Məhkəmə qərarları › İş №2(107)-1323/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1323/2020

18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1323/2020 18.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X3 iclas katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi və sair” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 2(075)-2459/2016 nömrəli qətnaməsindənCavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə İddiaçı ASC-nin Şəki filialı arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, 034CASA142730003 saylı kredit müqaviləsinin, xx xxxxxxxx 2014-cü il tarixli, 034CASA142730003 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx xxx 2015-ci il tarixli Razılaşmanın ləğv edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 9238,30 ABŞ dolları əsas borc, 1328,14 ABŞ dolları faiz borcu, 393,70 ABŞ dolları penya qətnamənin icra olunduğu Azərbaycan manatına məzənnəsi hesablanmaqla, cəmi 10960,14 ABŞ dolları məbləğində vəsaitin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 2(075)-2459/2016 nömrəli (hakim E.Mehdiyev) qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, 034CASA142730003 saylı kredit müqaviləsi və xx xxxxxxxx 2014-cü il tarixli, 034CASA142730003 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx xxx 2015-ci il tarixli Razılaşmanın ləğv edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 9238,30 ABŞ dolları əsas borc, 1328,14 ABŞ dolları faiz borcu, 393,70 ABŞ dolları penya olmaqla, cəmi 10960,14 ABŞ dolları borc məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutulması qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh3 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 2014-cü il tarixli, 034CASA142730003 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Şəki filialı tərəfindən Cavabdeh3 36 ay müddətinə illik faiz dərəcəsi 25% olmaqla 10000 ABŞ dolları məbləğində kredit verilmiş və kredit üzrə öhdəliklərinin icrasının təmini kimi Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı ASC arasında xx xxxxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsi imzalanmış, zaminlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3nın xx xxxxxxxx 2014-cüil tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasında məsuliyyəti tam olaraq üzərinə götürmüşlər.xx xxxxxxxx 2014-cü il tarixli, 034CASA142730003 saylı kredit müqaviləsinin tərkib hissəsi xx xxxxxxxx 2014-cü il tarixli, 034CASA142730003 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx xxx 2015-ci il tarixli Razılaşmaya əsasən Cavabdeh3nın iddiaçı-kreditora olan borcunun restrukturizasiyası həyata keçirilmişdir. Belə ki, razılaşmanın 3.01.1.-ci bəndinə əsasən “BANK” “BORCLU” ilə bağlanmış bu Razılaşmanın 2-ci maddəsində qeyd edilən kredit müqaviləsinə müvafiq olaraq 9054,35 ABŞ dolları əsas borcun qalığını, 273,53 ABŞ dolları məbləğində hesablanmış faizin və 21,12 ABŞ dolları məbləğində penyanın restrukturizasıyasını həyata keçirərək həmin razılaşmanın müvafiq bəndlərinə əsasən kreditin məbləği 9349 ABŞ dolları, müddəti 48 ay müddətinə və faiz dərəcəsi illik 25% olmaqla müəyyən edilmişdir. Həmçinin Cavabdeh1 və Cavabdeh2 xx xxx 2015-ci il tarixli ərizəsi ilə xx.xx.20015-ci il tarixli Razılaşmanın (Restrukturizasiyaya dair Razılaşma) imzalanmasına razılığını bildirərək, razılaşmadan qeyd olunan öhdəliklərin icra olunmadığı, yaxud lazimi qaydada icra olunmadığı təqdirdə xx xxxxxxxx 2014-cü il tarixli 034FİZAM47095401 saylı zaminlik müqaviləsi ilə məsuliyyət daşıdığını qəbul etdiyini bildirmişlər. xx xxxxxxxx 2014-cü tarixli 034CASA142730003 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx xxx 2015-ci il tarixli Razılaşmanın şərtlərinə görə Cavabdeh3 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissəhissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin, öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehin iddiaçıya 9238,30 ABŞ dolları kredit borcu, 1328,14 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 393,70 ABŞ dolları penya borcu, cəmi 10960,14 ABŞ dolları borclu qalmaqdadır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh3 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, həmçinin işin faktiki hallarına düzgün qiymət vermədən və məhkəmənin gəİdiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan əsassız qətnamə çıxarmışdır. Belə ki, onun banka iddia ərizəsində qeyd edilən qədər borcu yoxdur. Bank tərəfindən əsassız olaraq borc məbləği artıq hesablanmış və şişirdilmişdir. Ona görə də Şəki Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 2(075)-2459/2016 nömrəli qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştriak edən Cavabdeh3 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o bu gün də bankın pulunu ödəməkdən yayınmır, sadəcə pulu birdəfəyə deyil, hər ay 130-150 manat civarında ödəməyə imkanı çatır. Odur ki, apelyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştriak edən Cavabdeh1 izahat verərək bildirdi ki, neçə vaxtdır xəstədir. Əsl cavabdeh də krediti ödəməkdən yayınmır. Ona görə də köməklik göstərilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştriak edən Cavabdeh2 apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, həm özü, həm də əri neçə vaxtdır xəstədirlər. Əsl cavabdeh də krediti ödəməkdən yayınmır. Ona görə də köməklik göstərilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştriak edən İddiaçı ASC-nin nümayəndəsi X5 apelyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdehlər yaranmış borcdan bir müddət ödəniş etsə də, sonradan ödənişi dayandırmışlar. Bununla belə bank icra mərhələsində hər daim cavabdeh tərəflə qarşılıqlı razılığa gəlməyə hazırdır. Odur ki, hazırki vəziyyətdə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası iclasında tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 034CASA142730003 saylı kredit müqaviləsindən görünür ki, sonuncuya 36 ay müddətinə illik 25%-lə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin 3.03-cü bəndinin “b” yarımbəndinə əsasən borclu krediti ödəniş cədvəlində qeyd edilmiş vaxtda və məbləğdə banka qaytarmadıqda hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas məbləğə görə illik 50 % faiz dərəcəsi ilə cərimə ödəyir. xx xxxxxxxx 2014-cü il tarixli 034FİZAM47095401 saylı və xx xxxxxxxx 2014-cü il tarixli 034FİZAM17680203 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 xx xxxxxxxx 2014-cü il tarixli 034CASA142730003 saylı kredit müqaviləsi üzrə kredit öhdəliklərinin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər. xx xxxxxxxx 2014-cü il tarixli, 034CASA142730003 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh3 bankdan götürmüş olduğu 10000 ABŞ dolları məbləğində kreditin restrukturizasiyası həyata keçirilməmişdən əvvəl cavabdeh 36 ay ərzində hər ay 398,75 ABŞ dolları olmaqla hissə-hissə qaytarmalı idi. xx xxxxxxxx 2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh3 10000 ABŞ dolları nəqd pulu xx xxxxxxxx 2014-cü il tarixdə İddiaçı ASC-də kassa məcaric orderini imza edərək götürmüşdür. Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı ASC-nin Şəki filialına ünvanlanmış xx xxx 2015-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.20015-ci il tarixli Razılaşmanın (Restrukturizasiyaya dair Razılaşma) imzalanmasına razılığını bildirmiş, razılaşmadan qeyd olunan öhdəliklərin icra olunmadığı, yaxud lazimi qaydada icra olunmadığı təqdirdə xx xxxxxxxx 2014-cü il tarixli xx xxxxxxxx 2014-cü il tarixli 034FİZAM47095401 saylı və xx xxxxxxxx 2014-cü il tarixli 034FİZAM17680203 saylı zaminlik müqavilələri ilə məsuliyyət daşıdığını qəbul etmişlər. xx xxxxxxxx 2014-cü il tarixli, 034CASA142730003 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx xxx 2015-ci il tarixli Razılaşma müqaviləsinin surətindən görünür ki, Cavabdeh3nın İddiaçı ASC-yə olan borcunun restrukturizasiyası həyata keçirilmiş və həmin razılaşmanın 3.01.1.-ci bəndinə əsasən “BANK” “BORCLU” ilə bağlanmış bu Razılaşmanın 2-ci maddəsində qeyd edilən kredit müqaviləsinə müvafiq olaraq 9054,35 ABŞ dolları əsas borcun qalığını, 273,53 ABŞ dolları məbləğində hesablanmış faizin və 21,12 ABŞ dolları məbləğində penyanın restrukturizasıyasını həyata keçirərək həmin razılaşmanın müvafiq bəndlərinə əsasən kreditin məbləği 9343 ABŞ dolları, müddəti 48 ay müddətinə və faiz dərəcəsi illik 25% olmaqla müəyyən edilmişdir. xx xxxxxxxx 2014-cü il tarixli, 034CASA142730003 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx xxx 2015-ci il tarixli Razılaşma imzalanmasından sonra tərtib edilmiş müqaviləyə əlavə olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh3 bankdan götürmüş olduğu 9343 ABŞ dolları məbləğində kreditin restrukturizasiyası həyata keçirildikdən sonra cavabdeh 48 ay ərzində hər ay 318,46 ABŞ dolları olmaqla hissə-hissə qaytarmalı idi. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 göndərilmiş xx xxxx 2016-cı il tarixli, 949 nömrəli pretenziyanın surətindən görünür ki, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qeyd olunan borc məbləğinin müqavilə şərtlərinə uyğun olaraq ödəmədiyi təqdirdə tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və borcun məcburi qaydada tutulması ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Apelyasiya məhkəməsinin sorğusu əsasında alınmış İddiaçı ASC-nin xx xxxxxx 2020-ci il tarixli məktubunun məzmunundan görünür ki, cavabdehlərin kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral 551 nömrəli Fərmanının əhatə dairəsinə düşməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 034CASA142730003 saylı kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh3 münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının cavabdeh (zamin) Cavabdeh1 və Cavabdeh2 münasibətdə də tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 034FİZAM47095401 saylı və xx xxxxxxxx 2014-cü il tarixli 034FİZAM17680203 saylı zaminlik müqavilələri ilə müəyyən olunmuşdur ki, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Məhkəmə onu da qeyd edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərin hər birinə qarşı eyni zamanda hazırki iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun, faizlərin və cərimənin müştərək qaydada tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Nəhayət məhkəmə kollegiyası hesab edir ki, zaminə Mülki Məcəllənin 475-ci maddəsində nəzərdə tutulmuş hüquqları izah edilməlidir. Həmin maddəyə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Bankla bağladıqları kredit və zaminlik müqaviləsinin şərtlərini yerinə yetirmədilərindən, borclu kimi Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, xx xxxxxxxx 2014-cü il tarixli, 034CASA142730003 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Şəki filialı tərəfindən Cavabdeh3 36 ay müddətinə illik faiz dərəcəsi 25% olmaqla 10000 ABŞ dolları məbləğində kredit verilmiş və kredit üzrə öhdəliklərinin icrasının təmini kimi Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı ASC arasında xx xxxxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsi imzalanmış, zaminlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3nın xx xxxxxxxx 2014-cüil tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasında məsuliyyəti tam olaraq üzərinə götürmüşlər.xx xxxxxxxx 2014-cü il tarixli, 034CASA142730003 saylı kredit müqaviləsinin tərkib hissəsi xx xxxxxxxx 2014-cü il tarixli, 034CASA142730003 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx xxx 2015-ci il tarixli Razılaşmaya əsasən Cavabdeh3nın iddiaçı-kreditora olan borcunun restrukturizasiyası həyata keçirilmişdir. Belə ki, razılaşmanın 3.01.1.-ci bəndinə əsasən “BANK” “BORCLU” ilə bağlanmış bu Razılaşmanın 2-ci maddəsində qeyd edilən kredit müqaviləsinə müvafiq olaraq 9054,35 ABŞ dolları əsas borcun qalığını, 273,53 ABŞ dolları məbləğində hesablanmış faizin və 21,12 ABŞ dolları məbləğində penyanın restrukturizasıyasını həyata keçirərək həmin razılaşmanın müvafiq bəndlərinə əsasən kreditin məbləği 9349 ABŞ dolları, müddəti 48 ay müddətinə və faiz dərəcəsi illik 25% olmaqla müəyyən edilmişdir. Həmçinin Cavabdeh1 və Cavabdeh2 xx xxx 2015-ci il tarixli ərizəsi ilə xx.xx.20015-ci il tarixli Razılaşmanın (Restrukturizasiyaya dair Razılaşma) imzalanmasına razılığını bildirərək, razılaşmadan qeyd olunan öhdəliklərin icra olunmadığı, yaxud lazimi qaydada icra olunmadığı təqdirdə xx xxxxxxxx 2014-cü il tarixli 034FİZAM47095401 saylı zaminlik müqaviləsi ilə məsuliyyət daşıdığını qəbul etdiyini bildirmişlər. xx xxxxxxxx 2014-cü tarixli 034CASA142730003 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx xxx 2015-ci il tarixli Razılaşmanın şərtlərinə görə Cavabdeh3 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissəhissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Birinci cavabdeh müqavilədən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir.Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlərdən tutulmasını tələb etməyə haqlıdır. Apelyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətinin dəlilləri əsassızdır və qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Əvvəla ona görə ki, cavabdeh (apelyator) faiz və cərimə borcunun düzgün hesablanmadığını bildirsə də, bu dəlillər anlaşılan deyil. Çünki, Cavabdeh3 özü şəxsən birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş və iddia tələbini qismən qəbul etməklə bank tərəfindən ona illik 25 faiz dərəcəsi ilə 10000 ABŞ dollarının verildiyini etiraf etmiş, lakin maddi imkanın pisləşməsi səbəbindən borcunu vaxtında ödəyə bilmədiyini, bu səbəbdən də hissə-hissə ödəyəcəyini bildirmişdir. Cavabdeh3 apelyasiya məhkəməsində də eyni mövqedən çıxış etmişdir. İkincisi, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. Üçüncüsü, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir. Dördüncü, faiz və cərimə borcunun əsassız olaraq artıq hesablandığını qeyd edən cavabdeh ekspertizanın keçirilməsinin zəruriliyinə dair də ciddi dəlillər göstərməmişdir. Çünki, hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi də təmin oluna bilməz. Beşinci, kollegiya mülki işin materiallarını sözügedən qətnamə ilə bağlı verilmiş icra sənədi əsasında açılmış 6512/24202 nömrəli icra işinin (sorğu əsasında alınmışdır) materialları ilə birlikə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, müvafiq icra tədbirlərinin həyata keçirilməsinə, cavabdehin həmin icra tədbirlərindən xəbərdar olmasına baxmayaraq, sonuncu həmin qətnamənin çıxarıldığı vaxtdan 4 ildən çox müddət keçdikdən sonra apelyasiya şikayəti vermişdir. Bu cür hallar isə kredit verənin mənafeyinə zərər vurmaqla yanaşı, dövlətin adından çıxarılmış məhkəmə qərarlarının uzun müddət ərzində tam icra olunmamasına görə məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 2(075)-2459/2016 nömrəli qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar