Məhkəmə qərarları › İş №2(107)-128/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-128/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-128/2023 26.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı X2, Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 2(024)-527/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı X5 və Cavabdeh apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 4000 manat borc pulun və dövlət rüsumu olaraq ödədiyi 60 manat dövlət rüsumunun alınıb özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2017-ci ildə Cavabdeh onun yanına gələrək pula ehtiyacı olduğunu bildirmişdir. O da Cavabdehla razılaşaraq ona 4000 manat məbləğində borc pul vermişdir. Həmin vaxtan bəri cavabdeh aldığı pulu geri qaytarmamışdır. O dəfələrlə cavabdehdən borcunu tələb etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəblərdən o məcbur olub bu iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ona olan 4000 manat borc pulun və dövlət rüsumu olaraq ödədiyi 60 manat dövlət rüsumunun alınıb özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində icraat Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) 11 oktyabr 2022-ci il tarixli, 2(024)- 527/2022 saylı qətnaməsi ilə, iddia qismən təmin edilmiş, Cavabdeh 2750 manat pul və 47.50 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı 2017-ci ildə Cavabdeh onun yanına gələrək pula ehtiyacı olduğunu bildirmişdir. O da Cavabdehla razılaşaraq ona 4000 manat məbləğində borc pul vermişdir. Həmin vaxtan bəri cavabdeh aldığı pulu geri qaytarmamışdır. O dəfələrlə cavabdehdən borcunu tələb etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəblərdən o məcbur olub bu iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ona olan 4000 manat borc pulun və dövlət rüsumu olaraq ödədiyi 60 manat dövlət rüsumunun alınıb özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Cavabdeh iddiaçıdan 2017ci ildə 4000 manat borc pul almışdır. Cavabdeh aldığı puldan müxtəlif vaxtlarda üç dəfə 250 manat bir dəfə 500 manat olmaqla ümumilikdə 1250 manatını iddiaçıya geri qaytarmışdır. Hazırda cavabdehin iddiaçıya 2750 manat borcu qalmışdır. Beləliklə Cavabdeh İddiaçı 2750 manat borclu olması iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 2750 manatadək olduqda 47.50 manat məbləğində dövlət rüsumu ödənilir. Ona görədə cavabdehdən tutulan dövlət rüsumu iddia tələbinin 2750 manatlıq hissəsi üzrə hesablanmalı və 47.50 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara obyektiv qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2750 manat pul və 47.50 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 26, 60-ci maddələri, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 443.1, 445.1, 445.2.1, 448-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 77.1, 217.4, 218.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri İddiaçı X5 apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, cavabdeh X6 2017-ci il tarixdə ondan 4000 (dörd min) manat pul borc almış və həmin puldan 500 (beş yz) manat pulu 2021-ci il tarixdə üç dəfəyə qaytarmışdır. Qalan pulu dəfələrlə ondan tələb etsə də o, pulu qytarmamışdır. Qax Rayon Məhkəməsində cavabdeh hər dəfə 250 manat olmaqla 3 dəfəyə 750 manat və bir dəfəyə 500 manat qaytardığını və ondan 2500 mnat pul aldığını bildirmişdir. Bu tamamamiylə yalandır və o ondan 4000 manat pul alıb və üç dəfəyə olmaqla 500 manat qaytarıb. Hazırda ona 3500 manat borcu vardır. Cavabdehin ona yazdığı mesajlar bunu təsdiq edir. Mesajlarda cavabdeh ona olan 4000 manat borcunu tam etiraf edir. Qax Rayon Məhkəməsinin qətnaməsi işdə olan sübutlara deiyl, cavabdehin öz xeyrinə vermiş olduğu ifadəsinə əsaslanmışdır. Qətnamə işdə olan sübutlrla əsaslandırılmamışdır. Qeyd olunanalara əsasən, Qax Rayon Məhkəməsinion xx.xx.2022ci il tarixli, 2(024)-527/2022 nömrəli qətnaməsi ləğv edilməsini, iddia tələbi tam həcmdə təmin edilərək X3 4000 (dörd min) manat borc pul və dövlət rüsumu olaraq ödədiyim 60 altmış manat pul tutularaq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, onlar arasında göstərilən xidmət və qiymət barədə razılaşma olmuş və onlar şifahi qaydada razılığa gəlmişlər. Onun tərəfindən razılaşmada nəzərdə tutulan xidmət göstərilmiş və uzun müddət sonra heç bir əsaslı səbəb göstərilmədən verdiyi pul faiz borcu kimi tələb olunmuşdur. Məhkəmə yalnız iddiaçının iddia ərizəsində göstərilənləri əsaslı hesab edərək heç bir araşdırma aparmadan tələbin təmin olunması haqqında qətnamə qəbul etmişdir. Belə ki, iddiaçıdan 2500 manat məbləğ borc olaraq götürülmüş və 1500 manat qaytarılmışdır. Hazırda iddiaçıya 1000 manat borcun qaldığı təqdirdə iddiaçı ondan aldığı məbləği faiz olaraq hesablayaraq ondan 4000 manat tələb etmişdir. İş materiallarında iddiaçının təqdim etdiyi heç bir sübut yoxdur. Məhkəmənin qətnaməsi və qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçının irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Belə ki, iddiaçının cavabdehə verdiyi pulun borc və faiz olması müəyyənləşdirilməli idi. İddiaçıdan alınan borc məbləği 2500 manat qaytarılan məbləğin 1500 manat qalıq borc 1000 manat olduğu təqdirdə iddiaçının hesabladığı əsassız faiz silinməli və 1000 manat ödənilməsi barədə qətnamə çıxarılmalı idi. Şikayətin əvvəlində geniş şəkildə mövqeyimizi əsaslandırdıq. İstər maddi istər prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, formal əsaslandırmadan ibarət qətnamə qəbul edilmişdir. Sübutetmə vəzifəsi həm MPM-in tələbləri baxımından, bu işdə də xüsusilə Mülki Məcəllənin 1132-ci maddəsinin tələbinə görə (Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur) iddiaçının üzərinə qoyulmuşdur. İşə baxılarkən iddiaçı tərəfindən heç bir sübut tədim edilməmiş və hec bir əsaslandırma olunmamışıdır. MPM-nin 371-ci maddəsinə əsasən yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunanlarına əsasən Qax Rayon Məhkəməsinin 2(024)-527/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbi əsassız olduğu üçün təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X5 apellyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(024)-527/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbi tam həcmdə təmin edilərək X3 4000 (dörd min) manat borc pul və dövlət rüsumu olaraq ödədiyim 60 altmış manat pul tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(024)-527/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbi əsassız olduğu üçün təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquqa Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə, öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;

2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

Apellyasiya şikayətindən görünür ki, iddiaçı X5 birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Qax Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(024)-527/2022 saylı qətnaməsininin tamamilə ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Qax Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(024)-527/2022 saylı qətnaməsininin tamamilə ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Qax Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(024)-527/2022 saylı qətnaməsini apelyasiya şikayətlərinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə, yəni iddianın təmin edilmiş 750 manata aid hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(024)-527/2022 saylı qətnaməsi qismən, yəni iddianın təmin edilmiş 750 manata aid hissədə ləğv edilməli və həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh iddiaçının yanına gələrək pula ehtiyacı olduğunu bildirmişdir. O da Cavabdehla razılaşaraq ona 2500 manat məbləğində borc pul vermişdir. Həmin vaxtan bəri cavabdeh aldığı pulu geri qaytarmamışdır. O dəfələrlə cavabdehdən borcunu tələb etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəblərdən o məcbur olub bu iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı apellyator apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, cavabdeh ondan 4000 manat pul alınmışdır. Lakin cavabdeh almış olduğu 4000 manat pulu geri qaytarmamışdır. Cavabdeh tərəf isə şikayətində qeyd edir ki, 2500 manat borc alıb və 500 manatını qaytarmışdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin yuxarıda qeyd edilmiş dəlili ilə bağlı hesab edir ki, şikayətin bu dəlili əsassızdır. Cavabdehin şikayətinin dəlili isə qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçı tərəf isə belə bir müqvilə məhkəmələrə təqdim etməmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayət əsassızıdır. Kollegiya borc məbləğinin məbləği ilə bağlı qeyd edir ki, cavabdeh tərəf iddiaçıdan 2500 manat borc aldığını etiraf etmişdir. Aldığı puldan isə 500 manatın qaytarıldığını qeyd edir. İddiaçı isə cavabdeh tərəfindən 500 manat pulun qaytarıldığını qəbul edir. Belə olan halda kollegiya qeyd edir ki, cavabdeh 2500 manat pulun iddiaçıdan alındığını etiraf edir, iddiaçı tərəf də 500 manat pulun qaytarıldığını etiraf edir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi mülki iş materiallarını araşdırarkən cavabdehdən 2750 manat borc pulun iddiaçıya qaytarmasına dair nəticə səhvdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı; ...çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM-in 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM-in 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. ...Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Eyni zamanda, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə, yəni iddianın təmin edilmiş 750 manata aid hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(024)- 527/2022 saylı qətnaməsi qismən, yəni iddianın təmin edilmiş 750 manata aid hissədə ləğv edilməli və həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qax Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(024)-527/2022 saylı qətnaməsi qismən, yəni iddianın təmin edilmiş 750 manata aid hissədə ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsinş. İddia tələbi 750 manata aid hissədə təmin edilməsin. Cavabdeh 2000 manat pul alınaraq iddiaçı X4 verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar