Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1332/2020 02.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı2, onun və İddiaçı1 vəkili X9, Cavabdeh və onun nümayəndəsi Khumaia Dzhabrailovanın iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(025)-22/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X10 tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 98 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmış, qeydiyyat tarixi xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Qəbələ rayonunun Vəndam kəndində yerləşməklə mülkiyyətlərində olan 0.2671 hektar həyətyanı torpaq sahəsi, orada yerləşən yasayış evi və tikililərə gedən əvvəllərdən mövcud olmuş yoldan sərbəst və maneəsiz istifadələrinə Cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılmasına, torpaq sahələrin yerləşmə koordinatlarına, plan və ölçüsünə əsasən əvvəlki vəziyyətinə gətirilməsinə, cavabdehin çəkdiyi süni hasarın ərazidən sökülərək götürülməsinə, cavabdehin hazırda istifadə etdiyi torpaq sahəsi üzərində heç bir hüququnun olmadığı nəzərə alınmaqla bütün maneələrin birdəfəlik aradan qaldırılmasının təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçılar məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, daşınmaz əmlakın dövlət reyestrində 98 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmış, qeydiyyat tarixi xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən mülkiyyətlərində olan 0.2671 hektar həyətyanı torpaq sahəsinin Cavabdeh qanunsuz istifadəsində olan 0,019 ha hissəsinin geri alınıb verilməsinə, aradakı dəmir hasarın iddiaçıların öz hesabına sökülməsinə və sahənin ekspertin rəyinə, ərazinin plan və ölçüsünə əsasən əvvəlki vəziyyətinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(025)-22/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən iddiaçıların mülkiyyətində olan 0.2671 ha həyətyanı torpaq sahəsinin Cavabdeh istifadəsində olan 0.019 ha hissəsi cavabdehdən alınıb iddiaçılara verilməsi və aradakı dəmir hasar iddiaçıların hesabına sökülməsi, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba) köçürülməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, tərəfindən iddiaçılara məxsus torpaq sahəsi zəbt olunmayıb. Anası X2 5 övladı dünyaya gəlib. Övladları o, X3, X11, X7 və X1r. Övladların sənədləri onların anaları X12 olduğu təsdiq olunur. Heç bir sənəd təsdiq etmir ki, İddiaçı2 Şəmayıl oğlu, X2 oğludur. Buna görə də Əlvanın o təsərrüfatda adı yoxdur. Əlvanın atası Şəmayıl, anası Xavər Ağaməd qızıdır. l988-ci ildə qardaşı Ağanur öz ailəsi ilə anasının yanında yaşayıb, l993-cü ildən,1995ci ilə qədər onun ailəsi övladları ilə anası Mədinə ilə yaşayıblar. İddiaçı2 anası Mədinənin evində heç vaxt yaşamayıb, təsərrüfatında onun adı olmayıb. Heç bir səlahiyyəti çatmayan Əlvan Şəmayıl oğlu bu mülkə görə məhkəməyə öz çirkin yalanı ilə, kiminsə köməyi ilə saxtalaşdırılmış sənədi ilə Ədalət Məhkəmisini aldatmağa cəhd etmişdir. Əgər Əlvan varis kimi özünü təsdiq edən sənədi X2 vəsiyyətnaməsini natarusda nə vaxt, harda, hansı tarixdə təsdiqi ilə, vəsiyyətnamə yazılanda 2 şahidi, torpaq vərəsəliyini təsdiq edən sənəd peçatı ilə göstərilsin. Mədinə Qurban qızı övladlarına qarşı etiraz ərizəsini sağkən, Əlvan Şəmayıl oğlunu öz himayəsinə götürməsini natarusun təsdiqi ilə sənədləri təqdim etsin. Bu sənədlərin doğruluğunu təsdiq edən sənəd qeydə alınmyıb. Əgər bu sənədlər saxta yolla edilibsə, bu sənədlər etibarsız sayılsın və ləğv olunsun. Özgə mülki mənimsəmək cinayətdir, mülkiyyətçinin razılığı olmadan, əmlak, mülk toxunulmazdır. Mədinə Qurban qızının mülkiyyətinə və əmlakına qonşuda yaşayan İddiaçı1, Əlvan və Neman tərəflərindən ziyan vurulmuşdur. Bu ziyan ondan ibarətdir ki, qəsdən yaşayış evi, tövlə, kürəxana və təndirxana, həyətdə olan məhsul verən ağaclar, hasar 200 metrlik setkası ilə götürülmüş və mənimsənilmişdir. Mədinə Qurban qızının xüsusi mülkiyyəti, mülkiyyət huququ pozulmuşdur. Mədinənin savadsızlığından istifadə edən Xavər, İddiaçı2lar və bələdiyyə rəhbəri, Mədinəni aldadıb kupça düzəldirik adından qol çəkdirmişlər və xüsusi mülk hüququnu pozmuşlar. Özgə mülki mənimsəmək, mülkə səlahiyyəti çatmayan insan qərar verə bilməz. Atası X4 xüsusi mülkü 051 sot torpaq sahəsinin sənədi Kolxoz tərəfindən təsdiq olunmuşdur. Atası sağ olarkən, qardaşı Şəmayıl Bədrəddin oğluna öz ata borcunu yerinə yetirmiş, ona 012 sot torpaq sahəsi ayırmış və onun üçün ev tikmiş, qalan 039 sot öz övladları arasında bölüşdürməyi vəsiyyət etmişdir. l982-ci ildə mayın 12-də atası Bədrəddin Qara oğlu qəflətən vəfat etmiş, xüsusi mülkiyyəti X8 adına keçirilmişdir. Bu mülkdə öz övladları yaşamış və qeydiyyata alınmışlar. Ailə qurduqdan sonra, müvəqqəti Ukrayna vilayətinə işləməyə getmişdir, hər il anasınını yanına gəlib onun qayğısına qalmışdır. Anasının istəyi onun bu mülkdə mülkiyyətçi olmaq idi. l996-cı il islahatı vaxtı anasının mülk bölünməsi ərizəsi olmadan islahat qanunsuz qəbul edilmişdir. Övladlar ləğv olunmuş qonşuluqda yaşayan X5 tərəfində saxta sənədlər ilə mülk oğurlamışdır. Anasının vəfatından sonra, anasından qalmış evə icazəsiz İddiaçı4 yaşamışdır. Azərbaycan Respublikası Qaz lahiyəsi üzrə Mədinə Qurban qızının adına qaz və işıq çəkilmişdir, amma Neman saxta sənədlərlə öz adına keçirmişdir. O anasının evində yaşayır. Amma, İddiaçı1, İddiaçı2 onu dinc yaşayışını pozurlar. Ata yurdundan qalmış köhnə evi dağıtmağa çalışırlar. Hər cürə intiriqalar, şərəf və ləyaqətinə toxunulan sözlərlə onu təhqir edirlər. Əlvanın özbaşına hərəkətləri, söyüşləri onu bezdirib. Qəsdən dava salır inəyə, qoyuna, təsərrüfatına ziyan vurdurur və bunu videoya çəkərək polis işçisinə onlar etmiş kimi təqdim edir. Onun ata-baba yolunu kəsib, dəmirlə hasarlayıb ona təklif edir ki, qonşunun həyətindən keçsin. Bu özbaşınalıqlara son qoyulmalıdır. Onların yolununun kəsilməsinin qarşısı alınmalıdır. Əgər İddiaçı2 özünün istəyi ilə qardaşı Nemana sənədsiz ev tikdiribsə, onun giriş yolunu Əlvan Şəmayıl oğlu təyin etməlidir. Onun ata-baba yoluna onun heç bir maneçiliyi yoxdur. Odur ki, qeyd olunanlar nəzərə alınaraq Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(025)-22/2020 saylı qətnаməsi ləğv edilməli və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməldir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi Khumaia Dzhabrailova apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 onun və İddiaçı1 vəkili X9 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə cavabdehlər İddiaçı3 və İddiaçı4 məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(025)-22/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, X6 və 5 nəfər ailə üzvlərinin mülkiyyətində olan 0,27 ha torpaq sahəsinin 0,019 ha hissəsi Cavabdeh tərəfindən zəbt olunmuşdur. Bununla bağlı, iddiaçılar və cavabdeh arasında mübahisə yaranmış, iddiaçılar 0.2671 hektar həyətyanı torpaq sahəsinin Cavabdeh qanunsuz, istifadəsində olan 0,019 ha hissəsinin geri alınıb verilməsini, aradakı dəmir hasarın iddiaçıların öz hesabına sökülməsini və sahənin ekspertin rəyinə, ərazinin plan və ölçüsünə əsasən əvvəlki vəziyyətinə qaytarılmasını tələb etmişlər. Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 158.1-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünür ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 20507 saylı ekspert rəyindən görünür ki, JN-376A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Qəbələ rayonu, Vəndam kəndində (qəsəbəsində) X6 və 5 nəfər ailə üzvlərinin mülkiyyətlərində olan 0,27 ha torpaq sahəsinin 0,019 ha hissəsi Cavabdeh istifadəsindədir və həmin torpaq sahəsində hər hansı bir tikili inşa edilməmişdir. Beləliklə iş üzrə sübut kimi qiymətləndirilməli olan dəlillər cavabdehin apelyasiya mülahizələrinin əsassız olduğunu göstərir. Bundan əlavə cavabdeh apelyasiya şikayətinin dlillərini təsdiq edən hər hansı bir mötəbər dəlili də məhkəmə kollegiyasına təqdim etməmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(025)-22/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(025)-22/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1332/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1332/2020
02.07.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver