Məhkəmə qərarları › İş №2(107)-1307/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1307/2020

12.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1307/2020 12.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüquqlarının müəyyən edilməsi və evə köçürülmə tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-207/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-207/2020 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia təmin edilmiş, İddiaçı və uşaqları; xx.xx.2005-ci il təvəllüdlü Hüseynov Məhəmməd Rövşən oğlu, xx.xx.2006-cı il təvəllüdlü Hüseynov Ağarza Rövşən oğlu və xx.xx.2009-cu il təvəllüdlü Hüseynova Mətanət Rövşən qızının ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus olan fərdi yaşayış evindən istifadə hüquqlarının müəyyən olunması və İddiaçı uşaqları; Hüseynov Məhəmməd Rövşən oğlu, Hüseynov Ağarza Rövşən oğlu və Hüseynova Mətanət Rövşən qızı ilə birlikdə Cavabdeh məxsus həmin fərdi yaşayış evinə köçürülməsi, Cavabdeh 10 manat məbləğində dövlət rüsumunun alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları həddi-buluğa çatanadək yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Balakən şəhəri S.Vurğun küçəsində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evindən onun və uşaqları Hüseynov Məhəmməd Rövşən oğlu, Hüseynov Ağarza Rövşən oğlu və Hüseynova Mətanət Rövşən qızının istifadə hüququnun tanınması və onun üç uşaqla birlikdə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, 2005-ci ildə Hüseynov Rövşən Məhəmməd oğlu ilə qanuni nikaha girərək ailə qurmuşdur. Ailə qurarkən ərinin valideynlərinə məxsus yaşayış evinə köçərək onlarla birlikdə orada yaşamışdır. Həmin nikahdan 3 övladı-2005-ci il təvəllüdlü Hüseynov Məhəmməd Rövşən oğlu, 2006-cı il təvəllüdlü Hüseynov Ağarza Rövşən oğlu və 2009-cu il təvəllüdlü Hüseynova Mətanət Rövşən qızı dünyaya gəlmişdir. 2011-ci ildə Balakən rayonunda baş verən zəlzələ zamanı evləri dağıldığı üçün dövlət onlara 2 otaqlı ev tikmişdir. Sonradan onlar birlikdə həmin evdə əlavə artırmalar edərək, 5 otağa çevirmişlər. Həmin evə qaynanası ancaq öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. 2019-cu ilin noyabr ayında əri Hüseynov Rövşən Məhəmməd oğlu özünü asaraq intihar etmişdir. Bundan sonra onun qaynanası ilə münasibətləri daha da pisləşməyə başlamış, 2019-cu ilin dekabr ayında qaynanası onu və uşaqlarını evdən zorla çıxarmışdır. Hazırda Balakən rayonu Hənifə kəndində yerləşən ata evindədirlər. Atası 2019-cu ilin iyun ayında vəfat etmişdir. 3 otaqlı həmin evdə anası və qardaşının 4 nəfərdən ibarət ailəsi çox çətin şəraitdə yaşayırlar. O, heç bir yerdə işləmir və əlavə heç bir qazançı yoxdur. Ona görə də özünə öz vəsaiti hesabına mənzil əldə etmək imkanlarına malik deyildir. Bundan başqa o, həmin evin yaxşılaşdırılmasında öz vəsaiti ilə iştirak etmişdir. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, İddiaçı oğlu Hüseynov Rövşən Məhəmməd oğlu ilə 2005-ci ildə rəsmi nikahla ailə qurmuşdur. Həmin nikahdan 3 övladı2005-ci il təvəllüdlü Hüseynov Məhəmməd Rövşən oğlu, 2006-cı il təvəllüdlü Hüseynov Ağarza Rövşən oğlu və 2009-cu il təvəllüdlü Hüseynova Mətanət Rövşən qızı doğulmuşdur. İddiaçı ərinin sağlığında onu bir ər kimi tanımamış, ona hörmət qoymamış, ərinə qarşı müntəzəm saymamazlıqlar edərək, onu ölüm həddinə çatdırmışdır. Oğlu kənddə onun hərəkətlərinə tab gətirməyərək, 2019-cu ilin noyabr ayında özünü asaraq intihar etmişdir. İddiaçı həm ərinə, həm də ona bir qaynana kimi hörmət etməmişdir. İddiaçı heç nədən evdə mübahisə edərək, uşaqları da özü ilə aparıb ata evində qalaraq, onları əsəbləşdirmiş, bu minvalla ərinin ölümünə səbəb olmuşdur. İddiaçı nəvələrinə də psixi təsir edərək, onları onunla pis rəftara sövq edir. O, hal-hazırda iddiaçı ilə yaşamasa da, oğlunun yadigarı olan hər üç nəvəsinə baxmışdır. İddiaçı onun evində pasport qeydiyyatında deyildir. İddiaçı evinə heç bir vəsait xərcləməmişdir. Belə ki, onun buna imkanı olmamış, həmişə evdə münaqişə yaratdığından münaqişəli əmlaka heç vaxt vəsait sərf etməmişdir. Qeyd edilənləri nəzərə alıb, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İddiaçı, oğlu Hüseynov Rövşən Məhəmməd oglu ilə 2005-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə evlilikdən üç uşaqları dünyaya gəlmişdir. İddiaçı öz iddiasında göstərir ki, güya əri vəfat edəndən sonra o, onu üç uşaqla evdən qovmuşdur. O, ərinin sağlığında onu bir ər kimi tanımamış, ona hörmət bəsləməmiş, ərinə qarşı müntəzəm saymamazlıqlar edərək onu ölüm həddinə çatdırmışdır. Oğlu kənddə onun hərəkətlərinə tab gətirməyərək intihar edərək özünə qəsd etdi. İddiaçı onunla birgə yaşadığı vaxtlar nəinki ərinə, ona bir qaynana kimi heç vaxt hörmət qoymayıb. O, heç nədən evdə mübahisə edərək uşaqları da özü ilə aparıb ata evində qalaraq onların əsəbləriylə oynayırdı və o bu minvalla ərinin ölümünə səbəb oldu. İddiaçının ailə daxili münaqişələrinə hətta nəvələri də bir növ adət etmişlər. O, onlara psixi təsir edərək nəvələrini onunla pis rəftara sövq edir, onlara öyrədir ki, nənəyə deyin ki, oğlun özünü asdı bəs sən niyə özünü asmırsan, indiyə kimi qalıbsan. O, hal-hazırda iddiaçı ilə yaşamasa da oğlunun yadigarı olan hər üç nəvəsinə baxmış və onun qonşuları da bunu təsdiq edərlər. İddiaçı oğluyla faktiki nigahda olması barədə məhkəməyə nigah haqqında şəhadətnamə təqdim etsə də, ərinin vəfatından sonra yəni 2019-cu il tarixindən Ailə Məcəlləsi ilə nigah faktiki pozulmuş hesab edilir. Eyni zamanda adı çəkilən əmlakın onun mülkiyyətində olmasını təsdiq edən DƏDRX-nin ******* saylı xx.xx.2017-ci il tarixli çıxarışı mövcuddur. Daha sonra Daxili İşlər Nazirliyinin Balakən rayon şöbəsi tərəfindən verilən ******* saylı arayışından da görünür ki, iddiaçı onun mülkiyyətində pasport qeydiyyatında belə deyil. İddiaçı heç yerdə işləməməsini və qazancı olmamasını eyni zamanda mülkiyyətində olan evinin yaxşılaşdırılmasında vəsait xərcləməsini bildirir. Onun ailələrində mütəmadi olaraq münaqişələr yaratması, bunu deməyə əsas verir ki, o münaqişəli əmlaka heç vaxt vəsait xərcləməzdi və onun buna imkanı da yox idi. İddiaçının ərizədəki tələbi irəli sürmə hüququ ümumiyyətlə yoxdur. Belə ki, həmin evə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestri xidmətində onun adına qeydə alınıb. Məhkəmə işə baxarkən işdə onun iştirakını təmin etməmiş, lazımi qaydada işin hansı tarixə təyin olması barədə ona bildiriş göndərməmiş və çıxardığı qətnamədə guya xx xxx 2020-ci il tarixində məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməyinə baxmayaraq həmin tarixdə məhkəmə iclasına gəlmədiyini və Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini öz qətnaməsinə köçürməklə işdə iştirak etməməyinə bu formada don geyindirmişdir. İşə baxan hakim yuxanda göstərilən qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq işi tam araşdırmadan qeyd etmişdir ki, iddiaçı 2005-ci il tarixində cavabdehin razılığı ilə həmin mənzilə köçmüşdür, həmin mənzil həmin dövrdə heç kimin mülkiyyətində olmadığından, iddiaçı evə gəlin köçərkən onunla heç bir müqavilə bağlamaq mümkün olmamışdır və bununla hakim İddiaçı faktiki mülkiyyətində olan mənzilini onun da mənzili olması kimi qənaətinə gəldikdən sonra onun iddiasını təmin edən qətnamə qəbul etmişdir. Ona görə də, Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-207/2020 nömrəli qərarını ləğv edərək yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-207/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-207/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Balakən rayonu VVADQ şöbəsi tərəfindən xx xxxx 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 147096 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Hüseynov Rövşən Məhəmməd oğlu ilə X9rasında nikah Balakən rayonu VVADQ şöbəsində xx xxxx 2005-ci il tarixdə 139 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. İşdə olan AZE seriyalı, ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyata alınmışdır və onun yaşayış yeri ünvan 2 ünvanıdır. İşdə olan Balakən rayonu VVADQ Şöbəsi tərəfindən xx xxxx 2005-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 642082 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynov Məhəmməd Rövşən oğlu xx xxxxxx 2005-cı ildə anadan olmuş, atası Hüseynov Rövşən Məhəmməd oğlu, anası X13 yazılmışdır. İşdə olan Balakən rayonu Hənifə kənd icra nümayəndəliyi tərəfindən xx xxxxx 2006cı il tarixdə verilmiş AZ-İ seriyalı, 752675 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynov Ağarza Rövşən oğlu xx.xx.2006-cı ildə anadan olmuş, atası Hüseynov Rövşən Məhəmməd oğlu, anası İddiaçı yazılmışdır. İşdə olan Balakən rayonu Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2009-cı il tarixdə verilmiş AZ-İİ seriyalı, 362449 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynova Mətanət Rövşən qızı xx xxxxxxxx 2009-cı ildə anadan olmuş, atası Hüseynov Rövşən Məhəmməd oğlu, anası İddiaçı yazılmışdır. İşdə olan Balakən rayonu Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci ildə verilmiş 275 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Hüseynov Rövşən Məhəmməd oğlu xx xxxxxx 2019-cı ildə ölmüşdür. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Cavabdeh xx xxxxxxxx 2010-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. Həmin ünvanda qeydiyyatda olan digər şəxslər-X16, X6, Hüseynov Məhəmməd Rövşən oğlu, Hüseynov Ağarza Rövşən oğlu, Hüseynova Mətanət Rövşən qızı, X10r. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********06-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2017-cu il tarixli Çıxarışdan görünür ki, ünvan 1 fərdi yaşayış evi 22 №li reyestr kitabının 2 №li vərəqində xx.xx.2017cu il tarixdə fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə Cavabdeh, torpaq sahəsi ümumi birgə Hüseynov Rövşən Məmməd oğlunun, torpaq sahəsi ümumi birgə X1, torpaq sahəsi ümumi birgə X3, torpaq sahəsi ümumi birgə X4 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin rədd edərkən Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıda göstərilən maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əasən mübahisə edilən hüquq münasibətlərinin tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanun analogiyası). Azərbaycan SSR Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmli fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 27.2 və 27.3-cü maddələrinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır; Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Qanunun 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə iddiaçının iradəsinin ziddinə olaraq, onun və uşaqlarının mübahisəli evdən istifadə hüquqlarına maneələrin yaradılmasını onların Azərbaycan Respublikası Konstitusiyasının 43 və İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 8-ci maddəsi ilə təsbit olunmuş mənzil hüquqlarının pozulması kimi qiymətləndirir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan Hüquqlarının və X12 X7 müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası İnsan Hüquqlarının və X12 X2 iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. X22 Məhkəməsinin Strunjaq və başqaları Xorvatiyaya qarşı iş üzrə ərizənin qəbul edilənliyi barədə qərarında (ərizə №46943/99, X22 Məhkəməsinin 2000-X) qeyd edilmişdir ki, Konvensiyanın 8-ci maddəsi yalnız şəxsin hazırkı mənzilinin toxunulmazlığına hörmət hüququnu qoruyur. X22 Məhkəməsinin O.ROUK Birləşmiş Krallığa qarşı işində ərizənin qəbul edilənliyi barədə qərarında (ərizə №46934/99, X22 Məhkəməsinin 2000-X) və X5rşı iş üzrə xx xxxxxx 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddəsində nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. X22 Məhkəməsi yuxarıda adı çəkilən Gillounun işinə dair qərarında xatırlatmışdır ki, Gillounun işində ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/3 saylı ərizənin qəbul edilənliyinə dair X22 Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)». Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8.0-cı maddəsinə görə mənzil hüquq və vəzifyələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Həmin Qanunun 9.2.1 və 9.2.2-ci maddələrinə əsasən o cümlədən mənzil hüquqlarının müdafiəsi müvafiq olaraq mənzil hüquqlarının tanınması; mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulları ilə həyata keçirilir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə-Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonratələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülukiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Qanunun 30.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarının həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehin oğlu Hüseynov Rövşən Məhəmməd oğlu ilə şöbəsində 2005-ci il tarixdərəsmi nikahla evlənmişdir. İddiaçı ailə qurduqdan sonra ərinin valideynlərinə məxsus yaşayış evinə köçərək onlarla birlikdə orada yaşamışdır. Həmin nikahdan 3 övladı-2005-ci il təvəllüdlü Hüseynov Məhəmməd Rövşən oğlu, 2006-cı il təvəllüdlü Hüseynov Ağarza Rövşən oğlu və 2009-cu il təvəllüdlü Hüseynova Mətanət Rövşən qızı doğulmuşlar. 2011ci ildə Balakən rayonunda baş verən zəlzələ zamanı evləri dağıldığı üçün dövlət onlara 2 otaqlı ev tikmişdir. Sonradan onlar birlikdə həmin evdə əlavə artırmalar edərək, 5 otağa çevirmişlər. Həmin evə iddiaçının qaynanası olan cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. İddiaçının bildirdiyinə görə 2019-cu ilin noyabr ayında iddiaçının əri Hüseynov Rövşən Məhəmməd oğlu özünü asaraq intihar etmişdir. Bundan sonra onun qaynanası ilə münasibətləri daha da pisləşməyə başlamış, qaynanası onu və uşaqlarını evdən zorla çıxarmışdır. İddiaçı hazırda uşaqları ilə bilikdə Balakən rayonu Hənifə kəndində yerləşən ata evindədirlər. İddiaçı 3 otaqlı həmin evdə anası və qardaşının 4 nəfərdən ibarət ailəsi ilə çox çətin şəraitdə yaşayırlar. İddiaçı heç bir yerdə işləmir və əlavə heç bir qazançı yoxdur. İddiaçının özü və uşaqları cavabdehrə məxsus həmin evdə qeydiyyatdadırlar. Uşaqları həmin mübahisəli evdə doğulub, böyümüşlər. Hazırda cavabdeh onu və uşaqları həmin evə buraxmır. İddiaçının daimi yaşayış yeri sözügedən evdir, onun əmlakı da həmin evdədir. Cavabdeh iddiaçını evə buraxmadığından o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı uşaqları: xx.xx.2005-ci il təvəllüdlü Hüseynov Məhəmməd Rövşən oğlu, xx.xx.2006-cı il təvəllüdlü Hüseynov Ağarza Rövşən oğlu və xx.xx.2009-cu il təvəllüdlü Hüseynova Mətanət Rövşən qızının qeydiyyatda olduqları yer və daimi yaşayış yeri ünvan 1 ünvanında yerləşən cavabdehə məxsus fərdi yaşayış evidir. İddiaçı və onun uşaqları iradələrindən asılı olmayaraq, həmin evdən istifadə edə bilmirlər, cavabdeh tərəfindən onların həmin evə köçürülməsinə və həmin evdən istifadə etməsinə maneələr yaradılır, həmçinin mübahisəli ev yaşayış üçün yararlıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı X11 cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə cavabdehin razılığı ilə 2005-ci ildə cavabdehin oğlu Rövşən Hüseynovla nikahını rəsmiləşdirərək gəlin köçərək, cavabdehn ailə üzvü olduğundan və cavabdehlərlə birlikdə yaşayıb ümumi təsərrüfat apardığından, iddiaçı mübahisəli evə dair 2005-cı ildən cavabdehlə birlikdə faktiki sahiblik və istifadəni həyata keçirdiyindən, iddiaçının yetkinlik yaşına çatmayan uşaqları; Hüseynov Məhəmməd Rövşən oğlu xx.xx.2005-ci il tarixdə, Hüseynov Ağarza Rövşən oğlu xx.xx.2006-cı il tarixdə və Hüseynova Mətanət Rövşən qızı xx.xx.2009-cu il tarixdə həmin evdə doğulduqlarından və orada yaşadıqlarından, iddiaçının və onun uşaqlarının qeydiyyatda olduqları yer və daimi yaşayış yeri ünvan 1 ünvanında yerləşən cavabdehə məxsus fərdi yaşayış evi olduğundan, İddiaçı uşaqları ilə həmin evdən istifadə hüququ müəyyən olunmalı və onlar yaşamaq üçün həmin evə köçürülməlidir. Birinci instansiya məhkəməsi bu nəticəyə gəlmişdir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2005-cı ildə yarandığından və həmin vaxt mübahisəli ünvan 1 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinə cavabdehlərin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığından (Cavabdeh 2011-ci ildə Balakən rayonunda baş verən zəlzələ zamanı evləri dağıldığı üçün dövlət tərəfindən tikilmiş həmin evə mülkiyyət hüququ yalnız xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır) mübahisəyə qanunun analogiyası üzrə xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin normalarının tətbiq edilməsi zəruridir. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda göstərilən qanun normalarına uyğun qiymət verərək hesab etmişdir ki, İddiaçı 2005-ci ildən mübahisəli evə heç bir qeyd-şərt göstərilmədən evə faktik mülkiyyət hüquqları əsasında sahiblik və ondan istifadə edən cavabdehlərin razılığı ilə köçürüldüyündən və həmin şəxslərlə və orada yaşayan digər şəxslərlə birlikdə ümumi təsərrüfatı aparmaqla orada yaşadığından, iddiaçının uşaqları sözügedən evdə doğulub orada yaşadığından, iddiaçının və onun uşaqlarının qeydiyyatda olduğu və daimi yaşadığı ünvan mübahisəli ev olduğundan İddiaçı uşaqları ilə həmin evdən istifadə və yaşamaq hüququ əldə etmişlər. Birinci instansiya məhkəməsi X22 Məhkəməsinin yuxarıda göstərilən qərarlarına əsasən hesab etmişdir ki, iddiaçının 2005-cı ildən mübahisəli evə cavabdehlərin razılığı ilə köçürülməsi, həmin evdə cavabdeh və orada yaşayan digər şəxslərlə birgə təsərrüfat aparmaqla yaşaması, iddiaçının cehiz və geyim əşyalarının, həmçinin uşaqların əşyalarının həmin evdə olması, həmin evin iddiaçının və onun uşaqlarının daimi yaşayış yeri olması, onların başqa yaşayış yerinə malik olmaması və evlə daimi əlaqəsinin olmasına görə həmin evi Avropa Konvensiyasının 8-ci maddəsinin mənası baxımından İddiaçı və onun uşaqları Məhəmməd Hüseynovun, Ağarza Hüseynovun və Mətanət Hüseynovanın mənzili adlandırmaq olar. İş üzrə cavabdeh iddia tələbinə etirazlarının-iddiaçının oğlunu ər kimi tanımaması, ona hörmət qoymaması, ərinə qarşı müntəzəm saymamazlıqlar edərək, onu ölüm həddinə çatdırması, oğlunun onun hərəkətlərinə tab gətirməyərək, 2019-cu ilin noyabr ayında özünü asaraq intihar etməsi, iddiaçının həm də ona bir qaynana kimi hörmət etməməsi, heç nədən evdə mübahisə edərək, uşaqları da özü ilə aparıb ata evində qalaraq, onları əsəbləşdirməsi, bu minvalla ərinin ölümünə səbəb olması, iddiaçının nəvələrinə də psixi təsir edərək, onları onunla pis rəftara sövq etməsinin əsaslı və qanuni olmasını və bunun iddianın təmin olunmaması zərurəti ilə bağlı birbaşa faktoloji və hüquqi bağlılıqda olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və bununla da iddianın əsassız olmasını sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının və onun uşaqlarının mübahisəli evdən istifadə hüquqlarının müəyyən olunması və həmin evə köçürülməsi ilə bağlı işə üzrə mötəbər sübutlar əsasında müəyyən olunmuş faktoloji və hüquqi əsaslar iddianın tam qanuni və əsaslı olması nəticəsinə gəlməyə zəmin yaradır və məhkəmə də bu faktoloji halları yuxarıda dəyərləndirmiş və iddianın təmin olunması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, iddiaçının 2005-cı ildə cavabdeh tərəfindən heç bir qeyd şərt olmadan mübahisəli evə köçürülməsini, iddiaçının cavabdehlə birgə təsərrüfat aparmasını, iddiaçının uşaqları ilə hazırda da daimi yaşayış yerinin həmin ev olmasını nəzərə alaraq, hesab etmişdir ki, iddia təmin edilməli, İddiaçı və uşaqları; xx.xx.2005-ci il təvəllüdlü Hüseynov Məhəmməd Rövşən oğlu, xx.xx.2006-cı il təvəllüdlü Hüseynov Ağarza Rövşən oğlu və xx.xx.2009-cu il təvəllüdlü Hüseynova Mətanət Rövşən qızının ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus olan fərdi yaşayış evindən istifadə hüquqları müəyyən olunmalı və İddiaçı uşaqları; Hüseynov Məhəmməd Rövşən oğlu, Hüseynov Ağarza Rövşən oğlu və Hüseynova Mətanət Rövşən qızı ilə birlikdə Cavabdeh məxsus həmin fərdi yaşayış evinə köçürülməlidir. Həmçinin iddia təmin olunduğu üçün Cavabdeh 10 manat məbləğində dövlət rüsumu alınaraq, İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyrindən, eyni zamanda iddiaçılar iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiklərindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin cavabdehin apelyasiya şikayətində birinci instansiya məhkəməsinin işə baxarkən işdə onun iştirakını təmin etməməsi, lazımi qaydada işin hansı tarixə təyin olunması barədə ona bildiriş göndərməməsi ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, onun məhkəmənin hazırlıq iclası da, daxil olmaqla keçirdiyi iclaslarda iştirakı mülki işin materialları ilə tam təsdiq edildiyindən göstərilənlər inandırıcı qəbul edilmir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-207/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-207/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar