Məhkəmə qərarları › İş №2(107)-1295/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1295/2022

13.12.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1295/2022 13.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı “yoldan istifadəyə cavabdeh tərəfindən yaranmış maneələrin qadağan edilməsi və pəncərələrin bağlanması” tələbinə dair ilkin iddia, iddiaçı Cavabdeh İddiaçı qarşı “mülkiyyətində olan torpaq sahəsindəki darvazanın sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yoldan istifadəyə cavabdeh tərəfindən yaradılmış maneələrin qadağan edilməsi və pəncərələrin bağlanması” tələbinə dair ilkin iddia, iddiaçı Cavabdeh İddiaçı qarşı “mülkiyyətində olan torpaq sahəsindəki darvazanın sökülməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tаrixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri X7 küçəsində yerləşən 0,0635 ha həyətyanı torpaq sahəsi İddiaçı adına xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri X7 küçəsi, dalan 9 ev 3 ünvanında yerləşən 0,0764 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 77,6 kv.m olan fərdi yaşayış evi Cavabdeh adına xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2022-ci il taixli, 10/2781 nömrəli rəyi ilə müəyyən edilir ki, Cavabdeh mülkiyyətində olan Şəki şəhəri, X7 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən fərdi yaşayış evi Şəki şəhər torpaqların elektron uçot informasiya bazasına əsasən 78 kv.metr olub, bunun 11 kv.metri **********87 saylı reyestrdə göstərilən torpaq sahəsində, yerdə qalan 67 kv.metr hissəsi isə iddiaçı Cavabdeh mülkiyyətində olan 0.0764 ha torpaq sahəsi üzərində tikilmişdir. Sənəd üzrə iddiaçı Cavabdeh mülkiyyətində olub cavabdeh tərəfindən istifadə edilən darvazanın yerləşdiyi 64 kv.metr torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçı mülkiyyətində olan Şəki şəhəri, X7 küçəsində yerləşən 0.0635 torpaq sahəsinin 11 kv.metr hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, F.X.Xoyski küçəsində onun adına **********87 saylı reyestrlə DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən qeydə alınmış torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş evinə gedən yola Cavabdeh tərəfindən yaradılmış maneələrin qadağan edilməsi və Cavabdeh məxsus evin həmin yola baxan hissəsində olan pəncərələrin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 14 fevral 2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evinə aid olan torpaq sahəsinin girişində quraşdırılmış qapının (dəmir darvaza) cavabdeh İddiaçı öz hesabına sökülərək götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh adına qeydə alınmış reyestrdən çıxarış onun iddia etdiyi kimi bütün evi və torpaq sahəsini əhatə etmir. İddia etdiyi yol onun adına verilmiş reyetrdən çıxarışla olan mülkiyyətinin yegənə yoludur. Cavabdeh ona həmin yoldan istifadəyə maneəçilik törədir. Hesab edir ki, həmin yoldan istifadə cavabdehə qadağan edilməlidir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan fərdi yaşayış evinin ona məxsus olmasına dair hüququ müəyyənedici sənədlər mövcuddur. Cavabdeh ona məxsus torpaq sahəsinə giriş üçün qapı qoymuşdur. Həmin qapının saxlanılması onun mülkiyyət hüquqlarını pozur. Şəki Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(075)-75/2022 nömrəli iş üzrə qəbul etdiyi 19 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.İmanov) ilkin iddia tələbinin qismən təmin edilməsi, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, X7 küçəsi ünvanında İddiaçı mülkiyyətində olan 0.0635 ha torpaq sahəsindən istifadə edilməsinə Cavabdeh tərəfindən törədilən maneələrin ona qadağan edilməsi və həmin 0,0635 ha torpaq sahəsinin 11 kv.m hissəsi üzərində Cavabdeh tərəfindən inşa edilmiş evin (tikilinin) pəncərələrinin bağlanması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 14 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Şəki şəhəri, X7 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinə aid olan torpaq sahəsinin girişində İddiaçı tərəfindən quraşdırılmış darvaza-qapının cavabdeh İddiaçı öz hesabına sökülərək götürülməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, mübahisələndirilən ev və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi vaxtilə tərəflərin ataları X2 mülkiyyətində olmuşdur. Onlar özləri də daxil olmaqla bütün bacı-qardaşları həmin evdə doğulmuş və həmin evdə böyüyüb boya-başa çatmışlar. Ataları hələ sağlığında mülkiyyətində olan torpaq sahəsinin 0.0635 ha hissəsini xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən iddiaçıya bağışlamış, o da həmin hədiyyəni qəbul etmiş və buna dair çıxarış almışdır. Həmçinin ataları 25 yanvar 2018-ci il tarixli bağışlama müqaviləsi ilə mülkiyyətində olan 77.6 kv.metrlik sahəsi olan evi və 0.1741 ha torpaq sahəsini cavabdehə bağışlamış, o da hədiyyəni qəbul edərək öz adına çıxarış almışdır. Müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin küçədən onların öz evlərinə gedən yol ayrıdır və hər iki evə girişdə darvaza-qapı mövcuddur və tərəflər arasında faktiki bölgü mövcuddur. Cavabdehin həm evi həm də torpaq sahəsi onun mülkiyyəti kimi reyestrdə qeydə alınsa da, iddiaçının yalnız torpaq sahəsi onun adına dövlət qeydiyyatına alınmışdır. İddiaçı cavabdehin mülkiyyətində olan 64 kv.metrlik hissəsində darvaza-qapı quraşdırmışdır. Həmçinin cavabdehin iddiaçının həyətinə baxan hissəsindən keçməklə mülkiyyətində ev və iddiaçının mülkiyyətində olan 11 kv.metrlik torpaq sahəsi üzərində istifadəsində olan tikili vardır. Məhz iddiaçının bağlanmasını xahiş etdiyi pəncərələr də onun özünün torpaq sahəsi üzərində inşa edilmiş tikilinin üzərindədir. Belə olan halda iddiaçı cavabdehdən mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş tikilinin pəncərəsinin bağlanmasını tələb edə bilər. Belə ki, cavabdeh tərəfindən inşa edilmiş yaşayış evinin qeyd edilən mübahisəli pəncərələri bir mülkiyyətçi kimi iddiaçının öz mülkiyyətində olan əmlakdan sərbəst istifadəsinə maneçilik yaradır. Bu isə qanunla yol verilməz hesab edilir. Məhkəmə mövqeyini Mülki Məcəlləsinin 139.1, 157.2, 180.1, 180.2, 180.3, 180.4-cü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin qismən “həyətinə giriş hissəsində qoyulmuş qapının sökülərək götürülməsi “ hissəsində ləğv edilməsi və bu barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Apellyasiya şikayətinin dəlilləri Məhkəməyə aydın oldu ki, mənim ailəmin yeganə giriş-çıxış yolu buradır, ayrı yerdən giriş-çıxış yolu yoxdur. Bu faktı öz qətnaməsində göstərsə də, hakim obyektiv qərar qəbul etməmişdir. Belə olan halda bizim ailəmiz həyətə gəlib-getmək üçün vertolyotdan istifadə etməlidir. Bunlardan başqa məhkəmə işə baxan zaman aydınlaşdırmamışdır ki, cavabdeh 2018-ci il tarixdə mülkiyyət hüququ əldə etmişdir. Nə üçün bu 4 ildə atam X1 belə bir iddia ilə mənə qarşı iddia qaldırmamışdır. Baxmayaraq ki, ekspertiza təyin edilmişdir, ekspertizanın rəyi də düzgün deyil. Ona görə ki, heç bir halda, heç bir vaxt atam X3 mənim evimə girişçıxış hissəsini əhatə edən yeganə mənzilimizin həyətinə giriş-çıxış torpaq sahəsini Cavabdeh mülkiyyətinə verə bilməzdi. Ona görə ki, bu halda bizim evimizə gediş-gəliş yolu tamam bağlanmış olardı. Atam bunları etməmişdir. Ancaq bu, qardaşım Cavabdeh və Şəki şəhər Torpaq Şöbəsinin əməkdaşlarının saxtakarlığı ucbatından baş vermişdir. Burada saxtakarlığa yol verilmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdirlər. Apellyasiya baxışının iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, qardaşı darvazanı onun torpağında tikmişdir və darvazadan içəridə ona məxsus torpaq sahəsi var ki, qardaşı həmin darvazanı bağlayaraq ona öz torpağına keçməyə icazə vermir. O, qardaşına torpağından yol verməyə razıdır, lakin qardaşı bununla razılaşmır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi ilkin iddia tələbini qismən təmin, qarşılıqlı iddia tələbini tam təmin etsə də, qətnamədən yalnız qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdeh isə qətnamənin yalnız qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsini mübahisələndirir. Göstərilənləri nəzərə alan Məhkəmə birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsinin yalnız qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə hissəsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13, hissə İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, hissə İİ. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddə 29, hissə İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1.Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, apellyasiya baxışının predmeti olan hissədə Məhkəmə tərəfindən işin araşdırılmış hallarından müəyyən edllmişdir ki, İddiaçı və Cavabdeh qardaşdırlar. İş üzrə tərəflərin mərhum ataları X3 mülkiyyətində olan torpaq sahəsinin 0.0635 ha hissəsini xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı, 0.1741 ha torpaq sahəsini və 77.6 kv.metrlik sahəsi olan evi 25 yanvar 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh hədiyyə etmişdir. İddiaçı və cavabdeh onlara bağışlanmış həmin daşınmaz əmlaklara dair öz adlarına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışlar almışlar. Həmin çıxarışlar bu gün də qüvvədədir. İddiaçı ilə cavabdehin ümumi küçədən onların öz evlərinə gedən yol ayrıdır və hər iki evə girişdə darvaza-qapı mövcuddur və tərəflər arasında faktiki bölgü mövcuddur. İddiaçı Cavabdeh məxsus torpaq sahəsinin 64 kv.metrlik hissəsində darvaza-qapı quraşdırmışdır. Qeyd olunan fakt iş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2022-ci il tarixli, 10/2781 nömrəli rəyində də öz təsdiqini tapmışdır. Bunları müəyyən edən Məhkəmə hesab edir ki, İddiaçı başqasının (qarşılqılı iddia üzrə iddiaçının) mülkiyyətində olan torpaq sahəsində darvaza-qapı quraşdırması mülkiyyətçi kimi iddiaçının hüquqlarının məhdudlaşdırır, oz mülkiyyətindən sərbəst və öz istədiyi kimi istifadə etməsini qeyi-mümkün edir. Bu isə hamılıqla tanınan və qorunmalı olan konstitusion hüquqlardan biri olan cavabdehin mülkiyyət hüququnu pozur. Odur ki, mülkiyyət hüququnu pozan bu hal aradan qalxmalıdır. İddiaçı apellyasiya şikayətində hazırki iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən edilmiş halları şübhə altına alsa da, bunun əksini təsdiq edən hər hansı sübutu məhkəmələrə təqdim etməmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Cavabdeh ona məxsus torpaq sahəsində iddiaçının quraşdırdığı darvaza-qapının sökülməli olduğunu iddia etməkdə, işə baxmış Rayon Məhkəməsi isə həmin iddianı təmin etməkdə haqlı olmuşlar. Məhkəmə onu da qeyd edir ki, İddiaçı Cavabdeh torpaq sahəsindən servitut hüququ əsasında özünə aid torpaq sahəsinə gediş gediş-gəliş yolunun verilməsi ilə bağlı Cavabdeh, bu barədə mübahisə yarandıqda isə müvafiq məhkəməyə müraciət edə bilər. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 iyul 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar