Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1271/2022 01.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, e-2(075)-1001/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçı "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli, 12/678-2019 saylı kredit resturukturizasya müqaviləsinə əsasən, "xxxx" BOKT MMC Cavabdeh xx.xx.2013-cü il tarixli, 080/13 nömrəli kredit müqaviləsi üzrə vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 7500 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 7500 manat məbləğində güzəştli krediti illik 1% olmaqla 5 il müddətinə cavabdehə vermişdir. Cavabdeh 60 ay müddətinə illik faiz dərəcəsi 1 faiz olmaqla 7500 manat məbləğində kredit verilmişdir.
2. Ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 7500 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 60 ay müddətinə qaytarmalı olmuşdur.
3. 12 aprel 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə 24 dekabr 2019-cu il tarixli, 12/678-2019 saylı müqaviləyə əsasən 7191.71 manat ödənilməmiş hissə, 75.91 manat faiz borcu, 3.9 manat cərimə borcu olmaqla, cəmi 7271.52 manat borcu vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kreditin əsas borc üzrə 7191.71 (yeddi min yüz doxsan bir manat 71 qəp) manat, faiz borcu üzrə 75.91 (yetmiş beş manat 91 qəp ) manat, cərimə borcu üzrə 3.9 (3 manat 90 qəp ) manat olmaqla, ümumilikdə 7271.52 (yeddi min iki yüz yetmiş bir manat 52 qəp) manat məbləğində borc və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 93 (doxsan üç) manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 24 dekabr 2019-cu il tarixdə "xxxx" BOKT MMC ilə Cavabdeh oğunun arasında 12/678-2019 saylı kredit restrukturizasiya müqaviləsi bağlanmışdır. Kredit restrukturizasiya müqaviləsinin şərtlərinə görə Cavabdeh iddiaçı tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh 7500 manat məbləğində kredit borcu restrukturizasiya edilmişdir. Cavabdeh 60 ay müddətində kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müüqaviləsinin 1 saylı əlavəsində qrafik üzrə ödəməli olmuşdur. İddiaçı Fərman çərçivəsində kredit restrukturizasiya müqaviləsinə uyğun olaraq öz üzərinə götürdüyü öhdəliyini tam icra edərək Cavabdeh köhnə kredit borcunu restrukturizasiya edilməsi üçün ona 7500 manat məbləğində kredit ayrılmışdır. Lakin, cavabdeh kredit restrukturizasiya müqaviləsinin şərtlərini mütəmadi olaraq pozmuş və ödənişi xx.xx.2021-ci il tarixdən etibarən dayandırmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixə iddiaçıya 7191.71 manat əsas, 75.91 manat faiz və 3.9 manat cərimə borcu olmaqla, cəmi 7271.52 manat məbləğində borcu yaranmışdır.
6. Şəki Rayon Məhkəməsinin (hakim P.hacıyev ) 26 iyul 2022-ci il tarixli, e-2(075)- 1001/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, 24 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən 7191.71 manat əsas, 75.91 manat faiz, 3.9 manat cərimə borcu olmaqla, cəmi 7271.52 manat borc və iş üzrə ödənilmiş 93 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" BOKT MMC-yə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, "xxxx" BOKT MMC Cavabdeh xx.xx.2013-cü il tarixli, 080/13 nömrəli kredit müqaviləsi üzrə vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 7500 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 7500 manat məbləğində güzəştli krediti illik 1% olmaqla 5 il müddətinə cavabdehə vermişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir.
8. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı "xxxx" BOKT MMC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" BOKT MMC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin-nin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 2 (075)-1001/2022 saylı, 26 iyul 2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçının tələbi təmin edilmişdir. Əslində, isə iddia ərizəsi təmin edilməməli idi. Belə ki, 24 dekabr 2019-cu il tarixdə "xxxx" BOKT MMC ilə onun arasında 12/678-2019 saylı kredit restrukturizasiya müqaviləsi bağlanmışdır. Kredit restrukturizasiya müqaviləsinin şərtlərinə iddiaçı tərəfindən ona Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə onun 7500 manat məbləğində kredit borcu restrukturizasiya edilmişdir. Halbuki, o qeyd olunan kredit müqaviləsi üzrə, borcunu ödəmişdir. Belə ki, 2013-cü ildə onunla iddiaçı arasında kredit müqaviləsi bağlanmışdır. Müqavilə onunla bağlansa da pulu Arif deyilən şəxs götürmüşdür. Bir müddət sonra onun Arifə borcu olduğundan, o iddiaçının razılığı ilə həmin kredit müqaviləsi üzrə olan borcun əvəzinə tikinti materialları vermişdir. Belə ki, o iddiaçı olan kredit təşkilatının rəhbərliyi ilə razılaşmışdır ki, müqavilə üzrə ödənişin əvəzinə onlara tikinti materialları versin və bununla da müqavilə üzrə borcu ödənilmiş hesab olunsun. Lakin 2019-cu ildə onu yenidən dəvət edərək bildirmişlər ki, kredit müqaviləsi fərmanın təsiri altına düşdüyündən yenidən müqavilə bağlanmasını xahiş etmişlər və ona demişlər ki, borcu özləri ödəyəcəklər. Müqavilə isə vaxt qazanmaq üçün bağlanmışdır. Lakin, bu iddia barədə məlumat aldıqdan sonra aldadıldığını bilmişdir.
12. İddiaçı həmin müqavilə üzrə onun üzərinə götürdüyü öhdəlikləri icra etməməyini əsas göstərərək, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin, iddiaçı həmin müqavilələrin ləğv edilməsini tələb etmək səlahiyyəti vardırsa, o, həmin müqaviləyə istinad edərək onun həmin müqavilənin ləğv edilməsi və həmin müqavilədən yaranmış öhdəliklərlə bağlı məhkəmədə iddia qaldırmamışdan əvvəl həmin müqavilənin ləğv edilməsi, həmin müqavilədə göstərilən pul məbləğlərinin ona qaytarılması ilə bağlı ona hər hansı bir bildiriş göndərməmiş, eyni zamanda bununla bağlı xəbərdarlıq müddətini gözləməmişdir. Bunun əksini sübut edəcək hər hansı bir sənəd də iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi üçün səy göstərməmiş, eyni zamanda bu qaydanı tətbiq etmək imkanı itirilməmişdir. İddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həlledilməsinə riayət etmədiyinə görə onun iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1.-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Qeyd edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2 (075)-1001/2022 saylı qətnaməsinin ləğv edilərək yeni qanuni və ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, təxminən 2013-cü il tarixlərdə dostuna pul lazım olduğu üçün sözügedən kredit təşilatından 7500 manat pul götürərək dostuna vermişdir. Lakin həmin borcu tikinti materialları ilə əvəz etmişdir, yəni BOKT-n rəhbərliyinə tikinti materialları vermişdir. Həmin vaxt ona borcunun olmadığı bildirilmişdir. Üstündən 6-7 il keçəndən sonra, 2019-cu il tarixdə yeni müqaviləyə imza etdirərək məsələni özləri həll edəcəyini bildirmişlər. Lakin bütün bunlara baxmayaraq onu məhkəməyə vermişlər. Hesab edir ki, iddia tam əsassızdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş edir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti qətnamənin tam ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, e- 2(075)-1001/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Belə ki, iddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir.
23. İşin məhkəmə tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı kredit təşkilatı ilə cavabdeh arasında müvafiq olaraq xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməyib.
24. Apellyasiya şikayətinin dəlili üzrə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır.
25. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.
26. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır.
27. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
28. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli, 12/678-2019 saylı kredit resturukturizasya müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
29. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
30. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, BOKT kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə göstərilən məbləği Cavabdeh borc vermiş və tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəllərində razılaşdırmışlar. Buna baxmayaraq, cavabdeh ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və kredit təşkilatının tələb hüququ meydana gəlmişdir. Belə olan halda, borcun cavabdehdən tutulması haqqında iddiaçının tələbi yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır.
31. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır.
32. İkincisi, cavabdeh şikayətinin dəlillərində iddiaçı BOKT-un rəhbərliyinə tikinti materialları verdiyini və borcu həmin tikinti materialları ilə əvəzləşdirdiyini bildirsə də, bununla bağlı nə birinci, nə də ki, apellyasiya icraatı zamanı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
33. Üçüncüsü, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir.
34. Bu cür hallar isə kredit verənin mənafeyinə zərər vurmaqla yanaşı, dövlətin adından çıxarılmış məhkəmə qərarlarının uzun müddət ərzində tam icra olunmamasına görə məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirə bilər.
35. Beləliklə də qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, e-2(075)-1001/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov