Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1290/2024 18.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilmədi, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Mingəçevir Rayon Məhkəməsinin 9 iyul 2024-cü il tarixli, 2(051)-339/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə bağlı İddiaçı ASC-nin ərizəsinin təmin edilməməsi barədə Mingəçevir Şəhər Məhkəməsinin 10 sentyabr 2024-cü il tаrixli, 2(051)-339/2024 nömrəli qərаrdаdındаn İddiaçı ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 6750,27 manat əsas borc və 917,42 manat faiz borcu olmaqla, cəmi 7667,69 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 97,08 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(051)-339/2024 nömrəli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 4073,29 (dörd min yetmiş üç manat iyirmi doqquz qəpik) manat əsas, 264,42 (iki yüz altmış dörd manat qırx iki qəpik) manat faiz olmaqla, cəmi 4337,71 (dörd min üç yüz otuz yeddi manat yetmiş bir qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 63,37 (altmış üç manat otuz yeddi qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi, ekspertiza tədqiqatın dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci cavabdehdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.. Həmin qətnamədən İddiaçı ASC apellyasiya şikayəti vermiş, şikayətə buraxılmış prosessual müddətin bərpası ilə bağlı ərizə əlavə etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 10 sentyabr 2024-cü il tаrixli, 2(051)-339/2024 nömrəli qərardadı ilə apelyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina edilmişdir. İddiaçı ASC qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 7 oktyabr 2024-cü il tаrixli, 2(051)-339/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 10 sentyabr 2024-cü il tаrixli, 2(051)-339/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı ASC apellyasiya şikayəti verməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsində göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin e-2(051)- 339/2024 saylı, 09 iyul 2024-cü il tarixli qətnaməsindən narazıdır. Ona görə də apelyasiya şikayəti təqdim etmək zərurəti yaranmışdır. Adı çəkilən məhkəmə qətnaməsi 09 iyul 2024cü il tarixdə elan edilsə də, 13 iyul 2024-cü il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Qeyd etmişdir ki, e-məhkəmə sisteminə qətnamənin yüklənməsinə dair bildiriş İddiaçı ASC-yə məxsus elektron poçt ünvanına daxil olmamışdır, həmçinin məhkəmə qətnaməsi kağız daşıyıcı, yəni poçt vasitəsi ilə iddiaçının ünvanına göndərilməmişdir. Yay aylarında işçi heyətinin bir qisminin məzuniyyətdə olması ilə əlaqədar e-məhkəmə portalında mövcud olan banka məxsus yüzlərlə iddia üzrə gündəlik yoxlamanın aparılması mümkün deyil. Portala yerləşdirilən məhkəmə aktları və digər sənədlər bankın elektron poçt ünvanına göndərilmiş bildirişlər əsasında yoxlanılır. Belə bildirişin Bankın elektron poçt ünvanına daxil olmaması səbəbindən yuxarıda qeyd edilən qətnamədən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(051)- 339/2024 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilməsi müddətinin üzrlü səbəbdən ötürülmüş hesab edilməsi və apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir.. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin e-2(051)- 339/2024 nömrəli, 09 iyul 2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus “Elektron məhkəmə” informasiya sistemində yaradılan şəxsi elektron kabinetində yerləşdirilmişdir. İddiaçı isə həmin qətnamədən xx.xx.2024-cü il tarixdə apelyasiya şikayəti vermişdir. Bununla da iddiaçı qətnamədən apelyasiya şikayəti vermə müddətini 20 gün ötürmüşdür. Məhkəmə qətnaməsi iddiaçıya məxsus “Elektron məhkəmə” informasiya sistemində yaradılan şəxsi elektron kabinetində yerləşdirildiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən həmin qətnamənin digər qaydada verilməsi tələb oluna bilməz. Yay aylarında işçi heyətinin bir qisminin məzuniyyətdə olması ilə əlaqədar eməhkəmə portalında mövcud olan banka məxsus yüzlərlə iddia üzrə gündəlik yoxlamanın aparılmasının mümkün olmaması, müddətin ötürülməsi səbəblərinin üzrlü sayılması üçün əsas deyildir. Ona görə də məhkəmə hesab edir ki, prosessual müddətin ötürülməsi üzrlü hesab edilə bilməz.. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2 və 363.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin qərardaddan şiakyət verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 10 sentyabr 2024-cü il tаrixli, 2(051)-339/2024 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 sentyabr 2024-cü il tаrixli, 2(051)-339/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 10 sentyabr 2024-cü il tаrixli, 2(051)-339/2024 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1290/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1290/2024
18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver