Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1316/2021 15.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- borc tələbi, kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, Yevlax Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tаrixli, 2(039)-1792/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı «borcun ödənilməsi»tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xeyirlərinə 879.1 ABŞ dolları əsas, 0 ABŞ dolları faiz, 0 ABŞ dolları cərimə, cəmi 879.10 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli 2(039)-1792/2020 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 noyabr 2014-cü il tarixli kredit müqaviləsi əsasında Cavabdeh 27 faizlə 12 ay müddətinə 1300 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, müqavilənin şərtlərini pozmuşlar. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh borcu ödəməmişdir. Nəticədə, cavabdehin "xxxx" KB ASC-yə əsas kredit borcu 879.1 ABŞ dolları, faiz borcu 0 ABŞ dolları və cərimə borcu 0 ABŞ dolları, cəmi 879.10 ABŞ dolları borcu qalmışdır. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tаrixli, 2(039)-1792/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, əsas kredit borcu 879.1 ABŞ dolları, faiz borcu 0 ABŞ dolları və cərimə borcu 0 ABŞ dolları, cəmi 879.10 ABŞ dolları borcun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, xx xxxxxx 1952-ci il tarixdə Masis rayonunda anadan olmuş, Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 5, mənzil 6-da qeydiyyatda olan Cavabdeh alınaraq "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, "xxxx" KB ASC ilə Cavabdeh Məhəmməd qızı arasında bağlanmış 26 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona 1300 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən Cavabdehəsas kredit borcu 879.1 ABŞ dolları, faiz borcu 0 ABŞ dolları və cərimə borcu 0 ABŞ dolları, cəmi 879.10 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Həmçinin iddiaçı məhkəmə əmrinin çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Əmrin verilməsi barədə ərizə təmin edilmişdir. Cavabdeh məhkəmə əmrinə etiraz etdiyindən əmr ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılmışdır. Yevlax Rayon Məhkəməsinin 07 may 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Problemli kreditlərin kompensasiyasına dair mərkəzi bazadan çıxarılmış məlumatdan görünür ki, Cavabdeh 293.15 manat kompensasiya hesablanmışdır. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından məlum olur ki, cavabdehə hesablanmışkompensasiya və məhkəmə əmri üzrə cavabdehin təqaüdündən tutulmuş pullar borc məbləğindən nəzərə alındıqdan sonra Cavabdeh 879.10 ABŞ dolları borcu qalmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; "xxxx" KB ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona 1300 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən Cavabdehəsas kredit borcu 879.1 ABŞ dolları, faiz borcu 0 ABŞ dolları və cərimə borcu 0 ABŞ dolları, cəmi 879.10 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından məlum olur ki, cavabdehə hesablanmış kompensasiya və məhkəmə əmri üzrə cavabdehin təqaüdündən tutulmuş pullar borc məbləğindən nəzərə alındıqdan sonra Cavabdeh 879.10 ABŞ dolları borcu qalmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci, 385.1-ci, 386.1-ci, 442-ci, 443-cü, 445.1-ci, 445.2.1-ci, 448.1-ci , 448.2ci, 465.2-ci, 739-cu, 743-cü maddələri, Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanununun 8.1.2-ci, 9.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə birtərəfli və səthi yanaşmış, işin həqiqi hallarını hərtərəfli araşdırmamış və tərəflərin arasında olan qarşılıqlı münasibətlərə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarında olan, habelə iddiaçı tərəfin özünün etiraf etdiyi kimi, problemli kreditlərin kompensasiyasına dair mərkəzi bazadan çıxarılmış məlumatlardan görünür ki, ona 293.15 manat kompensasiya hesablanmışdır. Bundan əlavə X3 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının tələblərinə uyğun olaraq, onun bütün borcları Banklar və ləğvetmə prosesində olan banklarlara ödənildikdən sonra, onun sərəncamına əlavə olaraq 293.15 manat kompensasiya hesablanmışdır. Əgər onun borcu olsaydı, kompensasiya hesablanmazdı. Odur ki, hazırki tələb qanunsuz və əsassızdır və sözügedən Fərmana ziddir. Apelyatorun iddiaçı qarşısında öhdəlikləri pensiya kartından birbaşa tutulmuşdur və həmin ödənişlər uzun illər davam etmişdir. Tutulmanı iddiaçı özünün mənafeyi naminə hesablamışdır və həmin hesablama düzgün deyildir və qəsdən təhrif edilmişdir. Odur ki, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini məqsədə-müvafiq hesab edir və mübahisənin tam, obyektiv həlli nöqteyi-nəzərindən məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş edir. Odur ki, o, Yevlax Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tаrixli, 2(039)-1792/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında iştirak edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tаrixli, 2(039)-1792/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak edərək, apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tаrixli, 2(039)- 1792/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apelyator apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tаrixli, 2(039)-1792/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tələb qətnamənin ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tаrixli, 2(039)-1792/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona 1300 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən Cavabdehəsas kredit borcu 879.1 ABŞ dolları, faiz borcu 0 ABŞ dolları və cərimə borcu 0 ABŞ dolları, cəmi 879.10 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Həmçinin iddiaçı məhkəmə əmrinin çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Əmrin verilməsi barədə ərizə təmin edilmişdir. Cavabdeh məhkəmə əmrinə etiraz etdiyindən əmr ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılmışdır. Yevlax Rayon Məhkəməsinin 07 may 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Problemli kreditlərin kompensasiyasına dair mərkəzi bazadan çıxarılmış məlumatdan görünür ki, Cavabdeh 293.15 manat kompensasiya hesablanmışdır. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından məlum olur ki, cavabdehə hesablanmış kompensasiya və məhkəmə əmri üzrə cavabdehin təqaüdündən tutulmuş pullar borc məbləğindən nəzərə alındıqdan sonra Cavabdeh 879.10 ABŞ dolları borcu qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, apelyator şikayətində bildirmişdir ki, iş materiallarında olan, habelə iddiaçı tərəfin özünün etiraf etdiyi kimi, problemli kreditlərin kompensasiyasına dair mərkəzi bazadan çıxarılmış məlumatlardan görünür ki, ona 293.15 manat kompensasiya hesablanmışdır. Bundan əlavə X3 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının tələblərinə uyğun olaraq, onun bütün borcları Banklar və ləğvetmə prosesində olan banklarlara ödənildikdən sonra, onun sərəncamına əlavə olaraq 293.15 manat kompensasiya hesablanmışdır. Əgər onun borcu olsaydı, kompensasiya hesablanmazdı. Odur ki, hazırki tələb qanunsuz və əsassızdır və sözügedən Fərmana ziddir. Apelyatorun iddiaçı qarşısında öhdəlikləri pensiya kartından birbaşa tutulmuşdur və həmin ödənişlər uzun illər davam etmişdir. Tutulmanı iddiaçı özünün mənafeyi naminə hesablamışdır və həmin hesablama düzgün deyildir və qəsdən təhrif edilmişdir. Lakin, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası bildirir ki, Problemli kreditlərin kompensasiyasına dair mərkəzi bazadan çıxarılmış məlumatdan görünür ki, Cavabdeh 293.15 manat kompensasiya hesablanmışdır. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından məlum olur ki, cavabdehə hesablanmış kompensasiya və məhkəmə əmri üzrə cavabdehin təqaüdündən tutulmuş pullar borc məbləğindən nəzərə alındıqdan sonra Cavabdeh 879.10 ABŞ dolları borcu qalmışdır. Beləliklə, apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tаrixli, 2(039)-1792/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tаrixli, 2(039)-1792/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1316/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1316/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver