Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1300/2021 15.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ərəbova Firuzə Fuad qızına qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- vurulmuş ziyanın ödənilməsi tələbi, mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə borcun tutulması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı münayəndəsi X1 və Cavabdeh vəkili X2 iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin 24 sentyabr 2019-ci il tаrixli, 2(033)-891/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMCnin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 5212 (beş min iki yüz on iki) manat, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ümumilikdə 5242 (beş min iki yüz qırx iki) manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ”Oba-Retail Chain” MMC ilə Cavabdeh arasında 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi, o cümlədən tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İlkin olaraq Cavabdeh 11.11.2016-cı il tarixdə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, 18.05.2017-ci il tarixdən baş satıcı vəzifəsinə keçirilmiş, 04.10.2017-ci il tarixdə isə administrator vəzifəsinə keçirilmişdir. Daha sonra 28.09.2018-ci il tarixdə cavadeh Cavabdeh əmək müqaviləsinə xitam verilmişdir. Cavadeh Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 24.07.2018-ci il tarixdə Oba-8 km 3 (kod) 154 mağazasında administrator vəzifəsində çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə 7491.97 manat məbləğində zərər vurması müəyyən edilmişdir. Malların ümumi itki norması nəzərə alınmaqla (dövriyyə- 399240.58) 0.005% güzəşt tətbiq edilmiş və yekun məbləği 5496 manat təşkil etmişdir. Cavabdeh ilə 24.09.2019-ci il tarixdə zərərin vurulması etirafı və ödənişi qaydası haqqında müqavilə imzalanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən, zərərvuran 24.10.2018-ci il tarixdən 5496 manat məbləğdə borcu 12 ay müddətinə 458 manat tam olaraq Cəmiyyətə ödəməyi öhdəsinə götürmüşdür. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 283.11 manat Cəmiyyətin xəzinəsinə mədaxil etməklə 5212.89 manat qalıq borcu qalmışdır. Qalıq borcunun ödənilməsi cavabdehə dəfələrlə bildirilsə də, lakin indiyədək heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Buna görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiasını müdafiə edir və hesab edir ki, iddiası əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 24 sentyabr 2019-ci il tаrixli, 2(033)-891/2019 saylı qətnaməsi ilə (hakim T. Həsənov) iddia təmin edilmiş, Cavabdeh 5212 (beş min iki yüz on iki) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı hesabına ödənilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, işəgötürən İddiaçı ilə işçi Cavabdeh arasında 11 noyabr 2016-cı il tarixdə əmək müqaviləsi bağlanmışdır. Həmçinin həmin tarixdə onlar arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh- maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasını, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. 24.07.2018-ci il tarixdə Oba-8 km 3 (kod) 154 mağazasında administrator vəzifəsində çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə 7491.97 manat məbləğində zərər vurması müəyyən edilmişdir. Malların ümumi itki norması nəzərə alınmaqla (dövriyyə-399240.58) 0.005% güzəşt tətbiq edilmiş və yekun məbləği 5496 manat təşkil etmişdir. Cavabdeh Firuzə Ərəbovla 24.09.2019-ci il tarixdə zərərin vurulması etirafı və ödənişi qaydası haqqında müqavilə imzalanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən zərərvuran 24.10.2018-ci il tarixdən 5496 manat məbləğdə borcu 12 ay müddətinə 458 manat tam olaraq Cəmiyyətə ödəməyi öhdəsinə götürmüşdür. İşəgötürən İddiaçı ilə işçi Cavabdeh arasında bağlanmış 11.11.2016-cı il tarixli əmək müqaviləsinə 28.09.2018-ci il tarixdə xitam verilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 283.11 manat Cəmiyyətin xəzinəsinə mədaxil etməklə 5212.89 manat qalıq borcu qalmışdır. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, lakin indiyədək heç bir ödəniş həyata keçirilməmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Tərəflər arasında əmək müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və bu işin mübahisəsiz halını təşkil edir. Cavabdeh iddiaçı cəmiyyətdə administrator işləmiş, 24.07.2018-ci il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 5496 manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 5496 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 283,11 manat cəmiyyətin xəzinəsinə mədaxil etməklə onun 5212,89 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, İddiaçı Cavabdeh cəmiyyətin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 5212 manat məbləğin tutularaq Cəmiyyətin bank hesabına ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu, 194-cü, 199-cu, 202.1-ci, 202.2-ci, 205.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci , 21.2-ci, 1096.1-ci, 1097.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin qətnaməsini qanunsuz hesab edir. Belə ki, məhkəmə onun iştirakını təmin etməmiş, prosessual hüquq normalarını pozmuşdur. Eyni zamanda onun İddiaçınə borcu yoxdur. Odur ki, Zaqatala Rayon Məhkəməsinin 24 sentyabr 2019-ci il tаrixli, 2(033)-891/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı münayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 24 sentyabr 2019-ci il tаrixli, 2(033)-891/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh vəkili X5 apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 24 sentyabr 2019-ci il tаrixli, 2(033)- 891/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin ç bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda İşçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202.1-ci maddəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Həmin Məcəllənin 202.2-ci maddəsinə əsasən, işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır.Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 205.2-ci maddəsinə əsasən, əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 24 sentyabr 2019-ci il tаrixli, 2(033)-891/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş edir. Tələb qətnamənin ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 24 sentyabr 2019-ci il tаrixli, 2(033)-891/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, işəgötürən İddiaçı ilə işçi Cavabdeh arasında 11 noyabr 2016-cı il tarixdə əmək müqaviləsi bağlanmışdır. Həmçinin həmin tarixdə onlar arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh, maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. 24.07.2018-ci il tarixdə Oba-8 km 3 (kod) 154 mağazasında administrator vəzifəsində çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə 7491.97 manat məbləğində zərər vurması müəyyən edilmişdir. Malların ümumi itki norması nəzərə alınmaqla (dövriyyə-399240.58) 0.005% güzəşt tətbiq edilmiş və yekun məbləği 5496 manat təşkil etmişdir. Cavabdeh Firuzə Ərəbovla 24.09.2019-ci il tarixdə zərərin vurulması etirafı və ödənişi qaydası haqqında müqavilə imzalanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən zərərvuran 24.10.2018-ci il tarixdən 5496 manat məbləğdə borcu 12 ay müddətinə 458 manat tam olaraq Cəmiyyətə ödəməyi öhdəsinə götürmüşdür. İşəgötürən İddiaçı ilə işçi Cavabdeh arasında bağlanmış 11.11.2016-cı il tarixli əmək müqaviləsinə 28.09.2018-ci il tarixdə xitam verilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 283.11 manat Cəmiyyətin xəzinəsinə mədaxil etməklə 5212.89 manat qalıq borcu qalmışdır. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, lakin indiyədək heç bir ödəniş həyata keçirilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında əmək müqaviləsindən irəli gələn öhdəlik münasibətlərləri yaranmış və bu hal işin mübahisəsiz halını təşkil edir. İşdə olan əmək müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, işəgötürən İddiaçı ilə işçi Cavabdeh arasında 11 noyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq əmək müqaviləsi bağlanmışdır. İşdə olan tam maddi məsuliyyət haqqında müqavilənin təsdiq olunmuş surətindən görünür ki, 11 noyabr 2016-cı il tarixdə işəgötürən İddiaçı ilə işçi Cavabdeh arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İşdə olan İddiaçı tərəfindən verilmiş 13 iyun 2019-cu il tarixli işə qəbul haqqında əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin satış əməliyyatları şöbəsinin OBA marketlər şəbəkəsinə 11.11.2016-cı il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə satıcı kassir vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan İddiaçı tərəfindən verilmiş 13 iyun 2019-cu il tarixli işə qəbul haqqında əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin satış əməliyyatları şöbəsinə 18.05.2017-ci il tarixdən baş satıcı vəzifəsinə keçirilmişdir. İşdə olan İddiaçı tərəfindən verilmiş 13 iyun 2019-cu il tarixli işə qəbul haqqında əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin satış əməliyyatları şöbəsinə 04.10.2017-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 205.2-ci maddəsinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin ç bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Daha sonra birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması aparılmış və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 5496 manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 5496 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 283,11 manat cəmiyyətin xəzinəsinə mədaxil etməklə onun 5212,89 manat borcu qalmışdır. İşin bu halı işdə olan 24 sentyabr 2018-ci il tarixli zərərin vurulması etirafı və ödənişi qaydası haqqında müqavilə ilə təsdiq olunur. Həmin müqavilədən görünür ki, İddiaçı təmsilçisi qismində direktor X4 ilə Cavabdeh arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən 24.07.2018-ci il tarixdə Oba-8 km. 3 (kod 154) mağazasında administrator vəzifəsində çalışdığı zaman aparılmış invertarizasiya nəticəsində Cavabdeh 5496 manat məbləğdə zərər vurması müəyyən edilmişdir. Tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilənin bağlandığını nəzərə alaraq zərərvuran cəmiyyətə 5496 manat zərər vurduğunu tam etiraf edir. Eyni zamanda işdə olan İddiaçı tərəfindən verilmiş 25 iyun 2019-cu il tarixli arayışdan görünür ki, 24.07.2018-ci il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 5496 manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh yoxlamadan keçən dövrdə 5496 manat çatışmazlığın 283,11 manatını cəmiyyətin xəzinəsinə mədaxil etməklə 5212,89 manat borcu qalmışdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Cavabdeh ödənilməmiş 5212 manat məbləğin tutularaq İddiaçın bank hesabına ödənilməsini təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, apelyator şikayətində bildirmişdir ki, Zaqatala Rayon Məhkəməsinin qətnaməsini qanunsuz hesab edir. Belə ki, məhkəmə onun iştirakını təmin etməmiş, prosessual hüquq normalarını pozmuşdur. Lakin işdə olan Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 06 sentyabr 2019-cu il tarixdə verilmiş 103 nömrəli məktubdan görünür ki, Cavabdeh 10 ildən artıqdır ki, anası ilə birlikdə Bakı şəhərində yaşayır. Məhkəmə iclasının vaxtı barədə atası X6 vasitəsilə xəbər göndərilmişdir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Eyni zamanda apelyator bildirmişdir ki, onun İddiaçınə borcu yoxdur. İşdə olan 24 sentyabr 2018-ci il tarixli zərərin vurulması etirafı və ödənişi qaydası haqqında müqavilədən görünür ki, İddiaçı təmsilçisi qismində direktor X4 ilə Cavabdeh arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən 24.07.2018-ci il tarixdə Oba-8 km. 3 (kod 154) mağazasında administrator vəzifəsində çalışdığı zaman aparılmış invertarizasiya nəticəsində Cavabdeh 5496 manat məbləğdə zərər vurması müəyyən edilmişdir. Tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilənin bağlandığını nəzərə alaraq 5496 manat zərərvuran cəmiyyətə zərər vurduğunu tam etiraf etmişdir. Beləliklə, apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin 24 sentyabr 2019-ci il tаrixli, 2(033)-891/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 24 sentyabr 2019-ci il tаrixli, 2(033)-891/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1300/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1300/2021
15.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver