Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1301/2024 04.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: maddi ziyan, subyektiv hüquq) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 3 sentyabr 2024-cü il tarixli, 2(014)-223/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Ağdaş Rayon Məhkəməsinin 7(014)-4/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh elektron nəzarət vasitəsi tətbiq edilməsi qərara alnımışdır. Cəzanın icrası ilə xx.xx.2023-cü il tarixdə müvafiq aktla 01 ədəd mobil nəzarət qurğusu, 01 ədəd elektron qolbaq, 01 ədəd enerji yığan məhkum, yəni hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Məhkum xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmış və məhkuma tədbiq edilmiş elektron nəzarət vasitəsi açılaraq götürülmüşdür. Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında Attenti şirkətinin texniki rəyində Cavabdeh verilmiş elektron nəzarət vasitəsinə xx.xx.2023-cü il tarixdə texniki baxış keçirilmiş, texniki baxışın nəticələrinə əsasən ana platada elektron elementlərin korroziyası aşkar olunmuş, təmiri mümkün olmaması və istifadəyə yararsız olması qeyd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədilyyə Nazirliyi tərəfindən verilmiş maliyyə arayışına görə həmin yararsız vəziyyətə düşən avadanlığın dəyəri 2277.40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277.40 manat vəsaitin alınıb İddiaçınə verilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Məhkəməsinin 7(014)- 4/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Ağdaş Rayon Məhkəməsinin 1(014)- 110/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 15 % məbləğində dövlət nəfinə pul tutulmaqla 01 il müddətinə islah işləri cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.3-cü maddəsinə əsasən islah işləri cəzasının 2 günü azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün hesabı ilə hesablanmaqla 06 ay müddətində azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Cavabdeh üzərinə saat 23.00-dan saat 07:00-dək Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. xx.xx.2023-cü il tarixdə şöbənin böyük icra məmuru (probasiya üzrə) X2 müvafiq protokol tərtib etmiş və onun üzərində cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixdə müvafiq aktla 01 ədəd mobil nəzarət qurğusu, 01 ədəd elektron qolbaq, 01 ədəd enerji yığan məhkum, yəni hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Nəzarət avadanlıqlarının istifadə qaydaları məhkuma izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq olunmuşdur. Məhkum xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmış və məhkuma tədbiq edilmiş elektron nəzarət vasitəsi açılaraq götürülmüş və Monitorinq Mərkəzinə təhvil verilmişdir. Lakin, elektron nəzarət vasitəsinin vəziyyəti haqqında Attenti şirkətinin texniki rəyində Cavabdeh verilmiş elektron nəzarət vasitəsinə xx.xx.2023-cü il tarixdə texniki baxış keçirilmiş, texniki baxışın nəticələrinə əsasən ana platada elektron elementlərin korroziyası aşkar olunmuş, təmiri mümkün olmaması və istifadəyə yararsız olması qeyd edilmişdir. Cavabdehin günahından, yəni lazımi məsuliyyəti olmadığından və müdaxiləsi nəticəsində elektron nəzarət qurğusu yararsız vəziyyətə salınmış və nəticədə maddi ziyan dəymişdir. Qeyd olunanlara əsasən Cavabdeh elektron nəzarəti qurğusunun dəyəri olan 2277,40 manat məbləğində vəsaitin alınıb İddiaçınə verilməsi haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 7(014)-4/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş, o, cəzanın icrası ilə əlaqədar Ağdaş Rayon İcra və Prosbasiya şöbəsinə dəvət edilərək ona elektron nəzarət aparatının istifadə qaydaları izah olunmuş, bu barədə protokol tərtib edilmiş, cavabdeh həmin protokola imza edərək, hüquq və vəzifələri ilə tanış olmuş, həmçinin bu barədə ona yaddaş kitabçası təqdim edilmişdir. Lakin cavabdeh vəzifələrini icra etməyərək elektron nəzarət aparatına müdaxilə etmiş, müdaxilə nəticəsində həmin elektron nəzarət vasitəsinin yararsız vəziyyətə salmış, bu hal iş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitoring İdarəsinin rəyi ilə və Məhkəmə Ekspertiza Mərkəzinin 09 avqust 2024-cü il tarixli, 3-16-16/2-3/1193 saylı rəyi ilə öz təsdiqini tapmışdır.
5. Beləliklə, məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməli, Cavabdeh 2277,40 manat miqdarında vurulmuş maddi ziyanın əvəzi alınaraq İddiaçınə verilməlidir.
6. Ağdaş Rayon Məhkəməsinin 3 sentyabr 2024-cü il tarixli, 2(014)-223/2024 nömrəli qətnaməsi ilə (hakim Aygün Mürsəlova) iddia təmin olunmuş, Cavabdeh 2277,40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) miqdarında vurulmuş maddi ziyanın əvəzinin alınaraq İddiaçınə verilməsi, Cavabdeh 42,78 (qırx iki manat, yetmiş səkkiz qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 442, 443, 448, 1096 və 1097-ci maddələrinə istinad etmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(014)-4/2023 saylı qərarı İddiaçı 14 fevral 2023- cü il tarixli, c/1-263 nömrəli məktubu Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə 15 fevral 2023-cü il tarixli protokolu 19 avqust 2023-cü il tarixli aktı Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitoring İdarəsi tərəfindən verilmiş Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında ED 000305 saylı texniki rəyi xx.xx.2021-ci il tarixli, ED-M-№ 96-21 nömrəli məktub Məhkəmə Ekspertiza Mərkəzinin 09 avqust 2024-cü il tarixli, 3-16-16/2-3/1193 saylı rəyi
9. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
20. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, ona Elektron nəzarət vasitəsi tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtardıqdan sonra həmin cihazları tam işlək vəziyyətdə probasiya üzrə məmur Sahib Hümbətova təhvil (xx.xx.2023-cü il tarixli akt) vermişdir. Bundan sonra İddiaçı məhkəməyə müraciət edəndə ona məlum oldu ki, cihaz yararsız olduğundan ondan 2277.40 manat pul tələb edilir. Əgər cihaz yararsız idisə niyə akta probasiya məmuru yararlı kimi qeyd edib qol çəkirdi. Cihaz hissələrdən ibarət olmaqla ümumilikdə 4 hissəyə ayrılır. Yəqinki, həmin hissələrin ayrıayrılıqda qiymətləri vardır. ED-M-№ 96-21 saylı məktubda ƏDV qeyd edilir. Bu nəyi bildirir və hansı ƏDV-dən söhbət gedir. Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitorinq İdarəsi tərəfindən verilmiş Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında ED 000305 saylı texniki rəyin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh tətbiq edilmiş 35627393 seriya nömrəli Attenti V6 mobil qurğusuna 23 avqust 2023-cü ildə texniki baxış keçirilmiş və ana platada elektron elementlərin korroziyası müşahidə olunduğu, təmirin mümkün olmadığı, istifadəyə tam yararsız olduğu müəyyən edilmişdir. Lakin iş üzrə verilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 09 avqust 2024-cü il tarixli, 3-16- 16/2-3/1193 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş elektron nəzarət qurğusu istifadəyə yararsızdır. Tədqiqata təqdim edilmiş elektron nəzarət qurğusunun yan səthlərində rəyin tədqiqi hissəsində təsvir edilən qırılma zədələri vardır. Elektron nəzarət qurğusunun yan səthləri fiziki qüvvənin təsiri nəticəsində bağlanma yerlərindən qırılmışdır. Tədqiqata təqdim edilmiş elektron qolbağın gövdə hissəsisinin üzərində istismar xarakterli izlər müşahidə olunmuşdur. Göründüyü kimi bütün yuxarıda qeyd etdiyi hərəkətlər üst-üstə düşmür. Ümumiyyətlə iddia tələbinin istinad edildiyi sənədlər saxtardır. Necə ola bilər ki, Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitorinq İdarəsinin rəyində fərqlı cihazdan söhbət gedir. Məhkəmə Ekspertiza Mərkəzinin rəyində tamamilə başqa qurğudan söhbət gedir.
21. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 3 sentyabr 2024-cü il tarixli, 2(014)- 223/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
24. İddiaçı nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Kostitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 24-cü maddəsinin İİİ-cü hissəsinə görə, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Hüquqlardan suiistifadəyə yol verilmir. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericilikdə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
27. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi: 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur.
28. Qərarlar: “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci si 10 aprel tarixli 144 nömrəli Qərarının 7.5-ci bəndinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarı
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
30. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
31. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 3 sentyabr 2024-cü il tarixli, 2(014)- 223/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
33. İddiaçı Göyçay rayon İcra və Probasiya şöbəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron qolbağın dəyəri olan 2277.40 manat vəsaitin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz." Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.
34. Kollegiya qeyd edir ki, sözügedən “Atenti” markalı elektron nəzarət kompleksi (elektron qolbağ) Ədliyyə Nazirliyinin mülkiyyətindədir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 73.4-cü maddəsinə əsasən, “hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir.” Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 362.5-ci maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. İş materiallarında isə Ədliyyə Nazirliyinin adından məhkəmədə iddia qaldırmaq üçün İddiaçı adına hər hansı bir etibarnamə aşkar edilməmişdir. Göründüyü kimi iddiaçının “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamamışdır. Yəni, iddiaçı onun mülkiyyətində olmayan əmlakın dəyərinin alınıb ona verilməsini xahiş etmişdir. Həmçinin, İddiaçı məhkəmədə Ədliyyə Nazirliyinin adından iddia ərizəsini imzalamaq səlahiyyəti, Ədliyyə Nazirliyinin adından iddia qaldırmaq hüququ da olmamışdır.
35. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ağdaş Rayon Məhkəməsinin 3 sentyabr 2024-cü il tarixli, 2(014)-223/2024 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı yararsız vəziyyətə düşən avadanlığın dəyəri olaraq 2277.40 manat vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Ağdaş Rayon Məhkəməsinin 3 sentyabr 2024-cü il tarixli, 2(014)-223/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı yararsız vəziyyətə düşən avadanlığın dəyəri olaraq 2277.40 manat vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.