Məhkəmə qərarları › İş №2(107)-1274/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1274/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1274/2020 17.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X3, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Namidar Misirzadə) Cavabdeh 14800 (on dörd min səkkiz yüz) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi, Cavabdeh İddiaçı qarşı – cavabdehdən mənəvi zərərə görə 20000 manat kompensasiyanın və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. işin halları: İddiaçı Cavabdeh qarşı – cavabdehdən 14800 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərində yerləşən Dərnəgül bazarı adlanan ərazidə tikinti materialları alveri ilə məşğul olub çörək pulu qazanır. Cavabdeh bir neçə ay əvvəl tanımışdır. Cavabdeh isə Kürdəmir rayonunda tikinti materialları alış-verişi ilə məşğul olur. Cavabdeh 2019-cu ilin əvvəllərində ondan bir neçə dəfə nisyə olaraq dam örtüyü götürmüş, həmin malların pulundan 14800 manat pulu ödəməyərək bu günə kimi borclu qalmışdır. Dəfələrlə cavabdehdən nisyə aldığı malların pulundan borclu qaldığı 14800 manat pulu tələb etməsinə baxmayaraq, həmin məbləği yaxın vaxtlarda verəcəyinə söz vermiş, lakin pulu verməmişdir. Bu barədə onun barəsində müxtəlif hüquq mühafizə orqanlarına şikayətlər etsə də, aralarında olan mübahisənin mülki mübahisə olması əsası ilə Cavabdeh barəsində cinayət işi başlanmamış və ona bu barədə məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Həmin müddətdən xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh nə aldığı malları qaytarmır, nə də apardığı malların pulunu vermir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh İddiaçı qarşı – cavabdehdən mənəvi zərərə görə 20000 manat kompensasiyanın və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, həqiqətən Bakı şəhərində tikinti materiallarının satışı ilə məşğul olan İddiaçı 2 ilə yaxın bir müddətdir ki, tanıyır. Ondan bir dəfə mal almış və aldığı malların satışını həyata keçirdikcə onun pulunu hissə-hissə tam ödəmişdir. 2019-cu ilin əvvəlində növbəti alqı-satqı əməliyyatı razılaşdırılarkən əvvəlki əməliyyatlardan guya ona 14.800 manat borcu qalmışdır. Ona malların alışı və alınmış mallara görə ödəniş üzrə apardığı uçot kitabçasını göstərmiş və bu uçota görə ona borcu olmadığını sübut etmişdir. Bundan sonra İddiaçı ona heç bir hesab-faktura təqdim etmədən, alış-veriş üzrə malların təhvili sahəsində heç bir sənəd ortaya qoymadan ona borcu olduğunu boş sözlərlə sübut etməyə çalışmışdır. Bundan sonra İddiaçı bu barədə inzibati orqanlara ərizələrlə müraciət etmiş, aparılmış təhqiqat zamanı inzibati orqan ona dəlil və sübut təqdim edilmədiyindən bu iş üzrə qaldırılmış iddianı rədd etmiş, hazırda İddiaçı şər və böhtan dolu iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iclasında iştirak edən ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddiaya etiraz etdi və izahatında göstərmişdir ki, tikinti materialallrının satışı ilə məşğul olmuşdur. Cavabdehi əvvəllər tanımamışdır. Bir nəfər tanışının vasitəsilə ona zəng edərək pulunu sonradan vermək şərti dam örtüyü istəmişdir. Razılaşdıqlarından istədiyi dam örtüklərini Kürdəmir rayonuna göndərmişdir. Cavabdeh aldığı şiferlərin pulunu satıb hissə-hissə verəcəyini bildirmişdir. İlk vaxtlarda satdığı şiferlərin pulunu 500 manat olmaqla hissə-hissə ödəsə də, 14800 manat məbləği ona qaytarmamışdır. Cavabdehin pulu qaytarmadığını görüb hətta pulu ödənilməyən malın qaytarılmasını təklif etsə də, sonuncu malı satıb pulunu verəcəyini bildirmişdir. Lakin sonradan pulun verilmədiyini görüb Kürdəmir RPŞ-nə müraciət etmişdir. Cavabdeh orada izahatı alınarkən borcu olduğunu qeyd etmiş, hətta yaxın vaxtlarda ödəcəyini də bildirmişdir. Odur ki, iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında iştirak edən ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddiaya etiraz etdi və ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddaçı İddiaçı birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən narazı qalan Cavabdeh apellyаsiyа şikаyəti verərək həmin qətnamənin tam həcmdə ləğv edilməsini, onun qarşılıqlı iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və onun qarşılıqlı iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya məhkəməsi iclasının vaxtı və yeri barədəİddiaçı lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmədi. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(016)- 89/2020 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh pulunu sonradan vermək şərti ilə dam örtüyü – tikinti materialı verdiyini, sonuncunun ona borclu olduğu 14800 manat pulu verməyərək onu aldatması barədə İddiaçı Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etməsi ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan həmçinin görünür ki, Ömərov X4 aldığı malların pulunun bir hissəsini ödəsə də bir hissəsini ödəmədiyi, yaxın vaxtlarda ödəyəcəyi barədə Rəşada söz verərək razılaşdığını qeyd edilmişdir. İş üzrə şahid qismində dindirilmiş X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, İddiaçıla 10 ildir ki, münasibətləri vardır. Cavabdeh isə həmin işlə bağlı tanımışdır. Ondan qabaq münasibətləri olmamışdır. Rəşad ona zəng edərək Kürdəmirdə Sübhanda malı olduğunu, pulunu vermədiyi malı qaytarmaq istəyib-istəməməsi barədə ondan soruşmağını xahiş etmişdir. Bununla bağlı Sübhanla görüşmüş, sonuncu isə malı qaytarmayacağını, pulunu ödəyəcəyini bildirmişdir. 22000 manat ödəməli idi. Həmin məbləğdən 15000 manata kimi ödəmişdir. Sübhan yaşıl rəngli şiferlərin yerini ona göstərmişdir. Dəqiq vaxtlarını və malların qədərini bilməsə də, Sübhan iki dəfə Rəşaddan şifer materialı götürmüşdür. Birinci dəfədən 8800 manat, ikinci dəfədən isə 22700 manat borcu qalmışdır. Özünün qeyd dəftərində Rəşada nə qədər borclu olduğunu da qeyd etmişdir. 8800 manat məbləği Rəşada çatdırmaq üçün ona vermişdir. Lakin sonradan qalan məbləği ödəməyəcəyini bildirmişdir. Belə olduğu halda həmin məbləğdə olan malı qaytarmalarını təklif etsələr də, onlardan şikayət edəcəyi ilə hədə-qorxu gəlmişdir. Birinci instansiya məhkəməsi də hesab etmişdir ki, işin materialları ilə Cavabdeh İddiaçı tikinti materialı olan dam örtüyünü nisyə alması və 14800 manat məbləğində borcunun qalması təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 14800 manat məbləğində pulu tələb etməkdə haqlıdır. Apellyasiya məhkəməsi hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh pulunu sonradan vermək şərti ilə dam örtüyü – tikinti materialı verdiyini, sonuncunun ona borclu olduğu 14800 manat pulu verməyərək onu aldatması barədə İddiaçı Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etməsi ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Birinci instansiya məhkəməsi bununla bağlı hesab etmişdir ki, Ömərov X4 aldığı malların pulunun bir hissəsini ödəsə də bir hissəsini ödəmədiyi, yaxın vaxtlarda ödəyəcəyi barədə Rəşada söz verərək razılaşdığını qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ərizə ilə Kürdəmir Rayon Polis Şöbəsinə müraciət edən zaman Cavabdeh pulunu sonradan vermək şərti ilə dam örtüyü – tikinti materialı verdiyini qeyd etmiş, sonuncunun ona borclu olduğu 14800 manat pulu verməyərək onu aldatması barədə araşdırma aparılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2019-cu il tarixli qərarın hazırkı iş üzrə əhəmiyyəti ilə bağlıəlavə olaraq qeyd edir ki, həmin qərardan görünür ki, “araşdırma zamanı izahatı alınmış vətəndaş Cavabdeh göstərmişdir ki, Rəşad və Zahiri ticarətçi kimi tanıyır. Səyyar Tikinti malları ticarəti ilə məşğul olmuş, Rəşad və Zahirdən pulunu satıb sonradan ödəmək şərti ilə tikinti malları almış, Rəşaddan aldığı malların pulunun bir hissəsini ödəsə də, bir hissəsini ödəməmiş, ancaq yaxın vaxtlarda ödəcəyi barədə Rəşada söz verərək onunla razılaşmış, Zahirdən aldığı malların pulunu tamamilə ödəmiş, Zahirə borcu qalmamışdır. Nə Rəşadı, nə də ki Zahiri aldatmamış, onlara qarşı heç bir dələduzluq etməmişdir. Qeyd edilən qərarın təsviri hissəsindən görünür ki, şikayətçi İddiaçı polis orqanlarına müraciət etmə səbəbi Cavabdeh ona qarşı 14800 manat miqdarında dələduzluq etməsi olmuşdur. Bu xüsusatla əlaqədar yəni, 14 800 manat məbləğində olan vəsait ilə bağlı dələduzluq əməlinin edilib-edilməməsi ilə əlaqədar izahatı alinan Cavabdeh 14 800 manatı mübahisələndirmədən şikayətçi İddiaçı borcunun olmasını etiraf etsə də, ona qarşı heç bir dələduzluq əməlini etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası bu xüsusatı Cavabdeh etirafı kimi qiymətləndirilir. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəflər arasında olan razılaşma (müqavilə) əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən razılaşma (müqavilə) əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, ilkin iddia bu hissədə təmin edilərək, 14800 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası eyni zamanda, qarşılıqlı iddianın “mənəvi ziyanın ödənilməsi”nə dair hissəsini araşdıraraq, hesab edir ki, qarşılıqlı iddia tələbi göstərilən hissədə də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddianın mənəvi ziyanın ödənilməsi barəsində hissəsi əsassızdır. Ona görə ki, mənəvi zərərin ödənilməsi barəsində tələb irəli sürmüş olsa da, göstərilən tələbə dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə göstərilən zərərin ona vurulmasını məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirə bilmədilər. Odur ki, qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ilkin iddianı təmin etməkdə, qarşılıqlı iddianı isə rədd etməkdə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn Cavabdeh apelyasiya şikаyəti təmin edilmədən, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(016)-89/2020 nömrəli qətnaməsi isə baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(016)-89/2020 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar