Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-13/2021 09.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və maraqlı tərəf Ağsu rayon Dilman Bələdiyyəsinə qarşı özbaşına zəbt etdiyi gediş-gəliş yolunun açılması və gediş-gəliş yolunun üzərində tikdiyi özbaşına tikililərin öz vəsaiti hesabına sökdürülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: gediş-gəliş yolunun açılması, özbaşına tikililərin sökülməsi, ekspert rəyi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, Ağsu Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli 2(016)-173/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh və maraqlı tərəf Ağsu rayon Dilman Bələdiyyəsinə qarşı özbaşına zəbt etdiyi gediş-gəliş yolunun açılması və gediş-gəliş yolunun üzərində tikdiyi özbaşına tikililərin öz vəsaiti hesabına sökdürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o İddiaçı xüsusi mülkiyyətində Ağsu rayonunun Hacman kəndində yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi vardır. Evi yolun kənarında yerləşir və uzun müddətdir ki, tikilmişdir. Onunla qonşuluqda isə evinin şərq tərəfində Ağsu rayonunun Hacman kənd sakini Cavabdeh məxsus olan fərdi yaşayış evi yerləşir. Hər ikisinin evlərinin yaxınlığından keçən piyada və nəqliyyat vasitələrinin gediş-gəlişi üçün nəzərdə tutulmuş 8(səkkiz) metr evnində kənd arası yol mövcud idi. Bundan başqa onun evi ilə Cavabdeh evi arasında boş sahə və gediş-gəliş yolu mövcud idi. Həmin yollardan hər ikisi eləcə də digər şəxslər istifadə edirdi. Lakin 2015-ci ildən həm kənd yolun, həmdə evləri arasında olan boş sahənin və yolun çox hissəsi Cavabdeh tərəfindən zəbt edilərək, yolların eni 2,5 metrə çatdırılmış və cavabdehin yolun zəbt etdiyi hissəsində quruluq, tayalıq və sair tikililəri öz başına qanunsuz olaraq tikdirməklə qonşuluq hüquqlarını pozmuşdur. O Cavabdeh qonşu kimi qonşuluq hüququnu pozmamasını, özbaşına tikdirdiyi tikililəri sökdürüb yolu genişləndirməsini və yolları, eləcə də evləri arasındakı yolu və boş sahəni əvvəllər mövcud olmuş vəziyyətinə gətirməsini tələb etsə də nəticəsi olmamışdır. O cavabdehin qanunsuz hərəkətlərinin alınması üçün Ağsu rayon Dilman Bələdiyyəsinə müraciət etsə də heç bir nəticəsi olmamış və cavabdehin qanunsuz hərəkətlərinə son qoymamışdır. Hal-hazırda evində xəstə olarsa təcili yardım maşının, yanğın olarsa yanğın söndürən maşının onun həyətinə daxil olması mümkün deyildir. O cavabdehdən özbaşına zəbt etdiyi gediş-gəliş yolunun açılması və gediş-gəliş yolunun üzərində tikdiyi özbaşına tikililərin öz vəsaiti hesabına sökdürməsini tələb edir. Odur ki, Cavabdeh özbaşına zəbt etdiyi gediş-gəliş yolunun açılması və gediş-gəliş yolunun üzərində tikdiyi özbaşına tikililərin öz vəsaiti hesabına sökdürərək çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Ağsu rayonunun Hacman kəndində yerləşən həyətyanı torpaq sahəsini sovxoz dövründə ona vermişlər. O da həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikdirmişdir. Evi yolun kənarında yerləşir və kəndin qırağında sonuncu evdir. Onunla qonşuluqda isə həmin kənd sakini Cavabdeh məxsus olan fərdi yaşayış evi yerləşir. Qonşusu hər ikisinin evlərinin yaxınlığından keçən piyada və nəqliyyat vasitələrinin gediş-gəlişi üçün nəzərdə tutulmuş 8(səkkiz) metr evnində kənd arası yolu 2015-ci ildən zəbt etmişdir. Həmin yoldan hər ikisi istifadə etmişdir. Hazırda yolun eni 2,5 metrə çatdırılmış və cavabdehin yolun zəbt etdiyi hissəsində quruluq, tayalıq və sair tikililəri inşa etmişdir. Bu barədə Dilman Bələdiyyəsinin sədrinə də müraciət etsədə nəticəsi olmamışdır. Həmçinin həmin yolu bələdiyyə də düzgün müəyyən etməmişdir. Qeyd etdiklərini nəzərə alaraq iddiasının təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Ağsu Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli 2(016)-173/2019 saylı qətnaməsi ilə (hakim T.İsmayılov) İddiaçı Cavabdeh və maraqlı tərəf Ağsu rayon Dilman Bələdiyyəsinə qarşı özbaşına zəbt etdiyi gediş-gəliş yolunun açılması və gediş-gəliş yolunun üzərində tikdiyi özbaşına tikililərin öz vəsaiti hesabına sökdürülməsi tələbinə dair iddiası rədd edilmiş, İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 129.30 (bir yüz iyirmi doqquz manat, 30 qəpik) manat alınaraq Kapitalbankın Xətai filialı, Kod: 200071, VÖEN(bank) **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə TADQ MAR, VÖEN: **********, Hesab:AZ23AİİB******************** hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Ağsu rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 16 saylı qərarı ilə X8, X3, X6 Ağsu rayonunun Hacman kəndində verilmiş 0.15 ha həyətyanı torpaq sahəsi ilə Ağsu rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Mirağa Seyidağa öğlu Musayevin mülkiyyətiinə verilmiş torpaq sahəsinin sərhədlərini müəyyən edilmiş, Mirağa Seyidağa öğlu Musayevin mülkiyyətiinə verilmiş torpaq sahəsindən başqa digər torpaq sahəsini, gediş-gəliş yolunu tutmadığı, sonuncunun inşa etdirdiyi fərdi yaşayış evinin öz mülkiyyətinə verilmiş torpaq sahəsində inşa edildiyi müəyyən olunmuşdur. Bundan başqa məhkəmə müəyyən etmişdir ki, X9 və ailə üzvlərinin mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli 16 saylı qərarı ilə 0.15 ha torpaq sahəsi verilmişdir. X2 mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli 16 saylı qərarı ilə 0.16 ha torpaq sahəsi verilmişdir. fərdi yaşayış evi 1 mərtəbəli olmaqla 2 otaqdan, ümumi sahəsi 79.2 kv m, yaşayış sahəsi 39.4 kv m və köməkçi sahəsi 39.8 kv metrdən ibarətdir. Sənəddə zəbt olunmuş torpaq sahəsinin 0.07326 ha olması qeyd edilmişdir. Ağsu rayonu, Hacman kəndində 0.16 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 79.2 kv metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh adına 23 iyul 2018-ci ildə, **********68-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iş üzrə sübutların məcmusuna qiymət verməklə belə nəticəyə gəlmişdir ki, Mirağa Seyidağa öğlu Musayevin mülkiyyətinə verilmiş torpaq sahəsindən başqa digər torpaq sahəsini, gediş-gəliş yolunu tutmadığı, cavabdehin inşa etdirdiyi fərdi yaşayış evinin öz mülkiyyətinə verilmiş torpaq sahəsində inşa etdiyi sübuta yetirilir. Qeyd olunan hüquq normalarını işin faktiki hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlmişdir ki ki, cavabdeh Mirağa Seyidağa öğlu Musayevin inşa etdirdiyi fərdi yaşayış evinin öz mülkiyyətinə verilmiş torpaq sahəsində inşa etməklə gediş-gəliş yolunu tutmadığından iddiaçının iddia tələbi rədd edilməlidir. Mülki iş üzrə keçirilmiş ekspertizanın dəyəri ümumilikdə 129.30 manat müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi rədd edildiiyndən məhkəmə xərcləri iddiaçıdan tutulmalı, Kapitalbankın Xətai filialı, Kod: 200071, VÖEN(bank) **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə TADQ MAR, VÖEN: **********, Hesab:AZ23AİİB******************** hesabına ödənilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 13-cü, 29-cu maddələri, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 88-ci, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Ağsu Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2(016)-173/2019 saylı qətnaməsi ilə onun maddi və prosessual hüquqları pozulmuşdur. Xüsusi mülkiyyətində Ağsu rayonunun Hacman kəndində yerləşən həyətyanı torpaqsahəsi və fərdi yaşayış evim vardır. Evi yolun kənarında yerləşir və uzun müddətdir ki, tikilmişdir. Onunla qonşuluqda evinin şərq tərəfində Ağsu rayonunun Hacman kənd sakini Cavabdeh məxsus olan fərdi yaşayış evi yerləşir. Əvəllər ikisinin evlərini yaxınlığından keçən piyada və nəqliyyat vasitələrinin gediş-gəlişi üçün nəzərdə tulmuş 8(səkkiz) metr enində kənd arası yol mövcud idi. Bundan başqa onun evilə firağa Musayevin evi arasında boş sahə və gediş-gəliş yolu mövcud idi. Həmin yollardan ikisi də, eləcə də digər şəxslər istifadə edirdi. Lakin 2015-ci ildən həm kənd yolunun, həmdə evləri arasında olan boş sahənin və yolun çox hissəsi Cavabdeh tərəfindən zəbt edilərək, yolların eni 2,5 metrə çatdırılmış və cavabdehin yolun zəbt etdiyi hissəsində quruluq, tayalıq və sair tikililəri öz başına qanunsuz olaraq tikdirməklə qonşuluq hüquqlarını pozmuşdur. Lakin məhkəmə heç bir hüquqa əsaslanmayan qətnamə qəbul edərək onun hüquqlarını pozmuşdur. İşə baxılarkən ona heç bir məhkəmə bildirişi göndərilməmişdir. Cavabdeh onun əvvəlki iddiası üzrə qadağa qoyulması barədə qərardada »əhəmiyyət vermədən Bələdiyyə və daşınmaz əmlakla əlbir olaraq qeyri-qanuni olaraq sənədləşmə aparmışdır. Cavabdehin torpaq sahəsinin hüdudları müəyyən olunan zaman onun yolu zəbt etməsi tərtib edilmiş çıxarışda əks olunmamışdır. Hal-hazırda gediş-gəliş yolunun eni 2.5 metrdə az qalmışdır. Həmin yol həm kənd qəbirstanlığına və kənd əkin sahələrinə gedən yoldur. İllərdir cavabdehlə bu barədə aralarında mübahisələr yaranır və cavabdeh bu qanunsuz əməllərinə son qoymur. Bələdiyyədə cavabdehlə əlbir olub qanunsuz hərəkətlər edir. İlkin arxiv sənədlərində yolun eni 7-8 metr müəyyən edilmişdir. Qeyd olunanlara əsasən o Ağsu rayon məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2(016)- 173/2019 saylı qətnaməsinin ləğv edilərək apellyasiya şikayətinin təmin olunması, İddiaçı Cavabdeh və maraqlı tərəf Ağsu rayon Dilman Bələdiyyəsinə qarşı özbaşına zəbt etdiyi gediş-gəliş yolunun açılması və gediş-gəliş yolunun üzərində tikdiyi özbaşına tikililərin öz vəsaiti hesabına sökdürülməsi tələbinə dair iddia tələbinin təmin edilməsi aparılmış ekspertiza tədqiqatının dəyəri olan 129.30 (bir yüz iyirmi doqquz manat, 30 qəpik) manatın qarşı tərəfdən alınaraq Kapitalbankın Xətai filialı, Kod: 200071, VÖEN(bank) **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə TADQ MAR, VÖEN: **********, Hesab:AZ23AİİB******************** hesabına köçürülməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli 2(016)-173/2019 saylı qətnaməsinin ləğv edilməsi və apellyasiya şikayətinə əsasən yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli 2(016)-173/2019 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı tərəf Ağsu rayon Dilman Bələdiyyəsinin nümayəndəsi məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ — əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Bu zaman mülkiyyətçi öz mülahizəsinə görə səlahiyyətlərini həyata keçirmək və ya əmlak üzərində sərəncam vermək hüququnu digər şəxslərin həmin əmlak üzərində iradəsindən asılı olmayaraq bilavasitə qanuna əsaslanaraq həyata keçirir. Digər şəxslərin əmlak üzərində iradəsi isə təkcə qanuna söykənmir, eyni zamanda mülkiyyətçinin iradəsindən asılı olur və onunla şərtlənir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən iddiaçının özgəsinin qanunsuz sahibliyindən öz əmlaklarını geri tələb etmək hüququ vardır. Həmin maddənin mənasına görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılmasını tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmadığını sübut etməlidir. Həmin Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir, Ağsu Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2(016)-173/2019 saylı qətnaməsinin tam ləğv edilməsini, yeni qətnamə çıxarılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Tələb qətnamənin ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2(016)-173/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Ağsu rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 16 saylı qərarı ilə X8, X3, X6 Ağsu rayonunun Hacman kəndində verilmiş 0.15 ha həyətyanı torpaq sahəsi ilə Ağsu rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Mirağa Seyidağa öğlu Musayevin mülkiyyətiinə verilmiş torpaq sahəsinin sərhədlərini müəyyən edilmiş, Cavabdeh mülkiyyətiinə verilmiş torpaq sahəsindən başqa digər torpaq sahəsini, gediş-gəliş yolunu tutmadığı, sonuncunun inşa etdirdiyi fərdi yaşayış evinin öz mülkiyyətinə verilmiş torpaq sahəsində inşa edildiyi müəyyən olunmuşdur. Bundan başqa müəyyən edilmişdir ki, X9 və ailə üzvlərinin mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli 16 saylı qərarı ilə 0.15 ha torpaq sahəsi verilmişdir. X2 mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli 16 saylı qərarı ilə 0.16 ha torpaq sahəsi verilmişdir. Fərdi yaşayış evi 1 mərtəbəli olmaqla 2 otaqdan, ümumi sahəsi 79.2 kv m, yaşayış sahəsi 39.4 kv m və köməkçi sahəsi 39.8 kv metrdən ibarətdir. Sənəddə zəbt olunmuş torpaq sahəsinin 0.07326 ha olması qeyd edilmişdir. Ağsu rayonu, Hacman kəndində 0.16 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 79.2 kv metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh adına 23 iyul 2018-ci ildə, **********68- 10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası şikayətin dəlilinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlili birinci instansiya məhkəməsinin ləğv edilməsi üçün əsas deyildir. Birinci: məhkəmə kollegiyası tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 19 aprel 2021-ci il tarixli **********80 saylı mütəxəssis rəyinə əsasən, təqdim edilmiş sənədlərdə iddiaçı X7 iddia ərizəsi təqdim edilmədiyindən iddia ərizəsində yolun hansı istiqamətdə nəzərdə tutulmasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı X8 fərdi yaşayış evinə naturada yol mövcud olduğu müəyyən edilmiş və tərtib edilmiş sxemdə göstərilmişdir. Mütəxəssis rəyinə əsasən, elektron məlumat bazasında mövcud olan xəritə (DWG) materiallarında tədqiq olunan yolun eni 6,0 metr qeyd edilmişdir. Mütəxəssis rəyinə əsasən, hazırda naturada həmin yolun eni 4 - 6 metr təşkil edir. Mütəxəssis rəyinə əsasən , mübahisəli yolun naturada Cavabdeh tərəfindən istifadə edilmədiyi müəyyən olunmuşdur. Lakin yolun zəbt edilib-edilməməsinin müəyyən olunması tikinti ekspertinin səlahiyyətlərinə aid deyildir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertin rəyi sübut növlərindən biridir. Ekspert rəyi digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Yəni hazırkı halda ekspertin rəyi iddianın təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcudluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı tərəf qeyd edilən yolun cavabdeh tərəfindən tutulduğunu bildirsə də buna dair hər hansı bir sübut təqdim etməmişdir. İş materiallarında olan ekspert rəyindən görünür ki, cavabdehin yolu tutması müəyyən edilmir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı təmin etməməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İkincisi: Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Beləliklə kollegiya hesab edir ki, şikayətin dəlilləri əsaslı deyildir. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2(016)-173/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır Ekspertiza xərcini təşkil edən 100 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İddia təmin edilmədiyindən mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərci təşkil edən 409 manat iddiaçıdan tutularaq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2(016)-173/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 100 (yüz) manat iddiaçıdan tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X4, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə mütəxəssis rəyinin xərcini təşkil edən 409 (dörd yüz doqquz) manat iddiaçıdan tutularaq, Kapital Bank ASC Xətai Filialı kodu-20071, VÖEN **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab AZ37NABZ******************** Benefisiarın adı: KADASTR və YER QUR LAHİYƏ TADQ MAR, VÖEN **********, hesab AZ23AİİB******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-13/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-13/2021
09.12.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver