Məhkəmə qərarları › İş №2(107)-1329/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1329/2021

03.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1329/2021 03.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Cavabdeh1 və onun vəkili (nümayəndəsi) X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı “tikilinin sökülməsi, vurulmuş ziyanın ödənilməsi, cavabdehlərə gələcəkdə bu kimi qanunsuz tikililərin inşasına qadağa qoyulması” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(046)-1158/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı «tikilinin sökülməsi, vurulmuş ziyanın ödənilməsi, cavabdehlərə gələcəkdə bu kimi qanunsuz tikililərin inşasına qadağa qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tikilinin sökülməsi, vurulmuş ziyanın dəyəri olaraq 2.000 manat pulun cavabdehlərdən alınması və gələcəkdə xüsusi mülkiyyətində olan evə qanunla müəyyən edilmiş ara məsafəsi gözləmədən hər hansı bir tikilinin inşa edilməsinə cavabdehlərə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hаkim İ.Fəttahov) 22 aprel 2021-ci il tarixli, 2(046)- 1158/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə bitişik, Cavabdeh1 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində inşa edilmiş «B» literli talvarın cavabdehlərin öz hesablarına sökülməsi, iddiaçının xüsusi mülkiyyətində olan evə qanunla müəyyən edilmiş ara məsafəsi gözləmədən gələcəkdə hər hansı tikilinin inşa edilməsinin cavabdehlərə qadağan edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 100 manat ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamənin dəlilləri ilə Cavabdeh1 apellyasiya şikаyəti vermişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Onun mülkiyyətində olan fərdi yaşayış evi ilə həmsərhəd ərazidə yerləşən fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsində cavabdehlər tərəfindən təxminən 2014-cü ilin əvvəllərində onun evinə bitişik tikili inşa edilərək, həmin tikilidə süd və süd məhsullarının istehsalı ilə məşğul olurlar. Cavabdehlərin istehsalla məşğul olduğu tikili onun fərdi yaşayış evinə bitişik olduğu üçün, yaşayış evinə su sızır və nəticədə yaşayış evinə ziyan dəymişdir. Dəfələrlə cavabdehlərə qanunsuz inşa etdikləri tikilinin sökülməsini, ona vurulmuş ziyanın ödənilməsini, eləcə də gələcəkdə bu kimi halların təkrarlanmamasını tələb etsə də, cavabdehlər buna məhəl qoymamış, öz qanunsuz hərəkətlərini davam etdirmişlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o, xüsusi mülkiyyətində olan evindən sərbəst istifadə edə bilmir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsi 22 aprel 2021-ci il tarixli, 2(046)-1158/2021 saylı qətnaməsini çıxararkən bir tərəfdən Şəki İnzibati Məhkəməsinin çıxardığı 08 aprel 2021-ci il tarixli, 2-1(116)-295/2021 saylı qərardadını, digər tərəfdən iddiaçının Göyçay Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 2(046)- 159/2020 saylı qərardadından rəsmi şəkildə aldıqdan sonra həmin qərardaddan narazı qalması barədə məhkəməyə 10 gün müddətində heç bir şikayət belə etməmsini, eləcə də onun qanunla qorunan mülkiyyət hüququnu nəzərə almayaraq şəxsi mülahizələrinə əsaslanaraq ünvan 3 ünvanda yerləşən onun şəxsi mülkiyyətində olan həyətyanı torpaq sahəsində 1986-cı ildə inşa edilmiş talvarının sökülməsi barədə yanlış və əsassız qətnamə çıxarmışdır. Ona görə də Göyçay Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(046)-l 158/2021 saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı Zahid oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı “tikilinin sökülməsi, vurulmuş ziyanın ödənilməsi və cavabdehlərə gələcəkdə bu kimi qanunsuz tikililərin inşasına qadağa qoyulması” tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, ona məxsus olan tikilidən iddiaçının mülkiyyətinə heç bir ziyanlıq vurulmamışdır. O, əvvəllər həyətində süd məhsullarının istehsalı ilə məşğul olsa da, artıq həmin fəaliyyətini davam etdirmir. İddiaçı özü tərəfində inşa edilmiş tikilidən əvvəllər yay mətbəxi kimi istifadə edirdi, sonradan orada dəyişiklik etmişdir. Bundan əlavə onun tərəfindən iddiaçının evinə su sızması və ya hər hansı ziyanlıq dəyməsi müəyyən edilməyib. İddiaçı özü ev tikərkən ara məsafəsini gözləməyib. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili (nümayəndəsi) X3 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçıya məxsus olan yaşayış sahəsi kürsülü olsa da, yerdən məsafəsi çox azdır. Ehtimal ki, nəmişlik bundan yaranıb. İddiaçıya məxsus olan yaşayış evi cavabdehin tikilisindən sonra inşa edilib. İddiaçı özü ara məsafəsini gözləməyib. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş edir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər və iddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(046)-1158/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 27 mart 2019-cu il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 19 mart 2019-cu il tarixli 408-1/3211 inventar nömrəli texniki pasportdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair yaşayış evinin texniki göstəriciləri, mərtəbələr üzrə otaqların təsnifatı, həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri, tikintilərin mərtəbələr üzrə planı (miqyas 1:200), torpaq sahəsi haqqında məlumatlar qeyd edilməklə, İddiaçı adına texniki pasport tərtib edilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 18 dekabr 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır. Torpaq sahəsinin 0,04496 ha hissəsi onun, 0,01725 ha hissəsi isə Cavabdeh3 adına qeydiyyata alınmışdır. 18 dekabr 2019-cu il tarixdə verilmiş texniki pasportdan görünür ki, Göyçay şəhəri Nizami küçəsində yerləşən, Cavabdeh1 mülkiyyətində olan 200 saylı fərdi yaşayış evinə dair torpaq sahəsinin planı (miqyas 1:500), tikintilərin mərtəbələr üzrə planı (miqyas 1:100), yaşayış evinin texniki göstəriciləri, mərtəbələr üzrə otaqların təsnifatı, həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri qeyd edilməklə, zəruri texniki göstəricilər təsbit olunmuşdur. Texniki sənədlərdə iddia ərizəsində mübahisələndirilən talvar tikilisi «B» literi və qırıq-qırıq xəttlərlə işarələnmişdir. Bundan başqa, texniki sənədlərdə talvar tikilisinin 40 % aşınma dərəcəsi olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 avqust 2020-ci il tarixli 31116 saylı rəyindən görünür ki, Göyçay şəhəri Nizami küçəsində cavabdehə məxsus olan talvar (B literli) Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq ərazi idarəsi tərəfindən verilmiş texniki pasportda öz əksini tapdığını və DƏDRX-də qeydiyyata alındığını nəzərə aldıqda, həmin tikinti işlərinin norma və qaydalara uyğun aparıldığı müəyyən olunur. Lakin cavabdeh tərəfin iddiaçının evinə bitişik inşa olunmuş tikilinin Azərbaycan Respublikası Şəhərsalma Tikinti Məcəlləsinin 69.5.2-1-ci bəndinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilir. Göyçay şəhəri Nizami küçəsində yerləşən iddiaçıya məxsus olan yaşayış evində yaranmış qüsurların səbəbini müəyyən etmək üçün su sızmanın səbəbinin müəyyən olunması üçün müvafiq avadanlıqla (Rothenberger ROLeak aqua Plus) müayinə aparılmış, texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda iddiaçının evinin 4,8 x 7,6 m ölçüdə yaşayış otağının divarları döşəmədən təqribən 0,45 m hündürlükdə suvaq və şpatlevkanın qatının qopması, divar kağızının aralanması və döşəməyə vurulmuş taxtanın divara bitişik hissədə qaralanması, çürüməsi müşahidə olunmuşdur. Lakin dəymiş ziyanın dəyəri aparılmış söküntü nəticəsində yaranmış qüsurların dərəcəsi, istifadə olunacaq materialın dəyərindən asılı olaraq müəyyən oluna bilər. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Kollegiya hazırki mübahisənin obyektiv həlli ilə bağlı ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. -164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyasının, istərsə də Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və cavabdehin öz əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquq vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, cavabdeh öz əmlakı olan torpaq sahəsi üzərində qanunveriliklə müəyyən edilmiş qaydada tikililər və qurğular inşa edə, o cümlədən qonşu torpaq sahələrindən torpaq sahəsini ayırmaq üçün hasara alaraq mərzlənmə işlərini həyata keçirə bilər. Eyni zamanda mülki qanunvericilik mülkiyyət hüququnun məhdudlaşdırılmasını da istisna etmir. Mülki Məcəllənin 169.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Qeyd olunan müddəa Məcəllənin 169.2, 170 və 172-ci maddələrində əksini tapmışdır. Məcəllənin 169.2-ci maddəsinə əsasən hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. Məcəllənin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Məcəllənin 170.2-ci maddəsinə görə isə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. MM-nin 172.1-ci maddənin məzmununa görə qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. 172.2-ci maddəyə görə torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər; - 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4, 69.5 və 69.5.1-ci bəndlərində göstərilir: 69.4. ara məsafəsi divar hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5 bəndi-ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir. 69.5.1 divar hündürlüyünün 0,6.hissəsi. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparır.

1. İş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, iddiaçı və cavabdeh qonşuluq münasibətlərində olmasına baxmayaraq, mövcud mübahisəli tikilinin inşasından sonra münasibətləri pisləşmiş və mübahisəni məhkəmədənkənar qaydada həll edə bilməmişlər.

2. Kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının evinə bitişik inşa olunmuş tikilinin Azərbaycan Respublikası Şəhərsalma Tikinti Məcəlləsinin 69.5.2-1-ci bəndinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilir. Göyçay şəhəri Nizami küçəsində yerləşən iddiaçıya məxsus olan yaşayış evində yaranmış qüsurlar ekspert tərəfindən tədqiq edilərkən iddiaçının evinin 4,8 x 7,6 m ölçüdə yaşayış otağının divarları döşəmədən təqribən 0,45 m hündürlükdə suvaq və şpatlevkanın qatının qopması, divar kağızının aralanması və döşəməyə vurulmuş taxtanın divara bitişik hissədə qaralanması, çürüməsi müəyyən edilmişdir.

3. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikili cavabdehin özünə məxsus olan torpaq sahəsində inşa edilsə də, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu, 70, 71-ci və 72-ci maddələrinin tələblərində göstərilənlərə cavab vermir. Yəni həmin tikili inşa edilərkən evlə arasındakı məsafənin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qaydalarına uyğunluğu gözlənilməmişdir.

4. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hazırki iş verilmiş üzrə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Birincisi ona görə ki, ekspert rəyi bu xarekterli mübahisələrin həllində mötəbər sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(046)-1158/2021 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(046)-1158/2021 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar