Məhkəmə qərarları › İş №2(107)-1282/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1282/2025

05.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1282/2025 05.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul (maddi ziyan) tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul (maddi ziyan) tələbi, qüvvə) X8 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Musayev Taleh Valeh oğlu və X1 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul (maddi ziyan) tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, 2(063)-765/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı cavabdehə qarşı pul (maddi ziyan) tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 18259 manat və dövlət rüsmu üçün ödənilmiş 148 manat, cəmi 18407 manat məbləğində tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2022-ci ilin noyabr ayından onun etibarından sui-istifadə edərək guya onu xaricdə müalicə etdirmək və qohumunun sənədlərini düzlətdirmək və sairə adı ilə 18759 manatını ələ keçirmiş, həmin puldan 500 manat qaytarmış və ona 18259 manat borcu qalmışdır. Cavabdehin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Tovuz Rayon Məhkəməsi hökm çıxarmış, Gəncə Apellyasiya Məhkəməsi də 1(104)-93/2025 saylı, 14 aprel 2025-ci il tarixli qərarla həmin hökmü qüvvədə saxlamışdır.

3. Ucar Rayon Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, 2(063)-765/2025 nömrəli qətnaməsi ilə (hakim Hilal Xəlilov) iddia qismən təmin edilmiş, Cavabdeh zərərə görə 18250 (on səkkiz min iki yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 148 (bir yüz qırx səkkiz) manat, cəmi 18398 (on səkkiz min üç yüz doxsan səkkiz) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 1(062)-91/2024 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cavabdeh şübhəli şəxs qismində tutulduğu, həbs qətimkan tədbirində və ev dustaqlığı qətimkan tədbirində olduğu 01 ay 17 gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2025-ci il tarixli, 1(104)-93/2025 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair Tovuz Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 1(062)-91/2024 saylı hökmünun apellyasiya şikayətinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən Cavabdeh cəza təyini hissəsində dəyişdirilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrumetmənin müddətinə bir günə bir gün hesablanmaqla Cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 1 ay 25 gün müddət ona Tovuz Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 1 (062)-91/2024 saylı hökmü ilə CM-in 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılması və üzərində qəti olaraq 2 (iki) il 10 (on) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması, qərarın elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minməsi qərara alınmışdır. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı, Tovuz şəhəri, A.Hüseyn küçəsi, ev 9-da qeydiyyatdadır. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatdadır.

6. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, cavabdehə qarşı pul (maddi ziyan) tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 18259 manat və dövlət rüsmu üçün ödənilmiş 148 manat, cəmi 18407 manat məbləğində tutularaq mənə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2022-ci ilin noyabr ayından onun etibarından sui-istifadə edərək guya onu xaricdə müalicə etdirmək və qohumunun sənədlərini düzlətdirmək və sairə adı ilə 18759 manatını ələ keçirmiş, həmin puldan 500 manat qaytarmış və ona 18259 manat borcu qalmışdır. Cavabdehin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2-cimaddəsi ilə təqsirləndirilməsinə dair Tovuz Rayon Məhkəməsi hökm çıxarmış, Gəncə Apellyasiya Məhkəməsi də 1(104)-93/2025 saylı, 14 aprel 2025-ci il tarixli qərarla həmin hökmü qüvvədə saxlamışdır. İştirak etdiyi məhkəmə iclası zamanı o cavabdhin hərəkəti ucbatından uzun müddət müalicə oluna bilmədiyi üçün iztirab və sarsıntı keçirdiyini və bu səbəbdən də cavabdedən əlavə olaraq 5000 manat tələb etdiyinə dair məhkəməyə əlavə ərizə vermiş, lakin məhkəmə bu hala heç bir qiymət verməmişdir.

8. Ona görə də, Ucar Rayon Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, 2(063)- 765/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər.

11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

13. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: 181.1.1 və 181.1.2-ci maddələrinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. 181.2.1-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda, o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini tələb edə bilər.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

19. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. İddiaçı Ucar Rayon Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, 2(063)-765/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyindən və qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. İddiaçı apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

23. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə iclasında qanuni qüvvəyə minmiş məhkəmə hökmü və qərarı, habelə iş materialları ilə müəyyən edildi ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Bakı şəhərində yerləşən Milli Onkoloji Mərkəzdə tanış olduğu ünvan 1 ünvanında yaşayan İddiaçı onkoloji xəstəlikdən əziyyət çəkən bacısı oğlu X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində olan nüfuzlu tanışlarının vasitəsi ilə əlillik təqaüdü düzəldəcəyinə və bununla da X4 "xxxx" MMC tərəfindən 11000 (on bir min) manat məbləğində tibbi sığorta pulunun alınmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə İddiaçı tərəfindən 2022-ci ilin noyabr ayından 2023-cü ilin iyun ayınədək olan müddət ərzində hissə-hissə olmaqla “Azərbaycan Beynəlxalq Bankı" ASC-də ona məxsus olan 6762 6121-0612-7845 nömrəli kart hesabına 6500 (altı min beş yüz) manat məbləğində pul vəsaitinin Tovuz şəhəri, Şəhriyar küçəsində fəaliyyət göstərən “Ayxan Market”, Tovuz şəhəri, H.Aslanov küçəsində fəaliyyət göstərən “Bravo Market”, Tovuz şəhəri, M.Əzizbəyov küçəsində fəaliyyət göstərən “Sultan Market”, Tovuz şəhəri, Şəhriyar küçəsində fəaliyyət göstərən “Oba Market”, Tovuz şəhəri, H.Aslanov küçəsində fəaliyyət göstərən “Oba Market”, Tovuz şəhəri, Sabir küçəsində fəaliyyət göstərən "xxxx" MMC, “Kapital Bank" ASC-nın Tovuz rayon filialında, Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində fəaliyyət göstərən “Bazar Store” və Tovuz rayonu Aşağı Quşçu kəndinin ərazisində fəaliyyət göstərən “Tovuz-Asan” xidmət mərkəzində yerləşən ödəmə terminallarından köçürülməsinə nail olub ələ keçirərək, zərərçəkmiş şəxs İddiaçı məxsus cəmi 6500 (altı min beş yüz) manat məbləğində pul vəsaitini etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa, o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Bakı şəhərində yerləşən Milli Onkoloji Mərkəzdə tanış olduğu ünvan 1 ünvanında yaşayan İddiaçı barəsində dişinin sağlam olmaması haqqında ekspertiza təyin etdirərək rəy alacağı və həmin xəstəliyə görə ona əlillik təqaüdü düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə İddiaçı dəqiq günü və vaxtı istintaqa məlum olmayan 2023-cü ilin may ayında Bakı şəhəri, Yasamal rayonu 20 yanvar metrostansiyasının yaxınlığında 2000 (iki min) manat məbləğində nağd pul vəsaitini əlbəəl və 2023-cı ilin may ayından 2023-cü ilin dekabr ayına qədər olan müddət ərzində sonuncu tərəfindən hissə-hissə olmaqla "xxxx" ASC-də ona məxsus olan 6762 6121-0612-7845 nömrəli kart hesabına 6250 (altı min iki yüz əlli) manat məbləğində pul vəsaitinin Tovuz şəhəri, Şəhriyar küçəsində fəaliyyət göstərən “Ayxan Market”, Tovuz şəhəri, H.Aslanov küçəsində fəaliyyət göstərən “Bravo Market”, Tovuz şəhəri, M.Əzizbəyov küçəsində fəaliyyət göstərən “Sultan Market”, Tovuz şəhəri, Şəhriyar küçəsində fəaliyyət göstərən “Oba Market”, Tovuz şəhəri, H.Aslanov küçəsində fəaliyyət göstərən “Oba Market”, Tovuz şəhəri, Sabir küçəsində fəaliyyət göstərən "xxxx" MMC, "xxxx" ASC-nin Tovuz rayon filialı, Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində fəaliyyət göstərən “Bazar Store” və Tovuz rayonu Aşağı Quşçu kəndinin ərazisində fəaliyyət göstərən “Tovuz-Asan” xidmət mərkəzində yerləşən ödəmə terminallarından köçürülməsinə nail olub ələ keçirərək, zərərçəkmiş şəxs İddiaçı məxsus cəmi 8250 (səkkiz min iki yüz əlli) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa, o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhərində yerləşən Milli Onkoloji Mərkəzdə tanış olduğu ünvan 1 ünvanında yaşayan İddiaçı Rusiya Federasiyasının vətəndaşı olan bacısı oğlu X2 verdiyi "xxxx" MMC tərəfindən 11000 (on bir min) manat məbləğində pul vəsaitinin verilməsini təmin etmək üçün Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini alacağı adı ilə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin aprel ayından 2023-cü ilin sentyabr ayına qədər olan müddət ərzində İddiaçı tərəfindən hissə-hissə olmaqla "xxxx" ASC-də ona məxsus olan 6762 6121-0612-7845 nömrəli kart hesabına 4000 (dörd min) manat məbləğində pul vəsaitinin Tovuz şəhəri, Şəhriyar küçəsində fəaliyyət göstərən “Ayxan Market”, Tovuz şəhəri, H.Aslanov küçəsində fəaliyyət göstərən “Bravo Market”, Tovuz şəhəri, M.Əzizbəyov küçəsində fəaliyyət göstərən “Sultan Market”, Tovuz şəhəri, Şəhriyar küçəsində fəaliyyət göstərən “Oba Market”, Tovuz şəhəri, H.Aslanov küçəsində fəaliyyət göstərən “Oba Market”, Tovuz şəhəri, Sabir küçəsində fəaliyyət göstərən "xxxx" MMC, "xxxx" ASC-nin Tovuz rayon filialında, Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində fəaliyyət göstərən “Bazar Store” və Tovuz rayonu Aşağı Quşçu kəndinin ərazisində fəaliyyət göstərən “Tovuz-Asan” xidmət mərkəzində yerləşən ödəmə terminallarından köçürülməsinə nail olub ələ keçirərək, zərərçəkmiş şəxs İddiaçı məxsus cəmi 4000 (dörd min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Tovuz Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 1(062)-91/2024 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cavabdeh şübhəli şəxs qismində tutulduğu, həbs qətimkan tədbirində və ev dustaqlığı qətimkan tədbirində olduğu 01 ay 17 gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2025-ci il tarixli, 1(104)-93/2025 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair Tovuz Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 1(062)-91/2024 saylı hökmünun apellyasiya şikayətinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən Cavabdeh cəza təyini hissəsində dəyişdirilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrumetmənin müddətinə bir günə bir gün hesablanmaqla Cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 1 ay 25 gün müddət ona Tovuz Rayon Məhkəməsinin 19 noyabr 2024- cü il tarixli 1 (062)-91/2024 saylı hökmü ilə CM-in 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılması və üzərində qəti olaraq 2 (iki) il 10 (on) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması, qərarın elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehdən sonuncunun törətdiyi cinayət əməlləri nəticəsində vurduğu ziyana görə 18750 manat məbləğində pulu tələb etmək hüququ vardır. Həmçinin, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehin ona 500 manat ödədiyini göstərmişdir. İddiaçı iddia ərizəsində zərərin (ziyanın) 18759 manat olduğunu göstərmiş, lakin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə zərərin (ziyanın) məbləğinin cəmi 18750 manat olması müəyyən edilmişdir, mülki prosessual qanunvericiliyinin tələbinə görə də hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, cavabdehin etirazını əsaslı hesab etmir və bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməklə cavabdehdən zərərə görə 18250 manat və ödənilmiş dövlət rüsumuna görə 148 manat, cəmi 18398 manat məbləğində pul tutularaq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

24. Bundan başqa, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi mənəvi zərərə görə tələb etdiyi 5000 manata münasibətdə də məhkəmə kollegiyası heasb edir ki, şikayətin həmin dəlili əsassızdır.

25. Belə ki, İddiaçı apellyasiya şikayətində dəymiş mənəvi zərərə görə 5000 manat pul tələb etməsi barədə ərizə verdiyini qeyd etsə də iş materialına bu barədə hər hansı ərizə əlavə edilməmiş, eyni zamanda elektron məhkəmə informasiya sistemi vasitəsilə də göndərilməmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür.

27. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur.(MPM-in 9.3, 77.1, 88-ci maddələri).

28. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.

29. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

30. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ucar Rayon Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, 2(063)-765/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, 2(063)-765/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar