Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1313/2021 21.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(039)-869/2016 saylı qərardadından X2 verdiyi şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Tərtər X9 İdarəsi borclu Cavabdeh İbrahim qızından 554.50 manat məbləğində borcun alınması haqqında məhkəmə əmri çıxarılmasına dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin 18 mart 2016-cı il tarixli, 2(039)-869/2016 saylı əmri ilə borclu Cavabdeh İbrahim qızından 554.50 manat məbləğində borcun alınıb onun **********00080 saylı koduna, 20 manat 20 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun isə alınıb İddiaçı Azərbaycan X6 Şöbəsindəki AZ65İBAZ******************** nömrəli hesabına (VÖEN/**********) köçürülməsi əmr edilmişdir. Həmin əmrə X5 tərəfindən etiraz verilmişdir. Həmin etiraz ərizəsində o, məhkəmə əmri üzrə borclunun vəfat etdiyini, borclunun oğlu olduğunu və borcludan tutulmalı olan borcun ondan tələb edildiyini, eyni zamanda borclunun ata adının məhkəmə əmrində səhv edildiyini bildirmişdir. Yevlax Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(039)-869/2016 saylı qərardadı ilə X5 tərəfindən verilmiş etiraz geri qaytarılmışdır. Qeyd olunan qərardad ilə razılaşmayan X5 qərardaddan şikayət verərək, Yevlax Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(039)-869/2016 saylı qərardadının və Yevlax Rayon Məhkəməsinin 18 mart 2016-cı il tarixli, 2(039)-869/2016 saylı əmrinin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(039)-869/2016 tarixli qərardadı ilə X2 şikayəti təmin olunmamış və şikayət işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər heç bir üzürlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(039)- 869/2016 saylı qərardadı ləğv edilərək, mülki iş əmrdən verilmiş etiraza baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Yevlax Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(039)-869/2016 saylı qərardadında qeyd edilmişdir ki, borclu kimi qeyd edilmiş Cavabdeh İbrahim qızının ölməsini və ərizəçinin onun vərəsəsi olmasını təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Lakin iş materiallarında olan 539439 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 15 iyun 2012-ci ildə vəfat etmişdir. Buna baxmayaraq, Yevlax Rayon Məhkəməsi 18 mart 2016-ci ildə Cavabdeh borclu kimi göstərərək 554.50 manat məbləğində borcun və 20 manat 20 qəpik dövlət rüsumunun ondan alınıb İddiaçı xeyrinə ödənilməsinə dair əmr çıxarmışdır. Göründüyü kimi məhkəmə əmri borclunun vəfatından 4 il sonra çıxarılmışdır. Bundan əlavə iş materiallarında olan Cavabdeh və X3 məxsus şəxsiyyət vəsiqələrinin surətindən, həmçinin X3 məxsus doğum haqqında şəhadətnamənin surətindən də görünür ki, X1 Elmira Ramazan qızının oğludur. Bundan əlavə Yevlax Rayon Məhkəməsi 18 mart 2016-ci il tarixli məhkəmə əmrinin surətini də tərəflərə düzgün qaydada təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Belə ki, iş materialları ilə müəyyən etmək olur ki, Yevlax Rayon Məhkəməsinin 18 mart 2016-cı il tarixli, 2(039)-869/2016 saylı məhkəmə əmri çıxarılarkən cavabdehin həyatda olubolmadığını tam şəkildə müəyyən etməmiş və əmrinin surətinin Cavabdeh təqdim edilibedilmədiyi müəyyənləşdirilməmişdir. Bunun əksini sübut edən poçt xəbərnaməsi və ya başqa bir dəlil də iş materiallarında mövcud deyildir. Belə olаn təqdirdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(039)-869/2016 saylı qərardadı ləğv edilərək, mülki iş üzrə verilmiş etiraza baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: X2 şikаyəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(039)-869/2016 saylı qərardadı ləğv edilsin. Mülki iş məhkəmə əmrindən verilmiş etiraza baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1313/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1313/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver