Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-130/2023 25.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Əsgər oğluna və maraqlı tərəf DƏDRX–in 12 saylı Şəki Ərazi İdarəsinə qarşı topaq sahəsinə və fərdi yaşayış evinə çıxarış alınması üçün cavebdeh tərəfindən edilmiş maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: maneələrin aradan qaldırılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Əsgər oğluna və maraqlı tərəf DƏDRX–in 12 saylı Şəki Ərazi İdarəsinə qarşı topaq sahəsinə və fərdi yaşayış evinə çıxarış alınması üçün cavebdeh tərəfindən edilmiş maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2(024)-423/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı Qax rayonu Sarıbaş kəndində mərhum atası X1 məxsus 0.10 ha torpaq sahəsi və fərdi yaşayış evi olduğunu, həmin torpaq sahəsinə və fərdi yaşayış evinə çıxarış alınmasından ötrü ölçmə işlərinin aparılmasına Cavabdeh Əsgər oğlu tərəfindən maneə törədildiyini iddia edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum atası X1 Qax rayonu Sarıbaş kəndində 0.10 ha torpaq sahəsinə və fərdi yaşayış evinə Çıxarış alınması üçün cavabdeh tərəfindən edilmiş maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 əvvəlki məhkəmə iclasına gəlmələrinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
4. İddiaçı əvvəlki məhkəmə iclasında göstərmişdir ki, o ailəsi ilə birlikdə Qax rayonu Cəlayir kəndində yaşayır. Atasının Qax rayonu Sarıbaş kəndində 0.10 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi vardır. Həmin evə dair təsərrüfatbaşına dair kitab vardır. Həmin evə atası vaxtilə baxmışdır. Atası öldükdən sonra onlar xəstəliyi ilə əlaqədar evə baxa bilməmiş və onlara məxsus evi atası həmkəndlisi olan Cavabdeh orada qalsın deyə vermişdir ki, həm oranı idarə etsin, həm də yaşasın. O, atası öldükdən sonra evə sənəd almaq üçün DƏDRX-nə müraciət etmiş, Reyestr xidməti bununla bağlı ondan kənd İcra nümayəndəliyindən arayış gətirməsini tələb etmişdir. O, İcra Nümayəndəliyinə getdikdə orada ona arayış verməmişlər. Asmalov adlı şəxs gələrək evi aldığını bildirmişdir. O, Cavabdeh evlə bağlı sənəd tələb etmiş, Asmalov müqabilində ona heç bir sənəd göstərə bilməmişdir. Atasına məxsus evin Texniki pasportu və Çıxarışı yoxdur. O bununla bağlı DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsinə Çıxarış almaq üçün müraciət etmiş, orada nümayəndə ona məxsus olan həmin torpaq sahəsinə gedib ölçü işləri aparmaq istəyən zaman həmkəndlisi Asmalov mane olmuşdur. DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsinin işçiləri ölçməkdən imtina etmişlər. Atasına məxsus olan 0.10 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə ona Çıxarış verilməsi mümkün olmamışdır. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən atası X1 Qax rayona Sarıbaş kəndində 0.10 ha torpaq sahəsinə və fərdi yaşayış evinə Çıxarış alınması üçün cavabdeh tərəfindən edilmiş maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etdi.
5. Əvvəlki məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 Şeyixməhəmməd qızı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
6. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, iddia ərizəsində göstərilənləri əsassız hesab edir. Mübahisəli torpaq sahəsinə dair atası X5 verilmiş torpaq sahəsinin plan və ölçü sənədi vardır. Həmin torpaq sahəsi Qax rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli qərarına əsasən onun atasına verilmişdir. Ona görə də, iddianı qəbul etmir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Cavabdeh etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə2 məhkəmə iclasında cavabdehin izahatına uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
8. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı mərhum atası X1 Qax rayonu Sarıbaş kəndində yerləşən mübahisəli 0.10 ha torpaq sahəsinə və fərdi yaşayış evinə Çıxarış alınması üçün cavabdeh tərəfindən edilmiş maneələrin aradan qaldırılmasını xahiş etmişdir. Lakin məhkəmədə müəyyən edilmişdir ki, iddianın predmetini təşkil edən mübahisəli torpaq sahəsi Qax rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli 18 saylı qərarına əsasən hazırki Cavabdeh atası X6 verilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlı olmamışdır.
9. Qax Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2(024)-423/2022 saylı qətnaməsi ilə (hakim Malik Qarayev) iddia təmin olunmamış, İddiaçı Cavabdeh qarşı “atası X1 Qax rayonu Sarıbaş kəndində 0.10 ha torpaq sahəsinə və fərdi yaşayış evinə Çıxarış alınması üçün cavabdeh tərəfindən edilmiş maneələrin aradan qaldırılması tələbi”nə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
11. İş materiallarında olan torpaq sahəsinin plan və ölçüsünə dair sənədin surətindən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli 18 saylı qərarına əsasən 99 kv.m torpaq sahəsi X5 verilmişdir.
12. İş materiallarında olan Seriya AZE No 0******* saylı şəxsiyyət vəsiqəsinir surətindən görünür ki, İddiaçı Qax rayonu, Cəlayir kəndində yaşayır.
13. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiq olunmu; surətindən görünür ki, X3 xx.xx.1990-cı ildə ölmüşdür.
14. İş materiallarında olan xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, iddiaçı məhkəmədə iddia qalrımaq üçün 100 manat dövlət rüsumu ödəmişdir.
15. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiyası məhkəməsi qətnamədə iddiaçının mübahisəli torpaq sahəsinə və onun üzərindəki fərdi yaşayış evinə dair Qax rayon dövlət arxivindən verilmiş arxiv arayışı ilə müəyyən edilən, sahiblik və istifadə hüququnun iddiaçıya məxsusluğunu, bu səbəbdən onun sözügedən əmlak barədə mübahisə açmaq üçün subyektiv hüququnun olmasını, cavabdeh tərəfin isə mərhum atasının adma rəsmiləşdirilmiş “miras“ın qanunla müəyyən edilmiş qaydada qəbul etmədiyini, habelə ötürdüyü uzun müddətin bərpası ilə əlaqədar məhkəməyə ərizəsinin təqdim etmədiyi səbəblərdən sözügedən subyektiv hüququnun olmadığına dair tərəflər arasında yaranmış mülki hüquq münasibətlərə dair həqiqi halları ümumiyyətlə araşdırmamışdır.
17. Ona görə də, Qax Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2(024)- 423/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçı və Cavabdeh Əsgər oğlu işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kolelgiyasının əvvəlki iclasında iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
"M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz."
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
23. İddiaçı Qax Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2(024)-423/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
25. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu qətnamənin 16-cı bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə bu qətnamənin 11-ci bəndində göstərilmiş mülki işin materiallarının 20-21-ci vərəqlərində yer alan torpaq sahəsinin plan və ölçüsünə dair sənəd, həmçinin mülki işin 28-32-ci vərəqlərində yer alan Qax rayon Dövlət Arxivindən “arxiv çıxarışları” ilə təsdiq olunur. İddiaçı isə apellyasiya şikayətində göstərdiyi halları təsdiq edəcək heç bir sübut və ya dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir.
26. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2(024)-423/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2(024)-423/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev