Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1319/2023 06.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, əsl olmayan cavabdeh, qanuni əsas) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X6 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 2(025)-1034/2023 nömrəli qətnaməsindən İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Azərbaycan Respublikasının Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX ******* saylı, qeydiyyat tarixi xx.xx.2017-ci il, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın dövlət reyestri **********45-05101-093015 olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” ilə ünvan 1 ünvanda 87.12 kv. m sahəsi olan mənzil İddiaçı adına tam mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı həmin mənzilə aid ünvan 2 ünvanında yerləşən 22.2 kv.m sahəsi olan qeyriyaşayış binasını (qarajı) qeyri-rəsmi olaraq 14.000 manat pul ödəməklə Nüsrət Quliyev və onun bacısı Səxavət Quliyevadan aldığını iddia edir. Həmin qaraj Cavabdeh1 adına qeydiyyata alınmış və 4Ə-2399 nömrə ilə xx.xx.2022ci il tarixdə qeydə alınmış ”Daşınmaz əmlakın bağışlanması müqaviləsi” ilə Cavabdeh2 bağışlanmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2017-ci ildə ünvan 3 ünvanında yerləşən mənzilə aid olan daş qarajı almaq üçün ödədiyi 14000 manat pulun əvəzinin, qarajın təmiri üçün xərclədiyi 3500 manat pulun əvəzinin, 10229 manat məbləğində əldən çıxmış faydanın əvəzinin, 5000 manat məbləğində mənəvi zərərin əvəzinin, qarajın adına sənədləşdirilməsi üçün etibarnamə verilməsinə görə ödədiyi 149 manat pulun əvəzinin, qaraja dair sənədlərin hazırlanması üçün ödənilmiş 75.40 manat pulun əvəzinin, qaraja dair texniki Pasportun verilməsi üçün ödənilmiş 360.54 manat pulun əvəzinin, cəmi 33313.94 manat məbləğində pulun əvəzinin və məhkəmə üçün ödənilmiş 190 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2017-ci ildə Binəqədi rayonu Azadlıq metrostansiyası yaxınlığında mənzil almaq istəyirdi ki, bu məqsədlə ev alqı-satqısı ilə məşğul olan saytlarda və s. elanlara baxır, maklerlərdən məlumat toplayırdı. 2017-ci ilin dekabr ayında elanların birində ünvan 4 ünvanında yerləşən mənzilin daş qarajla birlikdə satıldığı yazılmışdı. Həmin mənzilin satılmasını həmçinin ərazidə olan makler vasitəsilə də öyrənmişdi. Elanda mənzilin daş qarajla birlikdə satıldığı qeyd edilmişdi. Elan əsasında həmin mənzili və daş qarajı satan şəxslə tanış olmuşdur. Həmin şəxs adının X23 olduğunu, satılan ünvan 5 ünvanında yerləşən mənzili və həmin mənzillə birlikdə mənzilə aid sənədsiz daş qarajı təxminən 20 il əvvəl 1998-ci ildə 31500 ABŞ dolları mənzilə görə və mənzilin üstündə satılan sənədisz daş qaraja görə isə 2000 ABŞ dolları olmaqla, ümumilikdə 33500 ABŞ dolları məbləğində pulu ödəməklə Məzahir adlı şəxsdən bacısı X8 adına aldığını bildirmişdir. 20 ilə yaxın bir müddət ərzində mənzilin və sənədsiz daş qarajın onun və bacısının faktiki sahibliyində və istifadəsində olduğunu demişdir. O, Nüsrət Quliyevlə birlikdə satılan mənzilə və daş qaraja baxmış, mənzil və qaraj xoşuna gəlmiş, alqı-satqı barədə Nüsrət Quliyevlə sövdələşmişdir. Sonda, Nüsrət Quliyevin vasitəsilə bacısı X11 məxsus olan ünvan 6 ünvanında yerləşən mənzilin qiymətini 133000 manata, mənzilə aid olan sənədsiz daş qarajın alqı-satqı qiymətini isə 14000 manat olmaqla, ümumilikdə 147000 manata razılaşmışlar. Razılaşdıqları məbləği ödəyib mənzili və mənzilin üstündə satılan sənədsiz daş qarajı almışdır. Qeyd edir ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli Qeydiyyat Vəsiqəsindən müəyyən olunur ki, ünvan 7 ünvanında yerləşən 4 (dörd) otaqlı mənzil X8 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, Seriya RX ******* saylı Çıxarışdan müəyyən edilir ki, ünvan 5 ünvanında yerləşən mənzil İddiaçı adına tam xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Mənzili və daş qarajı alandan iki il sonra, yəni 2019-cu ilin sonlarında aldığı sənədsiz daş qaraja işıq çəkdirmək üçün ASAN kommunala müraciət ettmiş, bu zaman ona qaraj sənədsiz olduğuna görə və qarajın ən azı Texniki pasportu olmadığı üçün qaraja işıq çəkdirmək mümkün olmadığnı bildirmişlər. 28 aprel 2020-ci ildə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə ərizə ilə müraciət edərək ünvan 8 ünvanında yerləşən mənzillərə görə əlavə qarajın tikilməsinə icazə verilməsi barədə qərarın surətinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən ərizəsinə cavab olaraq göndərilmiş məktubda keçmiş Kirov rayon XDS-nin İK-si tərəfindən “Qarabağ” Kooperativinə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 32/196 ünvanında yerləşən mənzillərə görə əlavə qarajın tikilməsinə icazə verilməsi barədə 28 iyun 1991-ci il tarixli, 12/269 nömrəli qərarın surətini əldə etmişdir.Lakin Arxiv tərəfindən verilmiş qərarın surətində qeyd edilmişdir ki, qərara cizgi sənədi və adlı siyahı əlavə edilməmişdir. 02 iyun 2020-ci ildə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək yaşadığı Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti, ev 32/196 ünvanında yerləşən 147 saylı mənzilə aid olan qaraja görə tərtib edilmiş cizgi sənədini və adlı siyahını vermələrini xahiş etmişdir. Müraciətinə cavab olaraq bildiriblər ki, 1991-ci ilə aid Binəqədi rayon İcra Hakimiyyəti Başçısının sərəncamları cari arxivdə saxlanma müddəti başa çatdığı üçün aidiyyəti üzrə Azərbaycan Milli Arxiv İdarəsinə təhvil verilmişdir. Eyni zamanda ərizədə qeyd edilən adlı siyahı və cizginin əsli sərəncama əlavə olunmadığı üçün Arxivə təhvil verilməmişdir. Bu səbəbdən müraciətinə müsbət cavab verilməsi imkan xaricindədir. Bundan sonra aldığı sənədsiz daş qarajın sənədləşdirilməsi ilə bağlı mənzili satan Səxavət Quliyevinin qardaşı Nüsrətdən və digər qonşulardan maraqlanmış, soraqlaşmış və nəhayət qonşuların birindən “Qarabağ” Kooperativi tərəfindən mənzillərə görə əlavə qaraj inşa edilməsi ilə bağlı adlı siyahının surətini əldə etmişdir. Həmin adlı siyahıda Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti ev 32/196 ünvanında yerləşən 147 saylı mənzilə görə tikilmiş qarajın ilk sahibi kimi Cavabdeh1 adı qeyd edilmişdir. Həmçinin öyrənmişdir ki, aldığı qarajı adına sənədləşdirmək üçün qaraj əvvəlcə mənzilin ilk sahibinin adına sənədləşdirilməlidir, sonra isə aldığı həmin qarajı öz adına keçirə bilər. Bundan sonra satıcı Quliyeva Səxavətin qardaşı Nüsrət Quliyevlə əlaqə saxlamış və ondan mənzilin ilk sahibi olmuş Məzahir adlı şəxslə əlaqə yaratmaq üçün köməklik göstərməsini xahiş etmişdir. Nüsrət mənzilin ilk sahibi olmuş Məzahirin mənzili onlara satandan sonra başqa ünvana köçdüklərini, 20 ilə yaxındır onu görmədyini, eşitdiyinə görə Məzahirin əslən Qəbələ rayonundan olduğunu bildirmişdir. Buna görə də Nüsrət və digər tanışları vasitəsilə Məzahiri axtarmağa başlamışdır. 2021-ci ilin yanvar ayında mənzilin birinci sahibi Cavabdeh1 ilə və onun oğlu X4 telefon nömrələrini əldə edib (***-***-**-**; ***- ***-**-** mobil tel/nömrələri ilə) onlarla əlaqə saxlamış və məsələni onlara izah etmişdir. 2017-ci ildə Quliyev Nüsrətin vasitəsilə onun bacısı X7 ünvan 9 ünvanında yerləşən mənzili və həmin mənzilin üstündə mənzilə aid sənədsiz daş qarajı aldığını və hazırda qarajı adına sənədləşdirmək istədiyini Məzahirə və onun oğlu Mehmana bildirmişdir. Məzahir və oğlu heç bir etiraz etməmiş və demişdir ki, heç bir problem yoxdur. Həmçinin Məzahir əlavə etmişdir ki, Qəbələ rayonundadır Bakıya gələ bilmir, qarajı adına sənədləşdirmək üçün oğlu Mehmanın adına etibarnamə verər, o, qarajın sənədləşmə işlərində köməklik edər. Öz növbəsində Məzahirə və oğluna demişdir ki, - “qarajı adına sənədləşdirdikdən sonra şirinlik məndən”. Lakin Məzahir və oğlu Mehman heç nə lazım olmadığını onları hamının tanıdığını və nə lazımdısa kömək edəcəklərini demişlər. Bundan sonra səyyar notarius vasitəsilə etibarnamə verilməsi xərcləri ilə bağlı Məzahirin oğlu Mehman öz şəxsiyyət vəsiqəsinin surətini və 8165 5735 nömrəli “Kapital Bank” hesab kartını ona göndərmiş və Məzahirin oğlu Mehmanın “Kapital Bank” kartı hesabına 149 manat pul köçürtmüşdür. xx.xx.2021-ci il tarixdə Cavabdeh1 qarajı onun adına sənədləşdirmək üçün Qəbələ regional “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisi vasitəsilə oğlu Mehman Mustafayevin adma etibarnamə vermişdir. Lakin bir müddət keçmişi, Mehman çox vaxt rayonda olduğuna görə qarajın sənədləşməsi üçün sənədlərin toplanması üçün Bakıdakı aidiyyəti orqanlara gedib gələ bilmədiyindən onun adına verilmiş etibarnamə heç nəyə yaramamışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 Bakı şəhəri 43 saylı notariat ofisi vasitəsilə 28 mart 2022-ci ildə qardaşı X20 adına Baş etibarnamə vermişdir ki, lazımi sənədləri toplayıb qarajı sənədləşdirə və qaraja dair Texniki pasportu ala, sonra da qarajı öz adına keçirə bilsin. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 tərəfindən qardaşı X20 adına verilmiş Bakı şəhəri 43 saylı notariat ofisinin 7E-6588 reyestr nömrə ilə qeydə alınmış xx.xx.2022- ci il tarixli həmin etibarnamədən görünür ki, Cavabdeh1 qardaşı X20 adına - ünvan 10 ünvanında yerləşən Binəqədi (Kirov) rayonu XDİK-nin 12/263 saylı xx.xx.1991-ci tarixli Qərarına əsasən Azadlıq (Lenin) prospektində 32/196 (32) nömrəli evin arxasında yerləşən daş qarajı özəlləşdirilməsi üçün tələb edilən bütün sənədləri toplamağı, qaraja müvafiq icra orqanının sənədi və icazəsi olduqdan sonra, özəlləşdirməyi, çıxarış almağı, tikinti işləri aparmağı, sənədləşdirməyi, bununla bağlı bütün dövlət və qeyri-dövlət orqanlarında o cümlədən bütün RİHdə, arxiv idarələrində, Bələdiyyədə, Qəsəbə Nümayəndəliyində, ASAN X/M-də, notariat ofislərində onu təmsil etməyi, sənədləri təhvil verib qəbul etməyi, kadastr layihəsini almağı, toplanmış sənədləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və yaxud ASAN X/M-nə təhvil verib torpağa və üzərindəki qaraja çıxarış, texniki pasport almağı, rüsumlar ödəməyi, gələcəkdə həmin əmlakın yüklü olub-olmaması barədə arayış aldıqdan sonra sərəncam verməyi, satmağı, pulunu almağı, bağışlamağı, dəyişməyi, buna dair müqavilə imzalamağı, ilkin alqı-satqı müqaviləsi imzalamağı, Bank əməliyyatları aparmağı, notariusun depozit hesabından pulu qəbul etməyi,vergi və digər rüsumları ödəməyi, bağlanmış müqavilələri ləğv etməyi, ərazidə söküntü işləri aparılarsa dövlət tərəfindən ayrılacaq kompensasiyanı almağı, Bölgü-Eskiz layihəsində imza etməyi, elektrik, qaz, su, telefon xəttlərinin çəkilməsi, qeydiyyata alınması və müvafiq tipli sayğacın quraşdırılması, o cümlədən quraşdırılmış sayğacların digər şəxsin adına keçməsi ilə əlaqədar aidiyyatı olan orqan və təşkilatlarda, o cümlədən "xxxx" ASC, “Azəri Qaz” İB-də, "xxxx" ASC-də, rayon QİS-də, ASAN X/M, Asan Kommunal Mərkəzlərində, FHN-nin bütün idarə və təşkilatlarında, Telefon Qovşağı idarələrində təmsil etməyi, adımdan ərizə yazmağı, imza etməyi, sayğac quraşdırmağı, bununla əlaqədar müqavilə bağlamağı, Abunə kodu və kartı almağı, rüsumlar ödəməyi və bu tapşırığın yerinə yetirilməsiylə əlaqədar adından bütün əməliyyatları aparmağı və digər hərəkətləri etməyi etibar edir” kimi səlahiyyətlərin verilməsini etibar etmişdir. Bundan sonra qarajın cizgisi çəkilərək digər sənədlərlə birlikdə İcra Hakimiyyətinə müraciət etdik və müsbət qərar alaraq müvafiq məktubla Əmlak Məkanına sənədləşmə üçün müraciət etmişdir. Belə ki, Əmlak Xidmətləri Məkanı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Mədaxil qəbzindən müəyyən edilir ki, 2017-ci ildə Səxavət Quliyevadan aldığı sənədsiz daş qarajın adına sənədləşdirilməsi üçün Cavabdeh1 tərəfindən qardaşı Taleh Əliyevin adına verilmiş 28.03,2022-ci il tarixli etibarnamə əsasında qardaşı qarajın sənədləşdirilməsi üçün tələb olunan 75.40 manat dövlət rüsumunu Əmlak Xidmətləri Məkanına Kapital Bank vasitəsilə ödəmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixli ********* nömrəli Mədaxil qəbzindən müəyyən edilir ki, qardaşı Taleh Əliyev xx.xx.2022- ci il tarixdə saat 12:49-da Əmlak Xidmətləri Məkanında olmuşdur və verilmiş etibarnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərə görə 360,54 manat pulu Əmlak Xidmətləri Məkanına Kapital Bank vasitəsilə nağd ödəyərək 2017-ci ildə Səxavət Quliyevadan aldığı sənədsiz qaraja dair qarajın ilk sahibi Cavabdeh1 adına tərtib edilmiş Texniki Pasportu götürmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Texniki Pasportdan müəyyən edilir ki, ünvan 16nda yerləşən 22.2 kv.metrdən ibarət olan qeyri - yaşayış binası (Qaraj) xx.xx.2022-ci ildə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Onu da məhkəmənin nəzərinə çatdırır ki, 2017-ci ildə Səxavət Quliyevadan aldığı sənədsiz daş qaraja dair qarajın ilk sahibi Cavabdeh1 adına Texniki Pasportu düzəltdirəndən sonra o, təkrar Mehmanla və Məzahirlə əlaqə yaradıb bildirmişdir ki, qarajın sənədi, yəni Texniki pasportu hazırdır, məsələnin sonlandırılması üçün qarajın onun adına keçrilməsi üçün Məzahirin və onun həyat yoldaşının razılığı lazım olacaq. Bundan sonra Məzahirə zəng etmiş, lakin Məzahirdən nə zənglərinə, nə də ki, səs yazılarına cavab gəlməmişdir. Sonradan tanışları vasitəsilə ona eşitdirdilər ki, qaraja görə Məzahir ondan 5000 manat pul istəyir. Buna görə onda şübhə yarandı ki, Məzahir onun etibarından sui-istifadə edib qarajın sənədini düzəltdirib, 1998-ci ildə, yəni təxminən 25 il əvvəl Nüsrət Quliyevin vasitəsilə onun bacısı Səxavət Quliyevaya mənzilin üstündə satdığı sənədsiz daş qaraja dair 2022-ci ildə ona sənəd düzəltdirəndən sonra həmin qarajı onun əlindən alıb ikinci dəfə başqa bir şəxsə satmaq və ya bağışlamaq istəyir. Təbii ki, o, buna razı ola bilməzdi. Çünki, yuxarıda qeyd etdiyi kimi o, vicdanlı alıcı kimi 2017-ci ildə Nüsrətin vasitəsilə bacısı Səxavət Quliyevadan aldığı mənzilin üstündə bu qaraja görə əlavə 14000 manat pul ödəmişdir. 2017-ci ildən artıq 6-cı ildir ki, bu qaraj onun qanuni sahibliyində və istifadəsindədir. Bu müddət ərzində 3500 manat pul xərcləyib qarajı təmir etdirmiş, bu günə qədər həmin qaraja onun 17500 manat xərci çıxmışdır. Həmin qaraj 1998-ci ildə Məzahir tərəfindən Səxavət Quliyevaya satılan vaxtdan 2017-ci ilə qədər 20 ilə yaxın Səxavət Quliyevanın və onun qardaşı Nüsrət Quliyevin qanuni istifadəsində və sahibliyində olmuşdur. 2017-ci ildə isə Səxavət Quliyeva həmin mənzili və mənzilin üstündə əlavə sənədsiz daş qarajı ona satmışdır. 2017-ci ildən bu günə qədər mənzil və mənzilə aid olan 22.2 kv.metrdən ibarət həmin sənədsiz daş qaraj istifadəsində və sahibliyindədir. Bu yaxınlarda Binəqədi Rayon Məhkəməsi tərəfindən ona məhkəmə bildirişi gəlmiş və məlum olmuşdur ki, Cavabdeh2 adlı bir nəfər ona qarşı həmin məhkəmədə “qarajdan çıxarılma, qarajın boşaldılıb təhvil verilməsi” tələbinə dair iddia qaldırmışdır. İşlə tanış olanda müəyyən edilmişdir ki, Cavabdeh1 1998ci ildə X2, X8 isə 2017-ci ildə mənə satdığı və vicdanlı alıcı kimi 6-cı ildir ki, qanuni sahibliyində və istifadəsində olan,mülkiyyətimdə olan mənzilin üstündə aldığı mənzilə aid sənədsiz daş qarajın adına sənədləşdirilməsinə razılıq verməsinə və qarajı sənədləşdirmək üçün bütün səlahiyyətləri əhatə edən xx.xx.2022-ci il tarixli etibarnamə verməsinə, əqd bağlamasına baxmayaraq, xərc çəkib tərəfindən qarajın Texniki Pasportu düzəltdiriləndən sonra vədinə əməl etməyərək, 7-8 ay keçəndən sonra qarajı adına keçirtmək əvəzinə, qarajın nəvəsi Cavabdeh2 bağışlanması barədə xx.xx.2022-ci ildə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariusda “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” bağlamış və qarajı nəvəsi Cavabdeh2 bağışlamışdır. Bununla da, Cavabdeh1 onun mülkiyyətçi kimi gözlənti hüquqlarını pozmuş, nəvəsi Cavabdeh2 isə əsassız olaraq varlandırmışdır. Cavabdeh1 ona qarşı bu qanuna zidd hərəkətləri nəticəsində 17500 manat (14000 manat qarajın alınmasına görə ödədiyi pul vəsaiti, 3500 manat qarajın təmiri üçün ödədiyi məbləğ) maddi ziyan, məhrum olduğu gəlirlər (əldən çıxmış fayda) 2018-ci ildə 1706.25 manat, 2019-cu ildə 1440.5 manat, 2020-ci ildə 1265.4 manat, 2021ci ildə 1588.6 manat, 2022-ci ildə 1938.8 manat, 2023-cü ildə 2289.5 manat heablanmaqla - 10229 manat əldən çıxmış fayda və 5000 manat mənəvi zərər olmaqla və müvafiq rüsumlar da hesablanmaqla, ümumilikdə ona 33313.94 manat məbləğində maddi ziyan və mənəvi zərər vurulmuşdur. Cavabdeh1 bu qanuna zidd əməllərinin qarşısının alınması və barəsində qanuni tədbir görülməsi üçün o, yaşadığı ərazi üzrə Binəqədi RPİ- nin 5-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş, polis orqanı tərəfindən araşdırma aparılmış, X8 ünvan 4 ünvanında yerləşən mənzili 1998-ci ildə 31500 ABŞ dollarına və həmin mənzilə aid olan daş qarajı 2000 ABŞ dollarına olmaqla ümumilikdə 33500 ABŞ dolları ödəməklə mənzilin və qarajın ilk sahibi Cavabdeh1 alması, 2017-ci ildə isə X8 həmin mənzili mənə 133000 manata, həmin mənzilə aid olan sənədsiz daş qarajı isə ona 14000 manata olmaqla ümumilikdə 147000 manata satması və digər faktlar öz təsdiqini tapmışdır. Lakin mübahisə mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmək hüququ izah edilməklə, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə “Cinayət işinin başlamlmasmın rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Sadalananlardan göründüyü kimi, ünvan 12 ünvanında yerləşən mənzilə aid olan hazırda mübahisə predmetinə çevrilmiş sənədsiz daş qaraj Cavabdeh1 tərəfindən 1998-ci ildə satdığı mənzilin üstündə mənzilin pulundan əlavə 2000 ABŞ dollarına X3, 2017- ci ildə X17 tərəfindən (qardaşı Nüsrət Quliyevin vasitəçiliyi ilə) mənzilin pulundan əlavə 14000 manata ona satılmış, aldığı qaraj 1998-ci ildən 2017- ci ilə qədər 20 ilə yaxın Səxavət Quliyevanın, 2017-ci ildən bu günə qədər 6 ilə yaxın bir müddətdə isə mülkiyyətçi hüququ ilə açıq, fasiləsiz və etirazsız onun qanuni istifadəsində və sahibliyində olmuşdur. X19 aldığı barədə Məzahirə bildirəndən sonra qarajı adına sənədləşdirmək üçün Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə qardaşı X20 adına bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün səlahiyyətləri nəzərdə tutan etibarnamə verilmiş, həmin etibarnamə əsasında qardaşı X26 tərəfindən şəxsi vəsaiti hesabına müvafiq dövlət rüsumları ödənilməklə mübahisəli qaraja dair xx.xx.2022-ci il tarixdə ilkin olaraq Cavabdeh1 adma Texniki pasport düzəltdirilmiş, lakin sonradan Cavabdeh1 əqdi pozaraq qarajı onun adına keçirtməkdən yayınmışdır.Cavabdehlərdən Cavabdeh1 həmin qarajı X7 2017-ci ildə aldığımı biləndən sonra heç bir etiraz etməmiş, əksinə həmin qarajın adına sənədləşdirilməsi üçün köməklik göstərəcəyinə söz vermiş, bu məqsədlə cavabdehlə aralarında əqd bağlanmışdır. Yəni cavabdeh tərəfindən həmin qarajı onun adına sənədləşdirmək üçün ilk öncə xx.xx.2021-ci ildə əvvəlcə oğlu Mehmanın adına etibarnamə verilmiş, sonradan isə cavabdeh tərəfindən xx.xx.2022-ci ildə qardaşı X20 adına bütün səlahiyyətləri nəzərdə tutan etibarnamə verilmişdir ki, Taleh Əliyev qarajın sənədlərini düzəldib onun adına keçirə bilsin. Lakin, 2022-ci ildə qarajın sənədləri diizəltdiriləndən sonra hansı maraq, düşüncə ucbatındansa Cavabdeh1 vədinə əməl etməmiş, əqdi pozmuş, ona qarşı qanuna zidd hərəkətlər törədərək 2017-ci ildən vicdanlı alıcı kimi qanuni istifadəsinə və sahibliyində olan qarajı nəvəsi Cavabdeh2 bağışlamaqla sonuncunu əsassız varlandırmış, nəticədə cavabdeh öz qanuna zidd hərəkətləri ilə ona ümumilikdə 32729 manat məbləğində maddi və mənəvi zərər vurulmuşdur. Cavabdeh1 bu kimi qanuna zidd hərəkətləri nəticəsində o, qonşular arasında rüsvay olmuş, işgüzar nüfuzuna xələl yetirilib, bu səbəbdən ağır iztirablar, fiziki və mənəvi sarsıntılar keçirtmişdir. Qarşılaşdığı bu qanuna zidd hərəkətlər, davranışlar səbəbindən gecələr yuxusu qaçıb, yata bilmir, əsəblərimpozulub ona mənəvi zərər yetirilmişdir. Ona görə də hesab edir ki, Cavabdeh1 mənə qarşı qanuna zidd hərəkət etməsi, hüquqlarını pozması, 1998-ci ildə başqa bir şəxsə X11 mənzillə birlikdə mənzilin üstündə satdığı sənədsiz daş qarajın Səxavət Quliyeva tərəfindən ona satılmasına heç bir etiraz etməməsi, əksinə həmin qarajı X7 aldığını biləndən sonra həmin qarajın adına sənədləşdirilməsi üçün köməklik göstərəcəyinə vəd verməsi, bu məqsədlə aralarında əqd bağlanması, yəni cavabdeh tərəfindən qarajın onun adına sənədləşdirilməsi üçün xx.xx.2021-ci ildə əvvəlcə oğlu Mehmanın adına etibarnamə verməsi, sonradan isə cavabdeh tərəfindən xx.xx.2022-ci ildə qarajın adına sənədləşdirilməsi üçün qardaşı X20 adına bütün səlahiyyətləri nəzərdə tutan etibarnamə verməsi bir daha sübut edir ki, o, mənzili və mənzilin üstündə satılan sənədsiz daş qarajı vicdanlı əldə etmidir, vicdanlı sahibdir, lakin qarajın sənədləri onun tərəfindən düzəldiləndən sonra Cavabdeh1 hansı maraq, düşüncə ucbatındansa qarajı adına keçirtməkdən daşınmış, vədinə əməl etməmiş, birtərəfli qaydada əqdi pozmuşdur. Onun bu qanuna zidd hərəkətləri nəticəsində 2017-ci ildən 17500 manata əldə etdiyi qarajı itirmək təhlükəsi ilə üzləşmişdir. Bundan başqa, əgər, həmin sənədsiz daş qaraja dair sənədlər düzələndən sonra Məzahir vədinə əməl etsəydi, əqdi pozmasaydı, söz verdiyi kimi həmin qarajı adına keçirtsəydi faydalanardı, ən azından qarajın alınması və təmiri üçün ödədiyi 17500 manatdan məhrum olmazdı. Lakin indiki halda Məzahir qanuna zidd hərəkət edərək vədinə əməl etməmiş, əqdi pozaraq ona 33313.94 manat məbləğində maddi və mənəvi zərər vurmuşdur. Ona görə də hesab edir ki, Məzahirin qanuna zidd hərəkətləri nəticəsində ona vurulmuş 33313.94 manat məbləğində maddi və mənəvi zərər Cavabdeh1 və onun nəvəsi Cavabdeh2 olundan müştərək qaydada tutulmalıdır.
4. Məhkəmə iclasında İddiaçı ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbində qaldığını bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iddia tələbində qaldığını bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı cavabdehlərə qarşı pul tələbi irəli sürərkən qanunla müəyyən olunmuş subyektiv hüquq anlayışını pozmuşdur. O, qanunsuz olaraq qaraja görə pulu Nüsrət Quliyev və onun bacısı Səxavət Quliyevaya versə də hansı əsasla cavabdehlərdən tələb etdiyini qanunla müəyyən edilmiş qaydada əsaslandıra bilmir və bununla da subyektiv hüquq pozuntusuna yol vermişdir. İddiaçı başa düşməlidir ki, cavabdehin mülkiyyətində olan qaraja görə Nüsrət Quliyevə və onun bacısı Səxavət Quliyevaya ödəmiş olduğu pul vəsaiti həmin şəxslərdən tələb etməli oduğu halda heç vaxt tanımadığı, ünsiyyətdə olmadığı, pul vermədiyi şəxslərdən pul tələb etməsi qanunsuzdur və yolverilməzdir. İddiaçı iddia ərizəsində (səhifə 1, abzas l) qeyd edir ki, “Nüsrət Quliyevin vasitəsilə bacısı X12mı məxsus olan ünvan 13 ünvanında yerləşən mənzilin qiymətini 133 000 manata, mənzilə aid olan sənədsiz daş qarajın alqı-satqı qiymətini isə 14000 manat olaqla razılaşdıq. Mən razılaşdığımız məbləği ödəyib mənzili və mənzilin üstündə satılan sənədsiz daş qarajı aldım”. Nüsrət Quliyevi və bacısı Quliyeva Səxavəti tanıdıqları, pulu onlara verdiyi, onların da qaraja görə ödəmiş olduğu pulları aldıqlarını etiraf etdikləri balda, hətta Nüsrət Quliyevi hazırkı məhkəmə prosesinə şahid qismində dəvət etdikləri halda nəyə görə pulu həmin şəxslərdən tələb etmirlər. Digər tərəfdən, ünvan 14 ünvanında yerləşən mənzilin qiymətini 133.000 manata, mənzilə aid olan sənədsiz daş qarajın alqı-satqı qiymətini isə 14000 manata Nüsrət Quliyevin vasitəsilə bacısı X17 ilə razılaşıb pulu da həmin şəxslərə verdiyi halda iddiaçının cavabdehlərdən həmin pulları tələb etmək hüququ yoxdur. Pul verilib 2017-ci ildə. Həmin vaxt iddiaçı cavabdehləri iddia ərizəsində də qeyd etdiyi kimi tanımamışdır. 3500 manat qarajın təmirinə xərclənmiş pulları sübut edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. 10229 manat əldən çıxmış faydanın əvəzi dedikdə iddiaçı anlamalıdır kı, cavabdelılərın mülkiyyətində olan daşınmaz əmlak qanunsuz olaraq iddiaçının istifadəsindədir və əldən çıxmış faydanı cavabdehlər iddiaçıya qarşı qaldıra bilərlər. Amma bunu hələ ki, etmirlər. 5000 manat məbləğində mənəvi zərərin iddiaçıya dəyməsinə dair iddia ərizəsində mülahizədən başqa heç bir mötəbər sübutlar iddia ərizəsinin qoşma hissəsində göstərilməmişdir və məhkəməyə təqdim edilməmişdir. 149 manat etibarnaməyə iddiaçı öz istəyi ilə xərcləmişdir. Həmin pulun da cavabdehlərə xərclənməsinə dair heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçı qeyd edir ki, o, qaraja dair sənədlərin hazırlanması üçün ödənilmiş 75.40 manat, qaraja dair Texniki Pasportun verilməsi üçün isə 360.54 manat pul xərcləmişdir. Həmin sənədlər və Texniki Pasport hal-hazırda da iddiaçının özündədidr. Məhkəmənin diqqətinə çatdırır ki, cavabdehlər özləri qaraja aid sənədləri öz xərcləri ilə ədə etmişdirlər. Bütün xərclər cavabdehlər tərəfindən xərclənmişdir. İddiaçı qaraja işıq çəkdirmək bəhanəsi ilə cavabdehi aldadıb etibarnamə almışdır. Daha sonra iddiaçının və ailə üzvlərinin imzalarına zərurət yarananda cavabdehlərə aydın olmuşdur ki, iddiaçı cavbdehlərin əmlakına sahiblənmək istəyir. Ona görə də Cavabdeh1 iddiaçının adına vermiş olduğu etibarnaməni ləğv etdirmişdir. ünvan 15 ünvanında yerləşən, ümumi sahəsi 22.2 kv/m olan qeyri-yaşayış binası Cavabdeh1 xüsusi mülkiyyətində olmuşdur. xx.xx.2022-ci il tarixlində notarial qaydada Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 ünvan 16 ünvanında yerləşən, ümumi sahəsi 22.2 kv/m olan qeyri-yaşayış binasını-qarajı digər cavabdehə, Cavabdeh2 bağışlamışdır və həmin qeyri-yaşayış binası hal-hazırda həmin cavabdehin mülkiyyətimdədir. Bundan başqa, iddiaçı cinayət işinin başlanması ilə əlaqədar Binəqədi RPİ-nin 5-ci bölməsinə müraciət etsə də Binəqədi RPİ xx.xx.2023-cü il tarixində “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında ” Qərar qəbul etmişdir. ünvan 17 ünvanında yerləşən, ümumi sahəsi 22.2 kv/m olan qeyri-yaşayış binasının boşaldılaraq cavabdehlərə tənvil verilməsinə dair Cavabdeh2 tərəfindən Binəqədi Rayon Məhkəməsində qaldırılmış iddia təmin olunmuşdur və həmin 2(001)- 1594/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamə artıq qanuni qüvvəsini almışdır. İddiaçı iddia ərizəsinin 4cü səhifəsini 4-cü abzasında qeyd edir ki, “Çünki, yuxarıda qeyd etdiyim kimi mən vicdanlı əldə edənəm, vicdanlı alıcı kimi 2017-ci ildə Nüsrətin vasitəsilə bacısı Səxavət Quliyevadan aldığım mənzilin üstündə bu qaraja görə əlavə 14000 manat pul ödəyib almışam. 2017-cu ildən artıq 6-cı ildir ki, bu qaraj mənim qanuni sahibliyimdə və istifadəmdədir”. İddiaçı qarajı qanunla müəyyən olunmuş qaydada əldə etmiş olsaydı, notariat qatdasında təsdiqlənmiş müqaviləsi olmalı idi və sərəncam vermək üçün isə həmin əmlak dövlət reyestrində qeydiyyata alınmalı idi. Lakin iddiaçı qarajı almış olsaydı müqavilə bağlayardı və həmin əmlak dövlət reyestrində ərazi üzrə qeydiyyata alınardı. Belə bir müqavilə notariat qaydasında bağlanmamış və dövlət reyestrində qerdə alınmamışdır. İddiaçı tərəfindən məhkəməyə şahid qismində cəlb ediləcək şəxslər istintaqda və məhkəmədə verdikləri ifadələrdə hazırki iddia ərizəsində qeyd olunan pul vəsaitlərinə dair heç biri halı sübu edəcək ifadə verməmişdirlər. Məhkəmənin diqqətinə çatdırır ki, cavabdeh X1 RPİ-nin 5-ci PB-si tərəfindən “Cinayətb işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cı il tarixli Qərarında qeyd olunmuş izahatında bildirmişdir ki, “Bakı şəhəri Binəqədi rayonu, Azadlıc prospekti, bina 32/196 mənzil 147 nömrəli evi 1979-cü ildə hərbi xidmətdə olan zaman dövlə tərəfindən ona verilmişdir. 1988-ci ildə isə binanın həyətində olan qeyri-yaşayış təyinatlı qaraj tikdirmişdir. Qarajları qonşular tikən zaman tikmişdir. 2000-ci ildə ünvan 5 nömrəli evi Nüsrət adlı şəxsə 37000 ABŞ dollara satmışdır. Evi Nüsrətə satan zaman binanın həyətində olan qeyri-yaşayış təyinatlı qarajı ona satmamışdır. Qarajı da müvəqqəti istifadəyə vermişdir. Bir gün bir nəfər ona zəng ediv ona bildirmişdir kı, Alı adlı şəxs səninlə görüşmək istəyir. Həmin şəxs evi alan şəxsdir. Alı ona zəng edib demişdir ki, mən evin sahibiyəm.Qaraja işıq çəkmək istəyirə. O da Alıya demişdir ki, mən sizi tanınmam, evi sizə satmamışam. Alı da ona demişdir ki, siz evi Nüsrətə satmısınız, mən də Nüsrətdən almışam. Alı ona demişdir ki, sizin razılığınız lazımdır ki, qaraja işıq çəkilsin və bundan ötrü də Azərışıqa təqdim etmək üçün çıxarış lazımdır.Alı ondan etibarnamə istədi ki, çıxarışı düzəltsin. O, da Qəbələ rayonunda yerləşən Asan xidmətdən Alının qardaşının Talehin adına etibarnamə vermişdir. Təxminən 4-5 ay sonra Alı yenidən ona zəng etmiş və ona həyat yoldaşının razılıq ərizəsinin lazım olduğunu demişdir. Alıdan ərizənin nə üçün lazım olduğunu soruşduqda sonuncu bildiımişdir ki, alqı-satqıda adına keçirmək üçün lazımdır. Alıya demişdir ki, Nüsrətə ev satmışam, qaraj satmamışam. Sənin adına nə səbəbə keçirməliyəm? Alı cavabında ona bildirmişdir ki, Nüsrətdən evi qarajla birlikdə almışam. O Alıya demişdir ki, sən get hesabını Nüsrət ilə elə. Bunda sonra Alı və qardaşı ayrı-ayrı vaxtlarda Biləcəridəki evinə gəlməyə başlamışlar. Bu səbəbdən etibarnaməni ləğv etdirmişlər. Evi Nüsrətə satmışdır. Həmin mənzilə aid olan qarajı da evdə yaşayan şəxsə müvəqqəti istifadə etmələri üçün vermişdir. Alı ona qaraja işıq çəkmək istədiyi üçün müraciət etmişdir. Azərişıqa kupça təqdim etmək lazımdır. O, Nüsrətə evi satmış, qaraj satmamışdır”. Buna görə də iddianın təmin ediıməməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etdi.
7. X23 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, 1999-cu ildə tanışı ünvan 18 ünvanında olan mənzili Cavabdeh1 33500 ABŞ dolları müqabilində həm mənzili, həmdə həyətdə olan 24 kvadratmetr qarajı almışdır. Həyətdəki qarajı şifahi sözlə razılaşmışlar, mənzili isə sənədləşdirərək almışdır. İlkin olaraq 31500 ABŞ dolları mənzilə və 2000 ABŞ dolları isə sahəsi 24 kvadratmetr olan qaraja verməklə ümumilikdə 33500 ABŞ dollar pulu vermişdir. Məzahir 9 ay evdən çıxmamış və ona problemlər yaratmışdır. Məzahir evdən çıxmadığı üçün məcbur qalıb Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdri. Məhkəmə qərar çıxartdıqdan sonra Məzahir və ailəsini evdən çıxarda bilmişdir. 18 il həmin ünvanda yaşamışdır. Yaşadığı müddətdə Məzahir və ailəsi həmin qarajdan istifadə etməmişdir. 2017-ci ilin dekabr ayında yaşadığı həmin mənzili və qarajı İddiaçı 147000 (yüz qırx yeddi min) manata satmışdır. Alı ilə 133000 (yüz otuz üç min) manat mənzilə razılaşmışlar və 14000 (on dörd min) manat isə həyətdəki sahəsi 24 kvadratmetr olan qaraja görə alqı-satqı etmişlər. Qaraja alqı-satqını şifahi olaraq həyata keçirtmişlər. 2022-ci ilin oktyabr ayında Alı onunla mobil telefonla əlaqə saxlayıb Məzahirin onu aldadaraq həmin mənzilin qarajını öz adına keçirtdiyini demişdir. Həmin dövrdə verilmiş müvafiq sərəncam və adlı siyahıya əsasən qaraj mənzilin üzərində rəsmiləşdirilmiş və bu səbəbdən qarajda mənzilin üzərində sənədləşdirilmişdir.
8. X26 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, iddiaçı onun qardaşıdır. Cavabdeh1 Bakı şəhəri 8 mkr. qəsəbəsində Azadlıq (Lenin) prospektində 32/196 saylı evin arxasında yerləşən daş qarajın özəlləşdirilməsi üçün tələb edilən bütün sənədləri toplamaq, özəlləşdirməyi, çıxarış almağı və s. adından bütün əməliyyatları aparmağı və digər hərəkətləri etməyi etibar etməsinə dair ona Bakı şəhəri 43 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə qeydə alınmış etibarnamə vermişdir. Bundan sonra qarajın sənədləşdirilməsi üçün xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adı qeyd olunmaqla Kapital Bank ASC-yə Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX xidmətə görə 75,40 manat, xx.xx.2022-ci il tarixdə isə Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX Bakı ŞƏİ daşınmaz əmlakın Dövlət Reyestri xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tarifləri olaraq 360,54 manat məbləğində ödəniş edilmişdir.
9. X9 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, Cavabdeh1 onun atasıdır. Hazırkı məhkəmə mübahisəsinin predmeti olan daş qaraj faktiki sənədlə sahibi olmuş atası Cavabdeh1 tərəfindən evlə birlikdə X18, onun bacısı X8 adına notariat orqanında rəsmiləşdirilmiş və alqı-satqı müqaviləsi əsasında satılmışdır. Daha sonra qarajı evlə birlikdə İddiaçı almışdır. Bu barədə onun və atasının məlumatı olmuşdur. Qarajın rəsmiləşdirilməsi üçün Alı ona və atasına müraciət etmiş, buna görə atası ona və Alının qardaşına etibarnamə vermişdir.
10. X9 poçt vasitəsilə məhkəməyə ünvanlandığı ərizəsi ilə məhkəmə iclasında şahid qismində qeyd etdiklərini təsdiq etmişdir.
11. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, iddiaçı 2017-ci ildə Binəqədi rayonu Azadlıq metrostansiyası yaxınlığında mənzil almaq istədiyi üçün bu məqsədlə ev alqı-satqısı ilə məşğul olan saytlarda və s. elanlara baxaraq maklerlərdən məlumat toplamağa başlamışdır. 2017-ci ilin dekabr ayında elanların birində ünvan 5 ünvanında yerləşən mənzilin daş qarajla birlikdə satıldığı barədə məlumat aldıqdan sonra, həmin mənzili və daş qarajı satan şəxs - X23 ilə tanış olmuşdur. X23 ünvan 5 ünvanında yerləşən mənzili və həmin mənzillə birlikdə mənzilə aid sənədsiz daş qarajı təxminən 20 il əvvəl 1998-ci ildə 31500 ABŞ dolları mənzilə görə və mənzilin üstündə satılan sənədisz daş qaraja görə isə 2000 ABŞ dolları olmaqla, ümumilikdə 33500 ABŞ dolları məbləğində pulu ödəməklə Məzahir adlı şəxsdən bacısı X8 adına aldığını bildirmişdir. 20 ilə yaxın bir müddət ərzində mənzilin və sənədsiz daş qarajın onun və bacısının faktiki sahibliyində və istifadəsində olduğunu demişdir. İddiaçı Nüsrət Quliyevlə birlikdə satılan mənzilə və daş qaraja baxmış, mənzil və qaraj xoşuna gəlmiş, alqı-satqı barədə Nüsrət Quliyevlə sövdələşmiş və Nüsrət Quliyevin vasitəsilə bacısı X11 məxsus olan ünvan 6 ünvanında yerləşən mənzilin qiymətini 133000 manata, mənzilə aid olan sənədsiz daş qarajın alqı-satqı qiymətini isə 14000 manat olmaqla, ümumilikdə 147000 manata razılaşmışlar. Razılaşdıqları məbləği ödəyib mənzili və mənzilin üstündə satılan sənədsiz daş qarajı almışdır. Alqı-satqıdan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, Seriya RX ******* saylı Çıxarışla ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı adına tam xüsusi mülkiyyət kimi hüquqi qeydə alınmışdır. İddiaçı mənzili və daş qarajı alandan iki il sonra, yəni 2019-cu ilin sonlarında qaraja işıq çəkdirmək üçün ASAN kommunala müraciət ettmiş, bu zaman ona qaraj sənədsiz olduğuna görə və qarajın ən azı Texniki pasportu olmadığı üçün qaraja işıq çəkdirmək mümkün olmadığnı bildirmişlər. Buna görə də qarajın ilkin sənədlərini əldə etmək üçün aidiyyəti üzrə müəyyən orqanlara və təşkilatlara müraciətlər etmişdir. Bundan sonra, o, aldığı sənədsiz daş qarajın sənədləşdirilməsi ilə bağlı mənzili satan Səxavət Quliyevanın qardaşı Nüsrətdən və digər qonşulardan maraqlanmış və nəhayət qonşuların birindən “Qarabağ” Kooperativi tərəfindən mənzillərə görə əlavə qaraj inşa edilməsi ilə bağlı adlı siyahının surətini əldə etmişdir. Həmin adlı siyahıda Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti ev 32/196 ünvanında yerləşən 147 saylı mənzilə görə tikilmiş qarajın ilk sahibinin Cavabdeh1 olduğunu müəyyənləşdirmişdir. Sonuncunun razılığı ilə xx.xx.2022-ci il tarixdə Cavabdeh1 Bakı şəhəri 43 saylı notariat ofisi vasitəsilə 28 mart 2022-ci ildə iddiaçının qardaşı X20 adına sənədləşdirmək məqsədi ilə etibarnamə vermişdir. Bundan sonra qarajın cizgisi çəkilərək digər sənədlərlə birlikdə İcra Hakimiyyətinə müraciət etmiş və müsbət qərar alaraq verilmiş xx.xx.2022-ci il tarixli etibarnamə əsasında iddiaçının qardaşı qarajın sənədləşdirilməsi üçün tələb olunan 75.40 manat dövlət rüsumunu, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərə görə 360,54 manat pulu ödəyərək qarajın ilk sahibi Cavabdeh1 adına tərtib edilmiş Texniki Pasportu götürmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Texniki Pasportla Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 32/196 saylı binanın yanında yerləşən hazırda tərəflər arasında mübahisələndirilən 22.2 kv.metrdən ibarət olan qeyri - yaşayış binası (Qaraj) xx.xx.2022-ci ildə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Binəqədi Rayon Məhkəməsinin məhkəmə bildirişindən sonra iddiaçıya məlum olmuşdur ki, Cavabdeh2 ona qarşı həmin məhkəmədə “qarajdan çıxarılma, qarajın boşaldılıb təhvil verilməsi” tələbinə dair iddia qaldırmışdır. İşlə tanış olanda müəyyən etmişdir ki, Cavabdeh1 qarajın nəvəsi Cavabdeh2 bağışlanması barədə xx.xx.2022-ci ildə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariusda “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” bağlamış və qarajı nəvəsi Cavabdeh2 bağışlamışdır. Cavabdeh1 əməllərinin qarşısının alınması və barəsində qanuni tədbir görülməsi üçün iddiaçı yaşadığı ərazi üzrə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş, polis orqanı tərəfindən araşdırma aparılmış, lakin mübahisə mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmək hüququ izah edilməklə, Binəqədi RPİnin 5-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə “Cinayət işinin başlamlmasmın rədd edilməsi haqqında” qərar qəbul edilmişdir.
12. Qanunvericiliyin yuxarıda sadalanan müddəalarını, işin məlum hallarını və iddiaçının məhkəməyə təqdim etdiyi sübutları sistematik təhlil edən və qiymətləndirməklə nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi ünvan 4 ünvanında yerləşən mənzilə aid olan daş qarajı almaq üçün ödənilmiş 14000 (on dörd min) manat məbləğində pul vəsaiti, qarajın təmiri üçün xərclənilən 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti, qaraja dair sənədlərin hazırlanması üçün ödənilmiş 75.40 (yetmiş beş manat qırx qəpik) manat dövlət rüsumu və qaraja dair texniki pasportun verilməsi üçün ödənilmiş 360.54 (üç yüz altmış manat əlli dörd qəpik) manat dövlət rüsumunun cavabdehlərdən tututlmasına dair hissədə əsaslıdır və buna görə də təmin edilməlidir. Çünki, iddia həmin hissədə əsaslığı iddiaçının məhkəməyə təqdim etdiyi sübutlarla təsdiq olunur.
13. Belə ki, məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlərin hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməli, bu səbəbdən İddiaçı tərəfindən qarajın alınması, təmir bərpa işləri və sənədləşdirilməsi üçün ödənilən pul vəsaitləri və dövlət rüsumları iddiaçıya cavabdehlər tərəfindən qaytarılmalıdır.
14. Cavabdeh tərəf iddianı qəbul etməyərək mülki işin məhkəmə araşdırılması zamanı məhkəmədə verdiyi izahatına tənqidi yanaşan məhkəmə qeyd edir ki, cavabdeh tərəf verdiyi bu izahatı onları müdafiə xarakterini daşıyır. Ona görə ki, onlar iddia tələbinə etirazlarının əsaslandıqları hallara dair heç bir sübutu onlarda olmadığı səbəbindən məhkəməyə təqdim edə bilməmişlər.
15. Məhkəmə qeyd edir ki, iddiaçı 10229 manat məbləğində əldən çıxmış faydanın, 5000 manat məbləğində mənəvi zərərin əvəzinin, qarajın adına sənədləşdirilməsi üçün etibarnamə verilməsinə görə ödədiyi 149 manat pulun əvəzinin xeyrinə tutulması barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tələb irəli sürmüşdür
16. Qanunvericiliyin normaları baxımından məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalı olduğundan məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin bu hissəsinə dair əsaslandığı hallara dair lazımi sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia tələbi 10229 manat məbləğində əldən çıxmış faydanın, 5000 manat məbləğində mənəvi zərərin əvəzinin, qarajın adına sənədləşdirilməsi üçün etibarnamə verilməsinə görə ödədiyi 149 manat pulun əvəzinin xeyrinə tutulması barədə tələbi təmin edilməməlidir.
17. Beləliklə, qeyd olunan xüsusatlara qanunvericiliyin tələbləri baxımından məcmu halında qiymət verən məhkəmə hesab edir ki, сavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 4 ünvanında yerləşən mənzilə aid olan daş qarajı almaq üçün ödənilmiş 14000 (on dörd min) manat məbləğində pul vəsaiti, qarajın təmiri üçün xərclənilən 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti, qaraja dair sənədlərin hazırlanması üçün ödənilmiş 75.40 (yetmiş beş manat qırx qəpik) manat dövlət rüsumu və qaraja dair texniki pasportun verilməsi üçün ödənilmiş 360.54 (üç yüz altmış manat əlli dörd qəpik) manat dövlət rüsumu, cəmi 17935.94 (on yeddi min doqquz yüz otuz beş manat doxsan dörd qəpik) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddia ərizəsi qalan hissədə təmin edilməməlidir.
18. Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 2(025)-1034/2023 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) iddia qismən təmin olunmuş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 4 ünvanında yerləşən mənzilə aid olan daş qarajı almaq üçün ödənilmiş 14000 (on dörd min) manat məbləğində pul vəsaiti, qarajın təmiri üçün xərclənilən 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti, qaraja dair sənədlərin hazırlanması üçün ödənilmiş 75.40 (yetmiş beş manat qırx qəpik) manat dövlət rüsumu və qaraja dair texniki pasportun verilməsi üçün ödənilmiş 360.54 (üç yüz altmış manat əlli dörd qəpik) manat dövlət rüsumu, cəmi 17935.94 (on yeddi min doqquz yüz otuz beş manat doxsan dörd qəpik) manat pul vəsaiti və iddianın verilməsi üçün ödənilmiş 190 (bir yüz doxsan) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
19. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152, 157. 337, 1091, 1092 və 1093-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
20. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixdə hüquq subyekti olaraq Cavabdeh1 adına tərtib etdiyi 04/1509 inventar nömrəli qeyri-yaşayış binasının texniki pasportundan görünür ki, Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 32/196 saylı binanın yanın sahədə yerləşən qarajın yerləşdiyi torpağın faktiki və ümumi sahəsi 0.0028 k.m, cəmi sahəsi 22.2 kv.m olmaqla tikinti planı və təsnifatı göstərilmişdir.
21. İşdə olan Azərbaycan Respublikasının Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1998-ci il taixdə 30 № 1769 saylı qeydə aldığı “Qeydiyyat Vəsiqəsi”nin surətindən göründüyü kimi Bakı şəhəri 8 mkr. qəsəbəsində Azadlıq prospekti 32/196 saylı yaşayış evinin 147 nömrəli mənzili (4 otaqdan ibarət) X8 adına xüsusi mülkiyyət kimi 960 nömrəli reyestr kitabının 144154-cü səhifəsində qeydiyyata alınmışdır.
22. İşdə olan Azərbaycan Respublikasının Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX ******* saylı, qeydiyyat tarixi xx.xx.2017-ci il, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın dövlət reyestri **********45-05101-093015 olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, ünvan 1 ünvanda 87.12 kv. m sahəsi olan mənzil İddiaçı adına tam mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1122 nömrəli reyestr kitabının 101636 nömrəli vərəqində qeydiyyata alınmışdır.
23. İşdə olan Bakı şəhəri 43 saylı notariat ofisinin 7E-6586 reyestr nömrəsində xx.xx.2022-ci il tarixdə qeydə alınmış etibarnamədən görünür ki, Cavabdeh1 X24 Bakı şəhəri Binəqədi (Kirov) rayonu XDİK-nin 12/263 saylı 28.06 1991-ci il tarixli qərara əsasən Bakı şəhəri 8 mkr. qəsəbəsində Azadlıq (Lenin) prospektində 32/196 saylı evin arxasında yerləşən daş qarajın özəlləşdirilməsi üçün tələb edilən bütün sənədləri toplamaq, özəlləşdirməyi, çıxarış almağı və s. adından bütün əməliyyatları aparmağı və digər hərəkətləri etməyi etibar etmişdir.
24. Bakı şəhəri Binəqədi (Kirov) rayonu XDİK-nin 12/263 saylı 28.06 1991-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri 8 mkr. qəsəbəsində Azadlıq (Lenin) prospektində 32/196 saylı evin arxasında yerləşən daş qarajın Cavabdeh1 tərəfindən şəxsi istifadəsi ilə bağlı onun adı müəyyən olunmuş siyahıya daxil edilmişdir.
25. İşdə olan 5 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X21 tərəfindən 4Ə-2399 nömrə ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmış ”Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin surətindən görünür ki, ünvan 19 ünvanında yerləşən 22.2 kv.m sahəsi olan qeyri-yaşayış binası Cavabdeh1 tərəfindən Cavabdeh2 hədiyyə (bağışlanmışdır) edilmişdir
26. İşdə olan X29 Portalının ********* nömrəli xx.xx.2022-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh1 ödəyici olaraq qeyd edilməklə Kapital Bank ASC-yə Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX Bakı ŞƏİ xidmətə görə 75,40 manat ödəniş edilmişdir.
27. İşdə olan X29 Portalının ********* nömrəlixx.xx.2022-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh1 ödəyici olaraq qeyd edilməklə Kapital Bank ASC-yə Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX Bakı ŞƏİ daşınmaz əmlakın Dövlət Reyestri xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tarifləri olaraq 360,54 manat ödəniş edilmişdir.
28. İşdə olan Bakı şəhəri Binəqədi rayonu polis İdarəsinin 5-ci polis bölməsinin təhqiqatçısı Orxan Təhməzlinin xx.xx.2023-cü il tarixli “Cinayət işinin rədd edilməsi haqqında qərar”ının surətindən görünür ki, İddiaçı müraciəti əsaslnda toplanmış 1 saylı HK-2158 nömrəli təhqiqat materialları üzrə araşdırılma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
29. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-1594/2023 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 İddiaçı qarşı “qeyri-yaşayış obyektinin boşaldılıb təhvil verilməsi” tələbinə dair ilk iddiası təmin edilmişdir.
30. İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 2880/SQ saylı qiymətləndirmə rəyindən görünür ki, ünvan 16 ünvanında yerləşən 22.2 kv.m ümumi sahədən ibarət, 1 mərtəbəli qeyri-yaşayış binasının 08 avqust 2023-cü il tarixinə olan bazar qiyməti 22200 (iyirmi iki min iki yüz) manat təşkil edir.
31. Qətnаmədən nаrаzı qаlаn İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
32. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı ünvan 14 ünvanında yerləşən qaraja görə cavabdehlərə qarşı pul tələbi irəli sürərkən qanunla müəyyən olunmuş subyektiv hüquq anlayışını pozmuşdur. Məhkəmə iddiaçının qaraja görə pulu şifahi razılaşma əsasında Nüsrət Quliyev və onun bacısı Səxavət Quliyevaya verdiyini müəyyən etsə də, həmin pulu hansı əsasla cavabdehlərdən müştərək qaydada alıb iddiaçıya verdiyini əsaslandıra bilmir və bununla da subyektiv hüquq pozuntusuna yol vermişdir. Cavabdehin mülkiyyətində olan qaraja görə Nüsrət Quliyevə və onun bacısı Səxavət Quliyevaya ödəmiş olduğu pul vəsaitini həmin şəxslərdən tələb etməli olduğu halda heç vaxt tanımadığı, ünsiyyətdə olmadığı, pul vermədiyi şəxslərdən tələb etməsi qanunsuzdur və yolverilməzdir. Amma məhkəmə bu ciddi pozuntunu etməklə qətnamə qəbul etmişdir. Həmin vaxt iddiaçı cavabdehləri iddia ərizəsində də qeyd etdiyi kimi tanımamışdır. Məhkəmə iddiaçının guya qarajın təmirinə xərcləmiş olduğu 3500 manat məbləğində pulu cavabdehlərdən tutulub iddiaçıya ödənilməsini təmin etsə də, iddiaçı 3500 manat məbləğin hara və nəyə xərclənməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə qətnaməsində 3500 manatın xərclənməsinə dair heç bir sübuta istinad edilməmişdir. Məhkəmə yalnız iddiaçının şifahi mülahizələrinə əsasən qətnamə qəbul etmişdir. 149 manat məbləği etibarnaməyə iddiaçı öz istəyi ilə xərcləmişdir. Həmin pulun da cavabdehlərə xərclənməsinə dair heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı qaraja dair sənədlərin hazırlanması üçün ödənilmiş 75.40 manat, qaraja dair Texniki Pasportun verilməsi üçün isə 360.54 manat pul xərcləmişdir. Məhkəmə həmin sənədlərin və Texniki Pasportun hal-hazırda da iddiaçının özündə olduğunu bilsə də iddiaçının bu tələbini də qanunsuz olaraq təmin etmişdir. Cavabdehlər özləri qaraja aid sənədləri öz xərcləri ilə ədə etmişdirlər. Bütün xərclər cavabdehlər tərəfindən xərclənmişdir. İddiaçı qaraja işıq çəkdirmək bəhanəsi ilə cavabdehi aldadıb etibarnamə almışdır. Daha sonra iddiaçının və ailə üzvlərinin imzalarına zərurət yarananda cavabdehlərə aydın olmuşdur ki, iddiaçı cavbdehlərin əmlakına sahiblənmək istəyir. Ona görə də Cavabdeh1 iddiaçının adına vermiş olduğu etibarnaməni ləğv etdirmişdir. Məhkəmə isə bu faktı qiymətləndirməmişdir. ünvan 15 ünvanında yerləşən, ümumi sahəsi 22.2 kv/m olan qeyri-yaşayış binası Cavabdeh1 xüsusi mülkiyyətində olmuşdur. xx.xx.2022-ci il tarixində notarial qaydada Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 ünvan 20 ünvanında yerləşən, ümumi sahəsi 22.2 kv/m olan qeyri-yaşayış binasını-qarajı digər cavabdehə, Cavabdeh2 bağışlamışdır və həmin qeyri-yaşayış binası hal-hazırda həmin cavabdehin mülkiyyətindədir. İddiaçı ünvan 15 ünvanında yerləşən, ümumi sahəsi 22.2 kv/m olan qeyri-yaşayış obyektinin sənədlərini əldə edərkən Cavabdeh1 onu aldatdığını bildirərək barəsində cinayət işinin başlanması ilə əlaqədar Binəqədi RPİ-nin 5-ci bölməsinə müraciət etsə də Binəqədi RPİ xx.xx.2023-cü il tarixində “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında ” Qərar qəbul etmişdir. Həmin Qərar qanuni qüvvədə olan sənəd olsa da məhkəmə bu faktı da diqqətdən qaçırmışdır. Bundan sonra, ünvan 15 ünvanında yerləşən, ümumi sahəsi 22.2 kv/m olan qeyri-yaşayış binasımn boşaldılaraq cavabdehlərə təhvil verilməsinə dair Cavabdeh2 tərəfindən Binəqədi Rayon Məhkəməsində qaldırılmış iddia əsaslı, qanuni və ədalətli olduğundan təmin olunmuş, həmin 2(001)-1594/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamə iddiaçılar tərəfindən mübahisələndirilməmiş və artıq qanuni qüvvəsini almışdır. Lakin buna baxmayaraq məhkəmə həmin qətnamədə təsdiqini tapmış faktları yenidən araşdıraraq və həmin faktlara əsaslanaraq qanunsuz qətnamə qəbul etmişdir. İddiaçı qarajı qanunla müəyyən olunmuş qaydada əldə etmiş olsaydı, notariat qatdasında təsdiqlənmiş müqaviləsi olmalı idi və sərəncam vermək üçün isə həmin əmlak dövlət reyestrində qeydiyyata alınmalı idi. İddiaçı qarajı almış olsaydı müqavilə bağlayardı və həmin əmlak dövlət reyestrində ərazi üzrə qeydiyyata almardı. Belə bir müqavilə notariat qaydasında bağlanmamış və dövlət reyestrində qerydə alınmamışdır. Məhkəmə isə bu fakta da göz yummuşdur.
33. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 2(025)- 1034/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər.
34. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Qəbələ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni və əsaslı olsa da, lakin iddia tələbinin təmin edilməyən hissəsi, yəni - məhrum olduğu gəlirlər 10229 manat əldən çıxmış fayda və 5000 manat mənəvi zərər tutulmasının təmin edilməməsi ədalətli deyil. Cavabdeh1 bu kimi qanuna zidd hərəkətləri nəticəsində o qonşular arasında rüsvay olmuş, işgüzar nüfuzuna xələl yetirilib, bu səbəbdən ağır iztirablar, fiziki və mənəvi sarsıntılar keçirtmiş, qarşılaşdığı bu qanuna zidd hərəkətlər, davranışlar səbəbindən gecələr yuxusu qaçıb, yata bilmir, əsəbləri pozulub, ona 5000 manatdan çox mənəvi zərər yetirilmişdir. Cavabdeh1 ona qarşı bu qanuna zidd hərəkətləri nəticəsində 2017-ci ildə ödədiyi 17500 manat (14000 manat qarajın alınmasına görə ödədiyi pul vəsaiti, 3500 manat qarajın təmiri üçün ödədiyi məbləğ) məbləğində pula başqa yerdə qaraj və s. əmlak alsaydı faydalanardı, xeyli gəlir əldə edərdi, hazırki halda isə o 2018-ci ildə 1706.25 manat, 2019-cu ildə 1440.5 manat, 2020-ci ildə 1265.4 manat, 2021-ci ildə 1588.6 manat, 2022-ci ildə 1938.8 manat, 2023-cü ildə 2289.5 manat hesablanmaqla- 10229 manat gəlirdən (əldən çıxmış faydadan) məhrum olmuşdur.
35. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 2(025)- 1034/2023 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsinin, yəni “cavabdehlərin qanuna zidd hərəkətləri nəticəsində mənə vurulmuş 10229 manat maddiziyanın (əldən çıxmış faydanın) və 5000 manat məbləğində mənəvizərərin əvəzinin cavabdehlər – Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub mənə ödənilməsi hissəsində” ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
37. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 öz verdikləri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
38. Məhkəmə kollegiyasının iclasında İddiaçı öz verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, cavabdehlərin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
39. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçiqanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.i 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. 1087.2. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
41. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
42. Zərdab Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il 2(035)-744/2021 nömrəli qətnaməsindən hər iki tərəf apellyasiya şikayəti verdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
44. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X16 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir. Məhkəmə kollegiyası əvvəla onu bildirir ki, hazırki iş üzrə tələb ayrı-ayrı əsaslarla olan pul tələbidir.
45. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd edir. İşin hallarından görünür ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi iddiaçının ünvan 14 ünvanında yerləşən qaraja görə pulu şifahi razılaşma əsasında Nüsrət Quliyev və onun bacısı Səxavət Quliyevaya verdiyini müəyyən etmişdir. Halbuki hazırki iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qaldırılmışdır və Nüsrət Quliyev və onun bacısı Səxavət Quliyevaya cavabdeh qismində cəlb edilməmişdir. Birinci instansiya məhkəməsi ünvan 14 ünvanında yerləşən qaraja görə pulu Nüsrət Quliyev və onun bacısı Səxavət Quliyevaya verildiyini müəyyən etdiyi halda, həmin pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınmasını qət etmişdir. İddiaçının hazırki iş üzrə tələbinin təmin edilmiş hissəsilərindən biri də qarajın təmiri üçün xərclədiyi 3500 manat pulun əvəzinin ödənilməsidir. Əvvəla, mülki işin materiallarında mübahisəli qarajda hər hansı təmir işlərinin aparılması ilə bağlı heç bir sübut və ya dəlil mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Hazırki iş üzrə ünvan 14 ünvanında yerləşən qarajın hansı əsasla Nüsrət Quliyevin sahibliyinə, o cümlədən hansı əsasla sonuncunun sahibliyindən iddiaçının sahibliyinə keçməsi heç bir sübut və ya dəlillə təsdiqini tapmır. Belə olan halda, iddiaçı həmin qaraja münasibətdə nə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsi baxımından vicdanlı əldə edən, nə də həmin Məcəllənin 158-ci maddəsi baxımından sahib statusuna sahib olmamaqla, hər hansı zərərin əvəzinin ödənilməsini tələb etmə hüququ da yaranmır.
46. İşin hallarından görünür ki, Bakı şəhəri 43 saylı notariat ofisinin 7E-6586 reyestr nömrəsində xx.xx.2022-ci il tarixdə qeydə alınmış etibarnamə ilə Cavabdeh1 X24 Bakı şəhəri Binəqədi (Kirov) rayonu XDİK-nin 12/263 saylı xx.xx.1991-ci il tarixli qərara əsasən Bakı şəhəri 8 mkr. qəsəbəsində Azadlıq (Lenin) prospektində 32/196 saylı evin arxasında yerləşən daş qarajın özəlləşdirilməsi üçün tələb edilən bütün sənədləri toplamaq, özəlləşdirməyi, çıxarış almağı və s. adından bütün əməliyyatları aparmağı və digər hərəkətləri etməyi etibar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinin tələbinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Göründüyü kimi, qeyd edilən etibarnamə ünvan 14 ünvanında yerləşən qarajın iddiaçının sahibliyinə və ya mülkiyyətinə verilməsi üçün deyil, həmin qarajın cavabdehin adına mülkiyyət hüququ ilə qeydiyyata alınması üçün verilmişdir.
47. O cümlədən, iddiaçı qeyd edir ki, cavabdeh mübahisə edilən qarajın onun adına rəsmiləşdirilməsi üçün tanışları vasitəsilə iddiaçıdan 5000 manat pul istəmişdir. Bu hal da həmin qarajın artıq iddiaçıya satılmış olması barədə iddiaçının iddialarını şübhə altına alır.
48. İddiaçının təmin olunmuş tələblərindən biri də sənədləşdirmə işlərinin aparılması üçün ödənilmiş 75.40 manat, qaraja dair texniki Pasportun verilməsi üçün ödənilmiş 360.54 manat dövlət rüsumlarının qaytarılmasıdır. Hazırki halda işdəki sənədlərdən görünür ki, mübahisə edilən dövlət rüsumları Cavabdeh1 tərəfindən ödənilmişdir. Ona görə də, iddiaçının həmin rüsumları tələb etməsi əsassızdır. İddiaçı həmin rüsumların cavabdehin adından əslində iddiaçının qardaşı X26 tərəfindən ödənildiyini iddia edir ki, belə olan halda da, sonuncu hazırki iddiaçıya həmin pulu tələb etmək üçün hər hansı etibarnamə vermədiyindən iddiaçının həmin pulu hansı əsasla tələb etdiyi aydın deyildir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə düzgün olmamışdır. Ona görə də, cavabdehin apellyasiya şikayəti qismən – iddianın təmin olunmuş hissəsi ilə bağlı əsaslıdır. Cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, iddianın təmin edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmamışdır.
49. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçının hazırki iş üzrə tələbinin təmin edilməyən hissəsi 10229 manat məbləğində əldən çıxmış faydanın əvəzinin və 5000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı olmuşdur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin təmin olunmuş hissəsinin əsassız olduğu qənaətinə gəldiyindən iddianın təmin olunmamış hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, iddiaçının hansı əsasla hansı mənəvi zərərə məruz qalması, o cümlədən hansı faydalardan məhrum olması işin halları ilə sübut edilmir.
50. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 2(025)-1034/2023 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “2017-ci ildə ünvan 3 ünvanında yerləşən mənzilə aid olan daş qarajı almaq üçün ödədiyi 14000 manat pulun əvəzinin, qarajın təmiri üçün xərclədiyi 3500 manat pulun əvəzinin, 10229 manat məbləğində əldən çıxmış faydanın əvəzinin, 5000 manat məbləğində mənəvi zərərin əvəzinin, qarajın adına sənədləşdirilməsi üçün etibarnamə verilməsinə görə ödədiyi 149 manat pulun əvəzinin, qaraja dair sənədlərin hazırlanması üçün ödənilmiş 75.40 manat pulun əvəzinin, qaraja dair texniki Pasportun verilməsi üçün ödənilmiş 360.54 manat pulun əvəzinin, cəmi 33313.94 manat məbləğində pulun əvəzinin və məhkəmə üçün ödənilmiş 190 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub ona ödənilməsi” tələbinə dair iddiası həmin hissədə də rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən sаxlаnılmalıdır.
51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 2(025)-1034/2023 nömrəli qətnaməsi iddianın təmin edilmiş - 2017-ci ildə ünvan 3 ünvanında yerləşən mənzilə aid olan daş qarajı almaq üçün ödədiyi 14000 manat pulun, qarajın təmiri üçün xərclədiyi 3500 manat pulun, qaraja dair sənədlərin hazırlanması üçün ödənilmiş 75.40 manat pulun və qaraja dair texniki Pasportun verilməsi üçün ödənilmiş 360.54 manat pulun əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası həmin hissədə rədd edilsin. İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.