Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1317/2021 01.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı «Pul » tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- kredit müqaviləsi, pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin 15 oktyabr 2020-ci il tаrixli, 2(051)-1317/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 3647 manat məbləğdə əsas borcun və 20 manat dövlət rüsumunun və 1 manat məbləğində xidmət haqqının tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmiş və Mingəçevir şəhər Məhkəməsinin 31.05.2017-ci il tarixli 2(051)-3351/2017 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Bundan sonra borclu Cavabdeh Mingəçevir şəhər Məhkəməsinin 31 may 2017ci il tarixli məhkəmə əmrinə etiraz vermiş və məhkəmənin 21.07.2020-ci il tarixli qərardadı ilə əmr ləğv edilərək, material iddia icraatına keçirilib, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı MMC-i tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC-nin arasında olan 11 oktyabr 2013-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən kredit yolu ilə dəyəri 788 manat olan məişət avadanlığı əldə edib. Daha sonra borclu İddiaçı MMC-dən 14 oktyabr 2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 788 manat və 16 oktyabr 2013-cü il tarixli 4427379/80/81 saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 1382 manat, 24 oktyabr 2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 1214 manat və ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 635 manat, 16 noyabr 2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 600 manat, 25 noyabr 2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 766 manat, 07 dekabr 2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 707 manat, 20 dekabr 2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 766 manat və ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 669 manat olan məişət avadanlıqları əldə edib. Borclunun hər 10 müqavilə üzrə ilkin ödəniş etdikdən sonra kreditora 3647 (üç min altı yüz qırx yeddi) manat borcu qalıb. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun 3647 manat məbləğdə əsas borcu yaranmışdır. Buna görə də, Cavabdeh 3647 manat məbləğdə əsas borcun və 20 manat dövlət rüsumunun və 1 manat məbləğində xidmət haqqının, cəmi 3668 manatın tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 15 oktyabr 2020-ci il tаrixli, 2(051)-1317/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 3647 manat məbləğdə pulun alınıb İddiaçı MMC-nə verilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun və 1 manat xidmət haqqının cavabdehdən tutulub İddiaçı MMC-nə ödənilməsi, ödənilməmiş 10 manat dövlət rüsumunun cavabdehdən alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh İddiaçı MMC ilə 11.10.2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən, kredit yolu ilə dəyəri 788 manat, 14.10.2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən, kredit yolu ilə dəyəri 788 manat, 16.10.2013-cü il tarixli 4427379/80/81 saylı müqaviləyə əsasən, kredit yolu ilə dəyəri 1382 manat, 24.10.2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 1214 manat və ******* saylı müqaviləyə əsasən, kredit yolu ilə dəyəri 635 manat, 11.11.2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 600 manat, 24.11.2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 766 manat, 07.12.2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 707 manat, 20.12.2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 766 manat və ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 669 manat olan məişət avadanlıqları əldə etmişdir. Cavabdeh 11.10.2013-cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 300 manat, 14.10.2013-cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 292 manat, 16.10.2013-cü il tarixdə bağlanmış MİK 4427379/80/81/82 saylı müqavilə üzrə ödənilməmiş 552 manat, 25.10.2013-cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 254 manat, 25.10.2013-cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 315 manat, 16.11.2013- cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 329 manat, 25.11.2013-cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 520, 12.12.2013-cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 285 manat, 21.12.2013-cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 480 manat, 25.12.2013-cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 320 manat olmaqla ümumilikdə 3647 manat əsas (qalıq) borcu vardır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Tərəflər arasında bağlanmış kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. İddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğdə pul vəsaiti və 1 manat xidmət haqqı da borcludan kreditorun xeyrinə tutulmalıdır. Ödənilməmiş 10 manat dövlət rüsumu cavabdehdən alınıb dövlət büdcəsinə ödənilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci, 386.1-ci, 739-cu, 385-ci, 742.1-ci, 425.1-ci, 442-ci, 443.1-ci, 448.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, apelyator birinci instansiya məhkəməsinin surətini yalnız icra məmumurunun telefon zəngindən sonra Mingəçevir Şəhər Məhkəməsinə gedərək 07 aprel 2021-ci il tarixində almışdır və qətnamə əvvəlcədən ona çatdırılmayıb. Bunun səbəbi isə məktubdakı ünvanın düzgün göstərilməməsidir. Belə ki, o, Mingəçevir Şəhər Məhkəməsinə yazdığı etiraz ərizəsində faktiki yaşayış ünvanını ünvan 2çəsi 31, mənzil 2-yə göndərilib. Bundan əlavə iddiaçının nümayəndəsi də məhkəmə iclasına gəlməmiş, lakin guya ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Lakin, iş materiallarında həmin tarixə aid ərizə yoxdur. Məhkəmə qanun pozuntusu edərək, işə mahiyyəti üzrə baxmışdır. Apelyator həmçinin qeyd etmişdir ki, ardıcıl şəkildə eyni dükandan kredit əldə edilməsi mümkün deyildir və kredit müqavilələrində nə onun, nə də şirkətin imzaları yoxdur. Bundan əlavə o qeyd etmişdir ki, onun tərəfindən ödənilmiş 6500 manat və 4400 manat ayrı-ayrı çeklər də gizlədilir. Odur ki, o, Mingəçevir Şəhər Məhkəməsinin 15 oktyabr 2020-ci il tаrixli, 2(051)- 1317/2020 saylı qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi iddia tələbi üzrə, cavabdehin hüquq və öhdəliklərinin yaranmasıüçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Mingəçevir Şəhər Məhkəməsinin 15 oktyabr 2020-ci il tаrixli, 2(051)-1317/2020 saylı qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilməsini xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qəbul etmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 15 oktyabr 2020-ci il tаrixli, 2(051)-1317/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC ilə 11.10.2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən, kredit yolu ilə dəyəri 788 manat, 14.10.2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən, kredit yolu ilə dəyəri 788 manat, 16.10.2013-cü il tarixli 4427379/80/81 saylı müqaviləyə əsasən, kredit yolu ilə dəyəri 1382 manat, 24.10.2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən, kredit yolu ilə dəyəri 1214 manat və ******* saylı müqaviləyə əsasən, kredit yolu ilə dəyəri 635 manat, 11.11.2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən, kredit yolu ilə dəyəri 600 manat, 24.11.2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən, kredit yolu ilə dəyəri 766 manat, 07.12.2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən, kredit yolu ilə dəyəri 707 manat, 20.12.2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən, kredit yolu ilə dəyəri 766 manat və ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 669 manat olan məişət avadanlıqları əldə etmişdir. Cavabdeh 11.10.2013-cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 300 manat, 14.10.2013-cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 292 manat, 16.10.2013-cü il tarixdə bağlanmış MİK 4427379/80/81/82 saylı müqavilə üzrə ödənilməmiş 552 manat, 25.10.2013-cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 254 manat, 25.10.2013-cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 315 manat, 16.11.2013- cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 329 manat, 25.11.2013-cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 520, 12.12.2013-cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 285 manat, 21.12.2013-cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 480 manat, 25.12.2013-cü il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 320 manat olmaqla ümumilikdə 3647 manat əsas (qalıq) borcu vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, apelyator apellyasiya şikayətində göstərmişdir ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin surətini yalnız icra məmumurunun telefon zəngindən sonra Mingəçevir Şəhər Məhkəməsinə gedərək 07 aprel 2021-ci il tarixdə almışdır və qətnamə əvvəlcədən ona çatdırılmayıb. Bunun səbəbi isə məktubdakı ünvanın düzgün göstərilməməsidir. Belə ki, o, Mingəçevir Şəhər Məhkəməsinə yazdığı etiraz ərizəsində faktiki yaşayış unvanını ünvan 2çəsi 31, mənzil 2-yə göndərilibdir. Lakin, iş materiallarının 67-ci səhifəsindən görünür ki, cavabdeh məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Bundan əlavə iş materiallarının 82-ci səhifəsindəki ərizədən görünür ki, cavabdeh qətnamənin surətinin ona göndərilməsini xahiş etmiş və 07 aprel 2021-ci il tarixində qətnamənin surətini imza edərək almış və onun 06 may 2021-ci il tarixli apellyasiya şikayəti baxılması üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir. Apelyator həmçinin apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının nümayəndəsi də məhkəmə iclasına gəlməmiş, lakin guya ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Lakin, iş materiallarında həmin tarixə aid ərizə yoxdur. Məhkəmə qanun pozuntusu edərək, işə mahiyyəti üzrə baxmışdır. Lakin iş materiallarının 69-cu səhifəsində olan 08 oktyabr 2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı MMC-nin nümayəndəsi X1 iddia ərizəsinə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Bundan əlavə apelyator qeyd etmişdir ki, ardıcıl şəkildə eyni dükandan kredit əldə edilməsi mümkün deyildir və kredit müqavilələrində nə onun, nə də şirkətin imzaları yoxdur. Lakin cavabdeh iş materiallarının 4-13-cü səhifələrində olan 11 oktyabr 2013-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən kredit yolu ilə dəyəri 788 manat olan məişət avadanlığı, 14 oktyabr 2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 788 manat və 16 oktyabr 2013-cü il tarixli 4427379/80/81 saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 1382 manat, 24 oktyabr 2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 1214 manat və ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 635 manat, 16 noyabr 2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 600 manat, 25 noyabr 2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 766 manat, 07 dekabr 2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 707 manat, 20 dekabr 2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 766 manat və ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 669 manat olan məişət avadanlıqları əldə etmişdir. Və bütün müqavilələr həm alıcı, həm də şirkət tərəfindən imzalanmışdır. Bundan əlavə apelyator qeyd etmişdir ki, onun tərəfindən ödənilmiş 6500 manat və 4400 manat ayrı-ayrı çeklər də gizlədilir. Lakin cavabdeh bununla bağlı məhkəmə kollegiyasına hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda apelyator apelyasiya məhkəməsinin iclasında iştirak etməmiş, şikayətin dəlillərinə aid hər hansı bir sübut növü təqdim etməmişdir. Mülki işin Mingəçevir Şəhər Məhkəməsinə göndərilməsi barədə dəlilinə münasibət bildirən kollegiya qeyd edir ki, qanunvericilikdə mülki işin şikayətin həmin dəlilləri əsasında məhkəməyə qaytarılması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, iddianı düzgün olaraq təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və , Mingəçevir Şəhər Məhkəməsinin 15 oktyabr 2020-ci il tаrixli, 2(051)-1317/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 15 oktyabr 2020-ci il tаrixli, 2(051)-1317/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov
Ayaz Mahmudov