Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1279/2023 05.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia üzrə, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə qarşılıqlı iddiası üzrə (Açar sözlər: Apellyasiya baxışından çıxarma, işin istənilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili X3, Cavabdeh və onun vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə qarşılıqlı iddiasına dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-577/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyənetdi: İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə Cavabdeh 4558 (dörd min beş yüz əlli səkkiz) manat pulun və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 4800 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-577/2023 nömrəli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 4178 (dörd min yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaitinin tutularaq ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilməsi, ilkin iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 612 (altı yüz on iki) manat məbləğində pul vəsaitinin tutularaq ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, qarşılıqlı iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ilkin və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayəti mümkün hesab edilmiş və məhkəmə baxışı 05 dekabr 2023-cü il tarixdə, saat 11:00-a Şəki Apellyasiya Məhkəməsinin binasına (16 nömrəli zal) təyin edilmişdir. Qəbələ Rayon Məhkəməsinin hakimi X8 Apellyasiya Məhkəməsinə məktub ünvanlayaraq göstərmişdir ki, hazırki mülki iş Şəki Apellyasiya Məhkəməsinə göndərildikdən sonra həmin iş üzrə İddiaçı Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-577/2023 nömrəli qərardadından şikayət vermişdir. Bu səbəblə şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün 2(025)- 577/2023 saylı mülki işin Qəbələ Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş tərəflər və onların vəkilləri ayrıayrılıqda mülki işin apellyasiya baxışından çıxarılaraq, Qəbələ Rayon Məhkəməsinə göndərilməsinə etirazlarının olmadığını bildirdilər. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-1279/2023 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli, mülki iş apellyasiya baxışından çıxarılmalı, iş üzrə İddiaçı şikayətinin MPM-nin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Qəbələ Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 263-264, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-1279/2023 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilsin. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-577/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayət üzrə mülki iş apellyasiya baxışından çıxarılsın. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-577/2023 nömrəli qərardadından İddiaçı şikayətinin MPM-nin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Qəbələ Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul olunduğu аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1279/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1279/2023
05.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver