Məhkəmə qərarları › İş №2(107)-130/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-130/2022

14.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-130/2022 14.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X5 qanuni nümayəndəsi İddiaçı cavabdeh X6 qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: istifadə hüququnun tanınması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı X5 qanuni nümayəndəsi İddiaçı iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin 2(039)-929/2021 saylı, 03 avqust 2021-ci il tаrixli qətnaməsindən iddiaçı X5 qanuni nümayəndəsi İddiaçı verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı X5 qanuni nümayəndəsi İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə (mübahisəli mənzilə) azyaşlı övladı-09.12.2013-ci il təvəllüdlü X5 istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 12 iyul 2012-ci il tarixdə el adət-ənənəsi ilə toy edərək ailə həyatı qurmuşdur. Nikahlarını 13.11.2013-cü ildə rəsmiləşdirmişlər. Birgə nikahdan 09.12.2013-cü ildə X9 adlı övladı dünyaya gəlmişdir. O, ailə qurduqdan sonra qaynanası X1 mülkiyyətində olmuş mübahisəli mənzilə gəlin köçmüşdür. Həmin mənzildə mərhum həyat yoldaşı Cavabdeh ilə 2012-ci ildən birgə yaşamışlar. Sözügedən mənzil 2004-cü ildən qaynanası X1 mülkiyyətində olmuş, həmin mənzil 2 yaşayış otağından ibarətdir. O, bu günə kimi həmin mənzildə yaşayır. Mərhum həyat yoldaşı Cavabdeh səhhətində yaranmış problemlərlə əlaqədar 10.07.2016-cı ildə dünyasını dəyişmişdir. Cavabdeh X8 mərhum əri Cavabdeh doğma qardaşıdır. Əri Cavabdeh vəfat etdikdən sonra qaynanası Nədimə Səfərova ona, onu yaşadığı mənzildən zorla küçəyə atdıracağı ilə bağlı hədə-qorxular gəlməyə başlamışdır. Qaynanası onu yaşadığı mənzildən zorla çıxarmaq üçün sözügedən mənzili bağışlama yolu ilə oğlu X3 (hazırkı iş üzrə cavabdeh) adına rəsmiləşdirmişdir. Cavabdeh mülkiyyətində olan mənzildən onu çıxarmaq üçün məhkəməyə müraciət etmiş və Yevlax Rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli qətnaməsinə əsasən onun həmin mənzildən istifadə hüququ 1 il müddətində saxlanılmış, müəyyən edilmiş müddət bitdikdən sonra onun həmin mənzildən istifadə hüququna xitam verilməklə ona aid olan əşyaları birlikdə həmin mənzildən çıxarılmağı qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçı (hazırkı iş üzrə cavabdeh) Şəki Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 11.03.2021-ci il tarixli qətnaməsinə əsasən Yevlax Rayon Məhkəməsinin qətnaməsi ləğv olunmuş, onun əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmağı qət edilmişdir. Onun valideynləri illər öncə dünyalarını dəyişmişlər. Sözügedən mənzildən başqa yaşayış yeri yoxdur. Özü heç bir yerdə işləmir. Maddi imkanı son dərəcədə aşağıdır. Azyaşlı övladı Cavid Səlimovun cavabdehin mülkiyyətində olan mənzilə istifadə hüququnun tanınmasını istəyir. Birinci instansiya məhkəməsində icraat Yevlax Rаyоn Məhkəməsinin 03 avqust 2021-ci il tаrixli, 2(039)-929/2021 saylı qətnaməsi ilə (hakim G.Cavadova) İddiaçı X5 qanuni nümayəndəsi İddiaçı cavabdeh X6 qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddiası rədd edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının qanuni nümayəndəsianası 2013-cü ildə ailə qurduqdan sonra qaynanası(iddiaçının nənəsi) Nədimə Səfərovanın mülkiyyətində olan mübahisəli mənzilə gəlin köçmüşdür. Cavid Səlimov 09 dekabr 2013-cü ildə həmin mənzildə doğulmuşdur. İddiaçının atası Cavabdeh 2016-ci ildə ölmüş, Nədimə Səfərova mülkiyyətində olan mübahisəli mənzili 2016- cı ildə oğlu- hazırkı iş üzrə cavabdeh Rəşad Səlimova bağışlamış və 2021-ci ildə ölmüşdür. İddiaçının qanuni nümayəndəsininanasının mübahisəli mənzildən çıxarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Tərəflər arasında hüquq münasibətlərinin 2000-ci il sentyabrın 1-dən sonra yarandığını, yəni Cavid Səlimovun 2013-cü ildə nənəsinin mülkiyyətində olan mübahisəli mənzildə doğulduğunu və orada yaşadığını nəzərə alaraq məhkəmə hesab edir ki, Cavid Səlimovun mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmadığı məsələsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin qaydalarına uyğun müəyyən edilməlidir. İddiaçı Cavid Səlimovun mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün o, hüquq münasibəti yaranan zaman, yəni 2013-cü ildə mübahisəli evin mülkiyyətçisi-nənəsi Nədimə Səfərovanın ailə üzvü və ya digər qohumu olmalıdır ki, iddiaçı C.Səlimov mərhum N.Səforavanın ailə üzvü hesab olunmur. “Baba və nənənin nəvələrini saxlamaq vəzifəsi” adlanan Ailə Məcəlləsinin 89-cu maddəsinin tələbinə görə, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Hazırki işdə qeyd olunan normanın dispozitiv şərtləri mövcud olmadığından, X4 Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərildiyi kimi “digər qohumları” ifadəsinin təsiri altına düşməyən şəxsdir. Məhkəmə, həmçinin onu da qeyd etmişdir ki, iddiaçı C.Səlimov mübahisəli mənzilin hazırki mülkiyyətçisinin-cavabdehin də ailə üzvü və ya digər qohumu hesab edilmədiyindən onun mübahisəli mənzilə istifadə hüququ tanına bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz həm də ona görə ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. İddiaçı Cavid Səlimovun mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması faktına dair isə məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat əmlak hüquqlarını yaratmır. Çünki qeydiyyatın məqsədi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda açıqlanmış və həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Bununla da aydın olur ki, qeyd edilən normalara əsasən iddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüququ yaranmamışdır, iddiaçının cavabdehə qarşı tələbi əsasızdır və təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin 08 oktyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair qərarı, X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarı, AR Mənzil Məcəlləsi 30.1-ci, 30.2-ci, 30.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını düzgün tövsif etmədiyindən onun azyaşlı uşağının mənzil hüquqlarını pozmuşdur. Belə ki, mərhum əri Cavabdeh həmin mənzildə 01 sentyabr 2000-ci ilədək yaşadığından onun istifadə hüququ həmin vaxta qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə əsasən, azyaşlı oğlunun isə istifadə hüququ 01.09.2000-ci ildən sonra qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə və 01.10.2009-cu ildən sonra qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən əsasən yaranmışdır. Oğlunun atası vəfat etdiyindən onun yeganə valideyni odur. Onun isə başqa yaşayış yeri yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Nədimə Səfərovanm sağlığında Cavid Səlimov həmin mənzilə atasının yaşayış yeri üzrə qeydiyyata düşmüş və hazırki müddətə qədər yaşayır. Rəşad Səlimova münasibətdə ailə üzvü olmasa da həmin evi iddiaçıya bağışlamış Nədimə Səlimovanın azyaşlı nəvəsidir. Nədimə Səlimova vəfat edənə qədər oğlu Cavid Səlimov onun razılığı ilə həmin mənzildə yaşamışdır. Onun oğlunun qəyyumu olmağı onun yaşayış yerindən məhrum edilməsinə əsas ola bilməz. Belə ki, Nədimə Səfərovanın sağlığında oğlu Cavid Səlimov mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyata götürülmüş və hazırki müddətə qədər qeydiyyatdadır. Mübahisəli mənzil olan Yevlax şəhəri, Yeni Yevlax küçəsi, ev 5, mənzil 14 Cavabdeh razılığı ilə Nədimə Səfərovanın adına özəlləşdirildiyindən həmin vaxta qədər mənzil dövlət mənzil fonduna daxil olduğundan və Cavabdeh isə 01.09.2000-ci ilə qədər həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşadığından həmin mənzilə istifadə hüququ 01 sentyabr 2000-ci ilədək yaranmışdır. 01 sentyabr 2000-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Oğlu atasının sağlığında onun istifadə hüququ olan mənzildə yaşamışdır və hazırda da yaşayır. Keçmiş mülkiyyətçi Nədimə Səfərovanın da ailə üzvü olmuşdur. Həmin ailə üzvü üçünsə istifadə hüququnun yaranması üçün həmin hüququn qeydə alınması tələb olunmur. Həmçinin bildirir ki, məhkəmənin istinad etdiyi Şəki Apellyasiya Məhkəməsinin 2(107)-190/2021 saylı 11 mart 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almamış, o həmin qətnamədən kassasiya şikayəti verməmişdir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Yevlax Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(039)-929/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı X5 qanuni nümayəndəsi İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rаyоn Məhkəməsinin 03 avqust 2021-ci il tаrixli, 2(039)-929/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh X8 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il Qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki: “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. (Ailə Məcəlləsinin 15ci fəsli isə ailənin başqa üzvlərinin aliment öhdəlikləri ilə bağlı məsələləri tənzimləyir.) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 04 aprel 1996-cı il tarixli Azərbaycan Respublikası Qanunu; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 04 aprel 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində qeyd olunur ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin- müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir. Yevlax Rаyоn Məhkəməsinin 03 avqust 2021-ci il tаrixli, 2(039)-929/2021 saylı qətnaməsinin tamamilə ləğv edilməsini xahiş edir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır və bunu aşağıdakılarla əsaslandırır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçının qanuni nümayəndəsi İddiaçı Cavabdeh ilə 13.11.2013-cü ildə nikaha daxil olmuşlar. İddiaçı cavabdehin anasına məxsus yaşayış evinə gəlin köçmüş və orada yaşamışdır. Həyat yoldaşı 10.07.2016-cı il tarixdə vəfat etmişdir. Cavabdeh X8 mülkiyyətində olan mənzildən onu çıxarmaq üçün məhkəməyə müraciət etmiş və Yevlax Rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli qətnaməsinə əsasən onun həmin mənzildən istifadə hüququ 1 il müddətində saxlanılmış, müəyyən edilmiş müddət bitdikdən sonra onun həmin mənzildən istifadə hüququna xitam verilməklə ona aid olan əşyaları birlikdə həmin mənzildən çıxarılmağı qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçı (hazırkı iş üzrə cavabdeh) Şəki Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 11.03.2021-ci il tarixli qətnaməsinə əsasən Yevlax Rayon Məhkəməsinin qətnaməsi ləğv olunmuş, onun əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmağı qət edilmişdir. Yuxarıda qeyd olunan normaların tələblərindən göründüyü kimi iddiaçı Cavid Səlimovun mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün o, mübahisəli evin mülkiyyətçisi cavabdeh X3 ailə üzvü və ya digər qohumu olmalıdır ki, iddiaçı C.Səlimov mərhum cavabdeh X3 ailə üzvü hesab olunmur. Hazırki işdə qeyd olunan normanın dispozitiv şərtləri mövcud olmadığından, X4 Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərildiyi kimi “digər qohumları” ifadəsinin təsiri altına düşməyən şəxsdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Cavid Səlimov mübahisəli mənzilin hazırki mülkiyyətçisinin-cavabdehin ailə üzvü və ya digər qohumu hesab edilmədiyindən onun mübahisəli mənzilə istifadə hüququ tanına bilməz. Həmçinin kollegiya qeyd edir ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 04 aprel 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində qeyd olunur ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin- müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Eyni zamanda, qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi zamanı məhkəmələr Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeləri də nəzərə almalıdırlar. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə kollegiyası şikayətin digər Şəki Apellyasiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(107)-190/2021 saylı qətnamənin qanuni qüvvəyə minmədiyi barədə dəlilini də əsassız sayır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-225/2022 saylı 24.01.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Şəki Apellyasiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(107)-190/2021 saylı qətnaməsindən kasssiya şikayəti vermiş və onun şikayəti təmin edilməmiş Şəki Apellyasiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(107)-190/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin qətnaməyə istinad etməkdə haqlıdır. Belə ki, 11 mart 2021-ci il tarixli qətnaməyə əsasən iddiaçının qanuni nümayəndəsinin (anasının) mübahisəli mənzildən çıxarılması qət edilmişdir. Hazırki iş üzrə də iddiaçı yetkinlik yaşına çatmamışdır. Yuxarıda qeyd edilmiş qanunvericiliyin tələblərindən də göründüyü kimi yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Məhkəmə kollegiyası ətraflı araşdırma apardıqdan sonra belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X5 qanuni nümayəndəsi İddiaçı apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Yevlax Rаyоn Məhkəməsinin 03 avqust 2021-ci il tаrixli, 2(039)-929/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı X5 qanuni nümayəndəsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rаyоn Məhkəməsinin 03 avqust 2021-ci il tаrixli, 2(039)-929/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar