Məhkəmə qərarları › İş №2(107)-1328/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1328/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1328/2020 08.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X2 iclas katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-195/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1330 manat məbləğində pul vəsaitinin və 30.40 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə, özünə aid olmayan pul vəsaitindən qanunsuz istifadə etdiyinə və onu qaytarmaqdan qərəzli boyun qaçırdığına görə Cavabdeh əməllərinə hüquqi qiymət verilməsi üçün barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-195/2020 nömrəli (hakim R.Əlizadə) qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı ASC apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli müqaviləyə əsasən, müştəriyə 740 ABŞ dolları məbləğində, xx xxxxxxx 2015-ci il tarixdə bağlanmış müqaviləyə əsasən isə 1550 ABŞ dolları məbləğində lombard kreditləri verilmişdir. Texniki səhv nəticəsində müştəriyə yeni hesab nömrəsi açılmadan eyni ad, soyad, ata adı olan (AZE ********, FİN :xxxxxxx, doğum tarixi xx xxxxxx 1991) Bankın digər müştərisinin, yəni iş üzrə cavabdehin hesab nömrəsi (4058625) üzrə hər iki kredit sistemə daxil edilərək, sistemdə müvafiq qeydlər aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası ilə əlaqədar olaraq, hər iki kredit müqaviləsi üzrə tərəf olan Cavabdeh (AZE 01680768, FİN 220LNYQ, doğum tarixi xx xxxx 1968) 1330 (bir min üç yüz otuz) manat məbləğində kompensasiya ayrılmışdır. Kredit sənədlərini imzalayan, girov qoyan və girovu təhvil alan şəxs Cavabdeh (AZE 01680768, FİN 220LNYQ, doğum tarixi xx xxxx 1968) olduğu halda, bankdakı sistem üzrə bütün məlumatlar ad, soyad, ata adı eyni olan Cavabdeh adına qeyd edildiyinə görə, Azərbaycan Kredit Bürosu reyestrində də cavabdehin adı görünməkdədir. Bu səbəbdən də 1330 (bir min üç yüz otuz) manat məbləğində kompensasiya məbləği səhvən, ayrılan kompensasiya məbləği ilə heç bir əlaqəsi olmayan Cavabdeh verilmişdir. Cavabdeh da, Azərbaycan Kredit Bürosu reyestrində olan texniki səhvdən sui-istifadə edərək, filiala yaxınlaşaraq kompensasiya kartını əldə etmiş və özünə məxsus olmayan 1330 (bir min üç yüz otuz) manat məbləğində pul vəsaitini kart vasitəsilə məxaric etmişdir. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh özünə məxsus olmayan pul vəsaitini kompensasiya kartından məxaric etməklə, nəticədə banka maddi zərər vurulması ilə nəticələnən təqsirli hərəkətə yol vermişdir. Qanunun tələbinə görə Cavabdeh 1330 (bir min üç yüz otuz) manat məbləğində pul vəsaitini banka qaytarmaq öhdəliyi daşıyır. Banka vurulmuş maddi zərərin ödənilməsi üçün, dəfələrlə Cavabdeh şifahi və yazılı müraciətlər edilməsinə baxmayaraq, cavabdeh pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf etdiyini bildirməklə, bu günə qədər maddi zərəri Banka ödəməkdən yayınmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri : Apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Ona görə də Yevlax Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, texniki səhv nəticəsində müştəriyə yeni hesab nömrəsi açılmadan eyni ad, soyad, ata adı olan (AZE ********, FİN :xxxxxxx, doğum tarixi xx xxxxxx 1991) Bankın digər müştərisinin, yəni iş üzrə cavabdehin hesab nömrəsi (4058625) üzrə hər iki kredit sistemə daxil edilərək, sistemdə müvafiq qeydlər aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası ilə əlaqədar olaraq, hər iki kredit müqaviləsi üzrə tərəf olan Cavabdeh (AZE 01680768, FİN 220LNYQ, doğum tarixi xx xxxx 1968) 1330 (bir min üç yüz otuz) manat məbləğində kompensasiya ayrılmışdır. Kredit sənədlərini imzalayan, girov qoyan və girovu təhvil alan şəxs Cavabdeh (AZE 01680768, FİN 220LNYQ, doğum tarixi xx xxxx 1968) olduğu halda, bankdakı sistem üzrə bütün məlumatlar ad, soyad, ata adı eyni olan Cavabdeh adına qeyd edildiyinə görə, Azərbaycan Kredit Bürosu reyestrində də cavabdehin adı görünməkdədir. Bu səbəbdən də 1330 (bir min üç yüz otuz) manat məbləğində kompensasiya məbləği səhvən, ayrılan kompensasiya məbləği ilə heç bir əlaqəsi olmayan Cavabdeh verilmişdir. Ona görə də apelyasiya şikayətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iddiaçının nümayəndəsinin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-195/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; xx xxxxxxx 2019-cu il tarixli ********* saylı mədaxil qəbzindən məlum olur ki, İddiaçı ASC tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. Səyyar Asan9 tərəfindən xx xxxxx 2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh xx xxxxxx 1991-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, S.Musayev küçəsi mənzil 27-də qeydiyyatdadır. İddiaçı ASC-nin xx xxxxxxxx 2019-cu il tarixli 667 saylı arayışından məlum olur ki, müştəri Cavabdeh (AZE 01680768, FİN: 220LNYQ, doğum tarixi xx xxxx 1968) xx xxxxxxx 2015-ci və xx xxxxxxx 2015-ci il tarixlərində Yevlax filialının kredit mütəxəssisi olan X4 tərəfindən tarixlərə uyğun olaraq 740 (yeddi yüz qırx) ABŞ dolları və 1550 (bir min beş yüz əlli) ABŞ dolları dəyərində 2 (iki) lombard krediti verilib. Mütəxəssis səhv edərək müştəriyə yeni hesab nömrəsi açmadan eyni ad, familya, ata adı olan (AZE********, FİN: xxxxxxx, doğum tarixi xx xxxxxx 1991) bankın digər müştərisinin hesab nömrəsi (4058625) üzrə hər iki krediti sistemə daxil edərək rəsmiləşdirib. Kredit sənədlərini imzalayan, girov qoyan və girovu təhvil alan şəxs Cavabdeh (AZE 01680768, FİN 220LNYQ, doğum tarixi xx xxxx 1968) olduğu halda, sistem üzrə bütün məlumatlar digər şəxsin adındadır və təbii olaraq kredit digər şəxsin AKB reystrində görünüb. Həmin şəxsə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019 tarixli fərmanına əsasən 1330 (bir min üç yüz otuz) AZN dəyərində kompensasiya kartı verilib. Müştəriyə bu haqqda məlumat verilsə də bütün vəsaiti xərclədiyini və ödəməkdən imtina etdiyini bildirir. xx xxxxxxx 2015-ci il tarixli 2491 saylı kredit müqaviləsinin surətindən məlum olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh 740 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxx 2019-cu il tarixli kart hesabının açılması və ödəniş kartından istifadə haqqında müqaviləsinin surətindən məlum olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış müqaviləsinə əsasən Cavabdeh ödəniş kartı verilmişdir. xx xxxxxxx 2015-ci il tarixli 2550 saylı kredit müqaviləsinin surətindən məlum olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh 1550 ABŞ dolları məbləğində kredit verilmişdir. Yevlax RPŞ-si tərəfindən xx xxxxxx 2004-cü il tarixdə verilmiş AZE seriyalı 01680768 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh xx xxxx 1968-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, M.Sübhi küçəsi mənzil 54-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxxxxx 2020-ci il tarixli 16-01593- 2020 saylı məktubundan məlum olur ki, xx xxxxxx 2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Azərbaycan Respublikasında fiziki şəxsiərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdiyi məlumatlara əsasən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh (AZE ********, FİN:xxxxxxx) arasında bağlanmış xx xxxxxxx 2014-cü və xx xxxxxxx 2015-ci il tarixli kredit müqavilələri üzrə sonuncuya müvafiq olaraq 444 manat və 930 manat olmaqla ümumilikdə 1374 manat kompensasiya hesablanmışdır. Müraciətdə adı çəkilən digər şəxsə - Cavabdeh (AZE 01680768, FİN: 220LNYQ) gəlincə isə qeyd edilməlidir ki, onun adı Fərmanın əhatə dairəsinə düşsə də, kompensasiyaların məbləği İddiaçı ASC-yə deyil, başqa banka münasibətdə hesablanmış və həmin məbləğ onun vaxtı keçmiş kredit borclarına yönəldilmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çaışmışdır. Bu baxımdan mübahisəli məsələnin həlli ilə əlaqədar kollegiya tərəfindən yenidən Azərbaycan Respublikasının Mərkəzi Bankına sorğu verilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx xxxxxx 2020-ci il tarixli, 16-04062- 2020 nömrəli məktubunun məzmunundan görünür ki, xx xxxxxx 2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Azərbaycan Respublikasında fiziki şəxsiərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdiyi məlumatlara əsasən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh (AZE ********, FİN:xxxxxxx) arasında bağlanmış xx xxxxxxx 2014-cü və xx xxxxxxx 2015-ci il tarixli kredit müqavilələri üzrə sonuncuya müvafiq olaraq 444 manat və 930 manat olmaqla ümumilikdə 1374 manat kompensasiya hesablanmışdır. Müraciətdə adı çəkilən digər şəxsə - Cavabdeh (AZE 01680768, FİN: 220LNYQ) gəlincə isə qeyd edilməlidir ki, onun adı Fərmanın əhatə dairəsinə düşsə də, kompensasiyaların məbləği İddiaçı ASC-yə deyil, başqa banka münasibətdə hesablanmış və həmin məbləğ onun vaxtı keçmiş kredit borclarına yönəldilmişdir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 2-ci bəndinə əsasən Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarınınödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməsi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilir ki,əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kоllegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Əvvəla ona görə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İkincisi, iddiaçı cavabdehə qarşı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etsə, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, aralarında hansısa mülki hüquq münasibətlərin yaranması təsdiq edilməmişdir. Bununla yanaşı, iddiaçı apelyasaiya mərhələsində verdiyi izahatında cavabdehlərə bilavasitə hər hansı bir məbləğdə pul vermədiyini bildirmişdir. İddiaçı tərəfindən hər hansı bir şəxsə pul verilmiş olsa belə, bunun hazırki iş üzrə cavabdehlər olan şəxs olmadığı iddiaçının izahatı ilə də təsdiq olunur. Ona görə də, birinci instansiya məhkəməsi iddia tələbini əsassız olduğundan rədd edərkən haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apelyasaiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasaiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Şərholunanlaraəsasən vəMülkiProsessualMəcəllənin 382, 384.0.1, 392, 393 və 405cimaddələrinirəhbərtutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-195/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar