Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1282/2020 16.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı su yolunun açılması və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiаçı İddiaçı Ağdaş Rayon Məhkəməsində cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı iddia qaldıraraq, cavabdehlər tərəfindən ona məxsus həyətyanı torpaq sahəsinə su yolunun açılması və qanunsuz olaraq həmin su yolunun açılmaması nəticəsində ona dəymiş zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim N.Əliyev) xx xxxxxx 2019-cu il qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 tərəfindən, hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı ******* nömrəli çıxarışa əsasən Ağdaş rayonunun Şəmsabad kəndi ərazisində olan, İddiaçı mülkiyyətinə verilmiş 0,1461 hektar torpaq sahəsinə gedən su yolunun açılması, aparılmış tədqiqatın dəyəri olan 84.20 manat ekspertiza xərcinin cavabdehlərdən alınıb Kapital Bank ASC-nin Xətai filialına, kod 2000071, VÖİN ********** m/h AZ37NABZ********************, SWİFT AİİBAZ2X, benefisiarın adı: KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, benefisiarın hesabı AZ23AİİB********************, VÖEN ********** hesaba ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ İddia tələbi onunla əsaslandırılmışdır ki, RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Ağdaş rayonunun Şəmsabad kəndi ərazisində ona 0,1461 hektar torpaq sahəsi verilmişdir. Lakin cavabdehlər tərəfindən onun torpağına gələn su yolu zəbt edilmişdir. Qonşularına məxsus torpaq sahələrinə su gəlməsinə icazə versələr də, onun həyətinə gələn suyun qarşısını almaqla maneçilik törədir, onları sudan istifadə etməyə qoymurlar. Dəfələrlə su yolunun açılmasını xahiş etsə də, cavabdehlər tərəfindən onun bu xahişi yerinə yetirilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, cavabdehlər tərəfindən ona məxsus həyətyanı torpaq sahəsinə su yolunun açılması və qanunsuz olaraq həmin su yolunun açılmaması nəticəsində ona dəymiş zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə üzərimə qoyulan mükəlləfiyyətə görə, mən öz torpaq sahəmdən həmin kəndin sakini, bu iş üzrə İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinə gedən su yolu açmalıyam. Hesab edirəm ki, məhkəmə bu qətnaməni maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədən, mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan, iş üçün əhəməyyətli olan halları sübut etmədən qəbul etmiş və ona görə də qətnamədə göstərilmiş nəticə işin hallarına tamamilə uyğun deyildir. Qanunda nəzərdə tutulmuş müddətdən çox gedən məhkəmə prossesində təhlil olunan sübutlar göstərdi ki, iddiaçı uzun müddət ona servitut verilməsi üçün əsil “yolverilən” yuxarı qonşu ilə mübahisədə olmuşdur, amma bir qərara gələ bilməmişlər. Bu da o zaman ki, yerli hakimiyyət və bələdiyyə orqanları həmin qonşudan zəruri keçidi artıq bir dəfə təyin etmiş və məsələni müqavilə vasitəsi ilə bağlamışdılar. İddiaçı bir neçə il servitudan səmərəli istifadə etmiş, ancaq sonra isə başqa səbəblərə görə həmin qonşu ilə konflikt vəziyyətinə düşmüşdür, qonşu isə öz növbəsində iddiaçı ilə birtərəfli olaraq keçid münasibətlərini ləğv etmişdir. Eyni zamanda məhkəmə əvvəlki hüquqi münasibətlərə, o cümlədən də iddiaçımülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilmiş münasibətlərə hüquqi qiymət verməmiş, pozulmuş münasibətlərin bərpa olunub-olunmaması mülahizələrindən yan keçmişdir. Məhkəmə əsl cavabdehi prosessə cəlb etmək əvəzinə, əsl hüquq münasibətlərini tədqiq etmək əvəzinə, yeni yaradılası münasibətlərin əsasına kolliziya yerləşdirmişdir. Məhkəmənin “...Heç kəsə icazə verilmir ki, suyun təbii axımını (qonşunun - P.M.) ziyanına dəyişdirsin” tezisinə gəlincə, bunu mənə aidiyyəti yoxdur, mən iddiaçının suyunu heç vaxt kəsməmişəm. Odur ki, qeyd olunanlar nəzərə alınaraq apelyasiya şikayəti təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apelyasiya şikayətin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilmədən və iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün faktiki halları kifayət qədər araşdırmış və mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olan hüquqi nəticəyə gəlmişdir. Belə ki,iş materialarında olan sübutlardan, yəni: Ağdaş RİH başçısının Şəmsabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 636 nömrəli arayışdan məlum olur ki, halhazırda Şəmsabad kəndində yaşayan X2 və Cavabdeh1 məxsus həyətyanı torpaq sahəsinin sərhəd xətdindən keçən su yolu uzun illərdi, hətta kolxoz dövründə də həmin sahələrin suvarılması üçün həmin su keşqalından istifadə olunmuş və su paylanaraq həmin sahələr sulanmışdır. Səyyar Asan tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 15763758 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X4 xx.xx.1991-ci ildə Ağdaş rayon, Bəylik kəndində anadan olmuş, Ağdaş rayon, Şəmsabad kəndində qeydiyyatdadır. ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli **********91 nömrəli mütəxəsis rəyində göstərilir ki, qeyd edilən su yolu dedikdə iddiaçının mülkiyyətinə gedən suvarma arxı nəzərdə tutularsa, həmin arxın bir hissəsi cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinin 69 metr uzunluğunda olan hissəsindən keçir. Həmin suvarma arxının qarşısının cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində kəsildiyi müəyyən olunmuşdur. DƏDRX tərəfindən verilmiş ******* nömrəli çıxarışın surətindən məlum olur ki, İddiaçı tərəfindən hüququ rəsmiləşdirilən Ağdaş rayon, Şəmsabad kəndində xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinin 0,1461 hektar torpaq sahəsinin hüquq sahibi İddiaçıdur. Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 03/1169 nömrəli arayışdan məlum olur ki, xx.xx.2016-cı il tarixli ********** №-li ərizə və xx.xx.2016-cı il tarixli ********** №-li müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nın 17 saylı Ərazi İdarəsi tərəfindən mülkiyyətində olan fərdi yaşayış evi üçün qiymətləndirilmə işi aparılmışdır. Obyektin xx xxxxxxx 2016-cı il tarixinə bazar dəyəri 17.900 manat təşkil etmişdir. DƏDRX-nın 17 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli **********15- 10301 reyestr nömrəli texniki pasport Ağdaş rayon, Şəmsabad kəndində yaşayan İddiaçı verilmişdir. Ağdaş RİH başçısının Şəmsabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 264 nömrəli arayışdan məlum olur ki, İddiaçı həqiqətən Ağdaş rayon Şəmsabad kəndində yaşayır və qeydiyyatdadır. xx.xx.2018-cı il tarixli AZE 17480741 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh3 qızı xx.xx.1968-ci il tarixdə Ağdaş rayon Şəmsabad kəndində anadan olmuş və kənddə qeydiyyatdadır. Bunlardan əlavə, birinci instansiya məhkəməsində izahat verən Cavabdeh3 bildirmişdir ki, cavabdeh öz həyətinə başqa yerdən su çəkə bilər, onun həyətindən keçən su yolu bərpa olunarsa, onun həyətinə və torpaq sahəsinə ziyan vura bilər. Buna görə də məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində izahat verən digər Cavabdeh1 da Cavabdeh3 izahatına oxşar izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə kollegiyası tədqiq etdiyi sübutlarla müəyyən etmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışına əsasən Ağdaş rayonunun Şəmsabad kəndi ərazisində iddiaşı İddiaçı mülkiyyətinə verilmiş 0,1461 ha torpaq sahəsinə gedən su yolunun (arxının) qarşısı JN- 124F nömrəli şəhadətnamə ilə cavabdehlər Cavabdeh1, Səfayə Lətifova və Cavabdeh3 birgə mülkiyyətinə verilmiş 0,29 ha torpaq sahəsinin 69 metr uzunluğunda olan hissəsindən keçən yerdə cavabdehlər tərəfindən kəsilmişdir. Belə olan halda apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuş, işin faktiki hallarına və tərəflərin qaşılıqlı münasibətlərinə uyğun olan nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 29-cu maddəsi). Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən isə torpaq münasibətləri-dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir (mad. 3, bənd 1). Torpaq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlərdir (mad. 3, bənd 2). Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar (mad. 48, bənd 5). Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istfadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o, cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır (mad. 54, bənd 3). Torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsi ilə keçmək barədə həmin sahəyə servitut müəyyən edilə bilər (mad. 54. bənd 4). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur (mad. 84. bənd 1). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir (mad. 84. bənd 3). Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (mad. 111. bənd 3). Azərbaycan Respublikası Mülki Məcəlləsində isə təsbit edilmişdir ki, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşusunun mülkiyyətinə cürbəcür hədsiz təsirlədən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirlər qadağandır (mad. 170.2). Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin (mad. 170.3). Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir (mad. 170.4). Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır (mad. 175.1). Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər (mad. 255.4). Apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır. Faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan məhkəmə qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in tələblərinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (mad. 385.2). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (mad. 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (mad. 77.1). Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur (mad. 88). Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə xx xxxx 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Beləliklə, məhkəmə kоllegiyаsı tədqiq etdiyi sübutlara əsasən, belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1282/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1282/2020
16.06.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver