Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1292/2021 05.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(046)-62/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(046)-62/2021 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia qismən təmin olunmuş, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən DƏDRX-nin Ucar ərazı idarəsi tərəfindən verilmiş 21.05.2013-cü il tarixli RX ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 1.34 ha torpaq sahəsinin 0.44 ha hissəsindən Cavabdeh çıxarılması, dövlət rüsumu kimi ödənilmiş 10 manatın Cavabdeh alınaraq İddiaçı verilməsi, iş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 109.80 manat məhkəmə xərcinin Cavabdeh alınaraq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin VÖEN **********, AZ 37NABZ******************** nömrəli hesabına keçirilməsi, iş üzrə ekspertiza xərcləri olan 100 manatın Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayon Qarabaqqal kəndində yerləşən mülkiyyətində olan 1.34 ha torpaq sahəsindən 0.41 hektarından cavabdehin çıxarılması, 38.880 manat əldən çıxmış gəlirin və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddia ərizəsinin həcmini artıraraq göstərmişdir ki, Dövlət Reyestri Xidmətinin ******* saylı çıxarışına əsasən Göyçay rayon Qarabaqqal kəndində 1.34 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Hazırda məlum olmuşdur ki, həmin torpaq sahəsinin 0.44 ha hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehdən zəbt edilmiş torpaq sahəsindən çıxarılmasını tələb etsə də cavabdeh buna məhəl qoymamışdır. Buna görə də iddia tələbinin təmin olunması, cavabdehin həmin torpaq sahəsindən çıxarılması və 38.880 manat əldən çıxmış faydanın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi zəbt etməmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh nümayəndəsi (vəkili) Vəkil cavabdehin göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə mütəxəssis qismində izahat vermiş Ağsu Layihə Tədqiqat İdarəsinin sahə rəisi X2 göstərmişdir ki, hazırkı iş üzrə verilmiş mütəxəssis rəyində və əlavə edilmiş sxemdə göstərildiyi kimi iddiaçıya məxsus 1.34 ha torpaq sahəsinin 0.44 ha hissəsi cavabdeh tərəfindən naturada istifadə edilir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmənin sözügedən qətnaməsini əsaslı və qanuni hesab etmir və qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddia tələbinin qismən təmin edilməsinə əsas kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı Ünvan Reyestri Xidmətinin tabeliyində “xxxx” MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə istinad etmişdir. Belə ki, həmin rəydə mütəxəssis RX ******* nömrəli çıxarışa əlavə olunmuş AA-006535 saylı plan ölçü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinin 0.44 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edildiyini göstərmişdir. Bu səbəbdən məhkəmə Göyçay rayonu Qarabaqqal kəndində yerləşən DƏDRX-nin Ucar ərazi idarəsi tərəfindən verilmiş 21,05.2013-cü il tarixli RX ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 1.34 ha torpaq sahəsinin 0.44 ha hissəsindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul etmişdir. Onun müraciəti əsasında X4 və Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş 23.04.2021-ci il tarixli 13 nömrəli mütəxəssis rəyindən görünür ki, tədqiq olunan Göyçay rayonu Qarabaqqal kəndində İddiaçı mülkiyyətinə verilmiş RX-0176438 dövlət reyestrindən çıxarışda nəzərdə tutulmuş 1,34 ha torpaq sahəsinin 0,22 ha hissəsinin Cavabdeh tərəfindən naturada istifadə edildiyi müəyyən edilmişdir. Məhkəmənin sübut kimi istinad etdiyi mütəxəssis rəyi ilə müəyyən edilmiş hallardan fərqli olaraq, X4 və Ekspertiza Mərkəzi MMC-nin mütəxəssisi tərəfindən müəyyən edilmişdir ki, Göyçay rayonu Qarabaqqal kəndində İddiaçı mülkiyyətinə verilmiş RX- 0176438 dövlət reyestrindən çıxarışda nəzərdə tutulmuş 1,34 ha torpaq sahəsinin 0,22 ha hissəsi Cavabdeh tərəfindən naturada istifadə edilir. Hesab edir ki, iddianın əsassız olması X4 və Ekspertiza Mərkəzi MMC-nin mütəxəssisi tərəfindən verilmiş rəylə yanaşı, işin faktiki halları ilə də sübut olunur. Bütün bunlara baxmayaraq məhkəmə işin faktiki hallarını düzgün araşdırmamış, həqiqətə nail olmaq üçün mütəxəssislərin iştirakı ilə yerli baxış keçirməmiş, ekspert qarşısında qoyulmuş suallara dolğun cavab verilmədiyi halda, təkrar ekspertiza təyin etməklə, ekspertizanın aparılmasını başqa ekspertə və yaxud başqa X1 həvalə etməmiş, nəticədə Konstitusiya ilə təminat verilmiş məhkəmədə müdafiə olunmaq hüququ pozulmuşdur. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(046)-62/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(046)-62/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(046)-62/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan DƏDRX-nin Ucar ərazı idarəsi tərəfindən verilmiş 21.05.2013-cü il tarixli RX ******* saylı çıxarışdan görünür ki, Göyçay rayonu Qarbaqqal kəndində 1.34 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyəti kimi 21.05.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti “xxxx” MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 30.07.2020-ci il tarixli rəydən və sxemdən görünür ki, RX- 0176438 nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən iddiaçının xüsusi mülkiyyətində olan Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən 1,34 ha torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsi arasında konfiqurasiya fərqi və koordinat sürüşməsi vardır. Belə ki, RX- 0176438 nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları faktiki naturada istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. RX ******* nömrəli çıxarışa əlavə olunmuş AA006535 saylı plan ölçü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinin 0.44 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssisin rəylərinin verilməsi üçün xərci 109.80 manat təşkil edir. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının 03.09.2020-ci il tarixli 10/1275 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “xxxx” MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən RX0176438 nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri çıxarışına əsasən iddiaçının xüsusi müılkiyyətində olan 1,34 ha torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsi arasında konfiqurasiya fərqi və koordinat sürüşməsi vardır. Belə ki, RX-0176438 nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları faktiki naturada istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. RX ******* nömrəli çıxarışa əlavə olunmuş AA-006535 saylı plan ölçü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinin 0.44 ha hissəsi Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə, İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun qanuni sahibliyində olan 1.34 ha torpaq sahəsinin qeyd edilən hissələrinin cavabdehin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyrisabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. İddiaçının iddiası qismən təmin edilməli, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən DƏDRX-nin Ucar ərazı idarəsi tərəfindən verilmiş 21.05.2013-cü il tarixli RX ******* saylı çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 1.34 ha torpaq sahəsinin 0.44 ha hissəsindən Cavabdeh oğlu çıxarılmalıdır. Məhkəmə baxışı zamanı İddiaçı 38.880 manat əldən çıxmış faydanın cavabdehdən tutularaq ona verilməsinə əsas verə bilən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı iddiaçıya aid edilməli, 10 manatı isə Cavabdeh tutularaq iddiaçıya ödənilməli, iş üzrə ekspertiza xərcləri olan 100 manat cavabdehdən alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabın ödənilməli və iş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 109.80 manat məhkəmə xərci cavabdehdən tutularaq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin hesabına keçirilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduqları halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(046)-62/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(046)-62/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1292/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1292/2021
05.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver