bilmədiklərini və yaxın vaxtda ödəyəcəklərini bildirmişdir. Əslində, həmin borc X3 aiddir və o da borcunu ödəməyə başlamışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 özünün verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o da Cavabdeh1 kimi X5 ilə birlikdə şərikli xurma alveri ilə məşğul olmuşdur, Göyçay Rayon Polis Şöbəsində verdiyi izahatı polis işçisi özü yazmışdır, o, həmin izahatda İddiaçı aldıqları xurmanın pulunu ödəyəcəklərini göstərsə də, əslində həmin borc X3 aiddir, o da borcunu ödəyir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(046)-1168/2021 nömrəli və Göyçay Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(046)-1169/2021 nömrəli qiyabi qətnamələrinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(046)-1168/2021 nömrəli qiyabi qətnaməsi və Göyçay Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(046)-1169/2021 nömrəli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəməyə təqdim edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06.03.2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh1 izahat verərək göstərmişdir ki, 2020-ci ilin noyabr ayında şərikləri Cavabdeh2 və Tərlan Adıgözəlovla birlikdə İddiaçı öğlu ilə əlaqə saxlayaraq Göyçay rayonu Çərəcə kəndində xurma meyvəsini yığmasını və onların gəlib ondan götürməyini bildirmişdirlər. Sonradan Arif ona zəng edərək meyvənin hazır olduğunu və gəlib onu aparmaqlarını bildirmişdir. Şərikləri ilə birlikdə Göyçay rayonu Çərəkə kəndinə getdiyini və meyvələri maşınlara yükləyərək apardğını bildirmişdir. Meyvənin pulu verilməsi isə meyvə satıldıqdan sonra pulun veriləcəyinə razılaşma olduğunu bildirmişdir. 19.500 manat dəyərində meyvəni yüklədikdən sonra maşınları Rusiya Federasiyasına göndərdiklərini lakin orada meyvənin qiymətinin aşağı düşməsi səbəbindən onların həmin meyvələrin satışında ziyan etdiklərindən meyvənin pulu qaytara bilmədiklərini bildirmişdir. Bundan sonra onlar birlikdə Ariflə görüşmüş və ona məsələni izah etdiklərini, ona çataçaq pulu ödəyəcəklərini bildirmişlər. Həmin qərardan o da görünür ki, Cavabdeh2 izahat verərək göstərmişdir ki, 2020-ci ilin noyabr ayında şərikləri Cavabdeh1 və X5 ilə birlikdə İddiaçı ilə əlaqə saxlayaraq Göyçay rayonu Çərəcə kəndində xurma meyvəsini yığmasını və onların gəlib ondan götürməyini bildirmişdirlər. Sonradan Cavabdeh2 ona zəng edərək meyvənin hazır olduğunu və gəlib onu aparmaqlarını bildirmişdir. Şərikləri ilə birlikdə Göyçay rayonu Çərəkə kəndinə getdiyini və meyvələri maşınlara yükləyərək apardğını bildirmişdir. Meyvənin pulu verilməsi isə meyvə satıldıqdan sonra pulun veriləcəyinə razılaşma olduğunu bildirmişdir. 19.500 manat dəyərində meyvəni yüklədikdən sonra maşınları Rusiya Federasiyasına göndərdiklərini lakin orada meyvənin qiymətinin aşağı düşməsi səbəbindən onların həmin meyvələrin satışında ziyan etdiklərindən meyvənin pulu qaytara bilmədiklərini bildirmişdir. Bundan sonra onlar birlikdə Ariflə görüşmüş və ona məsələni izah etdiklərini, ona çataçaq pulu ödəyəcəklərini bildirmişlər. Birinci instansiya məhkəməsi hər iki iş üzrə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 427.1, 427.2, 427.3 və 600.1-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 427.1.-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2.-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.3.-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 600.1-cü maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərədə tutulmadıqda isə bu məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı 2020-ci ilin oktyabr ayında Cavabdeh1 6340 manat dəyərində nisyə xurma meyvəsi satmış, cavabdeh isə həmin pulu qaytarmamışdır. Hazırda iddiaçı 6340 manat pulu cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının iddası əsaslıdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı tələbi təmin edilməli, Cavabdeh1 6340 manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı 2020-ci ilin oktyabr ayında Cavabdeh2 6330 manat dəyərində nisyə xurma meyvəsi satmış, cavabdeh isə həmin pulu qaytarmamışdır. Hazırda iddiaçı 6330 manat pulu cavabdehdən tələb edir. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddası əsaslıdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı tələbi təmin edilməli, Cavabdeh2 6330 manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hər iki iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi hər iki iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyasının sorğusu əsasında Göyçay Rayon Polis Şöbəsindən götürülmüş və öyrənilmiş təhqiqat materiallarından və iddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi icraata başlama haqqında icra məmurunun qərarı və izahatdan görünür ki, hazırki iş üzrə cavabdehlər 2020-ci ilin noyabr ayında şərikləri Tərlan Adıgözəlovla birlikdə İddiaçı öğlu ilə əlaqə saxlayaraq Göyçay rayonu Çərəcə kəndində xurma meyvəsini yığmasını və onların gəlib ondan götürməyini bildirmişdirlər. Sonradan Arif onlara zəng edərək meyvənin hazır olduğunu və gəlib onu aparmaqlarını bildirmişdir. Şərikləri ilə birlikdə Göyçay rayonu Çərəkə kəndinə getmişlər və meyvələri maşınlara yükləyərək aparmışlar. Meyvənin pulunun verilməsi isə meyvə satıldıqdan sonra pulun veriləcəyinə razılaşma olduğunu bildirmişlər. 19.500 manat dəyərində meyvəni yüklədikdən sonra maşınları Rusiya Federasiyasına göndərmişlər, lakin orada meyvənin qiymətinin aşağı düşməsi səbəbindən onlar həmin meyvələrin satışında ziyan etdiklərindən meyvənin pulu qaytara bilmədiklərini bildirmişlər. Bundan sonra onlar birlikdə Ariflə görüşmüş və ona məsələni izah etdiklərini, ona çataçaq pulu ödəyəcəklərini bildirmişlər. Göyçay Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(046)-1167/2021 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin olunmuş, cavabdeh X1 6330 manat pul və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamə icraya yönəldilmişdir. X5 həmin borcundan 700 manatı Göyçay Rayon İcra və Probasiya şöbəsi vasitəsilə İddiaçı nağd şəkildə vermişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırki iş üzrə iddiaçı tərəfindən apellyasiya baxışında təqdim olunmuş sənədlər birinci instansiya məhkəməsində işə baxılarkən mövcud olmadığından məhkəmə kollegiyası tərəfindən sübut kimi qəbul edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddiaları təmin edərkən düzgün nəticəyə gəldiyindən və qiyabi qətnаmələr fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qiyabi qətnаmələrin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(046)-1168/2021 nömrəli qiyabi qətnaməsi və Göyçay Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(046)-1169/2021 nömrəli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Göyçay Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(046)-1168/2021 nömrəli qiyabi qətnaməsi və Göyçay Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(046)- 1169/2021 nömrəli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar